Məhkəmə qərarları › İş №1(012)-392/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-392/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-392/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 14 fevral 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 522 saylı şəhərlərarası marşrut avtobusunda sərnişin Zərərçəkmiş şəxs1 sağ əlində saxladığı əl çantasından içərisində 800 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 86 manat 70 qəpik təşkil edən 51 X3 dolları olan 20 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 906 manat 70 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti iləözgənin əmlakını ələ keçirmək məqsədilə 18 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 503 saylı şəhərlərarası marşrut avtobusunda sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarının arxa cibindən 205 manat pulu çıxarmaqla gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 205 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuş və 2021-ci ilin noyabr ayında cəzaçəkmə müəssiəsindən çıxmışdır. Həmin vaxtdan işsiz olduğu üçün avtobuslarda ciblərdən və çantalardan pul oğurlamaqla maddi tələbatını təmin etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhərində 522 saylı marşrut avtobusuna əyləşmişdir. Avtobusda sərnişinlər çox olduğu üçün ayaq üstə sıx dayanmışlar. Onun sağ tərəfində orta yaşlı bir qadın dayanmış və qadın sağ əlində çanta tutmuşdur. Çantanın ağzı açıq olduğu üçün o, çantada olan pul qabını çıxarmışdır və həmin vaxtı Saray qəsəbəsində yanacaq doldurma məntəqəsinin yanında avtobusdan düşmüşdür. Kənara çəkilib ara məhləyə getmiş və pul qabını açıb içini yoxlamışdır. Pul qabıda 800 manat, 51 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olmuşdur. 800 manatı və 51 ABŞ dollarını götürdükdən sonra Saray qəsəbəsində pul qabını şəxsiyyət vəsiqəsi və bank kartları ilə birlikdə atmışdır. Bundan sonra taksiyə əyləşib Sumqayıt şəhərinə qayıtmışdır. 51 ABŞ dollarını Sumqayıt bazarında tanımadığı bir nəfər şəxsə 80 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Onun çantadan pul qabını oğurlamağını heç kim görməmişdir və bundan heç kimin xəbəri olmamışdır. Bundan başqa pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi olduğundan xəbərsiz olmuş niyyəti yalnız pulu oğurlamaq olmuşdur. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək üçün 503 saylı marşrut avtobusuna minmişdir. Abşeron rayonu Saray qəsəbəsində olan zaman avtobusda sıxlıq olduğunu görüb təxminən 60 yaşında olan bir kişinin yanına gəlmişdir. Avtobusda olan sıxlıqdan istifadə edib həmin şəxsin arxa cibinə əlini salıb orada olan pulu götürmüşdür. Növbəti dayanacaqda Abşeron rayonu Saray qəsəbəsi daxilində avtobusu saxladıb avtobusdan düşmüş və pulu sayan zaman həmin pulun 20 manatlıq və 5 manatlıq əskinaslardan (10 ədəd 20 manatlıq 01 ədəd 05 manatlıq) ibarət ümumilikdə 205 manat məbləğində olduğunu görmüşdür. Həmin pulu götürdükdən sonra avtobusa əyləşərək yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. Həmin pulu da öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Sonda o, etdiyi əməldən peşman olması və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi həyət evində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərinə getmək üçün Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 503 saylı marşrut avtobusuna minmişdir. Bir müddət yol getdikdən sonra dayanacaqda düşərkən bir nəfər şəxsin ona toxunduğunu hiss etmiş, həmin şəxs dayanacaqda düşdükdən sonra əynində olan cins şalvarın arxa sağ cibinə baxmış və orada olan 205 manat pulun oğurlandığını aşkar etmişdir. Buna görə də polisə şikayət etmək qərarına gəlmişdir. Cibində olan pullar 20 manatlıq və 5 manatlıq əskinaslar olmaqla 10 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 205 manat məbləğində maddi ziyan dəymişdir. Həmin şəxsin üz cizgiləri yadında qalmamış, lakin təxminən həmin şəxsin arıq bədən qurluşlu, hündür boylu olduğunu və başında papaq olduğunu xatırlayır. Onun tələbi ona məxsus pulu oğurlayan şəxsin tapılaraq barəsində qanuni tədbir görülməsindən və ona dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Həmin pullar onun əynində cins şalvarın arxa cibində olmuş və 10 ədəd 20 manatlıq və 01 ədəd 05 manatlıq əskinas formasında olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 205 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə zərərəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayətinin olmamasını göstərmişdir. İbtidai istintaq zamanı zərərəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qızının məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində məktəbdə işdən çıxıb evə gələn zaman orada bankomata yaxınlaşıb, əmək haqqını alıb əl çantasında olan pulqabıya qoymuşdur. Saray qəsəbəsinə yerləşən evinə gəlmək üçün 522 saylı marşrut avtobusuna əyləşmiş, həmin vaxtı avtobusda sərnişinlər çox olduğu üçün sıx dayanmışlar. Sumqayıt şəhəri, 17-ci mikrorayonda bir nəfər orta yaşlı oğlan minmiş və ayaqüstə onun sağ tərəfində dayanmışdır. Az keçməmiş həmin oğlan avtobusu saxladıb düşüb getmişdir. Saray qəsəbəsində yaşadığı B.Vahabzadə küçəsində avtobus sürücüsünə ödəniş edən zaman əl çantasında olan pul qabının olmadığını aşkar etmiş və bu barədə sürücüyə bildirmişdir. Pul qabının içində 800 manat, 51 ABŞ dolları pul, özünün şəxsiyyət vəsiqəsi, oğlu X4 məxsus şəxsiyyət vəsiqəsi, özünün əmək haqqı və təqaüd kartı və oğlu Elşənin təqaüd kartı olmuşdur. O, pul qabının oğurlanmasında Sumqayıt şəhəri, 17-ci mikrorayon avtobusa minən və tez bir zamanda avtobusdan düşən oğlandan şübhələnmişdir. Belə ki, həmin oğlan avtobusda olan sıxlıqdan istifadə edib onun sağ tərəfində dayanmış və çantasını da sağ əlində saxlamışdır. Oğurluqdan dərhal sonra əmək haqqı və təqaüd kartlarının bağlatdırmışdır. O, əl çantasında olan pul qabının Saray qəsəbəsi, B.Vahid küçəsində avtobusdan düşən zaman oğurlandığını aşkar etmişdir. Həmin pul kisəsini 20 manat pul müqabilində almışdır. Eyni zamanda ilkin olaraq ərizəsində pul kisəsində 500 manat 50 ABŞ dolları olduğunu göstərsə də, sonradan evdə pul kisəsində olan pulu dəqiqləşdirmiş və pul kisəsində olan pulun 500 manat 50 ABŞ dolları yox 800 manat və 51 ABŞ dolları olduğu müəyyən olunmuşdur. Hadisə nəticəsində ona dəymiş maddi ziyan 820 manat və 51 ABŞ dollar təşkil edir. İş materiallarında olan zərərəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs təkrarən zərər çəkmiş şəxsin cibindən və çantasından çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) aya endirilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs vurulmuş ziyanları ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalından həbs edilməli və cəzaçəkmənin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar