Məhkəmə qərarları › İş №1(012)-39/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-39/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-39/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1973-cü ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi, Abşeron rayonu, Novxanı kəndində yerləşən “Şərab evi” adlı mağazada aksiz markası ilə markalanmalı olan məhsulları, o cümlədən 1 ədədinin dəyəri 3,0 manat olan 9,0 manat dəyərində 3 qutu “Maddox sweet blend”, 1 ədədinin dəyəri 6,0 manat olan 24,0 manat dəyərində 4 qutu “Marlboro 100s”, 1 ədədinin əri 4,50 manat olan 36,0 manat dəyərində 8 qutu “Marlboro double mix”, 1 ədədinin dəyəri 4,50 manat olan 135,0 manat dəyərində 30 qutu “Marlboro flavor code” (ilk üç rəqəmi 762), 1 ədədinin dəyəri 4,50 manat olan 63,0 manat dəyərində 14 qutu “Marlboro Premium» black”, 1 ədədinin dəyəri 4,50 manat olan 126,0 manat dəyərində 28 qutu “Marlboro flavor code” (ilk üç rəqəmi 629), 1 ədədinin dəyəri 4,50 manat olan 216,0 manat dəyərində 48 qutu Marlboro gold edge”, 1 ədədinin dəyəri 15,0 manat olan 450,0 manat dəyərində 30 qutu Marlboro Seventy-twos”, 1 ədədinin dəyəri 15,0 manat olan 210,0 manat dəyərində 14 qutu Marlboro Seventy-twos introduging”, 1 ədədinin dəyəri 12,0 manat olan 228,0 manat dəyərində 19 qutu “Parliament silver pack”, 1 ədədinin dəyəri 6,0 manat olan 102,0 manat dəyərində 17 qutu “Parliament carat”, 1 ədədinin dəyəri 4,0 manat olan 88,0 manat dəyərində 22 qutu “Gold Marlboro touch”, 1 ədədinin dəyəri 2,50 manat olan 85,0 manat dəyərində 34 qutu “Senator original pipe tobacco”, 1 ədədinin dəyəri 2,50 manat olan 25,0 manat dəyərində 10 qutu “X4”, 1 ədədinin dəyəri 4,50 manat olan 85,50 manat dəyərində 19 qutu “Parliament” (Super Slims), 1 ədədinin dəyəri 1,50 manat olan 4,50 manat rə.ərində 3 qutu “X3”, 1 ədədinin dəyəri 2,0 manat olan 4,0 manat dəyərində 2 qutu “Vogue Lilas”, 1 ədədinin dəyəri 2,50 manat olan 20,0 manat dəyərində 8 qutu “Camel”, 1 ədədinin dəyəri 4,50 manat olan 9,0 manat dəyərində 2 qutu “Marlboro filter cigarettes”, 1 ədədinin dəyəri 4,50 manat olan 117,0 manat dəyərində 26 qutu “Marlboro touch less smell”, 1 ədədinin dəyəri 1,50 manat olan 24,0 manat dəyərində 16 qutu “Cavallo pure, 1 ədədinin dəyəri 4,50 manat olan 45,0 manat dəyərində 10 qutu “Parliament Silver blue”, 1 ədədinin dəyəri 4,50 manat olan 67,50 manat dəyərində 15 qutu “Parliament” (aqua blue), 1 ədədinin dəyəri 1,50 manat olan 82,50 manat dəyərində 55 qutu “X6 Ferrera”, 1 ədədinin dəyəri 1,50 manat olan 10,50 manat dəyərində 7 qutu “Mond Chocolate”, 1 ədədinin dəyəri 1,50 manat olan 72,0 manat dəyərində 48 qutu “Cavallo by Tony Frank”, 1 ədədinin dəyəri 4,50 manat olan 18,0 manat dəyərində 4 qutu “Marlboro gold”, 1 ədədinin dəyəri 4,0 manat olan 8,0 manat dəyərində 2 qutu “Parliament tropic voyage” 1 ədədinin dəyəri 5,0 manat olan 365,0 manat dəyərində 73 qutu “Heets”, 1 ədədinin dəyəri 2,80 manat olan 56,0 manat dəyərində 20 qutu “Winston XS”, 1 ədədinin dəyəri 5,0 manat olan 40,0 manat dəyərində 8 qutu “X5 Crema” 1 ədədinin dəyəri 1,50 manat olan 15,0 manat dəyərində 10 qutu “The King classic blue”, 1 ədədinin dəyəri 3,50 manat olan 420,0 nanat dəyərində 120 qutu “Kent”, 1 ədədinin dəyəri 3,0 manat olan 189,0 manat dəyərində 63 qutu “Kent LS” (ilk üç rəqəmi 626) olmaqla, ümumilikdə, külli miqdar təşkil edən 3449,50 manat dəyərində 792 qutu tütün məmulatlarını belə marka olmadan istintaqa məlum olmayan tarixlərdə və istintaqa məlum olmayan mənbələrdən satış məqsədi ilə əldə edərək həmin mağazada 13.05.2019-cu il tarixədək saxlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən “Şərab evi” adlı vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri olunaraq götürülmüş aksiz markası ilə markalanmamış 1 ədədinin dəyəri 9,0 manat dəyərində 3 qutu “Maddox sweet blend”, 1 ədədinin dəyəri 6,0 manat olan 24,0 manat dəyərində 4 qutu “Marlboro 100s”, 1 ədədinin dəyəri 4,50 manat olan 36,0 manat dəyərində 8 qutu “Mariboro double mix”, 1 ədədinin dəyəri 4,50 manat olan 135,0 manat dəyərində 30 qutu “Marlboro flavor code” (ilk üç rəqəmi 762), 1 ədədinin dəyəri 4,50 manat olan 63,0 manat dəyərində 14 qutu “Marlboro Premium black”, 1 ədədinin dəyəri 4,50 manat olan 126,0 manat dəyərində 28 qutu “Marlboro flavor code” (ilk üç rəqəmi 629), 1 ədədinin dəyəri 4,50 manat olan 216,0 manat dəyərində 48 qutu “Marlboro gold edge”, 1 ədədinin dəyəri 15,0 manat olan 450,0 manat dəyərində 30 qutu “Marlboro Seventy-twos”, 1 ədədinin 15,0 manat olan 210,0 manat dəyərində 14 qutu “Marlboro Seventy-twos introduging”, 1 ədədinin dəyəri 12,0 manat olan 228,0 manat dəyərində 19 qutu “Parliament silver pack”, 1 ədədinin dəyəri 6,0 manat olan 102,0 manat dəyərində 17 qutu “Parliament carat”, 1 ədədinin dəyəri 4,0 manat olan 88,0 manat dəyərində 22 qutu “Gold Marlboro touch”, 1 ədədinin dəyəri 2,50 manat olan 85,0 manat dəyərində 34 qutu “Senator original pipe tabocco”, 1 ədədinin dəyəri 2,50 manat olan 25,0 manat dəyərində 10 qutu “Senator Grand Virginia”, 1 ədədinin dəyəri 4,50 manat olan 85,50 manat dəyərində 19 qutu “Parliament” (Super Slims), 1 ədədinin dəyəri 1,50 manat olan 4,50 manat dəyərində 3 qutu X3”, 1 ədədinin dəyəri 2,0 manat olan 4,0 manat dəyərində 2 qutu Vogue Lilas”, 1 ədədinin dəyəri 2,50 manat olan 20,0 manat dəyərində 8 qutu “Camel”, 1 ədədinin dəyəri 4,50 manat olan 9,0 manat dəyərində 2 qutu “Marlboro filter cigarettes”, 1 ədədinin dəyəri 4,50 manat olan 117,0 manat dəyərində 26 qutu “Marlboro touch less smell”, 1 ədinin dəyəri 1,50 manat olan 24,0 manat dəyərində 16 qutu “Cavallo pure”, 1 ədədinin dəyəri 4,50 manat olan 45,0 manat dəyərində 10 qutu “Parliament Silver blue”, 1 ədədinin dəyəri 4,50 manat olan 67,50 manat dəyərində 15 qutu “Parliament” (aqua blue), 1 ədədinin dəyəri 1,50 manat olan 82,50 manat dəyərində 55 qutu “X6 Ferrera”, 1 ədədinin dəyərinin 1,50 manat olan 10,50 manat dəyərində 7 qutu “Mond Chocolate”, 1 ədədinin dəyəri manat olan 72,0 manat dəyərində 48 qutu “Cavallo by Tony Frank”, 1 ədədinin dəyəri manat olan 18,0 manat dəyərində 4 qutu “Marlboro gold”, 1 ədədinin dəyəri 4,0 manat olan 8,0 manat dəyərində 2 qutu “Parliament tropic voyage" 1 ədədinin dəyəri 5,0 manat olan 365,0 manat dəyərində 73 qutu “Heets”, 1 ədədinin dəyəri 2,80 manat olan 56,0 manat rəyərində 20 qutu “Winston XS”, 1 ədədinin dəyəri 5,0 manat olan 40,0 manat dəyərində 8 qutu “X5 Crema” 1 ədədinin dəyəri 1,50 manat olan 15,0 manat dəyərində 10 qutu “The King classic blue”, 1 ədədinin dəyəri 3,50 manat olan 420,0 manat dəyərində 20 qutu “Kent”, 1 ədədinin dəyəri 3,0 manat olan 189,0 manat dəyərində 63 qutu “Kent LS” (ilk üç rəqəmi 626) olmaqla, ümumilikdə, 792 qutu tütün məmulatının satışına keçirilmiş tədbirdən 10-12 gün əvvəl başladığını, tanımadığı şəxslərdən hissə-hissə sənədsiz olaraq satış məqsədi ilə aldığını, lakin həmin aksiz markası ilə markalanmalı olan, lakin, belə marka aksiz markası ilə markalanmamış tütün məmulatlarını satış məqsədi ilə alıb saxlayarkən bunun qanuna zidd və cəzalanmalı olduğunu bilmədiyini, bundan əlavə, həmin mağazanın fəaliyyətinə özünün rəhbərlik etdiyini və bütün malların alışına və satışına məsul şəxs özünün olduğunu göstərmiş, maliyyə çətinliyi olduğu üçün aksizsiz malların satışı ilə məşğul olduğunu, təcrübəsizlikdən ilk dəfə olaraq belə bir iş tutduğunu, bundan sonra aksizsiz mal satmayacağına söz verdiyini, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini, bunun nəzərə alınmasını xahiş etdiyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, dövlət vergi müfəttişi olmaqla Əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsində işlədiyini, Baş çarənin 13.05.2019-cu il tarixli, **********3316 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 13.05.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirində iştirak etdiyini, həmin tədbir zamanı vətəndaş Təqsirləndirilən şəxs :ğluna məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən Şərab evi adlı mağazada satış məqsədilə saxlanılan, aksiz markası ilə markalanmamış 230 qutu “Marlboro”, 82 qutu ‘Parlament”, 119 qutu “Cavallo”, 98 qutu “Senator”, 73 qutu “Heets”, 7 qutu “Mond”, 3 qutu 'Maddox”, 8 qutu “Camel”, 8 qutu “Captain black”, 3 qutu “Corset”, 2 qutu “Vogue”, 183 qutu ‘Kent”, 10 qutu “King” və 20 qutu “Winston XS” olmaqla, ümumilikdə, 846 qutu tütün məmulatlarını müəyyən edərək Təqsirləndirilən şəxs və dəvət olunan müşahidəçilərin hüquqları izah olunmaqla onların iştirakı ilə qanunauyğun qaydada protokollaşdıraraq götürdüklərini, protokolun müşahidəçilər və fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalandığını, operativ vergi nəzarəti tədbiri nəticəsində 13.05.2019-cu il tarixli VN-4 seriyalı 002505 nömrəli protokol və VN-2 seriyalı 002801 nömrəli “Aksiz markası ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının məhdudlarından kənara çıxarılmasının aşkar edilməsi barədə” aktın tərtib olunduğunu, keçirilən yoxlama tədbirində Təqsirləndirilən şəxs iştirak etdiyini, tərtib olunan aktın və protokolun onun tərəfindən də imzalandığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş dindirilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş dərəsinin Əməliyyat idarəsinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşı Şahid2 digər Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir., Məhkəmə istintaqında Şahid3 oğlunun ifadəsindən görünür ki, 13 may 2019-cu il tarixdə vergi əməkdaşları dəvəti ilə Təqsirləndirilən şəxs məxsus Abşeron rayonu, (Novxanı kəndində yerləşən Şərab evi adlı mağazada keçirilən tədbirdə müşahidəçi kimi iştirak etdiyini, operativ vergi nəzarəti zamanı qeyd edilən yerdə satış məqsədilə saxlanılan aksiz markası ilə markalanmamış 846 qutu tütün məmulatlarının götürüldüyünü, həmin malların aşkar olunmasına dair vergi əməkdaşları tərəfindən protokol tərtib olunduğunu, tədbirdə göstərilən vətəndaşın özünün də iştirak etdiyini, bir iştirakçı kimi onun da protokolda jez ianların düzgünlüyünü imzası ilə təsdiq etdiyini göstərmişdir. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, iş üzrə digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-biooji ekapertizasının 29 avqust 2019-cu il tarixli, 19360/19361/22889 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan 846 qutu tütün məmulatları bioloji göstəricilərə görə istehlak üçün yararlıdır, zavod texnologiyası ilə hazırlanmışdır və müvafiq standartların tələblərinə cavab verirlər. Cinayət işi üzrə ekspertizanın rəyinə əsasən, 1 ədədinin dəyəri 3,0 manat olan 9,0 manat dəyərində 3 qutu Maddox sweet blend”, 1 ədədinin dəyəri 6,0 manat olan 24,0 manat dəyərində 4 qutu Marlboro 100s”, 1 ədədinin dəyəri 4,50 manat olan 36,0 manat dəyərində 8 qutu “Marlboro double mix”, 1 ədədinin dəyəri 4,50 manat olan 135,0 manat dəyərində 30 qutu “Marlboro flavor code” (ilk üç rəqəmi 762), 1 ədədinin dəyəri 4,50 manat olan 63,0 manat dəyərində 14 qutu “Marlboro Premium black”, 1 ədədinin dəyəri 4,50 manat olan 126,0 manat dəyərində 28 qutu “Marlboro flavor code” (ilk üç rəqəmi 629), 1 ədədinin dəyəri 4,50 manat olan 216,0 manat dəyərində 48 qutu “Marlboro gold edge”, 1 ədədinin dəyəri 15,0 manat olan 450,0 manat dəyərində 30 qutu “Marlboro Seventy-twos”, 1 ədədinin dəyəri 15,0 manat olan 210,0 manat dəyərində 14 qutu “Marlboro Seventy-twos introduging”, 1 ədədinin dəyəri 12,0 manat olan 228,0 manat dəyərində 19 qutu “Parliament silver pack”, 1 ədədinin dəyəri 6,0 manat olan 102,0 manat dəyərində 17 qutu “Parliament carat”, 1 ədədinin dəyəri 4,0 manat olan manat dəyərində 22 qutu “Gold Marlboro touch”, 1 ədədinin dəyəri 2,50 manat olan 85,0 manat dəyərində 34 qutu “Senator original pipe tobacco”, 1 ədədinin dəyəri 2,50 manat olan manat dəyərində 10 qutu “X4”, 1 ədədinin dəyəri 4,50 manat olan 85,50 manat dəyərində 19 qutu “Parliament” (Super Slims), 1 ədədinin dəyəri 1,50 manat olan 4,50 manat dəyərində 3 qutu “X3”, 1 ədədinin dəyəri 2,0 manat olan 4,0 manat dəyərində 2 qutu “Vogue Lilas”, 1 ədədinin dəyəri 2,50 manat olan 20,0 manat dəyərində 8 qutu “Camel”, 1 ədədinin dəyəri 4,50 manat olan 9,0 manat dəyərində 2 qutu “Marlboro filter cigarettes”, 1 ədədinin dəyəri 4,50 manat olan 117,0 manat dəyərində 26 qutu “Marlboro touch less smell”, 1 ədədinin dəyəri 1,50 manat olan 24,0 manat dəyərində 16 qutu “Cavallo pure”, 1 ədədinin dəyəri 4,50 manat olan 45,0 manat dəyərində 10 qutu Parliament Silver blue”, 1 ədədinin dəyəri 4,50 manat olan 67,50 manat dəyərində 15 qutu Parliament” (aqua blue), 1 ədədinin dəyəri 1,50 manat olan 82,50 manat dəyərində 55 qutu X6 Ferrera”, 1 ədədinin dəyəri 1,50 manat olan 10,50 manat dəyərində 7 qutu Mond Chocolate”, 1 ədədinin dəyəri 1,50 manat olan 72,0 manat dəyərində 48 qutu “Cavallo by Tony Frank”, 1 ədədinin dəyəri 4,50 manat olan 18,0 manat dəyərində 4 qutu “Marlboro gold”, 1 ədədinin dəyəri 4,0 manat olan 8,0 manat dəyərində 2 qutu “Parliament tropic voyage” 1 ədədinin dəyəri 5,0 manat olan 365,0 manat dəyərində 73 qutu “Heets”, 1 ədədinin dəyəri 2,80 manat olan 56,0 manat dəyərində 20 qutu “Winston XS”, T ədəinin dəyəri 5,0 manat olan 40,0 manat dəyərində 8 qutu “X5 Crema” 1 ədədinin dəyəri 1,50 manat olan 15,0 manat dəyərində 10 qutu “The King classic blue”, 1 ədədinin dəyəri 3,50 manat olan 420,0 manat dəyərində 120 qutu “Kent”, 1 ədədinin dəyəri 3,0 manat olan 189,0 -anat dəyərində 63 qutu “Kent LS” (ilk üç rəqəmi 626) olmaqla, ümumilikdə, külli miqdar təşkil edən 3299,50 dəyərində 792 qutu tütün məmulatları istifadəyə yararlıdırlar. Qalan aksiz -arkası olmayan 16 qutu “Senator” (white line), 11 qutu “Senator” (Grand Virginia), 27 qutu “Senator” markalı olmaqla, cəmi 54 qutu tütün məmulatı istifadəyə yararsız olduğu üçün qiymətləndirilmir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 28.06.2021-ci il tarixli, 77 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, İMPULSİV TİP» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışındakı kodu F60.30) müəyyən olunur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (, sol qolunun bazu və said hissələn'də, sağ qolunun bazu hissəsində, pəncəsində köhnə çapığın olmması əvvəllər fərdi qaydada psixiatra müraciət etməsi, psixiatrik tibb müəssisələrində müalicə alması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyata düşməsi, 15.05.2014-dən 24.05.2014-dək, 24.10.2014-dən 06.11.2014-dək və 11.08.2020dən 08.09.2020-dək «Dərin affektiv psixopatiya, psixotik epizodlarla, çoxsaylı özünükəsmələrlə», «Dərin affektiv psixopatiya, psixotik epizodlarla, özünükəsmələrlə, alkoholizmlə fəsadlaşma», «Şəxsiyyətin dərin affektiv tip pozuntusu, psixotik epizodlarla və özünükəsmələrlə» diaqnozları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsində stasionar şəraitdə müayinə və müalicə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğLtmüddələrzində palata yoldaşlarını narahat etməsi, müayinə gedişində emosiyalannda qeyri-adekvatlıq müşahidə edilməsi, hadisələrin mahiyyətini açıqlayarkən şəraitə uyğun gəlməyən hərəkətlər etməsi və s.) sübut edir. Stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı məhkəmə psixiatrik ekspertizasıı zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» formasında psixi pozuntu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu hal-hazırda da davam edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Lakin həmin dövrdə qeyd edilən psixi pozuntunun gedişində kompensasiya vəziyyəti olmuşdur. Buna görə Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusu təqsirləndirildiyi cinayət əməlini törətdikdən sonra deyil, həmin əməlini törətməzdən xeyli müddət qabaq yaranmışdır. Hal-hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusuna xas bəzi əlamətlər müəyyən edilir. Lakin həmin əlamətlər qabarıq şəkildə ifadə olunmadığından və kompensasiya vəziyyəti davam etdiyindən Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidanndan məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqiılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 -ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs impulsiv tipli emosional davamsız şəxsiyyəf pozuntusu müəyyən edilməsinə baxmayaraq hazırda həmin pozuntunun gedişində kompensasiya vəziyyəti olduğundan onun hal-hazırki psixi vəziyyətinə görə özünə xəsarət yetirmək və ətrafdakılara zərər vurmaq təhlükəsi yoxdur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməsi məsləhət görülməsə də, hal-hazırkı kompensasiya vəziyyətinin dayanıqlı olmasının təmin edilməsi üçün ona təyin edilmiş medikamentoz terapiya vasitələrini mütəmadi qəbul etməsi tövsiyə olunur. İş materillarında olan 12 fevral 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən Şərab evi adlı mağazadan aşkar edilərək götürülmüş 792 qutu tütün məmulatları iş üzrə maddi sübut kimi tanınmışdır. İş materillarında olan 13.02.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14.11.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kortetakasında heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun aksiz markası ilə markalanmalı olan tütün məmulatlarının belə marka olmadan külli miqdarda satış məqsədilə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu formasında psixi pozuntudan əziyyət çəkməsini, ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 213-1.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsəasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, anlaqlılığı istisna etməyən psixi pozuntudu olmasını, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək növündə” iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan 846 qutudan 792 qutu tütün məmulatı istifadəyə və satışa yararlı kimi qymətləndirilmiş, 92 qutu tütün məmulatı ekspert tədqiqatına sərf edilmiş, qalan 754 qutu tütün məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 90 (doxsan) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 540 (beş yüz qırx) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək növündə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalan 754 qutu tütün məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 90 (doxsan) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 540 (beş yüz qırx) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar