Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-389/2025 05.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Zəngilan şəhəri, V.Quliyev küçəsi ev 25-də qeydiyyatda olub Abşeron rayonu,Pirəkəşkül qəsəbəsi,hərbi şəhərcik ev 122-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs neft şirkətinə işə düzəldəcəyinə dair sonuncudan xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 850 manat dəyərində 500 ABŞ dolları alıb yalan vəd verib aldadaraq ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs ilə 2024-cü ilin fevral ayında təsadüfən yolda tanış olmuşlar. Sevinc işdən cıxdığını və iş axtardığını bildirmişdir. Həmin vaxt Sevincə neft şirkətində tanışının olduğunu deyərək onu işə düzəldə biləcəyini bildirmiş və ona görədə 1000 manat pul lazım olduğunu demişdir. Sonradan Sevinc 500 ABŞ dollarını və şəxsiyyət vəsiqəsini təqdim edərək həmin məbləgə gücünün çatdıgını demişdir. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, Bakı Dövlət Universitetinin kollecin qarşısında Zərərçəkmiş şəxs 500 ABŞ dolları onu işə düzəltmək adı ilə götürmüşdür. Lakin, pula ehtiyacı olduğu üçün həmin 500 ABŞ dollarını şəxsi istifadəsi üçün xərcləmişdir. Sonradan Sevincin şəxsiyyət vəsiqəsini qaytarmış, onun səs-küy saldığını görüb onu sakitləşdirmək üçün cibində olan üzərində etibarsızdır yazılmış 100 dollar şəkilində olan kagız parcasını Sevincə vermişdir. Həmin 100 dollar şəklində olan və üzərində etibarsız sözləri yazılmış kağız parcasını Sevincə təqdim etməkdə məqsədi onun sakitləşdirməsi və oradan uzaqlaşmaqdan ibarət olmuşdur. Sevincə hər hansı məbləğdə saxta dollar verməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurmuş zərəri tam olaraq ödəmiş, onlarla barışmışdır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Zərərçəkmiş şəxs iməhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəlləri Abşeron rayonu, Müşviqabad qəsəbəsindən işə gedərkən taksi kimi Qamətin idarə etdiyi avtomobilinə əyləşə zaman tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs özünü Raul kimi təqdim etmiş və ona Neft şirkətində işlədiyini bildirmişdir. Həmçinin o işçi qüvvəsinin neft şirkətinə lazım olduğunu deyərək həmin şirkətdə işçilərə nəzarətçi kimi ona işi təklif etmişdir. Ona görədə Qamət adlı şəxsə inanıb onun təkilif ilə razılaşmış və Qamətlə mobil telefonla əlaqə qurub danışmağa başlamışdır. Belə ki, Qamət ilkin olaraq ona işə qəbul olmaq üçün 1000 (min) manat pul lazım olmasını bildirmiş və bir ay ərzində işlə təmin oluncağıma söz vermişdir. Ona inanıb Qamətlə xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, “Araz” marketin qarşısında görüşüb 500 ABŞ dollarını verməyə maddi imkanın catdığını deməklə həmin pulu və şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs təqdim etmişdir. Qamət ona bir aya işlə təmin olunacağına söz vermiş, lakin, Qamət istifadəsində olan ***-***-**-** mobil nörməsinə zəng etsədə, o zənglərinə cavab verməmişdir. Ona görədə sonradan Qamətə mesaj yazaraq şəxsiyyət vəsiqəsini qaytarmağı tələb etmişdir. Təxminən 10 gün sonra Qamətlə danışıb Abşeron rayonu Masazır qəsəbəsi “Ağ otel”-in qarşısında görüşmüş və o şəxsiyyət vəsiqəsini geri qaytarmış və ondan başqa üzərində 100 ABŞ dolları və LB99000999İ, ETİBARSİZ yazıları yazılmış kağız parçasını təqdim edərək 400 ABŞ dollarınıda sonradan verəcəyini bildirmişdir. Bir həftə sonra həmin əskinasın etibarsız olmasını aşkar edib Abşeron RPİ-nə müraciət etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür. “Zərərçəkmiş şəxs kimi tanınmaq barədə” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə, saat 20:15 dəqiqədə tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Agır cinayətlər məhkəməsinin xx.xx.2018-c il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 178.2.2, 178.2.4, 69.3 və 70 ci maddəlləri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün azadlıqdan məhrum edilmiş və 1 il 06 ay şərti sınaq müddəti təyin edilmişdir.Bundan başqa Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli barəsində Azərbaycan Respubilkası CM-nin 177.2.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi Azərbaycan Respubuilkası CM-nin 73-1-ci maddəsinə əsasən xitam edilmişdir.Bundan başqa Ucar rayon polis şöbəsində barəsində Azərbaycan respubilkası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə AR CM-nin 73-1.2-ci maddəsinə əsaəsn xitam edilmişdir.Bundan başqa Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan respubilkası CM-nin 178.2.2, 178.2.4, 69.3-ci maddələri ilə 02 il 07 ay 20 gün azadlıqdan məhrum edilmişdir və məhkumluğu ödənilməmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadəsi, üzləşdirmə protokolu sübut növü kimi qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-389/2025 saylı, 22 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 12 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2026-cı il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-376/2025 saylı, 15 yanvar 2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-376/2025 saylı, 24 fevral 2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına əsasən barəsində olan cinayət işinə xitam verilmısini məhkəmədən xahiş etmişdir. “AzeMis” Elektron informasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatları”-na dair göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə maddi ziyanı Qərar tətbiq olunanadək tam ödəmiş, himayəsində yetkinlik yaşına çatmayan övladları olduğundan və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin məktubu nəzərə alınaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-376/2025 saylı, 15 yanvar 2026-cı il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 30 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 400 manat (30 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-376/2025 saylı, 15 yanvar 2026-cı il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 400 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-389/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-389/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver