Məhkəmə qərarları › İş №1(012)-392/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-392/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-392/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan və ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu Novxanı kəndi Qara Qarayev küçəsində yeni inşa etdiyi evin arxa tərəfində hasardan həyətə keçərək, evin arxa tərəfinin birinci mərtəbəsinin plasmas pəncərəsini əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin birinci mərtəbəsində divarda quraşdırılmış bir ədədi 500 manat olan, cəmi 1000 manat dəyərində iki ədəd “12+12 Danfoss BİV” markalı istilik sistemin paylayıcı qurğularını, evin dəhlizindən bir ədədi 28 manat olan, cəmi 392 manat dəyərində 14 ədəd, 1,52 x 1,52 ölçüdə, 18 mm qalınlıqda diktləri, bir ədədi 800 manat olan, cəmi 1600 manat dəyərində 2 ədəd aliminium ayaqaltıları, evin divarlarına çəkilmiş 1000 manat dəyərində 4 və 2,5 mm ölçülərdə elektrik naqillərini, evin ikinci mərtəbəsində divarda quraşdırılmış bir ədədi 450 manat olan, cəmi 900 manat dəyərində iki ədəd “7+7 Danfoss BİV” markalı istilik sistemin paylayıcı qurğularını, evin zirzəmisindən bir rulonu 65 manat olan, cəmi 390 manat dəyərində 6 rulon 4 mm-lik elektrik naqillərini, 200 manat dəyərində plastik boruların fitinqlərini, 100 manat dəyərində su qarışdırıcı avadanlığı, 180 manat dəyərində 1 ədəd elektrik direli, evin arxasında olan qazanxanadan evə qədər yerə basdırılmış, bir metri 16 manat olan, cəmi 480 manat dəyərində 30 metr uzunluqda 16 mm-lik elektrik kabeli, evin arxasındakı qazanxananın qapısını evdən götürdüyü açarla açıb, oradan bir ədədi 40 manat olan, cəmi 80 manat dəyərində 2 ədəd elektrik açarlarını ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6322 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Özü də Novxanı qəsəbəsində istixanalarda fəhlə işləyir, evlidir, bir azyaşlı uşağı var, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2019-cu ilin avqust ayında azadlığa buraxılmışdır. 2019-cu ilin yanvar ayının 29-da təxminən saat 11 radələrində Abşeron rayonu, Novxanı kəndində Qara Qarayev küçəsi ilə gedəndə həmin küçədə yerləşən yeni tikilmiş bir-iki mərtəbəli ev diqqətini cəlb etmiş və həmin evdən oğurluq etməyi qərar almış, ona görə ətrafda heç kimin olmadığını görüb həmin evin arxa tərəfində qapının yanından hasardan həyətə girmiş, evə yaxınlaşıb evdə heç kimin olmadığını, evin arxa tərəfində olan plasmas pəncərənin bağlanmadığını və boş olduğunu görmüş, o, pəncərəni əli ilə itələyib açıb oradan içəri girəndə evdə təmir işlərinin aparıldığını, lakin hələ qurtarmadığını görmüş, evin birinci mərtəbəsində divarda istilik sistemin metalı sarı rəngli bronze materialından olan paylayıcı qurğusu olmuş, o, evin birinci mərtəbəsində iki ədəd paylayıcı qurğuları, sonra isə ikinci mərtəbədə də iki ədəd paylayıcı qurğuları açıb götürmüş, bundan başqa evin divarlarında divardan sallanmış müxtəlif ölçülərdə elektrik naqillərini də kəsib götürmüş və evə girdiyi pəncərədən çıxıb oradan uzaqlaşmış, oğurladığı həmin əşyaları elə həmin gün Abşeron rayonu, Novxanı qəsəbəsində nömrəsini bilmədiyi metal qəbul edən bir ağ rəngli VAZ-24 markalı avtomobilin sürücüsünə 59 manata satmış, həmin malları alan şəxs də onların oğurluq olduğunu bilməmiş, bundan başqa o, heç bir oğurluq törətməmiş, ifadəsində qeyd etdiyi əşyalardan başqa həmin evdən heç bir əşya oğurlamamışdır. O, törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ona məxsus Abşeron rayonu, Novxanı kəndi, Qara Qarayev küçəsində yerləşən bağ evində heç kim yaşamır. Belə ki, həmin bağ evin hər tərəfdən təxminən 2.80 metr hündürlükdə hasara alınmış, həyətə giriş-çıxış üçün 2 darvaza var, həyətdə iki mərtəbədən ibarət, birinci mərtəbədə 2 otaq, mətbəx, ikinci mərtəbə isə 4 otaqdan ibarət ev inşa etdirmiş, evin pəncərə və qapıları qoyulmuş, hal-hazırda evdə hazırda təmir işləri aparılır. xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində həmin bağ evində olmuş, orada olan əşyaları yerində olmuş, xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində yenə həmin bağ evinə baxmaq üçün getmiş, həyətə daxil olub evin arxasına baxdıqda evin birinci mərtəbəsinin qazanxana ilə üzbə-üz olan pəncərəsinin açıq olduğunu, evin arxasında olan qazanxanadan evə qədər yerə basdırılmış bir metrəsi 16 manat dəyərində olan 30 metr uzunluqda 16 mm. ölçüdə 480 manat dəyərində kabelin yerindən çıxarılaraq oğurlandığını görmüş, evin arxasındakı qazanxananın qapısını evdəki açarla açılıb oradan hər biri 40 manat dəyərində olan 2 ədəd, cəmi 80 manat dəyərində elektrik açarın oğurlandığını, qazanxananın qapısının açarının sonra yerinə qoyulmadığını, həmin açarın harasa atıldığını, evin birinci mərtəbəsindən “12+12 Danfoss BİV” markalı, hər biri 500 manat dəyərində olan 2 ədəd, cəmi 1000 manat dəyərində istilik sistemin kollektorlarının, evin dəhlizindəki bir ədədi 28 manat olan, cəmi 392 manat dəyərində 14 ədəd, 1,52 x 1,52 ölçüdə qalınlığı isə 18 mm-lik diktlərin, bir ədədi 800 manat dəyərində olan 2 ədəd, cəmi 1600 manat dəyərində aliminium ayaqaltıların, evdə divara çəkilmiş 1000 manat dəyərində 4 və 2,5 mm-lik ölçülərdə olan elektrik naqillərin (ancaq konkret olaraq hansı ölçülü naqildən nə qədər olduğunu dəqiq bilmir), evin ikinci mərtəbəsindən “7+7 Danfoss BİV” markalı bir ədədi 450 manat olan 2 ədəd, cəmi 900 manat dəyərində istilik sistemin kollektorlarının, evin zirzəmisindən bir rulonu 65 manat olan, cəmi 390 manat dəyərində 6 rulon 4mm-lik elektrik naqillərin, 200 manat dəyərində plastik boruların fitinqlərinin, 100 manat dəyərində su qarışdırıcı avadanlığın, 180 manat dəyərində 1 ədəd markasını bilmədiyim elektrik direlin, ümumilikdə 6322 manat dəyərində əmlakının oğurlandığını görmüşdür. Hazırda təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6322 manat maddi ziyandan 1200 manat ödənilmiş, ziyanın qalan hissəsinin qaytarılmasını tələb edir və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Abşeron rayon Pİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu Novxanı kəndində yeni inşa etdiyi evdən naməlum şəxslər tərəfindən oğurluq olması barədə müraciət etmiş, hadisə yerindən əl-barmaq izləri götürülərək, DİN-in X2 göndərilmiş, həmin idarədən onlara vətəndaş Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsi ilə götürülmüş əl-barmaq izlərinin Abşeron rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus olması barədə məlumat daxil olmuş, ona görə onun tərəfindən Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat tədbirləri keçirilərək, o, Abşeron rayon Pİnə gətirilmiş, Təqsirləndirilən şəxs ilə aparılmış əməliyyat sorğuları zamanı da o, Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini və oğurladığı əşyaları da tanımadığı şəxsə satdığını etiraf etmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu Novxanı kəndində yerləşən yeni inşa etdiyi evin arxa tərəfində olan pəncərəsindən evə daxil olduğunu, evdən dörd ədəd istilik sisteminin paylayıcı qurğularını, elektrik naqillərini və bir sıra digər əşyaları oğurladığını bildirmiş, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman özü də iştirak etmiş və Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs evinə necə daxil olduğunu, oradan oğurluq etdiyini yerində əyani olaraq göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Ona yaxın qohumları barədə ifadə verməmək hüququ olmağı izah edilməsinə baxmayaraq lakin özü könüllü olaraq oğlu Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ifadə vermək istəmişdir. Təqsirləndirilən şəxs onun oğludur və Orxan əvvəllər narkotik vasitə qəbul etdiyi üçün özü Abşeron rayon Pİ-nə müraciət etmiş, Orxan CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin avqust ayında azadlığa çıxmış, X7 müalicə olunmuş, xx xxxxxx 2020-ci il tarixdə xəstəxanadan çıxmış və bacısı Aygül ilə Abşeron rayonu, Novxanı qəsəbəsində istixanada fəhlə kimi işləməyə başlamış, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Pİ-nin əməkdaşları Orxanı evdən aparmışlar, o, həmin gecə oğlu barədə məlumat almaq üçün Abşeron rayon Pİ-nə gəlmiş, lakin Orxanın nəyə görə Polisə aparıldığını bilməmiş, xx xxxx 2020-ci il tarixdə ona Orxanın Abşeron rayonu, Novxanı qəsəbəsində bir vətəndaşın evindən oğurluq etdiyi üçün həbs olunduğu məlum olmuş, o, Orxanın oğurluq etdiyi ev sahibi İlqar adlı şəxs ilə görüşüb danışmış və İlqar onunla danışmayacağını, bir nəfər kişi göndərməyi və ona dəymiş ziyanla bağlı söhbət etməyi ona demiş, bundan sonra İlqar ona bir siyahı vermiş və həmin siyahıda göstərilən əşyaları alıb ona verməyi söyləmiş, həmin siyahıda göstərilən malların dəyəri ümumilikdə 1898 manat olmuş, ondan bir həftə sonra oğlu Orxan ona Bakı İstintaq Təcridxanasından zəng edərək onunla telefonla danışmış, Orxana zərərçəkmiş şəxs İlqarın evindən 6-7 min manat dəyərində əşyalar oğurlandığını demiş, lakin Orxan ona İlqarın evindən onun dediyi qədər əşyaların oğurlamadığını, İlqarın evindən 4 ədəd istilik sistemin kollektoru və təxminən 20-30 metr də elektrik naqilini oğurladığını və başqa heç bir əşya oğurlamadığını bildirdikdə o, da İlqara bu barədə məlumat vermiş, İlqar da ona onun evindən faktik dediyi əşyaların hansılarının oğlu Orxan, hansılarının isə digər şəxs tərəfindən oğurlandığını bilmədiyini demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o iş üzrə Şahid2 ifadəsinə oxşar ifadə verdi. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahidlər Şahid2 oğlnun, Şahid3 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan müvafiq istintaq hərəkətləri protokollarından və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs məxsus əmlakları gizli olaraq taladığı yerləri əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq edib analoji ifadələr vermişdir. İş materiallarından görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs evin pəncərəsinin içəri tərəfindən götürülümüş əl-barmaq izləri yoxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in X2 göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in X1 xx.xx.2020-ci il tarixli, 011- 1925-1220 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evdən götürülmüş 01 ədəd ovuc izi 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sol əlin ovuc əksi ilə eynilik təşik edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/145 nömrəli məhkəmə trasoloji ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Təqdim edilmiş 5,10 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yarasızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucunun hipotenar hissəsindən qalmışdır. İş üzrə maddi sübut olan bir ədəd ovuc izi cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və habelə iş üzrə digər materiallarlatam sübuta yetirilir. X9 Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar «Con X6rşı» işi ilə bağlı xx.xx.1996-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayə əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, o, tamah niyyətilə xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu Novxanı kəndi Qara Qarayev küçəsində yeni inşa etdiyi evin arxa tərəfində hasardan həyətə keçərək, evin arxa tərəfinin birinci mərtəbəsinin plasmas pəncərəsini əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin birinci mərtəbəsində divarda quraşdırılmış bir ədədi 500 manat olan, cəmi 1000 manat dəyərində iki ədəd “12+12 Danfoss BİV” markalı istilik sistemin paylayıcı qurğularını, evin dəhlizindən bir ədədi 28 manat olan, cəmi 392 manat dəyərində 14 ədəd, 1,52 x 1,52 ölçüdə, 18 mm qalınlıqda diktləri, bir ədədi 800 manat olan, cəmi 1600 manat dəyərində 2 ədəd aliminium ayaqaltıları, evin divarlarına çəkilmiş 1000 manat dəyərində 4 və 2,5 mm ölçülərdə elektrik naqillərini, evin ikinci mərtəbəsində divarda quraşdırılmış bir ədədi 450 manat olan, cəmi 900 manat dəyərində iki ədəd “7+7 Danfoss BİV” markalı istilik sistemin paylayıcı qurğularını, evin zirzəmisindən bir rulonu 65 manat olan, cəmi 390 manat dəyərində 6 rulon 4 mm-lik elektrik naqillərini, 200 manat dəyərində plastik boruların fitinqlərini, 100 manat dəyərində su qarışdırıcı avadanlığı, 180 manat dəyərində 1 ədəd elektrik direli, evin arxasında olan qazanxanadan evə qədər yerə basdırılmış, bir metri 16 manat olan, cəmi 480 manat dəyərində 30 metr uzunluqda 16 mm-lik elektrik kabeli, evin arxasındakı qazanxananın qapısını evdən götürdüyü açarla açıb, oradan bir ədədi 40 manat olan, cəmi 80 manat dəyərində 2 ədəd elektrik açarlarını ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6322 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 xx.xx.2020-ci il tarixdə tərtib olunmuş məhkumluq barədə tələbnamədən, Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxsHacıqabul rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat cərimə cəzasına məhkum olunmuş, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilərək, ona qəti olaraq 11 ay 29 gün azadlqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası təyin olunması, ona təyin olunmuş cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması qərara alınmış və Cəfərov X8 rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat cərimə cəzasına, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edildiyi nəzərə alınaraq Hacıqabul rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(071)-41/2017 saylı hökmü icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan Abşeron RİH Novxanı kənd üzrə nümayəndliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndi, ünvan 5 ünvanında yaşayır, himayəsində bir azyaşlı övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, dəymiş ziyandan qismən ödəniş edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Lakin məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan qismən ödənilmiş və o cümlədən zərərçəkmiş şəxs ondan şikayətçi olmaqla ödənilməmiş ziyanı tələb edir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmaldır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt Apellasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş və ödənilməmiş 1500 manat miqdarında cərimə cəzası tamamilə birləşdirilməklə ona qəti cəza təyin olunmalı, cərimə cəzası isə müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Ona görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 461,11 (dörd yüz altmış bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ 34 CTRE 000 000 000 000 020 885 01) köçürülməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apellasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 1500 manat miqdarında cərimə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasınatamamilə birləşdirilsin, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası və 1500 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 461,11 (dörd yüz altmış bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ 34 CTRE 000 000 000 000 020 885 01) köçürülsün. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar