Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-39/2022 19.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 12-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 06 fevral 2021-ci il tarixdə saat 24 radələrində qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs kirayə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 1, mənzil 20-də qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla və ayaqla başından, sifətindən və bədəninin digər nahiyələrinə vuraraq, ona burun sümüyünün qapalı yerdəyişməyən sınığı, alın nahiyəsinin dərialtı hematoması, burun nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları doğulmuşdur. 2008-ci ildə Bakı şəhəri, Səbail rayonu ərazisində dələduzluq etdiyi üçün tutulmuş və AR CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilmiş, ona 6 il cəza təyin edilmişdir. Cəzasını 2015-ci ildə çəkib qurtarmış və azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra isə həyat yoldaşı ilə birlikdə Mehdiabad qəsəbəsində yaşamağa başlamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs «Xırman MMC»-də ekspediter vəzifəsində işləmiş, onunla arasında qısqanclıq zəminində mübahisələr yaranmağa başlamışdır. 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində evə gəldikdə yoldaşı Gözəlin evdə olmadığını görmüş, bundan sonra evin qarşısında həyətə çıxmış, həmin vaxtı yoldaşının avtomobildən düşərək evinə gəldiyinin şahidi olmuş, yoldaşı Gözələ yaxınlaşıb haradan gəlməsi ilə bağlı maraqlandıqda aralarında qısqanclıq zəminində mübahisə baş vermiş, onlar mübahisə edə-edə evə daxil olmuş və evdə sözlə mübahisələrini davam etdirmişlər. Bundan sonra o, əsəbiləşərək evindən çıxıb getmiş, 30 yanvar 2021-ci il tarixdə saat 16 radələrində yenidən Gözəlin yaşadığı evə getmiş və sonuncuya özünü ağıllı aparmasını, pozğunluqla məşğul olmamasını bildirmiş, belə olduqda Gözəl onu evdən qovmaq istədikdə aralarında mübahisə düşmüş və o, Gözəlinin bədəninin müxtəlif nahiyələrinə təpiklə və yumruqla vuraraq xəsarət yetirmiş, sonra isə evdən çıxıb getmişdir. Bundan sonra 04 fevral 2021-ci il tarixdə Gözələ zəng vuraraq onunla barışmaq istədiyini və sonuncu ilə birlikdə yaşamaq istədiyini bildirmiş, belə olduqda Gözəl onu bağışlayacağını demişdir. 06 fevral 2021-ci il tarixdə Gözəl ilə Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində görüşüb yaşadıqları Mehdiabad qəsəbəsindəki evlərinə gəlmiş, həmin günü saat 24 radələrində Gözəlin telefonda başqa şəxslə danışmasına görə aralarında mübahisə baş vermiş və mübahisə zamanı o əsəbiləşib Gözəlin bədənin müxtəlif nahiyələrinə təpiklə və yumruqla vuraraq xəsarət yetirmiş və evdən çıxaraq getmişdir. Həmin vaxtı evdə ikisi olmuş, başqa heç kəs olmamış, Gözəl ilə aralarında yaranmış mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, yaranmış dava dalaşa səbəb isə qısqanclıq olmuşdur. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, hərəkətindən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, lakin birgə nikaha girməmişlər. Onların birgə nikahdan iki övladları doğulmuş, 2008-ci ildə Təqsirləndirilən şəxs həbs edilmiş və o, atasının yaşadığı evə getmişdir. 2015-ci ildə Təqsirləndirilən şəxs azadlığa buraxıldığı üçün birlikdə yaşamağa başlamış, Eldəniz onunla birlikdə yaşadığı müddətdə heç bir yerdə işləməmişdir. O, artıq iki ildən artıq müddətdir ki, "xxxx" MMC-də ekspediter işləyir, 28 yanvar 2021-ci il tarixdə o, iş yoldaşının ad günü məclisinə getmiş, həmin günü saat 21 radələrində digər iş yoldaşı onu yaşadığı Mehdiabad qəsəbəsindəki evinin qarşısına gətirmiş, avtomobildən düşüb evinə gedərkən arxadan Eldənizin gəldiyini görmüş, sonuncu arxadan ona yaxınlaşaraq söyüb təhqir etmiş və haradan gəldiyini soruşmuş, o, isə iş yoldaşının ad günündən gildiyini bildirmişdir. Söhbət əsnasında Eldəniz ona şər ataraq onu pozğunluqla məşğul olduğunu demiş, bundan sonra o, envinə getmiş və Eldənizlə arasında qısqanclıq zəminində mübahisəsi düşmüşdür. Sonra Eldəniz onu bir daha narahat etməyəcəyini bildirərək evdən çıxıb getmiş və bir daha geri qayıtmayağacını demişdir. Buna baxmayaraq Eldəniz 30 yanvar 2021-ci il tarixdə yenidən onun kirayə yaşadığı evə qayıdıb gəlmiş və onu nalayiq ifadələrlə söyüb təhqir edərək ona pozğun olduğunu və yad kişilərlə gəzdiyini bildirmiş, belə olduqda aralarında bu zəmində mübahisə yaranmış, mübahisə zamanı Eldəniz onun saçından tutub yerə yıxmış və onu yerdə sürüməyə başlamış, yumruqla başından və sifət nahiyəsindən bir neçə dəfə vurmuş, sonra təpiklə bel və kürək nahiyələrindən zərbələr endirmişdir. Sonra isə döşəmə silən taxta ilə onun bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbə ilə vurmuş və onun evdən çıxmasını tələb etmiş, o da evdən çıxıb birbaşa Mehdiabad PB-yə getmiş və döyülməsi barədə şikayət ərizəsi yazmışdır. 04 fevral 2021-ci il tarixdə Eldəniz ona zəng vuraraq onunla barışmaq istədiyini bildirmiş və onunla bir daha işi olmayacağına söz vermiş, uşaqlarının yanına qayıtmasını xahiş etmiş, 06 fevral 2021-ci il tarixdə o, işdən çıxmış və Eldəniz onu heç nə olmamış kimi Bakı şəhəri, 7-ci mikrorayon ərazisində qarşılayaraq evə aparmışdır. O, uşaqları ilə birlikdə şam yeməyi yedikdən sonra yatmaq üçün otağa keçmiş, həmin vaxtı Eldəniz onunla ikilikdə mübahisə etməyə başlamış və onu fahişəlikdə günahlandırmışdır. Bu səbəbdən aralarında mübahisə düşqmüş və Eldəniz onu döyməyə başlamış, belə ki, yumruqla sifət nahiyəsindən və təpiklə bel nahiyəsindən vurmuş, o, çox çətinliklə Eldənizin əlindən çıxmış və qaçaraq Mehdiabad PB-yə getmiş, orada döyülməsi barədə şikayət etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 fevral 2021-ci il tarixli 238 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözaltı, hər iki kürək, hər iki diz oynağı nahiyələrinin qançırları, hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 fevral 2021-ci il tarixli 282 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün qapalı yerdəyişməyən sınığı, alın nahiyəsinin dərialtı hematoması, burun, sağ gözaltı, hər iki kürək, hər iki diz oynağı nahiyələrinin qançırları, sağ gözün ağlı qişasına qişasına qansızma, hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi vədərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 13.01,2010-cu il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və 8 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2016-cı il tarixdə AR MM-nin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2 bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Abşeron rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi mümkün olmadığından məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Abşeron rayon Pİ-nə göndərilmiş, o, Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılaraq Abşeron rayon məhkəməsinə təhvil verilmiş, işin icraatı təzələnərək baxılması üçün təyin edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması və hər ikisinin məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-39/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-39/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver