Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-391/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1981-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 01 il 08 ay 02 gün çəkilməmiş qalan, evli, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, massiv-2, ev 2-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,711 qram maddə kustar üsulla hazırlanmış heroini əldə edib Abşeron rayonu Masazır qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 09 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Abşeron rayon polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülü, həmin ümumi təmiz çəkisi 0,711 qram maddə kütləsi kustar üsülla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 il müddət olar ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. O, narkotik vasitə olan heroini damarına iynə ilə vurma yolu ilə qəbul edir. 08.01.2020-ci il tarixdə Yasamal rayonu ərazisində, «Asan» xidmətin yaxınlığında tanımadığı bir şəxsdən 15 manat müqabilində bir bükümdə narkotik vasitə olan heroini özü istifadə etmək üçün almış, həmin bir bükümdə siqaretin gümüşü kağızına bükülmüş heroini, sonra özü istifadə etmək üçün siqaret qutusunun içərisinə qoymuş, həmin siqaret qutusunu da əynində olan gödəkçəsinin sağ yan cibində saxlamışdır. Bundan bir gün sonra, yəni 09.01.2020-ci il tarixdə saat 12:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı “Məzunlar evi” yaxınlığında mağazaya gedərkən 3 nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün, polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getməli olduğunu demişlər. O, üzərində narkotik vasitə olduğu üçün oradan qaçaraq polis əməkdaşlarından uzaqlaşmaq istəmişdir. Həmin vaxtı polis əməkdaşları onu təqib etmişlər. O, polis əməkdaşlarının yanından qaçıb uzaqlaşmaq istəyərkən ayağı büdrədiyi üçün yerə yıxılmışdır, yerə yıxıldığı üçün bədəni üzərində müəyyən sıyrıqlar və xəsarət almışdır. Həmin vaxtı polis əməkdaşları onu tutub saxlayaraq özləri ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirmişlər. Abşeron rayn polis idarəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa çıxarıb stolun üzərinə qoyulması təklif edilmişdir. O, bir gün əvvəl, yani 08.01.2021-ci il tarixdə Yasamal rayonunda tanımadığı bir nəfər şəxsdən aldığı və əynində olan gödəkçənin sağ yan cibində siqaretin qutusunda saxladığım 1(bir) ədəd siqaretin qutusunda olan gümüşü rəngli kağıza bükülmüş heroini gödəkçənin sağ yan cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bir ədəd bükülüdə narkotik vasitə olan heroini 08.01.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı qəxsdən 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin zərfə qoyulmuş, Abşeron RPİ-nin zərflər üçün olan möhürü ilə möhürlənmişdir, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, polis əməkdaşları, müdafiəçi və o, həmin zərfi və protokolu imza etmişlər. Onun özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Sonra polis bölməsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsində «X2» baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09.01.2021-ci il tarixdə onun icraaıtana, Biləsuvar rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır qəsəbəsi «Məzunlar» evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatını yoxlanılması üçün əməliyyat qrupu yaradılimış, qrupda rayon polis idarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və poli nəfəri Şahid3 da iştiak etmişlər. 09.01.2021-ci il tarixdə saat 12:30 radələrində əməliyyat müvəkkili polis leytenantı Şahid2 və idarənin polis nəfəri Şahid3 iştirakları ilə, Abşeron rayonu Masazır qəsəbəsi «Məzunlar evi» yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, onlar özlərini polis əməkdaşı kimi təqdim edəndən sonra, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin qanunsuz olaraq saxlamasında və gəzdirməsində şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-yə getməsi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun və orada olan polis əməkdaşlarına tabesizlik və müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd etmiş, O, əməliyyat müvəkkili Şahid2 və orada olan polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs arxasıyca qaçaraq onu saxlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirərək yenə onların qanuni tələblərinə tabe olmayaraq əllərindən çıxaraq qaçmış, Təqsirləndirilən şəxs onların əlindən çıxıb qaçan vaxtı öz ehtiyatsızlığından orada olan balaca çuxura yıxılmışdır. O və orada olan polis əməkdaşları Təqsirləndirilən şəxs yerdən qaldırmaq istəyəndə, Təqsirləndirilən şəxs təkrarən onların əlindən çıxıb qaçmağa cəht etmişdir. Onlar Təqsirləndirilən şəxs tabe olmadığını və müqavimət göstərərək qaçmaq istədiyini görüb, Təqsirləndirilən şəxs dəfələrlə nizam intizama dəvət etsələrdə, Təqsirləndirilən şəxs onları eşitməmiş və öz əməllərini davam edərək onların əlindən çıxıb qaçmaq istəmiş, bu səbəbdən də o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs fiziki güc tətbiq edrək onu avtomobilə əyləşdirib polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis idarəsinə gətirmələri və onlara müqavimət göstərməsi barədə raport yazaraq rəhbərliyə məruzə etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilərək, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən siqaret qutusunda olan, siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin yan cibindən bir bükümdə aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə iştirakçıların yanında qablaşdırılaraq təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol və içərisində narkoitik vasitə olan zərf imzalanmışdır. O və yanında olan polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamışlar, döyməmişlər, Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olmadığı üçün zor tətbiq edərək Təqsirləndirilən şəxs polis idarəsinə gətirmişlər Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin NMQnun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Abşeron rayon CAŞ-in əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2021-ci il tarixli 6/110 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «…Zərflər üçün №56 möhür əksi» «Təqsirləndirilən şəxs üzərindən» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,711 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Tiryək və heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına aiddir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”–in siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının «15».03.2021-ci il tarixli «802» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 26.01.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya şöbəsinin arayışından və Abşeron rayon məhkəməsinin 28.07.2020-ci il tarixli, 1(012) 295/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, məhkəmənin həmin tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun tutma altında saxlanıldığı 02 gün müddəti nəzərə alınaraq, həbsdə saxlanıdmasınin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 gün müddət hazırki hökümdə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin 13.05.2021-ci il tarixli, 1531 saylı məktubundan görünür ki, İbayev X3 Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 09.01.2021-ci il tarixə 01 il 08 ay 02 gün təşkl edir. 09.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.01.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 09.01.2021-ci il tarixdən hesablanmaqla həbs qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında 09.01.2021-ci il tarixli protokoldan görünür ki, 09.01.2021-ci il tarixdə saat 12:30 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz Zavodu yolu ərazisində, yaşadığı evin yaxınlığında saxlanılıb, Abşeron RPİ-nə gətirilmiş, polis idarəsində xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızına bükülü narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 09.01.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,661 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə təyin edilmiş1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı ) gün azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz ) ay 02 (iki ) gün hissəsi ilə Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilsin və qəti olaraq üzərində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 09.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,661 qram narkotik vasitə olan heroin məhv edilsin. . Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-391/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-391/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver