Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-391/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 6-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: MirzəyevElşənNəsrullaoğluözgə əmlakını gizliyollatalamaqməqsədlə xx xxxx 2020ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinin hamam otağının plastik pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağında olan paltar dolabındakı qızıl qabının içərisindən 1000 manat dəyərində 750 əyyarlı 01 ədəd qadın üzüyü və 01 cüt sırğadan ibarət qızıl dəstini, 200 manat dəyərində 585 əyyarlı 01 ədəd «paxlava» formalı qızıl qadın üzüyünü, 350 manat dəyərində 585 əyyarlı 01 ədəd qızıl qadın nişan üzüyünü və 100 manat dəyərində 750 əyyarlı 01 ədəd qızıl kişi qolbağını oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1650 (bir min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyindən, maddi cəhətdən sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində onunla qonşuluqda yaşayan sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi şəxsə məxsus fərdi yaşayaış evinin yerləşdiyi həyətin hasarının yanına gəlib həyətə baxarkən, evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını müəyyən etmişdir. Bundan sonra evin arxa tərəfdən olan hissəsindən hasardan aşaraq, həyətə daxil olmuşdur. Bu zaman həmin bir mərtəbəli evin pəncərələrinin üzərində dəmir barmaqlıqların olduğunu görmüşdür. Evə nəzarət edərkən, hamam otağının plastik pəncərəsinin dəmir barmaqlığı olmadığını görüb üzərində olan vintaçanlə plastik pəncərənin şüşəsini sındıraraq, pəncərəni açıb oradan evə daxil olmuşdur. Evin yataq otağına daxil olub ətrafı axtarmağa başlayan zaman, otaqda olan paltar dolabından qızıl qabının olduğunu görmüşdür. Dərhal həmin qızıl qabını açaraq, içərisində parça materialdan torba olduğunu görmüşdür. Həmin torbanın içindəkiləri əlinə boşaldarkən orada bir cüt sırğa, 03 ədəd qadın üzüyü, bir ədəd kişi qolbağını götürüb əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Daha sonra evə girdiyi yerdən, yəni hamam otağının pəncərəsindən çıxaraq, oranı tərk etmişdir. Həmin evdən oğurluq edən zaman, onu heç kim görməmişdir. Həmçinin, özüdə ətrafda heç kimi görməmişdir. Oğurluq etdikdən sonra yaşadığı evə gəlib gecəni yatmışdır. Həmin gün saat 15 radələrində yuxudan oyanıb oğurladığı qızıl-zinyət əşyalarını satmaq üçün Bakı şəhərində M.Əcəmi metrostansiyasının yaxınlığında “Moskva” univermağı deyilən yerin qarşısındakı qzı-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazaya daxil olmuşdur. Orada qızıl alan tanımadığı və adını bilmədiyi şəxsə ilkin olaraq, kişi qolbağını və qadın üzüyünün birini təqdim edərək, özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Tanımadığı şəxsdə həmin qızıl-ziynət əşyalarını 450 manata ala biləcəyini bildirmiş və o, sonuncu ilə razılaşıb 450 manata satdıqdan sonra qalan 02 ədəd qadın üzüyünü və bir cüt qızıl sırğanı da satmaq istədiyini deyən zaman, həmin şəxs ondan qızılların oğurluq olubolmamasını soruşduqda, o, qızılların özünə məxsus olduğunu və ehtiyac səbəbindən satmaq istədiyni bildirmişdir. Bundan sonra həmin şəxs ikinci dəfə təqdim etdiyi qzıllara da 450 manat pul vermişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu isə o, şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. X4 onun əridir və sonuncu Ağdam rayonunda hərbiçi işlədiyi üçün hal-hazırda onlarla birlikdə yaşamır. Onun yaşadığı evin həyətyanı sahəsi ümumilikdə 7 sot torpaqdan ibarətdir. Həmin torpağın ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən sol tərəfdə özünə məxsus bir mərtəbəli kürsülü fərdi yaşayış evi yerləşir. Həyətin sağ trəfində isə qaynı Quluya məxsus bir mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə də qaynı Qulu öz ailəsi ilə birlikdə yaşayır. Onun evi iki yataq otağı, bir qonaq otağı, mətbəx, hamam və tualetdən ibarətdir. Evin plastik pəncərələrinin üzərində dəmir barmaqlıqlar olmuşdur. Lakin, hamam otağının nəfəsliyinin dəmir barmaqlığı olmamışdır. xx xxxx 2020-ci il tarixdə məktəblər işləmədiyi üçün o, azyaşlı uşaqlarını da götürüb evin qapı və pəncərələrini bağalayaraq, evinə nəzarəti qaynı Qulugilə tapşırıb, Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən atasının evinə getmişdir. Təxminən o, gedəndən 3-4 gün sonra qaynı Qulu ona zəng edərək, səhər saatlarında həyətidən səs gəldiyini və evinə naməlum şəxsin girmək istədiyindən şübhələndiyini bildirmişdir. Qulunun arvadı Nərminə zəng edərək evinə baxmasını xahiş etmişdir. Sonununcu da evin ətrafına baxıb hər şeyin qaydasında olduğunu, yalnız hamam otağının nəfəsliyinin plastik pəncərəsinin şüşəsinin sındırıldığını bildirmiş, lakin o, buna fikir verməmişdir. xx xxxx 2020-ci il tarixdə evinə baş çəkmək üçün gələrkən hamamın nəfəsliyinin açıq olduğunu görmüşdür. Evə daxil olarkən, yataq otağının dağınıq vəziyyətdə olduğunu görüb, evdən oğurluq olduğunu başa düşmüşdür. Bu səbəbdən evinə baxış keçirərəkən, evindən 1000 manat dəyərində 750 əyyarlı bir ədəd qadın üzüyü və bir cüt sırğadan ibarət qızıl dəstinin, 585 əyyarlı 200 manat dəyərində 01 ədəd paxlava formalı qızıl qadın üzüyünün, 350 manat dəyərində 585 əyyarlı 01 ədəd qızıl qadın nişan üzüyünün və 01 ədəd 750 əyyarlı 100 manat dəyərində qızıl kişi qolbağının oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1650 manat məbləğində maddi ziyan dəmişdir. Təqsirləndirilən şəxsdən şikayətişidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Əziz Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən həyətyanı sahədə iki ədəd fərdi yaşayış evləri tikdirmişdir. Həmin yerdə yerləşən evlərdən birində özü, ikinci evdə isə qardaşı Rəsul Həsənov öz ailəsi ilə birlikdə yaşayır. Qardaşı Rəsul hərbiçi olduğuna görə, daimi evdə olmurmuş, həmin evdə sonuncunun ailəsi yaşayır. Özü isə mütəmmadi olaraq ailəsi ilə birlikdə evində yaşayır. Qardaşı hərbi xidmətdə olduğuna görə, sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs da uşaqlarını tətil ilə bağlı xx.xx.2020-ci il tarixdə öz atasının evinə aparıbmış. Qardaşının evində kimsə olmadığına görə evə özü nəzarət edirmiş. xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində evin arxa tərəfində səs eşitmişdir. Bu zaman pəncərədən çölə baxdıqda, bir nəfər naməlum şəxsin hasarın üstündə ayaq üstə durduğunu görmüşdür. Dərhal çölə çıxan zaman, həmin şəxs artıq gözdən itibmiş. Daha snora Rəsulun evinə keçib baxmış və evin hamam otağının nəfəsliynin sınıq vəziyyətdə olduğunu görmüşdür. Əvvəlcə elə başa düşmüş ki, evə kimsə girməmiş, lakin sonradan xx.xx.2020-ci il tarixdə işdə olduğu zaman, qardaşının yoldaşı Günay ona zəng vuraraq, yaşadığı evinə qayıdan zaman, evdə əşyaların dağılmış vəziyyətdə olduğunu və özünə məxsus qızıl-zinyət əşyaların oğurlandığını aşkar etmişdir. Həmin məlumatdan sonra atası Əzizə zəng vuraraq, Günayın dediklərini sonuncuya çatdırmış və dərhal evə qayıtmışdır. Daha sonra atası Abşeron RPİ-nin Qobu polis bölməsinə oğurluq hadisəsi ilə bağlı ərizə yazmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə işlədiyi qızıl mağazasına gəlib qızıl satan müştəri kimi tanımışdır. Sonuncu ilə əvvəllər heç bir münasibəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində mağazada olarkən, Təqsirləndirilən şəxs mağazaya daxil olub evdə xəstəsi olduğu üçün pula ehtiyacı olduğunu və buna görə də özünə məxsus qızıl-zinyət əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin qızılın oğurluq olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim edərək, həmin qızıl-zinyət əşyalarının özünə məxsus olduğunu bildirdiyi üçün ona inanmışdır. Bundan sonra Elşən ona ilkin olaraq qızıl kişi qolbağını və qızıl qadın üzüyünü təqdim etmişdir. Həmin qızılları elektron tərəzidə ölçüb yoxladıqdan sonra, həmin qızıllara 450 manat pul verə biləcəyini bildirmişdir. Elşən də onunla razılşadığı üçün sonuncuya 450 manat pul vermişdir. Elə həmin vaxt Elşən ona qalan 02 ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğanı da satmaq istədiyni bildirmək istəyən zaman, o, həmin qızıl-zinyət əşyalarına baxıb 450 manat pul verəcəyini bildirmişdir. Elşən həmin qızıl-zinyət əşyalarını da ona verib 450 manat pulu almışdır. Bundan sonra o, həmin qızılzinyət əşyalarını alması ilə əlaqədar üzərində “İnci” sözləri yazılmış alqı-satqı kitabına müvafiq qeydiyyatını aparmışdır. Daha sonra həmin qızıl-zinyət əşyalarını tanımadığı müştəriyə satmışdır. Həmin qızıl-zinyət əşyalarını alarkən onun oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Həmçinin, qızıl-ziynət əşyalarını alarkən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin ksero surətini götürməklə alqı-satqı kiabında müvafiq qeydiyyat aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli, 20/241R məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki:
1. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi evdə yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd əl-barmaq və 06 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.
2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1986-cı ildə Neftçala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc və sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir.
3. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 07 ədəd əl-barmaq və 04 ədəd ovuc izinin DİN-in KTİ-nin ADSİ-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin şərtlərini pozduğuna görə, onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət iş üzrə icraat dayandırılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.3, 152, 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasından vaxtından əvvəl şərti azad olmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdlan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdlan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva