Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-39/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Qax rayonu Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olan və ödənilməyən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 8000 manat müqabilində xəstəliklə bağlı təqaüd almasına köməklik edəcəyini vəd verib inandıraraq, 2020-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki “Metropark” ticarət mərkəzinin qarşısında 2800 manat pulunu, 2020-ci ilinin iyun ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki 267 saylı orta məktəbin arxasında 700 manat pulunu, 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki “Zirvə” şadlıq sarayının yaxınlığındakı bərbərxanada 1500 manat pulunu, 2020-ci ilin avqust ayının ortalarında, Bakı şəhəri Nəsimi rayonu, S.Vurğun küçəsi, Bakı Dövlət Sirkinin yaxınlığında 600 manat pulunu, 2020-ci ilin sentyabr ayının əvvəllərində “Xırdalan” dairəsinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə aid olan hissəsində 200 manat pulunu vahid niyyətlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 5800 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 17-də yaşayan Zərərçəkmiş şəxs2 özünü Rizvan kimi təqdim edərək, onun işini Daxili Qoşunlardan, Polis Orqanlarına dəyişəcəyinə söz verib aldadaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 5000 manat pulunu, 02 iyul 2021-ci il tarixdə isə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əlavə olaraq 5000 manat pulunu etibardan sui-istifadə etməklə vahid niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 manat məbləğində pulunu xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ildə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2(iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs1 bir neçə il olar ki, tanıyır. Belə ki, Samir əvvəllər yol polisi əməkdaşı olduğuna görə o, da həmin ərəfələrdə sürücülük etdiyi üçün onunla tez-tez rastlaşmışdır. 2020-ci ilin təxminən iyun ayının əvvəllərində o, Samirlə Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Tərlan” şadlıq sarayının qarşısında təsadüfən görüşmüş, həmin ərəfədə o, yaxınlıqdakı 267 nömrəli orta məktəbin arxasındakı çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən şirniyyat sexində işləmişdir. Söhbət zamanı Samir ona əvvəllər xidmətdə olarkən avtoqəza keçirdiyi üçün səhhətində problemlərin olduğunu bildirmiş, xəstəliklə əlaqədar təqaüdə çıxmaq istədiyini söyləmişdir. O, da bu işdə ona köməklik edə biləcək tanış vəkilinin olduğunu bildirmiş, bu söhbətdən bir neçə gün sonra Covid-19 pandemiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi tətbiq edilmişdir. İşlədiyi şirniyyat sexində də iş zəiflədiyi üçün onun pula ehtiyacı yaranmışdır. 2020-ci ilin iyun ayının əvvəllərində Samirə zəng edib, həmin sexin yaxınlığındakı “Tərlan” şadlıq sarayının qarşısında onunla görüşüb, onun xəstəliklə təqaüdə çıxmasına köməklik edəcək vəkil tanışı ilə danışdığını, vəkilin bu işin həlli üçün 8000 manat pul və onun xəstəliyi ilə bağlı sənədlərin ksero surətlərini istədiyini, həmçinin veriləcək pulun yarısının əvvəlcədən çatdırılmasını söyləmişdir. Samir də razılaşmış və elə həmin günü onunla Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki “Metropark” ticarət mərkəzinin qarşısında onunla görüşüb 2800 manat pulu, xəstəliyi ilə bağlı sənədlərin kserosurətləri ilə birlikdə ona verib qalan 1200 manatı da bir neçə günə ona çatdıracağını söyləmişdir. O, da həmin məbləğdə pulu və sənədləri ondan alıb, vəkillə görüşəcəyini deyib ondan ayrılmışdır. Samirdən aldığı pulu bir neçə gün ərzində öz şəxsi ehtiyaclarına xərcləmişdir. Samir də onunla təqaüdə çıxması ilə bağlı soruşanda hər şeyin qaydasında olduğunu söyləmişdir. Bundan bir neçə gün sonra, yəni 2020-ci ilinin iyun ayının ortalarında Samirə zəng edib, təqaüd işinin həll olması üçün pul lazım olduğunu söyləmişdir. Samir də həmin günü nahardan sonra onun əvvəllər işlədiyi şirniyyat sexinin yaxınlığında, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki 267 saylı orta məktəbin arxasında sonuncu ilə görüşüb ona 700 manat pul vermiş, o, pulu alıb, vəkilə vermək üçün lazım olan 4000 manatı tez düzəltmək lazım olduğunu söyləmiş, o da yaxın günlərdə düzəldib verəcəyini bildirib getmişdir. O, da Samirdən aldığı 700 manatı bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmiş və sonuncuya zəng edib, onun təqaüd işinin tez həll olması üçün vəkilə 4000 manatdan artıq pul vermək lazım olduğunu bildirmiş və ona tez pulu çatdırmasını söyləmiş, Samir də razılaşmış və 2020-ci ilin iyul ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə nahardan sonra ona zəng edib pul vermək istədiyini söyləmiş, həmin vaxt o, da Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsindəki “Zirvə” şadlıq sarayının yaxınlığındakı bərbərxanada olduğunu bildirmiş və Samirə həmin yerə gəlməsini söyləmiş, bir neçə dəqiqədən sonra Samir onun yanına gəlib ona 1500 manat pul vermiş, o da pulu alıb Samirin təqaüd məsələsinin yaxın vaxtda həll olunacağını deyib, qalan pulu da hazırlamasını tapşırmışdır. Samirdən aldığı 1500 manatı da bir neçə günə şəxsi ehtiyaclarına xərcləmiş, bundan təxminən bir ay sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında, tarixini dəqiq xatırlamadığı gündə yenə xərcləməyə pulu olmadığı üçün Samirə zəng edib sonuncunun təqaüd məsələsinin həlli üçün təcili olaraq 600 manat pul lazım olduğunu söyləmişdir. Samir də elə həmin günü Bakı şəhəri Nəsimi rayonu, S.Vurğun küçəsi, Bakı Dövlət Sirkinin yaxınlığında onunla görüşüb, həmin məbləğdə pulu ona vermiş, o pulu alıb Samirin təqaüd məsələsinin yaxın günlərdə həll olunacağını demiş, qalan pulu hazırlamasını söyləmişdir. Samirdən aldığı 600 manatı da əvvəl aldığı pullar kimi bir neçə gün ərzində öz şəxsi ehtiyaclarına xərcləmiş, bundan bir müddət sonra, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində yenə xərcləməyə pulu olmadığı üçün tarixini dəqiq xatırlamadığı gündə Samirə zəng edib onun təqaüd məsələsinin həlli üçün təcili olaraq 200 manat pul lazım olduğunu söyləmiş, həmin vaxt Samir Bakı şəhəri 20 Yanvar dairəsində olduğunu bildirib, ondan harada olduğunu soruşmuş, o da Xırdalan dairəsində avtobus dayanacağında olduğunu söyləmiş, Samir bir neçə dəqiqədən sonra idarə etdiyi avtomobillə onun yanına gəlmiş, Xırdalan dairəsinin Xırdalan şəhəri ərazisinə aid olan hissəsində onunla görüşüb 200 manat pul verib getmiş, o da pulu alıb təqaüd işinin həll olunmasına lap az qaldığını söyləmişdir. Samir də təqaüd məsələsinin uzun müddətdə həll olunmamasından narazılıq edib, ondan təqaüd işini həll edən vəkillə görüşdürməyini tələb etmişdir. O da 2-3 günə Samiri vəkillə görüşdürəcəyini deyib getmiş və Samirdən aldığı 200 manatı elə həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan 2-3 gün sonra Samirin ona zəng etdiyini görsə də, onun zənglərinə cavab verməmiş, bir neçə gündən sonra ona zəng edib, rayonda olduğunu, qayıdanda onu vəkillə görüşdürəcəyini deyib aldatmışdır. Bundan sonra da onun zənglərinə cavab versə də, müxtəlif bəhanələr gətirərək onu aldatmağa davam etmişdir. 2020-ci ilin noyabr ayında Samir ona zəng edib onu aldatdığını bildirib, təqaüd məsələsinin həlli üçün ona verdiyi 5800 manat pulu geri qaytarmağını tələb etmiş, o da Samirdən aldığı pulu-təqaüd məsələsini həll edən vəkilə verdiyini deyib, pulu vəkildən geri alan kimi ona qaytaracağını söyləmiş, Samir də onun tərəfindən aldanıldığını hiss edib ondan polisə şikayət etmişdir. Əlavə olaraq onun həmin ərəfədə işi olmadığı üçün pul əldə etmək məqsədi ilə Samirə onun xəstəliklə təqaüdə çıxmasına köməklik edəcəyini yalandan vəd vermiş, Samirdən 5800 manat pulu alıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan heç kimə verməmiş və bu barədə heç kimə deməmişdir. Bundan başqa o, bildirdi ki, o, əvvəllər DİN-nin Daxili Qoşunlarında xidmət edərkən Şahid2 Əbubakar oğlu ilə tanış olmuş, bundan sonra da onunla normal münasibəti olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamış və tez-tez görüşüb yoldaşlıq etmişlər. 2021-ci ilin yay aylarında, təxminən iyun ayında Həmzat onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib, Daxili Qoşunlarda xidmət edən Pünhan adlı tanışının işini X5 Orqanlarına dəyişmək istədiyini bildirmiş, bu işdə ona köməklik etməsini xahiş etmiş, o da Həmzətə onun nömrəsini verməsini, Pünhanın ona zəng etməsini demişdir. Bundan bir neçə gün sonra Pünhan adlı şəxs ona mobil telefon vasitəsi ilə zəng etmiş və Daxili Qoşunlarda xidmət etdiyini bildirərək işini Polis Orqanlarına dəyişmək istədiyini demişdir. O, da Həmzətə «düzələr, lakin bu iş üçün bir az şirinlik lazım olacaqdır»-demiş, Pünhan ondan nə qədər şirinlik lazım olacağını soruşmuş, o da Pünhana 5000 manat pul lazım olduğunu demiş və Pünhan onunla razılaşmışdır. Onlar telefonda Pünhanla öz aralarında razılaşandan sonra, o, Pünhana Həmzətin nömrəsinə zəng etməsini və 5000 manat pulu ona çatdırması üçün Həmzətə verməsini söyləmişdir. Eyni zamanda Həmzətlə danışıb Pünhandan 5000 manatı götürüb ona gətirməsini xahiş etmiş, həmin günü Həmzət Biləcəri qəsəbəsində Pünhandan 5000 manat pulu alıb, gətirib ona vermişdir. O, həmin puldan Həmzətə verməmiş və Pünhanın işini düzəldəcəyini sonuncuya demiş, Pünhan tez-tez ona zəng edərək işi barədə soruşmuş, o da Pünhana tələsməməyi demişdir. 2021-ci ilin iyul ayının əvvəllərində o, yenə telefonda Pünhana «əlavə olaraq 5000 manat da pul lazımdır, həftənin 1-ci günü sənin əmrin olacaq»-demişdir. Pünhanda ona inanmış və gəlib pulu onun Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı ünvandan götürməsini bildirmiş, o da də həmin vaxtı yas mərasimində olduğu üçün Həmzətə zəng edib, Pünhanın işinin düzəltdiyini deyib, sonuncu ilə əlaqə saxlayıb, pulu götürərək ona gətirməsini xahiş etmiş, Həmzət də həmin günü gedib, Abşeron rayonu, Saray qəsəbəsində Pünhanın yaşadığı evin qarşısında ondan 5000 manat pulu götürüb, elə həmin günü də Bakı Beynəlxalq Avtovağzalın yanında ona vermiş, o da həmin puldan 10 manat Həmzətə benzin pulu vermiş, o Həmzəti və Pünhanı həmin işi, yəni Pünhanı işlədiyi X5 Orqanlarına dəyişəcəyinə inandırmışdır. Lakin sonradan həmin iş alınmamış, o ,ümumilikdə Pünhandan 10000 manat pul almış, həmin pulları ona Həmzət gətirsə də sonuncu onun həqiqətən Pünhanın işini düzəldəcəyini bilmişdir. O da müəyyən problemləri olduğu üçün, Pünhandan aldığı həmin 10000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, Həmzət onun Pünhanı aldadacağını bilməmişdir. O, ifadəsinə əlavə olaraq göstərdiklərindən başqa heç bir cinayət əməlinin etmədiyini bildirmişdir. Sonda o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 tələblərini qəbul etmədiyini bildirərək mülki iddiaların rədd edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2013-cü ildən DİO-da Yol Patrul Xidmətində inspektor işləmişdir. 2018-ci ilin yanvar ayından Baş Mühafizə İdarəsində polis nəfəri işləyir. Təqsirləndirilən şəxs Yol Patrul Xidmətində inspektor işlədiyi vaxtdan sürücü kimi tanımışdır. 2020-ci ilin iyun ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Tərlan” şadlıq sarayının yaxınlığında Dilqəmlə təsadüfən rastlaşmış, onlar bir neçə dəqiqə küçədə hal-əhval tutub söhbət etmişlər. Həmin vaxt o, Dilqəmə xəstəliklə əlaqədar təqaüdə çıxmaq istədiyini bildirmiş, Dilqəm də bu işdə ona köməklik edə biləcək tanış vəkilinin olduğunu söyləmiş və bu işi həll etmək üçün həmin vəkilə vermək üçün, həmçinin lazım olan sənədlərin hazırlanmasına rüsumların ödənilməsindən ötrü 8000 manat pul lazım olduğunu bildirmiş, o da razılaşmış, bundan dərhal sonra Dilqəm həmin pulun vəkilə çatan yarı hissəsini, yəni 4000 manatını və onun xəstəliyi barədə sənədlərin kserosurətlərini əvvəlcədən vermək lazım olduğunu söyləmiş, o da onunla razılaşmışdır. Bundan 3 gün sonra, yəni 2020-ci ilin iyun ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı tarixdə günorta vaxtı o, Dilqəmin onda olan mobil telefon nömrəsinə zəng etmiş, onunla Bakı şəhəri Nərimanov metrostansiyasının yaxınlığındakı parkda görüşüb xəstəliyi ilə bağlı sənədlərin surətlərini və 2800 manat pulu Dilqəmə vermiş, Dilqəm də pulu və sənədləri alıb, qalan pulu tez vermək lazım olduğunu söyləmiş, o da yaxın günlərdə qalan pulu da hissəhissə Dilqəmə verəcəyini bildirmiş, bundan bir neçə gün sonra, yəni 2020-ci ilinin iyun ayının ortalarında o, Dilqəmə zəng edib, onun işlədiyi şirniyyat sexinin yaxınlığında, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki 267 saylı orta məktəbin arxasında görüşüb 700 manat pul vermişdir. Dilqəm pulu alıb, vəkilə verilmək üçün lazım olan 4000 manatı tez düzəltmək lazım olduğunu söyləmişdir. O da yaxın günlərdə düzəldib verəcəyini bildirib getmiş, bundan az sonra Dilqəm ona zəng edib, onun təqaüd işinin tez həll olması üçün vəkilə 4000 manatdan artıq pul vermək lazım olduğunu bildirmiş və ona tez pul çatdırmağını söyləmiş, o da razılaşmış və 2020-ci ilin iyul ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə nahardan sonra Bakı şəhəri Biinəqədi rayonu, C.Xəndan küçəsindəki “Zirvə” şadlıq sarayının yaxınlığındakı bərbərxanada Dilqəmlə görüşüb sonuncuya 1500 manat pul vermiş, Dilqəm də pulu alıb onun təqaüd məsələsinin yaxın vaxtlarda həll olunacağını deyib qalan pulu da hazırlamasını söyləmiş, bundan təxminən bir ay sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında, tarixini dəqiq xatırlamadığı gündə Dilqəm ona zəng edib onun təqaüd məsələsinin həlli üçün 600 manat pul verməyini söyləmiş, o da elə həmin günü Bakı şəhəri Nəsimi rayonu, S.Vurğun küçəsi, Bakı Dövlət Sirkinin yaxınlığında Dilqəmlə görüşüb sonuncuya həmin məbləğdə pul vermiş, Dilqəm pulu alıb təqaüd məsələsinin yaxın günlərdə həll olunacağını deyib qalan pulu hazırlamağını söyləmiş, bundan bir müddət sonra, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə o, şəxsi işi ilə bağlı Bakı şəhəri 20 Yanvar dairəsində olduğu vaxtı Dilqəm ona zəng edib, təqaüd işinin həll olunması üçün ona təcili 200 manat pul lazım olduğunu söyləmiş, həmin vaxt o, Dilqəmdən harada olduğunu soruşmuş, Dilqəm də Xırdalan dairəsində avtobus dayanacağında olduğunu söyləmiş, o da həmin yerə yaxın olduğunu deyib, idarə etdiyi avtomobili ilə bir neçə dəqiqəyə Dilqəmin yanına getmiş və Xırdalan dairəsinin Xırdalan şəhəri ərazisinə aid olan hissəsində onunla görüşüb təqaüd işinin həll olunması üçün istədiyi 200 manat pulu ona vermiş, Dilqəm pulu alıb təqaüd işinin həll olunmasına lap az qaldığını söyləmiş, o, işin həllinin uzun çəkdiyini görüb, onun işini həll edən həmin vəkillə görüşdürməsini Dilqəmdən tələb etmiş, Dilqəm də 2-3 günə onu vəkillə görüşdürəcəyini deyib getmiş, bundan 2-3 gün sonra o, Dilqəmin onu vəkillə görüşdürmədiyini görüb, ona zəng etmiş, lakin Dilqəm onun zənglərinə cavab verməmiş və bir neçə gündən sonra ona zəng edib rayonda olduğunu, qayıdanda onu vəkillə görüşdürəcəyini söyləmiş, amma yenə Dilqəm onu vəkillə görüşdürməmiş və etdiyi zənglərinə gah cavab verməmiş, gah da cavab verib ona müxtəlif bəhanələr söyləmişdir. O da artıq Dilqəmin onu aldatdığını hiss edib 2020-ci ilin noyabr ayında zəng edib, sonuncuya təqaüd məsələsini həll etmək üçün verdiyi 5800 manat pulu geri qaytarmasını tələb etmiş, Dilqəm də ondan aldığı pulu hansısa vəkilə verdiyini deyib, pulu vəkildən geri alan kimi ona qaytaracağını söyləmiş, bu minvalla Dilqəm vaxtı uzadaraq ona verdiyi pulları qaytarmamış, nə də təqaüd məsələsini həll etməmiş, o da Dilqəmin onun pullarını aldadaraq ələ keçirdiyini yəqin edib 2021-ci ilin aprel ayında polisə şikayət etmişdir. O, ifadəsində əlavə olaraq Dilqəmə pulları verərkən yanında heç kimin olmadığını, aralarındakı bu razılaşmadan və onun Dilqəmə pul verməyindən heç kimin xəbəri olmadını bildirdi. Sonda onun qanuna müvafiq qaydada cəzalandırılmasını və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, mülki iddia qaldırdığını bildirərək ona vurulmuş 5800 (beş min səkkiz yüz manat maddi ziyanının və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, əvvəllər Daxili Qoşunlarda xidmət etmiş, hazırda fərdi əməklə məşğul olur. 2021-ci ilin yay aylarında əvvəldən tanıdığı Daxili Qoşunlarda müddətdən artıq xidmət edən Şahid1 ilə söhbət edərkən, onun işinin Daxili Qoşunlardan, Polis Orqanlarına dəyişmək istədiyini bildirmiş, Şahid1 belə bir tanışının olduğunu deyərək, yanında zəng edib bir nəfərlə danışmış, həmin şəxsə onun işini X5 Orqanlarına dəyişmək istədiyini demiş, Emin telefonda danışandan sonra, onun istifadəsində olan ***-***-**-** nömrəsini, telefonda danışdığı Həmzət adlı şəxsə vermiş, Bundan bir neçə gün sonra Həmzət ona zəng etmiş və ona ***-***-**-** mobil nömrəsini vermiş, həmin şəxsin adının Rizvan olduğunu demiş, onunla əlaqə saxlamasını və həmin şəxsin onun işinin X5 Orqanlarına dəyişməsinə kömək edəcəyini demiş, o, həmin mobil nömrəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ilə danışmış və həmin şəxs ona demişdir ki, «sənin işini Daxili Qoşunlardan, Polis Orqanlarına dəyişəcəm, lakin bunun üçün 5000 manat pul lazımdır». O da telefonda Dilqəmlə razılaşmış və gəlib 5000 manat pulu götürməsini bildirmiş, Dilqəm ona ***-***-**-** və ***-***-**-** mobil nömrəsini vermiş, həmin nömrələrin Həmzətin olduğunu, 5000 manat pulu Həmzətə verməsini, Həmzətində ona çatdıracağını bildirmiş, o da Həmzətin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, Həmzətlə danışıb ona «gəl Binəqədi rayonu, Biləcəri qəsəbəsində Daxili Qoşunların qarşısında olan parkın qarşısına 5000 manat pulu götür»-demişdir. Bir az sonra Həmzət həmin yerə gəlmiş, o da parkın qarşısında 5000 manat pulu Həmzətə vermiş, bundan sonra o, yenə bir neçə dəfə telefon vasitəsi ilə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Təqsirləndirilən şəxs 5000 manat pulu Həmzətdən götürdüyünü və tezliklə onun işini düzəldəcəyini bildirmiş, bundan sonra Dilqəm hər dəfə danışanda ona işinin düzələcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng etmiş və həftənin 1-ci günü əmrinin olacağını demiş, həmçinin Dilqəm ona əlavə olaraq 5000 manat pul verməli olduğunu da bildirmiş, o da Dilqəmlə razılaşmış və 5000 manat pulu gəlib Saray qəsəbəsindən götürməsini demiş, Dilqəm isə Həmzətin gəlib pulu götürəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Həmzət Abşeron rayonu, Saray qəsəbəsinə gəlmiş, o, yaşadığı evin qarşısında əlavə olaraq işinin düzəlməsi üçün 5000 manat pulu ondan aparıb Dilqəmə vermək üçün götürmüş, həmin günü Dilqəm ona zəng etmiş, 5000 manat pulu Həmzətdən aldığını və həftənin 1 -ci günü işinin düzələcəyini demiş, o da Təqsirləndirilən şəxs inanmış, lakin 2021-ci ilin dekabr ayınadək gözləsə də, onun işi düzəlməmiş, Dilqəm telefonlara cavab vermədiyi üçün, o, telefon vasitəsi ilə Həmzətlə əlaqə saxlamış, sonda Həmzət ona Dilqəmin dələduzluq etdiyi üçün Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldığını demiş, o da məcbur olub bu barədə polisə şikayət etmiş, o Təqsirləndirilən şəxs iki dəfə hər dəfə 5000 manat pul olmaqla, ümumilikdə 10000 (on min) manat pul vermiş, həmin 10000 manat pulu, hər dəfə Həmzət gəlib ondan götürərək aparıb Dilqəmə vermişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək onun qanuna müvafiq qaydada cəzalandırılmasını və mülki iddiasının təmin edilməsini, ona vurulmuş 10000 manat maddi ziyanın, 3000 (üç min) manat mənəvi ziyanının və 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun ödənilməsini məhkəmədən xahiş etdi. İbtidai İstintaq zamanı Şahid2 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zaqatala rayonunda daimi qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda kirayədə yaşayır. Təqsirləndirilən şəxs təxminən 8 ildən artıqdır ki, tanıyır. Təqsirləndirilən şəxsla normal münasibəti olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Dilqəmi əvvəllər Rizvan kimi tanımış, lakin sonradan adının Dilqəm olduğunu bilmişdir. 2021-ci ilin yay aylarında tanışı, onunla bir yerdə xidmət etmiş Şahid1 onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək bildirmişdir ki, bir nəfər onun tanışı Pünhan adlı şəxs, Daxili qoşunlardan, polisə dəyişmək istəyir. O, da Şahid1 Pünhan adlı şəxsin mobil nömrəsini almış, nömrəni tanışı Dilqəmə vermiş və Dilqəmə bir nəfər şəxsin Daxili qoşunlardan, polisə dəyişmək istədiyini demiş, Dilqəm də ondan danışmaq üçün həmin şəxsin nömrəsini istəmiş, o da Pünhanın istifadəsində olan ***-***-**-** nömrəsini Dilqəmə vermiş, bundan sonra Dilqəm Pünhana zəng etsə də aralarında nə danışıq olduğunu bilməmiş, lakin 2021-ci ilin iyun ayında Dilqəm ona zəng etmiş və həmin Pünhan adlı şəxsin işini danışıb, gedib Pünhandan 5000 manat pulu götürüb, ona çatdırmaq lazım olduğunu bildirmiş, o da Pünhanın nömrəsini almış, zəng edib Pünhanla danışmış və ona bildirmişdir ki, «Dilqəm sənin nömrəni verib, səndə ona çatası pul var». Bundan sonra Pünhan ona «Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, «Biləcəri-lstirahət» parkının qarşısına gəl»-demişdir. O da Biləcəri qəsəbəsində Daxili qoşunların qarşısında olan parka gedib orada Pünhanla görüşmüş və Pünhandan 5000 (beş min) manat pulu almış və həmin pulu gətirib, Bakı şəhərində Şamaxinka deyilən yerdə Dilqəmə vermiş, Dilqəm də ondan həmin 5000 manat pulu almış və Pünhanın işini danışıb, tez bir zamanda düzəldəcəyini bildirmiş, Dilqəm həmin puldan ona heç nə verməmiş, bundan sonra 3 gün Dilqəm tapılmamışdır. 2021-ci ilin iyul ayında Dilqəm ona yenidən zəng etmiş və həftənin 1-ci günü Pünhanın əmiri olacağını və işinin düzələcəyini bildirmiş, bundan sonra Dilqəm ona «Pünhanla danışmışam, gedib ondan qalan məbləği götürmək lazımdır»-demişdir. Dilqəm «o, yas yerindədir və məndən xahiş etdi ki, gedib qalan məbləği Pünhandan götürüm»-demişdir. O da telefonla Pünhanla danışmış, Pünhan, Abşeron rayonu, Saray qəsəbəsində olduğunu demiş, o da gedib Saray qəsəbəsində Pünhanın yaşadığı evinin qarşısında ondan yenidən 5000 (beş min) manat pul götürmüş və gətirib Biləcəri qəsəbəsində, avtovağzal dairəsində həmin 5000 manat pulu Dilqəmə vermiş, bu dəfə də Dilqəm həmin 5000 manat pulu ondan alanda həftənin 1-ci günü X6, polisə dəyişməsi barədə əmrinin olacağını bildirmiş, o da Pünhandan götürdüyü həmin 5000 manat pulu Dilqəmə vermiş, Dilqəm həmin puldan 10 manat onun idarə etdiyi avtomobilə yanacaq vurmaq üçün vermişdir. O da həmin 10 manat pula avtovağzalda yanacaq vurmuşdur. Bundan təxminən 30-40 gün sonra Dilqəm Xətai rayonunda polis tərəfindən dələduzluğa görə saxlanmış, həmin vaxt Pünhan ona zəng etmiş və bildirmişdir ki, «Dilqəmə zəng çatmır, bəs mənim işim düzəlməyib». O da Pünhana demişdir ki, «Dilqəmə zəng edirəm telefonuna zəng çatmır». Həmçinin Pünhandan soruşmuşdur ki, «bəs sənin əmrin verilməyib». Pünhan demişdir ki, heç bir əmr olmayıb, bundan sonra təxminən 3-4 dəfə Pünhan ona zəng etmiş və Dilqəmə zəng çatmadığını demiş, o da Pünhana Dilqəmə zəng çatmadığını demiş, lakin X7 polisi tərəfindən saxlanıldığını deməmiş, Dilqəm Xətai polisindən buraxılandan sonra, Pünhan Dilqəmlə danışmış, Dilqəm polisdən çıxandan sonra istifadəsində olan ***-***-**-** nömrəsini işlətmədiyinə görə Dilqəmə zəng çatmamış, bu səbəbdən də Pünhan ona zəng edərək demişdir ki, «Dilqəmə zəng çatmır, mənim işim düzəlmədi, mən polisə şikayət edəcəm». Pünhan ondan pul istəməyə başlamışdır. O da Pünhana demişdir ki, Dilqəm Xətai polisi tərəfindən saxlanılıb. Pünhanda həmin 10000 (on min) manat pulu ondan istəmişdir. O, da Pünhana demişdir ki, «mən səndən aldığım pulun hamısını Dilqəmə vermişəm. Pulu sənə Dilqəm verəcəkdir». Dilqəmin istifadə etdiyi ***-***- **-** nömrəsi, onun adına olsa da, həmin nömrəni Dilqəm işlətmişdir. Belə ki, Dilqəm telefonuna nömrə alanda üzərində şəxsiyyət vəsiqəsi olmadığını demiş, bu səbəbdən də həmin nömrəni onun şəxsiyyət vəsiqəsi ilə almış, o, həmin ***-***-**-** nömrəini heç vaxt işlətməmişdir. O, əlavə olaraq göstərmişdir ki, Şahid1 ona zəng etmiş və ondan soruşmuşdur ki, «sənin hər hansı bir tanışın varmı, Daxili Qoşunlardan, Polisə kimisə dəyişsin». Dilqəm onun yanına gələndə hərdən kimisə X5 orqanına dəyişəcəyini demiş, bu səbəbdən də o, Eminə tanışı olduğunu demişdir. O, ifadəsinə əlavə olaraq Dilqəmin özünün qabaqcadan hər şeyi planlaşdırmış, bu səbəbdən də ondan istifadə edərək, Pünhandan pul almağa hər dəfə onu göndərdiyini bildirmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasına şahid qismində dəvət olunmuş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini xahiş etmişdir. İbtidai İstintaq zamanı Şahid1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 və Şahid2 onunla birlikdə xidmətdə olmuşlar. O, həmin vaxtdan onların hər ikisini tanıyır və normal münasibətdədir. Onlarla onun arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 2021-ci ilin iyun ayının əvvəllərində Pünhan Qubaya köçürülməmişdən əvvəl ona polisə düzəlmək istədiyini demiş, o da Pünhana onun bir nəfər Həmzət adlı tanışı olduğunu, həmin şəxsin tanışı kimdirsə onun polisə düzəltməkdə kömək edəcəyini bildirmişdir. Bundan sonra o, Şahid2 istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng etmiş və Həmzət də ondan Pünhanın istifadəsində olan nömrəni istədiyini bildirmiş, o da Pünhanın istifadəsində olan ***-***-**-** nömrəsini Həmzətə vermiş, bundan sonra nə hadisə baş verdiyini bilmir. Bundan təxminən 4-5 ay sonra Pünhan Həmzətə ümumilikdə 10.000 (on min) manat verdiyini demiş, Həmzət isə tanışı Dilqəmlə birlikdə onu aldadıb, yəni onun pulunu alıb işini düzəltməyiblər. O, başqa heç nə bilmir, lakin sonradan həmin Dilqəm adlı şəxsin də onların olduqları hərbi hissədə işlədiyini, yəni ondan əvvəl, onu müəyyən xoşagəlməz, yəni belə söhbətlərə görə hərbidən tərxis edildiyini eşitmişdir. O, isə həmin Dilqəm adlı şəxsi görməmiş və tanımamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə daxil olmuş ərizəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsi olmadığını, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 517970 saylı və AZ-İİ 970344 saylı Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı- xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 var. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 3 il 2 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı ilə həmin hölkm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərarı ilə Binəqədin Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı dəyişdirilərək cəzası 02 ilə endirilmiş, 01 il 02 ay, 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 06 fevral 2018-ci ildə cəzasını çəkmə müddəti bitdiyindən cəzadan azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 10 (on) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də dələduzluq cinayətlərini törətməkdə təqsirli bilinib məhkum edilməsini onun bu növ qanunsuz əməllərə meyilli bir şəxs olaraq şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Bundan əlavə, təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyə və ya onlarla başqa cür hər hansı razılıq əldə etməyə belə heç bir cəhd etməməsi onun islaha meyilli olmamasından xəbər verir ki, məhkəmə bu halı da onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bu növ cəzanın təyin olunması əsaslı, qanuni və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 10 (on) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən həmçinin görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmış, cəzasının çəkilməsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, əvvəlki hökmə əsasən çəkilən cəza Təqsirləndirilən şəxs cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli onun həmin hökm üzrə hazırda çəkdiyi cəzasının əvvəlindən, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmalı və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməkdə davam etməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkdiyi üçün barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda da həmin cəzanı çəkməkdə davam etdiyi üçün hökm qanuni qüvvəyə minənədək barəsində qətimkan tədbirinin seçilməsinə heç bir zərurət yoxdur. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə olunmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 həmçinin mülki iddia qaldıraraq iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs 10000 manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun və məhkəməyə ödənilmiş 129 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda digər Zərərçəkmiş şəxs1 da mülki iddia qaldıraraq mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərə görə 5800 (beş min səkkiz yüz) manat və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyan qismində 10000 (on min) manat pul vəsaiti, mənəvi ziyan qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti və məhkəməyə ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyan qismində 5800 (beş min səkkiz yüz) manat pul vəsaiti və məhkəməyə ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 10 (on) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə qeyd olunmuş xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyan qismində 5800 (beş min səkkiz yüz) manat pul vəsaiti və məhkəməyə ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun əvəzinin alınıb Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyan qismində 10000 (on min) manat pul vəsaiti, mənəvi ziyan qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti və məhkəməyə ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzinin alınıb Zərərçəkmiş şəxs2 verilməsinə dair iddiası təmin edilsin və iddia qalan hissədə təmin edilməsin. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-39/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-39/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver