Məhkəmə qərarları › İş №1(012)-390/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-390/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-390/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1984-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 26.03.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 25.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə, 20.02.2021-ci il tarixdə saat 17 radələrində qaynanası Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” bina 10, mənzil 118-də yaşadığı zaman, evin digər sakinlərinin evdə olmamasından istifadə edərək, yataq otağında olan dolabdan süd rəngli qadın çantasının içərisindəki mücrüdən Zərərçəkmiş şəxs məxsus 1500 manat dəyərində 01 ədəd yaqut briliyant qaşlı sırğa və üzükdən ibarət 583 əyarlı qızıl dəstini, 800 manat dəyərində 01 ədəd zümrüd qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəstini, 2500 manat dəyərində 01 ədəd briliyant qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəstini, 4000 manat dəyərində 01 cüt briliyant qaşlı 750 əyarlı qızıl sırğanı, 1800 manat dəyərində 01 ədəd çerkoniy qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəstini, 2300 manat dəyərində 01 ədəd qaşsız şar formasında sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəstini, 1800 manat dəyərində korpusu və qolbağı 583 əyarlı qızıldan ibarət olan brilyant qaşlı 01 ədəd qadın qol saatını, 900 manat dəyərində 01 ədəd «Tifany» markalı 750 əyarlı qolbağı, 1000 manat dəyərində 01 ədəd 750 əyarlı qolbağı, 1500 manat dəyərində 01 ədəd qızıl boyunbağını, 600 manat dəyərində üzərində «Allah» yazısı olan 01 ədəd 750 əyarlı kulonu, hər birinin dəyəri 750 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində 02 ədəd nazik qızıl boyunbağıları, 1200 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl boyunbağını, 500 manat dəyərində 01 ədəd 999 əyarlı qızıl «5-lik imperial»-ı, 1000 manat dəyərində 01 ədəd birilyant qaşlı 583 əyarlı qızıl üzüyü, 800 manat dəyərində 01 ədəd sapfir və birilyant qaşlı 750 əyarlı qızıl üzüyü, 1500 manat dəyərində 01 ədəd 750 əyarlı qaşsız qızıl üzüyü, 1500 manat dəyərində 01 ədəd birilyant və rubin qaşlı 750 əyarlı qızıl üzüyü, 5000 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzüyü, 1000 manat dəyərində 01 ədəd ametist və çerkoniy qaşlı 750 əyarlı qızıl üzüyü, 1000 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl nişan üzüyü, 600 manat dəyərində 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzüyü, 280 manat dəyərində 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzüyü, 1400 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzüyü, 400 manat dəyərində 585 əyarlı 01 cüt qızıl sırğanı, 1000 manat dəyərində 01 ədəd 750 əyarlı zəncirvari qızıl qolbağı, 100 manat dəyərində 01 ədəd qızıl kulonu, 750 manat dəyərində 01 ədəd 585 əyarlı açar formasında qızıl kulonu, 260 manat dəyərində 01 ədəd ayaq üçün qolbağı, 70 manat dəyərində 01 ədəd 585 əyarlı ürək formasında qızıl kulonu, 1500 manat dəyərində 01 ədəd 583 əyarlı yaqut almaz qaşlı 01 cüt qızıl sırğanı, 1200 manat dəyərində 01 ədəd mirvari qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəstini, 3500 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl boyunbağını, 1500 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl qolbağı, 600 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl üzüyü, 800 manat dəyərində 01 ədəd 583 əyarlı romb formasında brilyant qaşlı qızıl üzüyü, 950 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzüyü, 400 manat dəyərində 01 ədəd 585 əyarlı mirvari qaşlı qızıl üzüyü və 600 manat dəyərində 01 cüt 585 əyarlı sırğanıgizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 49610 (qırx doqquz min altı yüz on) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2011-ci ildə Şahid1 ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan onların övladı olmamış, lakin Aygünün əvvəllki həyat yodaşından 15 yaşında Nuran adlı oğlu vardır. 2021-ci ilin fevral ayına qədər Aygünün anası Zərərçəkmiş şəxs Abdülrəhman qızının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti «Kristal Abşeron-1» bina 10, mənzil 118-də ailəsi ilə birlikdə yaşayırmış. Son vaxtlar virtual qumar oynlarına qurşandığı üçün ailə arasında söz-söhbət yaranmağa başlamış və bu səbəbdən o, həmin evi tərk edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28 may küçəsində kirayə yaşamağa başlamışdır. Qaynanasının evində qaldığı müddət ərzində maddi vəziyyəti yaxşı olmadığına görə həmin evdə həyat yoldaşına və qaynanasına məxsus qızılları götürüb satmaq qərarına gəlmişdir. Bu səbəbdən 20.02.2021-ci il tarixdə saat 17 radələrində yataq otağında olan dolabda mücrünün içərisindən 01 ədəd yaqut briliyant qaşlı sırğa və üzükdən ibarət 583 əyarlı qızıl dəstini, 01 ədəd zümrüd qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəstini, 01 ədəd briliyant qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəstini, 01 cüt briliyant qaşlı 750 əyarlı qızıl sırğanı, 01 ədəd çerkoniy qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəstini, 01 ədəd qaşsız şar formasında sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəstini, korpusu və qolbağı 583 əyarlı qızıldan ibarət olan brilyant qaşlı 01 ədəd qadın qol saatını, 01 ədəd «Tifany» markalı 750 əyarlı qolbağı, 01 ədəd 750 əyarlı qolbağı, 01 ədəd qızıl boyunbağını, üzərində «Allah» yazısı olan 01 ədəd 750 əyarlı kulonu, 02 ədəd nazik qızıl boyunbağıları, 01 ədəd 750 əyarlı qızıl boyunbağını, 01 ədəd 999 əyarlı qızıl «5-lik imperial»-ı, 01 ədəd birilyant qaşlı 583 əyarlı qızıl üzüyü, 01 ədəd sapfir və birilyant qaşlı 750 əyarlı qızıl üzüyü, 01 ədəd 750 əyarlı qaşsız qızıl üzüyü, 01 ədəd birilyant və rubin qaşlı 750 əyarlı qızıl üzüyü, 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzüyü, 01 ədəd ametist və çerkoniy qaşlı 750 əyarlı qızıl üzüyü, 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl nişan üzüyü, 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzüyü, 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzüyü, 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzüyü, 585 əyarlı 01 cüt qızıl sırğanı, 01 ədəd 750 əyarlı zəncirvari qızıl qolbağı, 01 ədəd qızıl kulonu, 01 ədəd 585 əyarlı açar formasında qızıl kulonu, 01 ədəd ayaq üçün qolbağı, 01 ədəd 585 əyarlı ürək formasında qızıl kulonu, 01 ədəd 583 əyarlı yaqut almaz qaşlı 01 cüt qızıl sırğanı, 01 ədəd mirvari qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəstini, 01 ədəd 750 əyarlı qızıl boyunbağını, 01 ədəd 750 əyarlı qızıl qolbağı, 01 ədəd 750 əyarlı qızıl üzüyü, 01 ədəd 583 əyarlı romb formasında brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 585 əyarlı qızıl üzüyü, 01 ədəd 585 əyarlı mirvari qaşlı qızıl üzüyü və 01 cüt 585 əyarlı sırğanı oğurlamışdır. Səhəri gün, yəni 21.02.2021-ci il tarixdə səhər saatlarında qızıların bir qismini aparıb, Bakı şəhərində yerləşən «Moskva» univermağında olan qızıl dükanına satıb 700 manat məbləğində pul almışdır. Təxminən 10 gün keçdikdən sonra qızılların bir qismini də yenidən aparıb «Moskva» univermağında 2300 manat məbəlğində satıb pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə qalan qızılların hamısını yenidən aparıb «Moskva» univermağında 2700 manat məbəlğində satıb pulu isə götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildə qızı Şahid1 kürəkəni Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan onların övladı olmamış, lakin Aygünün əvvəllki həyat yodaşından 15 yaşında Nuran adlı oğlu vardır. 2021-ci ilin fevral ayına qədər Vasif ailəsi ilə birlikdə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti «Kristal Abşeron-1» bina 10, mənzil 118-də yaşayırmış. Son vaxtlar Vasiflə qızı Aygünün arasında söz-söhbət yaranmağa başlamış, bu səbəbdən o, Vasifi evindən qovmuş, Vasifdə evi tərk edərək, başqa ünvanda yaşamağı başlamışdır. 15.03.2021-ci il tarixdə səhər saatlarında o, qızı Aygünlə evdən çıxıb işə getmiş, həmin vaxtı nəvəsi Nuran evdə qalmışdır. Həmin gün, yəni 15.03.2021-ci il tarixdə saat 20 radələrində evinə qayıdan zaman, Nuran ona, evdən çıxandan sonra Vasif evə gəlmiş biraz oturduqlan sonra çıxıb getdiyni demişdir. Həmçinin Nuran ona Vasif Tualetə girən zaman, tualetin içərisində küncdə süd rəngli çanta gördüyünü bildirmişdir. Bundan sonra o, dərhal evdə yataq otağında yerləşən dolabda saxladığı süd rəngli çantanın içərisinə qoyduğu mücrüyə baxmış və orada özünə məxsus qızıl-zinət əşyaların yerində olmadığını görmüşdür. O, başa düşmüş ki, evdə olmayan müddət ərzində Vasif həmin qızılları oğurlamışdır. Mücrünün içərisindən özünə məxsus 1500 manat dəyərində 01 ədəd yaqut briliyant qaşlı sırğa və üzükdən ibarət 583 əyarlı qızıl dəsti, 800 manat dəyərində 01 ədəd zümrüd qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəsti, 2500 manat dəyərində 01 ədəd briliyant qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəsti, 4000 manat dəyərində 01 cüt briliyant qaşlı 750 əyarlı qızıl sırğa, 1800 manat dəyərində 01 ədəd çerkoniy qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəsti, 2300 manat dəyərində 01 ədəd qaşsız şar formasında sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəsti, 1800 manat dəyərində korpusu və qolbağı 583 əyarlı qızıldan ibarət olan brilyant qaşlı 01 ədəd qadın saatı, 900 manat dəyərində 01 ədəd «Tifany» markalı 750 əyarlı qolbaq, 1000 manat dəyərində 01 ədəd 750 əyarlı qolbaq, 1500 manat dəyərində 01 ədəd qızıl boyunbağı, 600 manat dəyərində üzərində «Allah» yazısı olan 01 ədəd 750 əyarlı kulon, hər birinin dəyəri 750 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində 02 ədəd nazik qızıl boyunbağılar, 1200 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl boyunbağı, 500 manat dəyərində 01 ədəd 999 əyarlı qızıl «5-lik imperial», 1000 manat dəyərində 01 ədəd birilyant qaşlı 583 əyarlı qızıl üzük, 800 manat dəyərində 01 ədəd sapfir və birilyant qaşlı 750 əyarlı qızıl üzük, 1500 manat dəyərində 01 ədəd 750 əyarlı qaşsız qızıl üzük, 1500 manat dəyərində 01 ədəd birilyant və rubin qaşlı 750 əyarlı qızıl üzük, 5000 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzük, 1000 manat dəyərində 01 ədəd ametist və çerkoniy qaşlı 750 əyarlı qızıl üzük, 1000 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl nişan üzüyü, 600 manat dəyərində 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzük, 280 manat dəyərində 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzük, 1400 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzük, 400 manat dəyərində 585 əyarlı 01 cüt qızıl sırğa, 1000 manat dəyərində 01 ədəd 750 əyarlı zəncirvari qızıl qolbaq, 100 manat dəyərində 01 ədəd qızıl kulon, 750 manat dəyərində 01 ədəd 585 əyarlı açar formasında qızıl kulon, 260 manat dəyərində 01 ədəd ayaq üçün qolbaq, 70 manat dəyərində 01 ədəd 585 əyarlı ürək formasında qızıl kulon, 1500 manat dəyərində 01 ədəd 583 əyarlı yaqut almaz qaşlı 01 cüt qızıl sırğa, 1200 manat dəyərində 01 ədəd mirvari qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəsti, 3500 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl boyunbağı, 1500 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl qolbaq, 600 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl üzük, 800 manat dəyərində 01 ədəd 583 əyarlı romb formasında brilyant qaşlı qızıl üzük, 950 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzük, 400 manat dəyərində 01 ədəd 585 əyarlı mirvari qaşlı qızıl üzük, 600 manat dəyərində 01 cüt 585 əyarlı sırğa və qızı Aygünə məxsus 150 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzük, 70 manat dəyərində 01 ədəd qızıl üzük oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 49610 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə, onunla barışdığına görə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ildə o, Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan övladları olmamış, lakin əvvəlki nikahdan 15 yaşında Nuran adlı oğlu vardır. 2021-ci ilin fevral ayına qədər Vasif onlarla birlikdə anası Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti «Kristal Abşeron-1» bina 10, mənzil 118-də yaşayırmışlar. Son vaxtlar Vasiflə onun arasınla söz-söhbət yaranmağa başlamış, bu səbəbdən onun anası Vasifi evdən qovmuş, Vasifdə evi tərk edərək, başqa ünvanda yaşamağı başlamışdır. 15.03.2021-ci il tarixdə səhər saatlarında o, anası ilə evdən çıxıb işə getmiş, həmin vaxtı oğlu Nuran evdə tək qalmışdır. Təxminən saat 10 radələrində o, oğluna zəng vurmuş, oğlu ona Vasifin evdə olduğunu bildirmiş, bundan sonra o, Vasiflə danışmış, Vasifin evə gəlməsinin səbəbini soruşmuş, Vasif ona Nuranı görmək üçün gəldiyni bildirmişdir. Həmin gün, yəni 15.03.2021-ci il tarixdə saat 20 radələrində evə qayıdan zaman, Nuran ona evdən çıxandan sonra Vasifin evə gəldiyni, biraz oturduqlan sonra çıxıb getdiyni bildirmişdir. Həmçinin Nuran ona Vasifin Tualetə girən zaman, tualetin içərisində küncdə süd rəngli çanta gördüyünü demişdir. Bundan sonra anası dərhal, evdə yataq otağında yerləşən dolabda saxladığı süd rəngli çantanın içərisinə qoyduğu mücrüyə baxmış və orada özünə məxsus qızıl-zinət əşyaların yerində olmadığını görmüşdür. O, baş düşmüş ki, evdə olmadıqları müddət ərzində Vasif həmin qızılları oğurlamışdır. Mücrünün içərisindən anasına məxsus 1500 manat dəyərində 01 ədəd yaqut briliyant qaşlı sırğa və üzükdən ibarət 583 əyarlı qızıl dəsti, 800 manat dəyərində 01 ədəd zümrüd qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəsti, 2500 manat dəyərində 01 ədəd briliyant qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəsti, 4000 manat dəyərində 01 cüt briliyant qaşlı 750 əyarlı qızıl sırğa, 1800 manat dəyərində 01 ədəd çerkoniy qaşlı sırğa və üzükdən ibarət 585 əyarlı qızıl dəsti, 2300 manat dəyərində 01 ədəd qaşsız şar formasında sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəsti, 1800 manat dəyərində korpusu və qolbağı 583 əyarlı qızıldan ibarət olan brilyant qaşlı 01 ədəd qadın saatı, 900 manat dəyərində 01 ədəd «Tifany» markalı 750 əyarlı qolbaq, 1000 manat dəyərində 01 ədəd 750 əyarlı qolbaq, 1500 manat dəyərində 01 ədəd qızıl boyunbağı, 600 manat dəyərində üzərində «Allah» yazısı olan 01 ədəd 750 əyarlı kulon, hər birinin dəyəri 750 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində 02 ədəd nazik qızıl boyunbağılar, 1200 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl boyunbağı, 500 manat dəyərində 01 ədəd 999 əyarlı qızıl «5-lik imperial», 1000 manat dəyərində 01 ədəd birilyant qaşlı 583 əyarlı qızıl üzük, 800 manat dəyərində 01 ədəd sapfir və birilyant qaşlı 750 əyarlı qızıl üzük, 1500 manat dəyərində 01 ədəd 750 əyarlı qaşsız qızıl üzük, 1500 manat dəyərində 01 ədəd birilyant və rubin qaşlı 750 əyarlı qızıl üzük, 5000 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzük, 1000 manat dəyərində 01 ədəd ametist və çerkoniy qaşlı 750 əyarlı qızıl üzük, 1000 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl nişan üzüyü, 600 manat dəyərində 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzük, 280 manat dəyərində 01 ədəd çerkoniy qaşlı 585 əyarlı qızıl üzük, 1400 manat dəyərində 01 ədəd birilyant qaşlı 750 əyarlı qızıl üzük, 400 manat dəyərində 585 əyarlı 01 cüt qızıl sırğa, 1000 manat dəyərində 01 ədəd 750 əyarlı zəncirvari qızıl qolbaq, 100 manat dəyərində 01 ədəd qızıl kulon, 750 manat dəyərində 01 ədəd 585 əyarlı açar formasında qızıl kulon, 260 manat dəyərində 01 ədəd ayaq üçün qolbaq, 70 manat dəyərində 01 ədəd 585 əyarlı ürək formasında qızıl kulon, 1500 manat dəyərində 01 ədəd 583 əyarlı yaqut almaz qaşlı 01 cüt qızıl sırğa, 1200 manat dəyərində 01 ədəd mirvari qaşlı sırğa və üzükdən ibarət 750 əyarlı qızıl dəsti, 3500 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl boyunbağı, 1500 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl qolbaq, 600 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl üzük, 800 manat dəyərində 01 ədəd 583 əyarlı romb formasında brilyant qaşlı qızıl üzük, 950 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzük, 400 manat dəyərində 01 ədəd 585 əyarlı mirvari qaşlı qızıl üzük, 600 manat dəyərində 01 cüt 585 əyarlı sırğa və onun özünə məxsus 150 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzük, 70 manat dəyərində 01 ədəd qızıl üzük oğurlanmışdır. Özünə məxsus qızılları ona həyat yoldaşı Vasif alıb, həmin qızıllaırn götürülməsi ilə bağı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş 11.04.2005-ci il təvəllüdlü Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci ildə anası Şahid1 atalığı Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Atalığı Vasif onlarla birlikdə 2021-ci ilin fevral ayına qədər nənəsinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti «Kristal Abşeron-1» bina 10, mənzil 118-də yaşayırmış. Son vaxtlar Vasiflə anası Aygünün arasında söz-söhbət yaranmağa başlamış, bu səbəbdən nənəsi Vasifi evidən qovmuş, Vasifdə evi tərk edərək, başqa ünvanda yaşamağı başlamışdır. 15.03.2021-ci il tarixdə səhər saatlarında nənəsi anası ilə birlikdə evdən çıxıb işə getmiş, o, isə evdə tək qalmışdır. Təxminən saat 08:40 radələrində evin giriş qapısı döyülmüş, qapını açdıqda, atalığı Vasifi qapıda görmüşdür. Vasif evə daxil olmuş, o, Vasifdən gəlişinin səbəbini soruşduqda, sonuncu ona darıxdığını bildirmişdir. Bundan sonra Vasif mətbəxə keçmiş və mənə pul verdi ki, şirniyyat alması üçün mağazaya göndərmişdir. Vasifdən pulu alıb aşağı düşmüş və mağazadan şirniyyat alıb tez evə qayıtmışdır. Onun mağazaya gedib-gəlməyi təxminən 5 dəqiqə arası çəkmiş, evə gəldikdən sonra Vasiflə birlikdə çay içib şirniyyat yemiş və Vasif evdən çıxıb getmişdir. Təxminən 15-20 dəqiqədən sonra Vasif yenidən evə qayıtmış və onu yenidən mağazaya yollamaq istəmiş, lakin Vasiflə razılaşmamış və mağazaya getməmişdir. Həmin vaxtı anası onun mobil telefonuna zəng vurmuş, o, Vasifin evdə olduğunu anasına bildirmişdir. Telefonu Vasifə vermiş ki, anası ilə danışsın, Vasif telefonu onlan alandan sonra tualetə keçmiş, tualetin qapısı açılanda tualetin içərsində küncdə süd rəngində olan qadın çantasını görmüşdür. Vasif ona eyvanda olan ayaqqabılarını gətirməsini dedikdən sonra eyvana keçmiş, lakin Vasifin ayaqqabılarını orada tapmamış, təxminən 1 dəqiqədən sonra eyvandan otağa keçmiş, artıq Vasif evdə olmamışdır. Tualetin qapısını açdıqda, çantanı orada görməmiş, o, ilk öncə bu xüsusata fikir verməmişdir. Həmin gün axşam saatlarında nənəsi anası ilə evə gəldikdən sonra, nənəsinə baş verənləri danışmışdır. Bundan sonra nənəsi dərhal dolabdan süd rəngli çantanı çıxarmış və içərisinə baxdıqda, mücürüdən qızıl-zinət əşyaların olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 7 il olar ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva” univermağında qızıl-alqı satqısı ilə məşğul olur. 23.02.2021-ci il tarixdə işdə olan zaman, əvvəllər tanımadığı Vasif adlı şəxs işlədiyi mağazaya gələrək, özünə məxsus qızıl-zinət əşyalarının olduğunu və ehtiyyacı olduğu üçün xəstəliyi ilə əlaqədar satmaq istədiyini bildirmişdir. O, həmin şəxslə razılaşmış və 01 ədəd 750 əyyarlı qolbağa və 01 ədəd 750 əyyarlı boyunbağıya baxaraq, 1470 manat pul verə biləcəyini demiş, həmin şəxs onunla razılaşdıqdan sonra, alqı-satqı qəbzinə qol çəkmiş və 1470 manat pulu götürüb çıxıb getmişdir. Bir neçə gün sonra həmin şəxs onun işlədiyi yerə gələrək “qızıl satmağa gəlmişdim, sən olmadığın üçün başqa yerə satdım” sözlərini ona demişdir. Vasif adlı şəxsə «qismət olsun alasan, heç satmayasan» sözlərini dedikdən sonra həmin şəxs oranı tərk etmişdir. Bundan sonra o, həmin şəxsi bir daha görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, 10.02.2021-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Moskva» univermağının qarşısında olan qızıl dükanını icarəyə götürüb işlədməyə başlamışdır. Lakin, pandemiya ilə əlaqədar həmin dükanı 25.02.2021-ci il tarixdə bağlamışdır. Onun işi orada qızıl alıb satmaqdan ibarətmiş, yəni qızılı ucuz qiymətə alıb müştərilərə baha qiymətə satırmış. 22.02.2021-ci il tarixdə saat 14 radələrində işlətdiyi dükana bir nəfər əvvəllər tanımadığı cavan oğlan gəlib gızıl satmaq istədiyini bildirmişdir. Həmin vaxtı 585 əyarlı qızılın alış qiyməti təxminən 57 manat təşkil edirmiş, qızılın alış qimətini öyrəndikdən sonra, həmin şəxs qiymətlə razılaşaraq, 01 ədəd üzükdən və bir cüt sırğadan ibarət 10.2 qram çəkidə olan 585 əyyarlı, 01 ədəd üzükdən və bir cüt sırğadan ibarət 8.9 qram çəkidə olan 585 əyyarlı qızıl dəstlərini göstərmişdir. Kimliyindən aslı olmayaraq o, qızılı satan adamın şəxsiyyət vsiqəsində olan məlumatı, alqı-satqı kitabına qeyd edib qızılı alır. Həmin günü də həmişə olduğu kimi, qızıl satan şəxs, ona şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin şəxs Təqsirləndirilən şəxs olmuş, sonuncunun anket məlumatlarını alqı-satqı qəbzinə qeyd edərək, həmin qızılın qramını 57 manatdan hesablayıb qızıl dəstlərini ondan almışdır. Bundan sonra həmin şəxs, onun dükanını tərk etmişdir. İkinci dəfə həmin şəxs 23.02.2021-ci il tarixdə səhər saatlarında onun dükanına yaxınlaşıb 01 ədəd üzükdən və bir cüt sırğadan ibarət 8.4 qram çəkidə olan 585 əyyarlı qızıl dəstini satmaq istədiyini bildirmişdir. Qızılı həmin şəxs təqdim etdikdən sonra, o, Təqsirləndirilən şəxs anket məlumatlarını alqı-satqı qəbzinə qeyd edərək, ondan qeyd edilən qızılın qramını 57 manatdan hesablayıb pulunu vermiş və sonuncu da dükanını tərk etmişdir. Təqsirləndirilən şəxs hər dəfə qızı-zinət əşyaları satan zaman, həmin qızılların özünə məxsus olduğunu və xərçəng xəstəsi olduğuna gürə qızılları satdığını ona bildirmişdir. Qeyd etdiyi kimi 25.02.2021-ci il tarixdə həmin dükanı pandemiya ilə əlaqədar bağlamış və bundan sonra Abşeron RPİ-nin əməkdaşları ona zəng vuraraq, onu axtardıqlarını bildirmişlər. Bu səbəbdən o, Abşeron RPİ-nə ifadə verməkdən ötrü gəlmiş və qızıl alqı-satqı qəbzlərini istintaqa təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Alqı-satqı qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qaynanası Zərərçəkmiş şəxs məxsus 01 ədəd 750 əyyarlı qolbağı və 01 ədəd 750 əyyarlı boyunbağını Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Moskva» univermağında qızıl alqısatqısı ilə məşğul olan Şahid3 1470 manat müqabilində satmışdır. Həmin qəbzə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və sonuncu həmin qəbzdə olan imzanın özünə məxsus olduğunu bildirmişdir. Alqı-satqı qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qaynanası Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzükdən, bir cüt sırğadan ibarət 10.2 qram çəkidə olan 585 əyyarlı, 01 ədəd üzükdən, bir cüt sırğadan ibarət 8.9 qram çəkidə olan 585 əyyarlı və 01 ədəd üzükdən, bir cüt sırğadan ibarət 8.4 qram çəkidə olan 585 əyyarlı dəstlərini Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Moskva» univermağının qarşısında qızıl alqı-satqısı ilə məşğul olan Şahid4 satmışdır. Həmin qəbzlərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və sonuncu həmin qəbzlərdə olan imzaların özünə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 05.07.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. 25.03.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 26.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 25.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid3 və Şahid4 götürülmüş qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs almasını əks etdirən 03 ədəd alqısatqı qəbzləri maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdən 20.09.2021-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 05 ay 25 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd alqı-satqı qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdən 20.09.2021-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 05 ay 25 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd alqı-satqı qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar