Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-390/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü ildə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxsxx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Binəqədi rayonu Memar Əcəmi metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,030 qram, 0,145 qram, 0,030 qram, 0,040 qram, 0,020 qram, ümumi təmiz çəkisi 0,335 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 2 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,087 qram və 0,240 qram, ümumi təmiz çəkiçi 0,327 qramolan qəhvəyi rəngli tozşəkilli, kustar üsülla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq 50 manat müqabilində əldə edib, əynində olan tünd göy, qolları isə yaşılrəngli idman gödəkçəsinin sol yan cibində “WİNSTON” markalı siqaret qutusunu içərisində saxlamaqla, Abşeron rayonu Masazır qəsəbəsi “Bağçalı evlər” yaşayış kompleksinə gələrək üzərində üzərində daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 23:20 radələrində Abşeron rayonu Masazır qəsəbəsi “Bağçalı evlər” yaşayış kompleksində 15B saylı evin yaxınlığında Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib, üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin narkotik vasitələr və psixotrop maddələr əynində olan göy rəngli idman gödəkçəsinin sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 4 ildir narkotik vasitə olan heroin, tiryək, metamfetamin və marixuanadan istifadə edir. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində, Bakı şəhəri, Binəqədi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində6 ədəd bükümdəpsixotrop maddə olan metamfetamin və 2 ədəd bükümdə narkotik vasitə heroinöz şəxsi istifadəsi üçün almışdır. Aldığıhəmin narkotik vasitələri özündə olan WİNSTON siqaret qutusunun içərisinə qoymuşdur. Həmin siqaret qutusunu əynində olan tünd göy rəngli, qolları yaşıl rəngdə olan idman gödəkçəsinin sol yan cibinə qoymuş və yaşadığı evə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə, gecə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Bağçalı evlər massivində 15B saylı yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, onun narkotik maddənin qəbulunda şübhəli olduğunu deyərək, onlarla birlikdə Polis İdarəsinə getməyini təklif etmişlər. Buna görə polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmiş, lakin heç cür imkan edib üstündə olan narkotik vasitəni ata bilməmişdir. Polis İdarəsində müdafiəçinin iştirakı və onun razılığı ilə üzərində video çəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış aparılan zaman ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif olunduqda, polis əməkdaşlarına əynində olan tünd göy rəngli, qolları yaşıl rəngdə olan idman gödəkçəsinin sol yan cibində olan 1 ədəd WİNSTON siqaret qutusunun içərisindəki həmin aldığı narkotik vasitələri təqdim etmişdir. Təqdimetdiyi narkotik vasitələr olan bükümlər bir-bir açılaraq baxılmışdır. Təqdim etdiyi narkotik vasitələr onun iştirakı ilə ağ zərfə qoyularaq bağlanmış və bu barədə protokol tərtib olunmuş, özü də həmin zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır.Həmin narkotik vasitələrin arasında bir ədəd yaşıl rəngli kapsula qarın ağrıkəsici dərmanı da olmuşdur. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Abşeron rayonu X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyir. xx xxxx 2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi Bağçalı evlər yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs İsmixan qızının qanunsuz olaraq narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı məxfi mənbədən məlumat əldə etmişdir. Məlumatın yoxlanması və Təqsirləndirilən şəxs İsmixan qızının cinayət başında yaxalanması üçün ətrafında əməliyyat tədbirinin keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi üçün həmin tarixdə raport ilə Abşeron rayon Polis İdarəsinin rəisinə müraciət etmişdir. İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs İsmixan qızının ətrafında əməliyyat tədbiri keçirilməsinə və əməliyyat qrupun yaradılmasına göstəriş verilmişdir. Həmin tarixdə tərəfindən CAŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Həmin gecə saat 23radələrində onlarTəqsirləndirilən şəxs İsmixan qızını Abşeron rayonu Masazır qəsəbəsi Bağçalı evlər yaşayış kompleksində yaşadığı evin yaxınlığında olduğunu müəyyən edib, ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Həmin vaxt onlar mülki geyimdə olmuşlar.Təqsirləndirilən şəxs İsmixan qızına narkotik vasitədən istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, onların təklifi ilə Abşeron rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Zamiq Mustafayevin iştirakı ilə Təqsirləndirilən şəxs İsmixan qızının üzərinə şəxsi axtarış aparılmazdan əvvəl aparılacaq vidio çəkilişlə əlaqədar etirazının olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs İsmixan qızı buna etirazı etməmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündə narkotik vasitə və cinayət xarakterli hər hansı əşya varsa onları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli, qolları yaşıl rəngdə olan idman gödəkçəsinin sol yan cibində olan bir ədəd WİNSTON siqaret qutusunu təqdim edərək, qutunun içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu öz istifadəsi üçün əldə etdiyini demişdir. Həmin siqaret qutusunun içərisində 6 ədəd bükümlərdə ağ rəngli kristallik metemfetaminə oxşar maddələr, 2 ədəd bükümlərdə qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddələr, 1 ədəd bükümdə tünd qəhvəyi rəngli qətranabənzər tiryəkə oxşar maddə, 4 ədəd bükümlərdə qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd bükümdə qəhvəyi rəngli həbbin hissəsi və bir ədəd yaşıl nərgli dərman kapsula aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu, özünə qəbul etmək üçün bir gün əvvəl Bakı şəhərində Memar Əcəmi metrosunun yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündə cinayət xarakterli başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş həmin maddələr zərfə qoyulmuş, qablaşdırılmış və zərfi möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, onlar da protokolu imza etmişlər. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri kimdən almasını bilmir, bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuş, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/67№-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut” və s. qeydlər olan zərfdəki “Winston” siqaret qutusundakı 8 ədəd bükümlərdən: - 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,070qr., 0,030qr., 0,145qr., 0,030qr., 0,040qr., 0,020qr., ümumi təmiz çəkisi 0,335 qram ağ rəngli kristallik maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilər psixotrop maddələr (Siyahı İ) siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindır; - 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,087qr. və 0,240qr., ümumi təmiz çəkiçi 0,327 qramolan qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. -1 ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, -1 ədəd bükümdə ¼ hissə qəhvəyi rəngli həb qırıntısı təsir maddəsinin miqdarı 0,01 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə metadondur - 1 ədəd yaşıl rəngli kapsula narkotik psixatrop və güclütəsiredici maddələrə aid deyildir. (qalıq metamfetamin - 0,335 qram tədqiqata sərf edildi - 0,060 qram, qalıq 0,275 qram, tiryək 0,215 qram, tədqiqata sərf edilən 0,1 qram, qalıq 0,115 qram, Heroin – 0,327 qramdan tədqiqata sərf edildi 0,05 qram, qalıq - 0, 277 qram, metodon həb qırıntısı və 01 ədəd kapsulanın yarı hissəsi tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/17№-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut” və s. qeydlər olan zərfdəki “Winston” siqaret qutusundakı 04ədəd bükümlərdən: ayrı-ayrılıqda təmiz çəkiləri 0,202 qram, 0,275 qram, 0,349 qram, 0,055 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi təmiz çəkisi – 0,881 qramdır (qalıq 0,801 qram - 0,08 qramqurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitə və digər psixaktiv maddələrin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsbarəsində Abşeron rayon Pİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Subutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə sonuncunun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasında imtina edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxsəynindəki tünd göy rəngli, qolları yaşıl rəngdə olan idman gödəkçəsinin sol yan cibində olan bir ədəd WİNSTON siqaret qutusunu təqdim edərək, qutusunun içərisində 6 ədəd bükümlərdə ağ rəngli kristallik metemfetaminə oxşar maddələri, 2 ədəd bükümlərdə qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddələri, 1 ədəd bükümdə tünd qəhvəyi rəngli qətranabənzər tiryəkə oxşar maddəni, 4 ədəd bükümlərdə qurudulmuş marixuanaya oxşar kütləni, 1 ədəd bükümdə qəhvəyi rəngli həbbin hissəsi və bir ədəd yaşıl nərgli dərman kapsulanı polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının 06-dan 2020-ci ilin iyun ayının 03-dək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Ağcabədi rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,275 qram metamfetamin, 0,115 qram tiryək, 0, 277 qram heroin,0,801 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 175 (yüz yetmiş beş) manat 92 (doxsan iki) qəpik məhkəmə-fiziki-kimyəvibioloji ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar birədədSD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 20 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının 06-dən 2020-ci ilin iyun ayının 03-dək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 27 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,275 qram metamfetamin, 0,115 qram tiryək, 0, 277 qram heroin,0,801 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 174 (yüz yetmiş dörd) manat 92 (doxsan iki) qəpik məhkəmə-fiziki-kimyəvibioloji ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar birədədSD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi 20 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 120 (yüz iyirmi) manat pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-390/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-390/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver