Məhkəmə qərarları › İş №1(012)-392/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-392/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-392/2021 06.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 oğlunun iştirakı ilə xx.xx.1996-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, FMG-də mühafizəçi işləyən, Salyan rayonu, X.R.Ulutürk küçəsi ev 65də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş- 93 yaşayış kompleksi İnteqral massivi, 7-ci bina ev 53-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 03.05.2021 -ci il tarixdə saat təxminən 18:40 da qeyri-rəsmi yaşadığı Şahid qızna məxsus “Volkswagen Passat” narkalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə “Qurtuluş-93” yaşayış kompİeksindən çıxıb, Masazır dairəsi istiqamətinə Ə.Vahid küçəsi ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Vito” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə qəza şəraiti yaratdığına görə siqnal verərərək, əl hərəkətləri ilə ona öz iradlarını bildirmiş, həmin şəxs maşını saxlayaraq, qəza şəraiti yaratmadığını bildirməsindən qəzəbilənərək öz davranışları ilə ictimai qaydalara açıq etinadsızlıq göstərməklə Abşeron rayonu Masazır qəsəbəsi “Murad” adlı mebel mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan ətrafda hərəkət edən digər avtomobillərin sürücüləri dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər nümayiş etdirməklə Zərərçəkmiş şəxs hücum edib, yumruqla üz və baş niyyələrindən bir neçə dəfə zərbələr vuraraq, ona alın nahiyəsinin sol hissəsinin, alın nahiyəsinin orta hissəsinin və sol almacıq nahiyələrinin dərialtı hematomaları, gözün ağlı qişasına qansızması, sol gözün alt qapağının qançırı ilə müşaiyət olunan yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dava-dalaş hadisəsi baş verən gün qeyri-rəsmi yaşadığı Şahid qızna məxsus “Volkswagen Passat” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşını onun razılığı ilə idarə etmişdir. Elə həmin vaxt Şahid da yanında olmuşdur. 03.05.2021-ci il tarixdə saat təxminən 18:40 da idarə etdiyi “Passat-Wolsvagen” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Qurtuluş-93” yaşayış kompleksindən çıxıb, Masazır dairəsi istiqamətinə Ə.Vahid küçəsi ilə hərəkətdə olan zaman “Mercedes Vito” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşın qəza şəraiti yaradaraq, ötmə əməliyyatını yerinə yetirmişdir. Əsəbiləşdiyi üçün həmin şəxsə siqnal verib, əli ilə maşından digər maşına öz narazılığını göstərmişdir. Onun əl hərəkətlərini adını təhqiqat müddətində bildiyi Zərərçəkmiş şəxs görmüşdür. Bundan sonra qarşısında hərəkətdə olan zaman anidən əyləci basaraq, maşını saxlamışdır. Bu səbəbdən avtomaşını sürərək, onun idarə etdiyi avtomaşının qarşısında saxlayıb maşından düşərək, “Mercedes Vito” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşına sürücü tərəfdən yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs maşında əyləşmişdir. Ona qəza şəraiti yaratmasını irad bildirmişdir. Etdiyi əməli dərk etməyərək, qəza şəraiti yaratmadığını bildirib, onunla kobud danışmağa başlamışdır. Etibar maşından düşmək istəyəndə, qapını tutub düşməyinə əvvəlcə icazə verməsədə, sonradan maşından düşərək, sinə nahiyyəsindən itələmiş, onun bu hərəkətindən əsəbiləşdiyi üçün yumruqla onun üz və baş nahiyyələrindən bir neçə dəfə zərbələr endirmişdir. Bundan sonra kənardan toplaşmış şəxslər onları aralamışdır. Avtomaşına əyləşib həmin yerdən uzaqlaşmışdır. Hadisə Abşeron rayonu, Masazır qəsəbəsində baş vermiş, təxminən 10-15 dəqiqə davam eləmiş, səs-küy olmuş, ətrafa kənar şəxslər toplaşmışdır. Zərərçəkmiş şəxs onu itələsədə xəsarət yetirməyib, bu səbəbdən məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03.05.2021-ci il tarixdə saat təxminən 18:40-da idarə etdiyi “Mercedes Vito” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Qurtuluş-93” yaşayış kompleksindən çıxıb, Masazır istiqamətinə Ə.Vahid küçəsi ilə hərəkətdə olan zaman, ondan arxa tərəfdə hərəkətdə olan “Passat” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşın işıqla ona durma işarəsi verdiyinə görə avtomobili maşını saxlamışdır. Passat markalı avtomaşının sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs maşını idarə etdiyi maşının sağ tərəfində saxlamış, pəncərəsini açaraq, kobud və aqressiv şəkildə onun avtomaşını sıxmaqla qəza şəraiti yaratdığını deyərək və ona öz iradlarını bildirmişdir. Yolda olan zaman belə bir hadisənin baş verdiyini xatırlamadığı üçün onun dediklərinin həqiqətə uyğun olmadığını demişdir. Bundan sonra həmin şəxs idarə etdiyi avtomaşını qarşı tərəfə sürərək, ona məxsus və ümumiyyətlə həmin yolda hərəkətdə olan bütün avtomaşınların yolunu kəsmişdir. “Passat” markalı avtomaşının sürücüsü Sultan- X5 maşından düşüb, ona məxsus avtomaşına yaxınlaşmışdır. Əvvəlcə qapını saxlayaraq onu avtomaşından düşməyə qoymamış və davamlı olaraq ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra maşından düşmüşdür. Təqsirləndirilən şəxs yumruqla onun üz nahiyyəsindən bir neçə dəfə zərbələr endirmişdir. Onu vuran zaman əlləri ilə başını tutub müdafiə olunmağa çalışmışdır. Kənardan toplaşmış şəxslər onları aralamışdır. Bundan sonra o çıxıb getmişdir. Bir neçə dəqiqə sonra Azərbaycan Respublikası DİN-in 102 “Xidməti- Zəng” mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə Abşeron rayonu, Masazır qəsəbəsindəndə baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, səs-küy olmuş, ətrafa kənar şəxslər toplaşmışdır. Təqsirləndirilən şəxs vurmamışdır. Dava-Dalaş zamanı köynəyi cırılmış və maşını əzilmiş, nəticədə ona 200 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, dava-dalaş hadisəsi baş verən zaman sahibi olduğu “Passat- Wolsvagen” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşını onun razılığı ilə qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs idarə etmişdir. 03.05.2021-ci il tarixdə saat təxminən 18:40 da Əlinin idarə etdiyi ona məxsus avtomaşınla “Qurtuluş-93” yaşayış kompleksindən çıxıb, Masazır dairəsi istiqamətinə Ə.Vahid küçəsi ilə hərəkətdə olan zaman “Mercedes Vito” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşın qəza şəraiti yaradaraq, ötmə əməliyyatını yerinə yetirmişdir. Əli həmin şəxsə siqnal verib, əli ilə maşından digər maşına öz narazılığını göstərmişdir. Bundan sonra qarşıda hərəkətdə olan zaman anidən əyləci basaraq, maşını saxlamışdır. Bundan sonra Əli maşından düşüb ona yaxınlaşmışdır. Təxminən 1-2 dəqiqə sonra onların arasında dava-dalaş hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs baş və üz nahiyyələrindən zərbələr endirmişdir. O, da maşından düşüb kənardan toplaşmış şəxslərlə birlikdə onları aralamışdır. Bundan sonra maşına əyləşmiş və hadisə yerindən uzqlaşmışlar. Hadisə Abşeron rayonu, Masazır qəsəbəsində baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, səs-küy olmuş, ətrafa kənar şəxslər toplaşmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin 19.05.2021-ci il tarixli 890 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-alın nahiyəsinin sol hissəsinin, alın nahiyəsinin orta hissəsinin və sol almacıq nahiyələrinin dərialtı hematomaları, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün alt qapağının qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 03.05.2021 -ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 17.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08.06.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci məsuliyyətə cəlb olunsada, Azərbaycan Respublikası CPMnin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıdalan rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar