Məhkəmə qərarları › İş №1(012)-390/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-390/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-390/2025 08.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Masallı rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı,Azərbaycan Respublikasının vətəndaşı, evli, əv vəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, bina 1, mənzil 39-a qanunsuz daxil olub, mənzilin mətbəxində olan 01 ədəd 350 manat dəyərində Vestel markalı, 06GTİN263YP nömrəli soyuducunu, 01 ədəd 300 manat dəyərində Hoffmann markalı, ASL-610VV model paltaryuyan maşını və 100 manat dəyərində Prestige markalı PR-5519B model qaz sobasını gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 750 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə Zərərçəkmiş şəxs1 icarəyə götürüb əmlakını saxlamaq üçün istifadə etdiyi, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən ambara - saxlanc yerinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ayrı-ayrı vaxtlarda bir neçə dəfə qapını açmaq yolu ilə qanunsuz daxil olub orada olan hər birinin dəyəri 2000 manat olan ümumi 10.000 manat dəyərində 5 ədəd bilyard stolu, hər birinin dəyəri 70 manat olan ümumi 1680 manat dəyərində 24 ədəd kiyi, hər birinin dəyəri 5 manat olan ümumi 480 manat dəyərində 96 ədəd bilyard daşını, hər birinin dəyəri 5 manat olan ümumi 120 manat dəyərində 24 ədəd əlcəyi, ümumi 50 manat dəyərində 12 ədəd təbaşir qutusunu, hər birinin dəyəri 40 manat olan ümumi 240 manat dəyərində 06 ədəd bilyard daşı çərçivəsini, bir ədəd 300 manat dəyərində 01 ədəd kiylər üçün şkafı, hər birinin dəyəri 6 manat olan ümumi 30 manat dəyərində 05 ədəd domino dəstini, hər birinin dəyəri 6 manat olan ümumi 30 manat dəyərində 05 ədəd sayı şotkasını, hər birinin dəyəri 50 manat olan ümumi 300 manat dəyərində 06 ədəd domino stolunu, hər birinin dəyəri 15 manat olan ümumi 90 manat dəyərində 06 ədəd süfrəni, 01 ədəd 100 manat dəyərində nərdi, hər birinin dəyəri 190 manat olan ümumi 950 manat dəyərində 05 ədəd ləvazimatları ilə birlikdə qəlyan aparatını, hər birinin dəyəri 15 manat olan ümumi 150 manat dəyərində 10 ədəd jurnal masasını, 01 ədəd 550 manat dəyərində «L» formasında künc divanı, hər birinin dəyəri 37,5 manat olan ümumi 300 manat dəyərində 08 ədəd balaca oturacaq masasını, hər birinin dəyəri 38 manat olan ümumi 342 manat dəyərində kreslonu, hər birinin dəyəri 80 manat olan ümumi 400 manat dəyərində divanı, hər birinin dəyəri 60 manat olan ümumi 420 manat dəyərində 07 ədəd spot işıqlandırma dəstini, hər birinin dəyəri 25 manat olan ümumi 50 manat dəyərində 02 ədəd elektrik sobasını, 01 ədəd 300 manat dəyərində soyuducunu, 01 ədəd 100 manat dəyərində elektrik somovarını, 01 ədəd 550 manat dəyərində mətbəx mebeli dəstini, 01 ədəd 600 manat dəyərində barı, 01 ədəd 800 manat dəyərində 160 m2 ölçüdə döşəmə üçün xalçanı, ümumi 100 manat dəyərində 60 ədəd stəkanı, ümumi 50 manat dəyərində 30 ədəd kola stəkanını, hər birinin dəyəri 1 manat olan ümumi 60 manat dəyərində 60 ədəd nəlbəkini, hər birinin dəyəri 5 manat olan ümumi 120 manat dəyərində 24 ədəd çərəz qabını, hər birinin dəyəri 2 manat olan ümumi 100 manat dəyərində 50 ədəd bakalı, hər birinin dəyəri 11,6 manat olan ümumi 140 manat dəyərində 12 ədəd çayniki, hər birinin dəyəri 2,66 manat olan ümumi 40 manat dəyərində 15 ədəd qənddanı, hər birinin dəyəri 2 manat olan ümumi 30 manat dəyərində 15 ədəd külqabını, hər birinin dəyəri 3 manat olan ümumi 120 manat dəyrəində 40 ədəd qaşığı, hər birinin dəyəri 2 manat olan ümumi 20 manat dəyərində 10 ədəd mətbəx bıçağını, hər birinin dəyəri 1,5 manat olan ümumi 10 manat dəyərində 15 ədəd çəngəli, 01 ədəd 600 manat dəyərində 3 metr uzunluğunda pərdəni, 01 dəst 90 manat dəyərində təmizlik ləvazimatını, hər birinin dəyəri 100 manat olan ümumi 200 manat dəyərində 02 ədəd hər birinin üzərində 30 ədəd patron olan fasad işıqlandırma naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 20.612 manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və izahatında göstərmişdir ki, ittihamla qismən razıdır, zərərçəkən Zərərçəkmiş şəxs1 aid hissədə qiymətlər artıq yazılıb, özləri demişdir ki, əmlakların qiyməti 13 000 manatdır, sonra 10 000 manat dəyərində olduğunu bildirdilər.Həmin əşyalardan bilyard stolunu, kavroliti və s.əşyaları özləri satmışlar.Müstəntiq əşyaların bəzilərini zərərçəkənə qaytarıb.Qaytarılan əşyaların qiyməti 1000-1500 manat olar,ziyanı ödəmək imkanı yoxdur.Əməlindən peşimandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən anbardan bilyard masaları və digər avadanlıqları oğurlamışdır. Belə ki, Fəridi təxminən 1 il müddətdir ki, tanıyır və Fəridi tanışı və onun münasibəti olan Anarın yanında görüb tanımışdır. O, oğurladığı əmlakın Anara məxsus olmasını bilmiş, belə ki, Anarın AAAF park yaşayış kompleksində yerləşən «Black Ball» adlı bilyardxanası olmşdur. Təxminən 5-6 ay əvvəl işləri zəiflədiyi üçün həmin obyekti Anar bağlamış və qərara gəlmişdir ki, orada olan əmlak və avadanlıqdarı götürsün və bir anbar tapıb oraya yığsın. Anar Müşviq qəsəbəsində anbar tipli ev tapmış və həmin dövrdə ondan xahiş etmişdir ki, fəhlə kimi gəlib işləsin və avadanlıqları daşıyaraq Müşviq qəsəbəsində yerləşən evə yığsınlar. O da həmin təkliflə razılaşaraq bilyard masaları və digər avadanlıqların Müşviq qəsəbəsində yerləşən evə daşınmasına köməklik göstərmişdir. Həmin evdə avadanlıqlar 3 aya yaxın müddətdə qaldıqdan sonra Anar təkrar ona zəng edərək həmin avadanlıqları yeni tapdığı və aylıq ödənişi daha ucuz olan AAAF park yaşayış kompleksində yerləşən anbara köçürmək istədiyini bildirmişdir. Ona yenə fəhlə olaraq işləməyi təklif etmiş, o da yenidən Fəridin iştirakı ilə Müşviq qəsəbəsində yerləşən evdən həmin əmlakı AAAF park yaşayış kompleksində yerləşən anbara köçürməsində iştirak etmiş, ona 100 manat zəhmət haqqı verilmiş, Fərid çıxıb getmiş və anbarın açarı onda qalmışdır. Təxminən 10 gün keçdikdən sonra qərara gəlmişdir ki, anbarda olan əmlakı satsın. Bu məqsədlə tanışlarına xəbər salmışdır ki, özünə məxsus bilyard masaları, divanlar, qəlyan aparatları, domino, nərd, şotkaları satır. Bundan sonra ilk dəfə yəni təxminən 3 ay bundan əvvəl Vüsal adlı şəxsə 1 ədəd bilyard stolu, 3 ədəd kiy, 16 ədəd bilyard daşını satmış, Vüsal gələrək oradan həmin əşyaları aparmış, sonuncudan 100 manat pul almış, sonra Səxavət adlı tanışına 1 ədəd bilyard stolu, 3 ədəd kiy, 16 ədəd bilyard daşını vermiş, lakin sonuncu ona pul verməmiş, söz vermişdir ki, qarşılığında ona telefon verəcəkdir, lakin ona telefon da verilməmiş, sonra Şəfi adlı tanışına 3 ədəd bilyard stolu, 9 ədəd kiy, 48 ədəd bilyard daşını, 1 ədəd nərd, 5 ədəd domino dəsti, 5 ədəd şotka və 4 ədəd qəlyan aparatlarını satmış, qarşılığında ondan 400 manat pul almış, Şəfinin ona 600 manat borcu qalmış, lakin pulu sonra verməmişdir. Sonradan əlavə olaraq Şəfiyə 2 ədəd divan, 5 ədəd masa süfrəsi, 1 ədəd kiçik oturacaq masası vermiş, lakin qarşılığında ondan pul almamış, sonra tanışları Emin və Eltona 11 ədəd divan və 11 ədəd kiçik oturacaq masası vermişdir. Divanlara görə 250 manat, masalara görə 100 manat olmaqla ümumilikdə onlardan 350 manat pul almış, sonradan Şaiq adlı tanışına çilçıraqlı işıqlandırma naqilləri vermiş, lakin sonuncu da ona pul verməmişdir. Sonuncu dəfə isə Arif adlı tanışına isə dönərxana üçün bar mebeli və şkaflı moyka vermiş, lakin o da ona pul verməmiş, sonra o, polisə dəvət edilmiş və o da törətdiyi əməli səmimi etiraf etmişdir. Bundan başqa göstərmişdir ki, təxminən 3 ay əvvəl Xırdalan şəhəri AAAF park yaşayış kompleksininin komendantı Şaiq adlı şəxs yaşayış kompleksdə olan bir otaqlı mənzli su basdığını demiş və həmin mənzilin laminatını sökməyi ondan xahiş etmişdir. Şaiqin köməkçisi Zabillə birlikdə evin laminatını sökmüş, həmin vaxt yerdə qırmızı rəngli təxminən iki metr uzunluğu, eni isə təxminən bir metr olan xalça olmuşdur. O, xalçanı büküb bir kənara qoymuş, bu zaman Şaiq ona demişdir ki, «nə gözəl xalçadı bu xalçanı götürüb aparıb evə atacam». O da heç nə deməmiş, onlar laminatı sökdükdən sonra Şaiq onunla Zabilə 50 manat pul vermişdir. Həmin vaxtı evin sahibi adını bilmədiyi qadın evin açarını Şaiqə vermiş, onun qalmağa yeri olmadığından təxminən 15 gün əvvəl Şaiq həmin evin açarını ona vermiş ki, evdə qalsın. O, həmin evdə müvəqqəti yaşamağa başlamış, təxminən 10 gün əvvəl evdə olan paltaryuyan maşın və soyuducu diqqətini cəlb etdiyindən həmin əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə evdən soyuducunu oğurlayıb Səbilə adlı tanışının AAAF y/k də icarəyə işlətdiyi “T-44” adlı kafeyə aparmış və ondan bir-iki gün soyuducunun kafedə qalmasını xahiş etmişdir. Sonuncu onu tanıdığından etiraz etməmiş, soyuducunu oraya qoymaqda məqsədi iki üç gün ərzində onu satmaq üçün müştəri tapmaq istəməsi olmuşdur. Soyuducunun oğurluq olmasından Səbilənin məlumatı olmamış və soyuducunun ona məxsus olduğunu bilmiş, o, alkoqol içki aludəçisi olduğundan həmin vaxt içki içmək istəmiş və AAAF Parkda fəaliyyət göstərən “Master Bilyard” adlı kafeyə getmiş ki, orada tanış tapıb ondan borca pul alıb içki içsin. xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 23 radələrində həmin kafeyə getmiş və orada tanıdığı Şahid1 görmüş, ondan 120 manat borc istəmiş, sonuncu isə pul verməkdən imtina edəndə ona girov olaraq qaz peçi və paltaryuyan maşın verə biləcəyini bildirmiş və bir neçə saatlıq ona borc verilməsini istəmişdir. Sonuncunun ona yazığı gəldiyi üçün razılaşmış, o, gedib evdən paltaryuyanı və qaz peçini götürmüş və AAAF Park y/k də “Gold Fushion” mini butik adlanan mağazanın yanında Vəliyə qaz peçini və paltaryuyan maşını girov vermiş və 120 manat pulu ondan borc almış və içki içməyə gemişdir. İçkinin təsirindən bir neçə gün özünə güclə gəlmiş və oğurladığı malların Vəli ilə Səbilədə qaldığını unutmuş, xx.xx.2024-cü il tarixdə evdə yatdığı vaxt kamendantın köməkçisi Zabil adlı şəxs qapını döymüş, qapını açmış, Zabil evə keçmiş, o, Zabilin evdə olan avdanlıqları satdığından xəbər tutacağını bilmiş və evdən çıxmış, bir daha evə qayıtmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında oğlu Yusif ona polis əməkdaşlarınının onu axtardığını demiş, ona məlum olmuşdur ki, evin sahibi onun avdanlıqlarını oğurlayıb satdığına görə şikayət etmişdir. Ona görə də könüllü olaraq Abşeron rayon polis idarəsinə gələrək, oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri AAAF park yaşayış kompleksi ərazisində kafe işlətmişdir. Həmin kafe bağlandığı üçün qərara gəlmişdir ki, orada olan avadanlıqları depo tipli yer taparaq oraya yığsın. Bu məqsədlə 2024-cü ilin yanvar-fevral aylarında restoran avadanlıqlarını əvvəlcə Müşviq qəsəbəsində yerləşən anbar tipli evə yığmış, həmin avadanlıqları köçürən zaman fəhlə olaraq Şahin adlı şəxslə əlaqə saxlamış, Şahin işdə ona köməklik göstərdiyi üçün ona zəhmət haqqı da vermişdir. Avadanlıqlar təxminən 2 ay orada qaldıqdan sonra yəni xx.xx.2024-cü il tarixdə qərara gəlmişdir ki, həmin avadanlıqlar başqa bir anbar taparaq oraya köçürsün. Anbarın tapılmasına da Şahin köməklik göstərmişdir. Beləliklə Xırdalan şəhərində Talib adlı şəxsə məxsus Xırdalan şəhəri, AAAF Park yaşayış komleksində yerləşən anbara əmlakın köçürülməsi üçün Taliblə razılaşmış, ona aylıq 150 manat ödəniş etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə avadanlıqları həmin anbara köçürmüş, Talib adlı şəxs onlara 1 ədəd açar vermiş və məsləhət görmüşdür ki, qapının kilidini dəyişdirsin. Buna baxmayaraq qapının kilidini dəyişdirməmiş, mütəmadi olaraq anbara nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə anbara özü getmiş, qapını açaraq içəri daxil olduqda görmüşdür ki, içəridə olan avadanlıqlar oğurlanmış, qapının qıfılı isə dəyişdirilmişdir. O, ilkin müraciətində ona məxsus 6 ədəd bilyard stolunun oğurlanmasını bildirmiş, lakin, sonradan araşdırma zamanı müəyyən etmişdir ki, həmin bilyard stollarından 1 ədədini və 1 ədəd bilyard daşı çərçivəsini həmin anbara qoymamış, hazırda özündədir. Yəni 5 ədəd bilyard stolu və 5 ədəd bilyard daşı çərçivəsi oğurlanmışdır. Bununla yanaşı müəyyən etmişdir ki, müraciətimdə qeyd etmədiyi dəyəri 200 manat olan 2 ədəd hər birinin üzərində 30 ədəd patron olan fasad işıqlandırma naqilləri də oğurlanmışdır. Belə ki, 24 ədəd kiy, 96 ədəd bilyard daşı, 24 ədəd əlcək, 12 ədəd təbaşir qutusu, 1 ədəd kiylər üçün şkaf, 5 ədəd domino dəsti, 5 ədəd sayı şotkası, 6 ədəd domino stolu, 6 ədəd süfrə, 1 ədəd nərd, 5 ədəd ləvazimatları ilə birlikdə qəlyan aparatı, 10 ədəd jurnal masası, 1 ədəd L formasında künc divanı, 8 ədəd balaca oturacaq masası, 4 ədəd nisbətən böyük oturacaq masası, 7 ədəd spot işıqlandırma dəsti, 1 ədəd elektrik sobası, 1 ədəd soyuducu, 1 ədəd elektrik somovarı, 1 ədəd mətbəx mebeli, 1 ədəd bar, 1 ədəd döşəmə üçün xalça, 60 ədəd stəkan, 60 ədəd nəlbəki, 24 ədəd çərəz qabı, 50 ədəd bakal, 12 ədəd çaynik, 15 ədəd qənddan, 15 ədəd külqabı, 40 ədəd qaşıq, 10 ədəd mətbəx bıçağı, 15 ədəd çəngəl, 1 ədəd 3 metr uzunluğunda pərdə, 1 dəst təmizlik ləvazimatı oğurlanmışdır. Göstərmişdir ki, oğurlanmış əmlakları - 5 ədəd bilyard stolu – 10000 manat (hər biri 2000 manat), 24 ədəd kiy – 1680 manat, 96 ədəd bilyard daşı – 500 manat, 24 ədəd əlcək – 120 manat, 12 ədəd təbaşir qutusu – 50 manat,5 ədəd bilyard daşı çərçivəsi – 200 manat, 1 ədəd kiylər üçün saxlayıcı şkaf – 300 manat, 5 ədəd domino dəsti – 30 manat, 5 ədəd sayı şotkası – 60 manat, 6 ədəd domino stolu – 300 manat, 6 ədəd süfrə - 90 manat, 1 ədəd nərd – 100 manat, 5 ədəd ləvazimatları ilə birlikdə qəlyan aparatı – 950 manat,10 ədəd jurnal masası – 150 manat, 1 ədəd L formasında künc divanı – 550 manat, 8 ədəd balaca oturacaq divanı - 300 manat, 4 ədəd böyük oturacaq divanı - 320 manat, 7 ədəd spot işıqlandırma dəsti – 420 manat, 2 ədəd elektrik sobası – 50 manat, 1 ədəd soyuducu - 300 manat, 1 ədəd elektrik somovarı – 100 manat, 1 ədəd mətbəx mebeli dəsti – 550 manat, 1 ədəd bar – 600 manat, 1 ədəd 160 m 2 ölçüdə döşəmə üçün xalça – 800 manat, 60 ədəd stəkan – 100 manat, 30 ədəd kola stəkanı – 50 manat, 60 ədəd nəlbəki – 60 manat, 24 ədəd çərəz qabı – 120 manat, 50 ədəd bakal -100 manat, 12 ədəd çaynik – 140 manat, 15 ədəd qənddan – 40 manat, 15 ədəd külqabı – 30 manat,40 ədəd qaşıq – 120 manat, 10 ədəd mətbəx bıçağı – 20 manat, 15 ədəd çəngəl – 10 manat, 1 ədəd 3 metr uzunluğunda pərdə - 600 manat, 1 dəst təmizlik ləvazimatı – 90 manat, 2 ədəd hər birinin üzərində 30 ədəd patron olan fasad işıqlandırma naqilləri – 200 manat olmuş, oğurluq nəticəsində mənə hazırda tam olaraq 20230 manat maddi ziyan vurulmuşdur.Vurulan ziyandan az bir qismi naturada qaytarılıb ona verilmişdir. Vurulan ziyanın ödənilməsini xahiş edir. İş üzrə zərərçəkən Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özü Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində qeydiyyatda olub, yaşayıb, işləsə də, 2016-cı il tarixdə Abşeron rayon Xırdalan şəhəri, AAAF Park y/k də bina bir, 6-cı mərtəbə, 39-cu mənzili almış, 2022-ci il tarixdən bugünə kimi hissə-hissə təmir etdirmişdir. Təxminən 2024-cü ilin mart ayında səhər saat 9-10 arası olardı binanın komendantı Şahid3 ona zəng edərək mənzilini su basdığını bildirmiş, mənzilinin açarı bacısı Xıdırova Natavanda olduğundan o, təcili olaraq sonuncuya zəng etmiş və hadisə barədə məlumat vermiş ki, tez getsin mənzilə. Sonra isə özü də mənzilə getmiş, mənzilə gedəndə komendant Şaiqi və yanında iki nəfər fəhlə görmüş, fəhlələr mənzilə dolmuş suyu silməklə məşğul olmuş, Şaiq isə onlara nəzarət etmişdir. O, sanuzelə girdikdə görmüşdür ki, krant zədələnib və su dolub evə. Mənzilin laminatı şişdiyi üçün, mənzil su olduğu üçün orada bir neçə saatlıq iş olduğundan, Şaiqə mənzilin açarını vermiş ki, laminatın sökülməsi, mənzili abadlaşması işlərinin görülməsi üçün mənzilə daxil ola bilsin. O, açarı vermiş Şaiqə, fəhlələrin əziyyət haqqı olaraq 100 manat pul vermiş, sonuncu demişdir ki, 35 manata yeni krant alacaq və fəhlələrə əziyyət haqqı verəcəkdir. O, sonuncuya pulu və açarı da vermiş və getmiş, xahiş etmişdir ki, nəzarət etsin. Təxminən iki gün sonra Şaiq ona zəng etmişdir ki, mənzil quruyur gəlib baxsın. O da sonuncuya bildirmişdir ki, mənzil tam qurusun sonra gələcəkdir. Təxminən 3-4 gün sonra Şaiq yenidən ona zəng etmiş və demişdir ki, «mənzili təmir etmirsizsə kirayəyə verək». O da demişdir ki, ehtiyac yoxdur mənzilə kənar şəxs buraxa bilməz, özü gəlib yaşayacaqdır. xx.xx.2024-cü il tarixdə günün birinci yarısı Şaiq ona zəng edərək demişdir ki, mənzilindən oğurluq edilib. O, komendanta demişdir ki, «açarı sənə vermişdim, cavabdehlik sən daşıyırsan». Bu zaman Şaiq ona demişdir ki, qapının kilidi sındırılıb və mənzilə daxil olunub və demişdir ki, mənzilindən bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşın oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonunda olduğu üçün, Abşeron rayonuna gələ bilmədiyini nəzərə alıb tanışı X7 etibarnamə vermişdir ki, onun adından polisə şikayət edə bilsin. Emin də onun əvəzinə polisə şikayət ərizəsi ilə müraciət etmiş, o, iyun ayının 22-si Abşeron rayonuna gəlmiş, Xırdalan şəhərində AAAF yaşayış kompleksində yerləşən mənzilinə baxdıqda görmüşdür ki, mənzilindən bir ədəd soyuducu, bir ədəd qaz sobası və bir ədəd paltaryuyan yoxdur, yəni oğurlanmışdır. Mənzildə əşyaların duruşundan görünmüşdür ki, mənzildə yaşayış olub, belə ki, mənzildəki divanın üstündə odeyal olmuş, hansı ki, paduşkalar baş söykənməkdən qırışmış vəziyyətdə olmuş, stəkanların içərisində çay olmuş və ən əsası sonuncu dəfə işıq üçün iki manat ödəniş edib işığa olan borcunu bağlamış, lakin nədənsə işığa 8 manat borcu yaranmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 7 il olar ki, Abşeron rayon Xırdalan şəhəri, AAAF Park y/k də elektrik-santexnik kimi işləyir. Təqsirləndirilən şəxs da təxminən 2 il olar ki tanıyır. Belə ki, sonuncu orada fəhlə işləyir, tez-tez onunla rastlaşır. Bildiyinə görə sonuncunun yaşamağa yeri yoxdur, AAAF Parkda kimin evini təmir edirsə təmir bitənə qədər orada yaşayır. Təxminən xx.xx.2024-cü il tarixdə saat təxminən 22:30 radələrində AAAF X8 üzbə-üz “Master Bilyard” kafesində çay içərkən Şahin ona yaxınlaşıb ondan 120 manat pulu borc istəmiş, o, sonuncuya borc pul verməkdən imtina etmiş, bu zaman sonuncu ona demişdir ki, 120 manat versin və əvəzində girov olaraq 01 ədəd paltaryuyan v ə 01 ədəd qaz peçi göstərmiş və demişdir ki, bu mallar onundur, girov saxlasın, 120 manat verib işlərini həll edib pulunu qaytarıb mallarını geri götürəcəkdir. O da sonuncuya inanıb 120 manat borc pul verib ona göstərdiyi qaz peçi və paltaryuyanı özünə məxsus Nissan Murano markalı **- BT-*** nömrəli maşınımın yük yerinə qoymuşdur. Bundan sonra Şahini görməmiş, bir neçə gün sonra xx.xx.2024-cü il tarixdə ona tanışı Emin zəng edib demişdir ki, Abşeron rayon polis idarəsinin İstintaq şöbəsinə getsin, səbəbini soruşduqda bildirmişdir ki, Şahin deyib ki, oğurladığı malları saxlamaq üçün ona verib, həmin məsələ ilə bağlı ifadə verməlidir və malları təhvil verməlidir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan 120 manat borc pul istəmiş, alacağı borca girov olaraq 01 ədəd paltaryuyan v ə 01 ədəd Qaz peçi ona təqdim etmiş və bildirmişdir ki, işlərini həll edib pulunu qaytaracaq mallarını götürəcəkdir. Şahin həmin malların özünə məxsus olmasını və ondan aldığı 120 manat borcu qaytaracağı vaxta qədər girov saxlamağı xahiş etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 7- il olar ki, Abşeron rayon Xırdalan şəhəri, AAAF Park y/k də “TT-44” adlı kafeni icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın olar ki, tanıyır, belə ki, sonuncu mütəmadi olaraq onun işlətdiyi kafeyə müştəri qismində gəlir. Təxminən 16 iyun 2024-cü il tarixdə Şahin kafeyə yaxınlaşmış və xahiş etmişdir ki, onun soyuducusu var, qoymağa yeri yoxdur, bir iki günlük saxlamağı xahiş etmiş və o da sonuncuya etiraz etməmiş və soyuducunu kafenin bir küncünə qoyub getmiş, xx.xx.2024-cü il tarixdə Şahin Abşeron RPİ-nin polis əməkdaşları ilə kafeyə girəndə bilmişdir ki, həmin soyuducu oğurluq olmuşdur. Şahin soyuducunu bir iki günlük saxlamağı xahiş etmiş və məndə ona etiraz etməmiş və kömək üçün razılıq vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, "xxxx" MMC-də 1-ci binada komendant işləyir. Təqsirləndirilən şəxs isə təxminən 2-3 ay olar ki, tanıyır. Şahin AAAF Park y/k də fəhlə işləyir. Belə ki, kimin mənzilində söküntü işləri olursa Şahin həmin işə cəlb edilir. 2024-cü ilin mart ayında səhər tezdən qonşu ona zəng edərək məlumat vermişdir ki, Zərərçəkmiş şəxs2 məxsus olan AAAF Park y/k 1 nömrəli binanın 6-cı mərtəbəsində 39 saylı mənzili su basmışdır. O, dərhal yuxudan durub həmin binaya yaxınlaşmış, çöldən suyu ümumidən bağlamış Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Təxminən bir saat sonra Sənubər xanımın bacısı gəlib evin qapısını açmış, onlar evə daxil olduqda sanuzeldə olan su borusunun qırıldığının və su evə dolduğunun şahidi olmuşdur. Təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs2 gəlmiş demişdir ki, laminat sökülsün mənzil qurudulsun. Bu zaman insan kütləsini görən Şahin yaxınlaşıb mənzildən suyun boşaldılmasında köməklik etmiş, su boşaldılmış, lakin laminatın altına su yığılması səbəbindən laminat şişmişdir. Bu zaman Ravi adlı usta yaxınlaşmış və Sənubərlə Ravi təmirin pulunu danışdıqdan sonra Sənubər açarı qapının üzərində qoyub ona demişdir ki, açarı qoyur oraya və evin laminatının sökülməsinə nəzarət etsin. O, açarı Sənubərdən götürüb nəzarət etmişdir ki, fəhlələr yəni Şahinlə Ravi evin laminatını söküb polu qurutsunlar. Bundan bir neçə saat sonra onlar işlərini bitirmiş və qapını bağlayıb açarı da otağından asmışdır. Həmin otaqda fəhlələr, xadiməçilər və eyni zamanda da o oturub istirahət edirlər. Bundan sonra təxminən iyun ayının 18-i tarixi olardı, saat təxminən saat 11-12 radələrində Zərərçəkmiş şəxs2 mənzilinin qapısının örtülüolduğu, yəni qapının tam bağlanmadığını görmüş, dərhal bu barədə polisə məlumat vermiş, ərazi üzrə sahə müvəkkili gəlmiş, kamera görüntülərinə baxdıqda müəyyən etmişdir ki, 15 iyun 2024-cü il tarixdə saat 23:43 radələrində Şahinin blokdan soyuducu ilə çıxmasını görmüş və bunu sahə müvəkkili də görmüşdür. Bundan sonra ev sahibəsi olan Sənubər xanıma məlumat vermiş, bundan başqa görüntülərə baxanda 15 iyun 2024-cü il tarixdə günorta saatlarında Şahinin binanın işçilərinin istirahət otağına girib bir neçə dəqiqədən sonra çıxdığını da görmüş, elə həmin otaqda da sakinlərin mənzillərinin açarları saxlanılır, çox güman ki, Şahin günorta açarı otaqdan icazəsiz götürüb gecə isə oğurluq etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Şahindən işıqlandırma naqilləri almış, komendant olaraq fəaliyyət göstərdiyi 28-ci küçədə abadlıq işləri gördüyü üçün oranın işıqlandırma sistemlərini düzəltmək istəmiş, bununla əlaqədar binanın sakinləri ilə danışaraq pul yığıb abadlıq işləri aparmalı olmuşdur. Şahin 2024-cü ilin təxminən martaprel aylarında gələrək üzərində patronlar olan işıqlandırma naqillərini ona təklif etmiş, əvvəlcə həmin işıqları 70 manata satmasını bildirmiş, o sonuncuya demişdir ki, həmin işığı ona versin sakinlər tərəfindən küçədə işıqlandırma quraşdırıldıqdan sonra pulunu yığıb verərlər. Sonuncu da qara rəngli sellofan bükümdə 3 hissədən ibarət olan işıqları ona vermiş, o da həmin işıqları alaraq komendant otağına qoymuş, sonradan öyrənmişdir ki, həmin əmlakı Şahin oğurluq yolu ilə əldə etmişdir, həmin lampaları binaların bloklarına quraşdırmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən üç ilə yaxındır ki, "xxxx" MMC-də 1-ci binanın həyətində fəhlə işləyir. Təqsirləndirilən şəxs isə təxminən bir il olar ki, tanıyır, Şahin də AAAF Park y/k də fəhlə işləyir. Belə ki, kimin mənzilində söküntü işləri olursa Şahin və ya digər fəhlələr həmin işə cəlb edilirlər. 2024-cü ilin mart ayında səhər tezdən işə gələndə görmüşdür ki, binanın həyəti sudur. Maraqlandıqda bilmişdir ki, 6-cı mərtəbə, 39-cu mənzilə su dolmuşdur. Yuxarı mərtəbəyə qalxdıqda görmüşdür ki, ev sahibəsi Sənubər, binanın komendantı Şaiq, daha sonra Şahin həmin mənzildədirlər. Onlar artıq suyu qurutduqdan sonra mənzilin laminatı şişdiyi üçün ev sahibəsi ona demişdir ki, laminatı sökmək lazımdır. Bundan sonra ev sahibəsi mənzilin açarını komendant Şaiqə vermiş, o, laminatı sökmüş, Şahin isə daşıyıb aparıb zibilə atmışdır. Təxminən bir saat yarım ərzində işi bitirmiş vəı Şaiqə məlumat vermişdir. Şaiqdə gəlmiş və və hərəsinə 25 manat vermişdir. Bundan sonra Şaiq qapını bağlamış və Şahinlə həyətə düşmüş, Şahin spirtli içki aludəçisi olduğundan harasa uçməyə getmişdir. O isə binanın həyətində öz işlərini görmüş, bundan sonra xx.xx.2024-cü il tarixdə Şaiq ona demişdir ki, şrup bağlayan (otvyortka) götürmüş və 6-cı mərtəbəyə qalxmışdır. O, yuxarı mərtəbəyə qalxdıqda görmüşdür ki, Sənubər xanımın mənzilinin qapısı açıqdır. Şaiqdən soruşduqda sonuncu demişdir ki, qapının kilid yeri sındırılıb və kimsə evə daxil olub. Bundan sonra Şaiq polisə zəng edib məlumat vermiş, sonradan bilmişdir ki, mənzilə girib oğurluq edən şəxs fəhlə Təqsirləndirilən şəxs olmuşdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs AAAF park yaşayış kompleksində çayxanalardan birində görərək tanımış və münasibəti yaranmışdır. Təxminən 2 ay bundan əvvəl Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində TT adlı çay evində çay içən zaman Şahin oraya gəlmiş və onunla salamlaşmış və qardaşının obyektinin bağlanmasını və obyektdə olan bilyardı və digər avadanlıqları satışa çıxardığını bildirmişdir. O, maraqlanan zaman bilyardın 1 ədədinin qiymətinin 100 manat olmasını bildirmiş, Şahinlə birlikdə gedərək bilyarda baxmış və bəyənmiş, onunla razılaşmış və tanımadığı və nömrəsini bilmədiyi nəqliyyat vasitəsindən xahiş edərək bilyardı maşına yükləmiş və öz yaşadığı evin həyətinə aparmışdır. Beləliklə Şahindən 1 ədəd bilyard stolu, 3 ədəd kiy və 16 ədəd bilyard daşı, 1 ədəd daş üçün taxta çərçivə almış, qarşılığında sonuncuya 100 manat pul vermiş, hazırda həmin əmlakın oğurluq olduğunu bilmiş, aldığı 1 ədəd bilyard stolu, 3 ədəd kiy və 16 ədəd bilyard daşı, 1 ədəd daş üçün taxta çərçivə yaşadığı evin həyətində olmuş və onu təhvil vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən B kompleksində yerləşən ev alqı-satqısı ofisini işlədir. Şahin adlı şəxsi təxminən 1 il müddətdir ki, tanıyır. Belə ki, Şahin AAAF park yaşayış kompleksində yerləşən bilyard salonunda işləyən zaman tanımış, həmin obyektə bir neçə dəfə müştəri qismində getmişdir. Şahindən 25 may 2024-cü il tarixdə 8 ədəd kreslo, 3 ədəd divan və 5 ədəd jurnal masası almış, bunun qarşılığında sonuncuya cəmi 350 manat pul vermiş, belə ki, Şahin 2024-cü ilin may ayında AAAF yaşayış kompleksində Elton və onun birlikdə işlətdiyi ofisə yaxınlaşaraq qarşdaşının obyektinin bağlanmasının, orada olan avadanlıqların satışa çıxarılmasını bildirmişdir. O, tanışı Eltonla birlikdə Şahinin dediyi anbara getmiş, Şahin anbarı açmış və onlar həmin əşyalara baxmışlar. O bəyəndikdən sonra Şahinlə razılaşmış, ona həmin əmlakının onun qardaşına məxsus olmasını bilərək ondan 350 manata 8 ədəd kreslo, 3 ədəd divan və 5 ədəd jurnal masası almış, sonradan öyrənmişdir ki, Şahin həmin əşyaları oğurluq yolu ilə ələ keçirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində Şahid6 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən ev alqı-satqısı ofisini işlədir. Şahin adlı şəxsi təxminən 1 il müddətdir ki, tanıyır, Şahin AAAF yaşayış kompleksində fəhlə kimi işləmişdir. Təxminən 3 ay bundan əvvəl Şahin onun AAAF park yaşayış kompleksində əmlak alqı satqısı ofisinə gəlmiş, Şahin ona bildirmişdir ki, qarşdaşına məxsus obyekt bağlanıb və orada olan əmlak satışa çıxarılıbdır. Ona obyektin əşyalarını təklif etmiş, o da Şahinlə birlikdə sonuncunun dediyi əmlakın saxlandığı anbara getmişdir. Orada 2 ədəd divanı bəyənmiş və almaq istədiyini bildirmişdir. Geri qayıdıb ofisə gəlmiş, həmin gün 1 ədəd divanı Şahin ofisimə gətirmişdir. O, həmin divanı 60 manata satmasını bildirmiş və həmin divana görə 60 manat pul verimişdir Sonra ona Şahin demişdir ki, ikinci divanı sonra gətirəcək, həmin divanı isə 40 manata satacaqdır. O, razılaşmış, bir neçə gün sonra Şahin ikinci divanı gətirmiş, əlavə olaraq sonuncuya 40 manat pul vermiş, ümumilikdə Şahinə 100 manat pul vermişdir. Sonradan öyrənmişdir ki, həmin divanları Şahin oğlurluq yolu ilə ələ keçirmişdir, həmin əşyaların oğurluq yolu ilə ələ keçirilməsini əvvəlcədən bilməmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş yaşayan X3 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində yerləşən «TT 44» adlı çay evini təxminən 4 ay bundan əvvəl icarəyə götürərək işlətmiş, həmin obyekti təxminən 2 ay işlətmişdir. Şahin adlı şəxsi də həmin çay evində tanımış, Şahin həmin çay evinə müştəri qismində gəlib getmişdir. Ona məlum olmuşdur ki, ondan əvvəl də həmin çay evinin müştərisi olubdur. Şahin ona bildirmişdir ki, öz obyekti bağlandığı üçün malları AAAF Park yaşayış kompleksində yerləşən icarəyə götürdüyü anbara yığıbdır, həmin malları satmaq istəyir, söhbət əsnasında ona demişdir ki, anbarda bilyard masaları, divanlar, domino, qəlyan aparatı, nərd və bu kimi şeylər vardır. Onlan xahiş etmişdir ki, əgər bu mallardan almaq istəyən olsa ona xəbər versin. O sonuncunun satmaq üçün təklif etdiyi əşyalara gedib baxmış və həmin əşyalardan yalnız 6 ədəd süfrəni ondan 30 manat pul qarşılığında almışdır. Bundan sonra Şahin 1 ədəd kreslonu, 1 ədəd «L» formalı divanı və 5 ədəd jurnal masasını gətirib onun obyektinə qoymuş və ondan xahiş etmişdir ki, bir nəfər tanışı gəlib həmin əşyaları aparacaq, müvəqqəti orada qalsın. O da həmin əşyaların onun şəxsi əşyaları olduğunu bildiyi üçün bir söz deməmiş, bu minvalla həmin əşyalar onun obyektində qalmış və heç kəs gəlib aparmamış, hazırda həmin əşyaların oğurluq olduğu barədə məlumat almış və həmin əşyaları, o cümlədən aldığı süfrələri könüllü olaraq istintaqa təqdim etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2024cü il tarixli, 3-16-16/2-9/6386/2024 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2024-cü ilin iyul ayına Vestel markalı, 06GTİN263YP nömrəli soyuducu 350 manat;Hoffmann markalı, ASL-610VV model paltaryuyan maşın 300 manat;Prestige markalı PR-5519B model qaz sobası 100 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli, 168 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 01 ədəd bilyard stolunun satış qiyməti 2000 manat, 04 ədəd kiyin qiyməti 280 manat, 16 ədəd bilyard daşının qiyməti 80 manat, 01 ədəd bilyard daşı çərçivəsinin qiyməti 40 manat, 09 ədəd kreslonun qiyməti 342 manat, 05 ədəd divanın qiyməti 400 manat, 10 ədəd jurnal masasının qiyməti 150 manat, 06 ədəd süfrənin qiyməti 90 manat, 01 ədəd «L» formalı divanın qiyməti 550 manat, 01 ədəd işıqlandırma dəstinin qiyməti 60 manat müəyyən edilir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilsə də, onun özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla ona elan olunan ittiham tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CMnin 185.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 09 ay 09 gün islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. İşdə olan Abşeron rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 1(012)-554/2024 saylı hökmündən görünür ki, “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın...”hökm edilmişdir. Həmin hökm Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi ilə əlaqədar icra olunmamış qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən – şərti məhkum edilmiş şəxslər barəsində – sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal zərərçəkən Zərərçəkmiş şəxs2 şikayət və tələbi olmaması, digər zərərçəkən Zərərçəkmiş şəxs1 məxsus əşyalardan bir qisminin naturada özünə qaytarılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2,177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı,barəsində Abşeron rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 1(012)-554/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması CM-nin 68.1.1-1 maddəsinə əsasən həmin müddət 01 il azadlıqdan məhrum etmə cəzasına bərabər hesab edilib Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, elə həmin gün də Abşeron RPİ-nin MSY-dən azad edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham yenidən elan olunmuş, barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün və barəsində Abşeron rayon Məhkəməsinin 27 noyabr 2024cü il tarixli 1(012)-554/2024 saylı hökmü ilə nəzərə alınan 02 gün, cəmi 03 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətindən çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüv vəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut əhəmiyyətli olduğundan Vestel markalı, 06GTİN263YP nömrəli soyuducu, Hoffmann markalı, ASL-610VV model paltaryuyan maşın, Prestige markalı PR- 5519B model qaz sobası, 01 ədəd bilyard stolu, 04 ədəd kiy, 16 ədəd bilyard daşı, 01 ədəd bilyard daşı çərçivəsi, 09 ədəd kreslo, 05 ədəd divan, 10 ədəd jurnal masası, 06 ədəd süfrə, 01 ədəd «L» formalı divan və 01 ədəd işıqlandırma dəsti maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə təzvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi ziyan 21362 manat təşkil edir, maddi ziyanın 4742 manat hissəsi ödənilmişdir. Zərərçəkənin mülki iddia qaldırmaq hüququ ona izah olunmalıdır. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2,177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Abşeron rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 1(012)-554/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1 maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına bərabər hesab edilib ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il 02(iki) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 01 gün və barəsində Abşeron rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 1(012)-554/2024 saylı hökmü ilə nəzərə alınan tutulduğu 02 gün, cəmi 03 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01(bir) ay 27(iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2025-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutulsun. Zərərçəkənin mülki iddia qaldırmaq hüququ ona izah olunsun. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə göstərdiyi hüquqi yardıma görə Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi 440 manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar