Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-392/2024 17.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 məktəb direktorunun müavini vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib aldadaraq sonuncunun ona məxsus "Kapitalbank” kartına “milliön” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərdiyi 800 manat, həmin tarixdə göndərdiyi 1210 manat və 1000 manat, xx.xx.2023cü il tarixdə göndərdiyi 800 (səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 2500 (iki min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə göndərdiyi 70 manat, 10 manat və 250 manat pulunu, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Günay“ kafesində Azərbaycan manatı ilə məzənnəsi 6800 manat təşkil edən 4000 (dörd min) ABŞ dolları, vahid niyyətlə cəmi 13440 manat məbləğində pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 müqavilə əsasında sonuncunun əvvəllər işlədiyi Abşeron rayonu, 1 saylı orta məktəbdə müəllimə vəzifəsinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində, Qalubiyyə küçəsində, “Kapitalbankın" binasının qarşısında 3000 (üç min) manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Xırdalan şəhərindən "milliön" aparatı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, vahid niyyətlə cəmi 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 baldızı X2 Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifıkasiya imtahanında yüksək bal toplayaraq imtahandan müvəffəqiyyətlə keçməsini təmin edəcəyini və Zərərçəkmiş şəxs3 məktəbli qızı X1 oxuduğu məktəbdən Bakı şəhərində yerləşən digər orta təhsil məktəbinə dəyişdiriləcəyini yalandan vəd verib aldadaraq, ona çatdırmaq üçün Zərərçəkmiş şəxs3. tanışı Şahid1 Fizııli qızma verdiyi 5500 (beş min beş yüz) manat pulundan sonuncunun 2023-cii ilin aprel ayında Abşeron rayonu, Xırdalan şəhərindən özünə məxsus "Unibanka" aid kart hesabından ona məxsus “Kapitalbank” kart hesabına göndərdiyi cəmi 3000 ( üç min ) manat pulunu. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri. Qalubiyyə küçəsində 2500 ( iki min beş yüz) manat pulunu, vahid niyyətlə cəmi 5500 (beş min beş yüz) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini,hazırda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyi və dövlət büdcəsinə vurulmuş ziyanın 25 % həcmində ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə “Facebook” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, “Facebook” sosial şəbəkəsində Rəhimənin '"Seyidli Mələk" adlı profili olmuşdur. O, həmin profilə “dostluq” atmış, Rəhimə də dostluğunu qəbul etmişdir. Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin mart ayında tanış olmuşlar. Tanış olarkan Rəhiməyə özünü Tahir kimi təqdim etmiş, Rəhimə onu bir müddət Tahir kimi tanımışdır. Tanışlıqlarının sonrakı mərhələsində əsil adının Yusif olduğunu ona bildirmişdir. Rəhimə onun harada işlədiyini soruşduqda o, Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Rəhimə əvvəllər Naxçıvan Muxtar Respublikasında müəllimə işlədiyini, indi də müəllimə kimi işə düzəlmək istədiyini bildirmişdir. Rəhiməyə demişdir ki, onun müəllimə kimi işə düzəlməsinə kömək edə bilər. Müəllimə kimi işə düzəlməsi üçün Təhsil Nazirliyində lazımi şəxsə verməkdən ötrü üç min və ya dörd min manat pul lazım olduğunu bildirmişdir. Lakin dəqiq nə qədər pul lazım olduğunu dediyi yadında qalmamışdır. Rəhimə ona məxsus kart hesabına bir neçə dəfə pul göndərmişdir. Rəhimənin ona göndərdiyi pulun məbləği dəqiq yadında qalmasa da, təxminən üç-dörd min manat pul göndərmişdir ki, onu müəllimə kimi işə düzəltsin. Sosial şəbəkədə Rəhimə ilə tanış olduqdan sonra Abşeron rayonu, Xırdalan şəhərində onunla görüşmüş və yaxından tanış olmuşlar. Aralarında sevgi münasibəti yaranmışdır. 2023-cü ilin mart ayında Rəhimə ilə nikaha girib bir neçə ay birlikdə yaşamışlar. Rəhimə onu Şahid1 ilə tanış etmişdir. Onlar Elnurə ilə Xırdalan şəhərində “Günay" restoranında görüşmüş və çay içib söhbət etmişlər. Elnurəyə öz mobil nömrəsini vermiş və onun mobil nömrəsini də götürmüşdür. Elnurəyə də, özünü Tahir kimi təqdim etmişdir və Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Elnurə ondan rəfiqəsi Zərərçəkmiş şəxs2 işə dtizəltməsini xahiş etmiş, o da Zərərçəkmiş şəxs2 məktəbdə müqavilə əsasında işə düzəldəcəyini vəd edib aldadaraq ondan cəmi 3500 (iiç min beş yüz) manat pul almışdır. Belə ki, Anaqız 2023-cü ilin mart ayında ona zəng edərək telefon nömrəsini Elnurədən aldığını, təqaüdə çıxdığını lakin müqavilə əsasında pedaqoji fəaliyyətini davam etdirmək istədiyini demiş, bu işdə kömək etməsini xahiş etmişdfir. O da Anaqıza bu işdə ona kömək edəcəyinə söz vermişdir. Bildirmişdir ki, əvvəl işlədiyi bir nömrəli məktəbdə onu texnologiya müəlliməsi işinə bərpa etdirə bilər. İşin həlli üçün ondan 3000 manat pul istəmiş, o da razılaşmışdır. Anaqız onunla razılaşaraq 28 mart 2023-cü il tarixdə Xırdalan şəhərində, “Kapitalbankın" binasının qarşısında Elnurənin oğlu Şahid3 ilə birlikdə onunla görüşmüş və Anaqız orada “kapitalbank”ın bankomatında birkartından 2000 manat pul çıxartmış, özündə olan 1000 manat pulu da üstünə qoyub ona 3000 manat pul vermişdir. Təxminən on gün sonra Anaqız ona zəng etdikdə ona demişdir ki, müqavilənin müddətini uzadıb dörd illik bağlamaq olar. Anaqız xahiş etmişdir ki, müqaviləni dörd illik etsin. Anaqıza demişdir ki, 500 manat da versin. Anaqız razılaşmış və onun “Kapitalbank” kartına 500 manat pul göndərmişdir. O, Anaqızdan cəmi 3500 (üç min beş yüz) manat pul almışdır. Elnurə 2023-cü ilin may ayında ona zəng edərək tanışı Cəmaləddin adlı şəxsin məktəbli qızının məktəbinin dəyişdirilməsini, yəni Cəmaləddinin qızının başqa məktəbə köçürülməsində və baldızı Dilşadın müəllimlərin sertifıkasiya imtahanında balının artırılmasına köməklik edilməsini xahiş etmişdir. O, bu işin həll olunmasına kömək edəcəyini vəd etdikdən sonra Cəmaləddin ona zəng edib bu barədə xahiş etmiş, o da Cəmaləddinə bu işdə ona kömək edəcəyinə söz vermişdir. Ona Elnurə təkrar zəng edərək həmin işin düzəlməsi üçün ona 3000 (üç min) manat pul təklif etmiş, o razılaşmışdır. Elnurə ona göndərdiyi bank kartının hesabına birinci dəfə 2500 (iki min beş yiiz), sonra 500 (beş yüz), cəmi 3000 (iiç min) manat pul göndərmişdir. Bir müddətdən sonar Cəmaləddin ona zəng edərək ona verməsi üçün Elnurəyə 5500 (beş min beş yüz) manat pul verdiyini bildirmiş və işin düzəlmədiyi üçün narazı qaldığını bildirmişdir. O, Cəmaləddinə Elnurədən cəmi 3000 (üç min) manat pul aldığını bildirmişdir. Conradan Cəmaləddin zəng edərək pulunun qaytarılmasını tələb etmişdir. Elnurə ona 25 may 2023cü il tarixdə Xırdalan şəhəri, Nizami küçəsində oğlu Şahid3 yanında 2500 (iki min beş yüz) manat pul verməmişdir. Onun bu barədə dedikləri yalandır. Zərərçəkmiş şəxsləri aldadaraq aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pullarla heç bir əşya, predmet və digər əmlak almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki,ibtidai istintaqda verdiyi ifadəsində qeyri dəqiqliyə yol verdiyini 19 mart 2023-cü il tarixdə 4000 ABŞ dolları vermədiyini bunu qısqanclıq zəminində qeyd etdiyini, hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır. Azyaşlı uşaqlarını Xırdalan şəhərində 1 saylı məktəbdə oxumağa qəbul etdirərkən onu tanımışdır. 2021-ci ilin sentyabr ayında azyaşlı uşaqlarını məktəbə 1-ci sinfə qoyanda Elnurə Xırdalan şəhər 1 saylı orta məktəbdə direktor müavini işləmişdir. Həmin Şahid1 ali təhsilli olduğunu və əvvəllər Naxçıvan Muxtar Respublikasında məktəbdə uşaq gənclər birliyinin rəhbəri işlədiyini demişdir. Elnurəyə həyat yoldaşından boşandığını, uşaqlarını tək böyütdüyünü, ona görə də iş axtardığını bildirmiş, ondan məktəbdə onu işə düzəltməsini xahiş etmişdir. Elnurə bildirmişdir ki, maraqlanıb məlumat verər. Elnurənin telefon nömrəsini götürmüş, Elnurə də onun telefon nömrəsini götürmüşdür. Bir neçə gündən sonra Elnurənin işlədiyi 1 saylı məktəbdə onunla görüşərkən onu öz işlədiyi məktəbdə labarant vəzifəsinə işə düzəldəcəyini vəd etmişdir. Elnurə onu işə düzəldə bilmədiyi üçün o, yenidən iş axtarmağa başlamışdır. 2023-cü ilin yanvar ayında internet saytında Tahir adlı şəxsin müəllimlərin işə qəbulu ilə əlaqədar elan qoyduğunu görmüşdür. Elanda olan nömrəyə zəng edib özünü Tahir kimi təqdim edən şəxslə danışmış və özünə aid məlumatları təqdim edərək işə düzəlməsində kömək etməsini xahiş etmişdir. Özünü “Tahir” kimi təqdim edən, sonbradan şəxsiyyəti ona Təqsirləndirilən şəxs olaraq məlum olan şəxs onu məktəb direktorunun müavini vəzifəsinə işə düzəldəcəyini vəd etmişdir. Ondan sənədlərini istəmiş, o, sənədlərini ona göndərmişdir. “Tahir” bildirmişdir ki, o, Təhsil Nazirliyində işləyir. İşin düzəlməsi üçün təxminən on-on beş min manat pul lazım olacağını bildirmişdir. Demişdir ki, danışıb ona məlumat verəcəkdir. Sonradan onunla danışıb işin düzəlməsi üçün 13000 manat pul verməli olduğunu demiş, o, razılaşmışdır. Yusif ona kart hesabını göndərmiş, o, həmin hesaba, yaşadığı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Limon” marketdən milliön aparatından köçürməklə xx.xx.2023-cü il tarixdə 800 manat, 1210 manat və 1000 manat, xx.xx.2023-cü il tarixdə 800 (səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 2500 (iki min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə 70 manat, sonra 10 manat və 250 manat pul göndərmişdfir. Beləliklə, o, “milliön” aparatı vasitəsi ilə özünü Tahir kimi təqdim edən Təqsirləndirilən şəxs 6640 (altı min altı yüz qırx) manat pul vermişdir. Qalan pulu ABŞ dolları olduğu üçün onun kartına göndərə bilməmişdir. Bu barədə özünü Tahir kimi təqdim edən Təqsirləndirilən şəxs dedikdə Yusif bildirmişdir ki, pulu almağa sürücüsünü göndərir. O, sürücü adı ilə gəlmiş Yusiflə 2023-cü ilin mart ayının 19-da Xırdalan şəhərində “Günay” kafesində görüşmüşlər. Orada o, 4000 (dörd min) ABŞ dolları məbləğində pulu ona vermişdir. Sonra həmin şəxs bildirmişdir ki, əslində o, sürücü deyil, “Tahirin” özüdür. Həmin kafedə onlar yaxından tanış olmuşlar. Həmin vaxt Yusif onun telefonuna baxmış və onun telefonda Şahid1 ilə “Whatsapp”-da yazışmasını görmüşdür. Elnurənin profilində kişi şəkli olduğu üçün o, həmin şəxsin kişi olduğunu fikirləşmiş və həmin şəxslə onu tanış olmaq istədiyini bildirmişdir. O, Elnurəyə zəng etmiş, Elnurə gəlmiş və onunla görüşmüşlər. Elnurə təhsil sahəsində işlədiyini demişdir. Yusif öz nömrəsini ona vermişdir. Sonradan Elnurənin işə düzəlmək üçün Yusifə pul verib-verməməsindən məlumatı olmamışdır. Sonradan özünü Tahir kimi təqdim edən Təqsirləndirilən şəxs təkrar olaraq həmin kafedə görüşərkən və o, əsil adının Yusif olduğunu bildirmişdir. Demişdir ki, el arasında ona Tahir deyirlər, lakin sənəddə adı Yusifdir. Ona evlənmək təklif etmiş, sonradan dini kəbin kəsdirmiş, daha sonra rəsmi nikaha girib birlikdə yaşamışlar. Birlikdə yaşayarkan ona məlum olmuşdur ki, Elnurə Yusifə pul vermişdir. Elnurənin Yusifə verdiyi pulun məbləği ona məlum deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, baldızı X5 2023-cü ilin mart ayında keçirilən müəllimlərin sertyifikasiya imtahanında keçid balını toplamış, lakin Bakı şəhərində və ya Bakı ətrafında işləmək istəmiş, bununla bağlı ona kömək etməsini ondan xahiş etmişdir. Bundan başqa, məktəbli qızı Nazlım Sadiqzadənin Bakı şəhərində yerləşən başqa məktəbə köçürülməsini istəmiş, ona görə də, bu işdə kömək etməsi üçün əvvəllər təhsil sahəsində işləmiş Səbinə adlı tanışına müraciət etmişdir. Səbinə ona tanışı Şahid1 mobil nömrəsini vermiş və demişdir ki, Elnurə bu işdə kömək edə bilər. Elnurə ilə əvvəlcə Dilşad, sonra o, telefonda danışmışlar.O, Elnurəyə bildirmişdir ki, onun uşağının məktəbinin yerdəyişməsini və baldızının müəllimlərin sertifikasiya imtahanından yüksək nəticə ilə keçməsini istəyir. Şahid1 ona bildirmişdir ki, onun Təhsil Nazirliyində tanışı vardır, həmin şəxs belə işləri görə bilir. Elnurə demişdir ki, onunla danışıb məlumat verəcəkdir. İki gün keçdikdən sonra Şahid1 onun mobil nömrəsinin «Whats App”-na yazaraq bildirmişdir ki, baldızının işinə görə 3500 (üç min beş yüz) manat, uşağının işinə görə isə 2000(iki min) manat , cəmi 5500 (beş min beş yüz) manat pul Təhsil nazirliyində işləyən tanışına verilməlidir ki, işi düzəltsin. O, deyilən məbləğdə pulu verəcəyini Şahid1 «Whats App”-la yazaraq məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Şahid1 ona özünə məxsus olan «Leobank» kartının hesab nömrəsini göndərmiş, o da, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən «Bolmart» marketdə yerəşdirilmiş «eManat» aparatından pulu Şahid1 kart hesabına 2000 (iki min) manat və 3500 (üç min beş yüz) manat olmaqla cəmi 5500 (beş min beş yüz) manat köçürmə yolu ilə göndərmişdir. Şahid1 göndərdiyi pulun qəbzlərinin surətini şikayət ərizəsinə əlavə edib poçt vasitəsi ilə Abşeron rayon polis idarəsinə göndərmişdir. Bir müddət sonra Şahid1 onunla telefon əlaqəsi saxlayaraq Təhsil Nazirliyinin işçisi kimi onun işini görəcək Tahir adlı şəxsin, yəni sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs telefon nömrəsini ona vermişdir. xx.xx.2023-cü il tarixidə özünü Tahir kimi təqdim edən şəxs axşam saatlarında ona zəng edərək uşağının əməliyyat olunduğunu, halının pis olduğunu bildirərək borc istəmiş, həmin ilin may ayının 11-ə kimi əmək haqqını alıb qaytaracağını bildirmişdir. O, özünü Tahir kimi təqdim edən şəxslə həmin gün gecə saatlarında yaşadığı məhəllənin yxınlığında, Neftçilər metrosunun çıxışında görüşüb tanış olmuş və ona 250 ABŞ dolları məbləğində pul vermişdir. Bir müddət sonra özünü Tahir kimi təqdim edən şəxsə zəng edib əlaqə saxlamış, qızının məktəbinin dəyişdirlməsi və baldızına köməklik edilməsi ilə bağlı işin nəticəsini soruşduqda özünü Tahir kimi təqdim edən şəxs, Şahid1 onun kartına göndərməklə 2521 manat və 509 manat verdiyini bildirərək həmin ödəmələr barəsində qəbzləri ona göndərmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, pul ona tam şəkildə verilmədiyindən iş yubanır. Bundan sonra o, Şahid1 ilə telefonla danışıb bu barədə məlumat vermiş, ona verdiyi pulun hamısını işi düzəldən şəxsə verməməsinin səbəbini soruşduqda Şahid1 “Tahir” adlı şəxsin düzgün adam olmağından şübhələndiyini, ona tam inanmadığını və işi tamamilə gördükdən sonra qalan 2500 manat pulu ona verəcəyini bildirmişdir. 2023-cü ilin may ayının 20-də Elnurə və “Tahir” adlı şəxsə zəng edib əlaqə saxlayaraq, ya onun işini həll etmələrini, ya da pulunu qaytarmalarını onlardan tələb etmişdir. Bir neçə gündən sonra Şahid1 ona zəng edərək “Tahir” adlı şəxsin Təhsil Nazirliyində işləmədiyini və ümumiyyətlə adını düzgün demədiyini, onun yalançı, dolandırıcı, fırıldaqçı olduğunu və bu haqda polisə müraciət edəcəyini söyləmişdir. Özünü Tahir kimi təqdim edən Təqsirləndirilən şəxs borc aldığı Azərbaycan manatı ilə 425 (dörd yüz iyirmi beş) manat təşkil edən 250 ABŞ dolları borcunu 26 iyul 2023-cü il tarixdə kartına göndərərək qaytarmışdır. Odur ki, həmin xüsusatla bağlı ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs vermək üçün Şahid1 verdiyi 5500 manat pul ona məxsusdur. Sonradan Şahid1 onunla telefonda danışarkan 2500 manat pulu da Təqsirləndirilən şəxs verdiyini, lakin həmin məbləğ pulu ona ödəyəcəyini bildirmiş, İstintaq dövründə Şahid1 2500 manat pulu ona ödəmişdir. X6 müəllimlərin sertifikasiyasında topladığı balın artırılmasına nail olmaq üçün ona, Şahid1 və qeyrilərinə pul verməmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs rəfiqəsi Şahid1 vasitəsi ilə tanımışdır. Şahid1 2023-cü ilin mart ayında ona bildirmişdir ki, onun müəllimlərin işə qəbul imtahandan keçməsinə Təqsirləndirilən şəxs adlı şəxs kömək edir. O, həmin vaxt təqaüdə çıxdığı və işləmədiyi üçün özünə iş axtardığını və müqavilə əsasında pedaqoji fəaliyyətini davam etdirmək istədiyini bildirərək Elnurədən xahiş etmişdir ki, Yusifin nömrəsini ona versin, ondan xahiş etmişdir ki, Yusif ona müqavilə ilə işləməkdə kömək etsin. Elnurədən Yusifin mobil nömrəsini almış və Yusifə zəng edib Elnurənin rəfiqəsi olduğunu, müqavilə əsasında pedaqoji sahədə işləmək istədiyini bildirmişdir. Yusif onu müqavilə əsasında əvvəl işlədiyi Xırdalan şəhər bir nömrəli məktəbdə texnologiya müəlliməsi işinə müqavilə əsasında bərpa etdirə biləcəyini söyləmişdir və bu işi həll edəcəyini vəd etmişdir. İşin həlli üçün ondan 6000 (altı min) manat pul istəmişdir. Demişdir ki, pulun yarısını, yəni 3000 manatını indi, qalanını iş düzələndən sonra versin. O, razılaşmış, evdə olan 1000 manat pulu götürmüş, 28 mart 2023-cü il tarixdə, axşam vaxtı Xırdalan şəhərində, “Kapitalbankın” binasına rəfiqəsi Elnurənin oğlu Şahid3 ilə birlikdə gələrək bankomatdan birkartı vasitəsiylə iki min manat pul çıxartmış, evdən götürdüyü min manatı da üstünə qoyub 3000 (üç min) manat məbləğində pulu Şahid3 yanında Təqsirləndirilən şəxs vermişdir. Təxminən on gün sonra Yusifə zəng etmiş, işin nəticəsini soruşmuşdur. Yusif demişdir ki, müqavilənin müddətini uzadıb dörd illik bağlamaq olar. Yusifdən xahiş etmişdir ki, müqavilənin müddətini dörd illik etsin. Yusif demişdir ki, onda pulun qalanını ver. O, pulun olmasını bildirdikdə Yusif demişdir ki, onda heç olmasa 500 manat versin. O, razılaşmış və onun “Kapitalbank” kartına “millön” aparatından 500 manat pul göndərmişdir. O, Yusifə cəmi 3500 (üç min beş yüz) manat pul vermişdir. Sonradan işi düzəlməmiş, Yusifin onu aldatması məlum olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs şikayət etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər təhsil sahəsində işləmiş Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Əvvəllər Rəhimə ilə bir-birlərinin evinə gəlib- getmişlər. 2023-cü ilin mart ayında, tarixi yadında qalmayan gündə Rəhimə ona zəng edib görüşmək istədiyini bildirmişdir. Odur ki, onunla Xırdalan şəhərində “Günay” restoranında görüşmüşlər. Onun yanında bir nəfər kişi olmuş, Rəhimə həmin şəxsi ona tanışı Tahir kimi təqdim etmiş, bildirmişdir ki, Tahir onu Təhsil Nazirliyində işə düzəldəcəkdir. Rəhimə həmin vaxt Təqsirləndirilən şəxs ona “Tahir” kimi təqdim etmişdir. Bu barədə ona sonradan məlum olmuşdur. Rəhimə həmin vaxt demişdir ki, əgər lazım olsa, Tahir ona da işə düzəlməkdə kömək edə bilər. O, Rəhiməyə demişdir ki, Təhsil Nazirliytinin işçilərini tanıyır, Təhsil Nazirliyində Tahir adlı rəhbər işçi yoxdur. Rəhimə demişdir ki, Təhsil Nazirliyində işçi çoxdur. O, həmin vaxt Rəhimənin Tahir kimi təqdim etdiyi, şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs köməyindən imtina etmişdir. Lakin sonradan qərara gəlmişdir ki, Rəhimənin tanışı Tahirin köməyindən istifadə etsin. Belə ki, onun köhnə iş yoldaşı, əvvəllər Xırdalan şəhər 1 saylı orta məktəbində labarant işləmiş Səbinə Əhmədova 2023-cü ilin aprel ayında ona zəng edərək ailəvi dostu olan Cəmaləddinin təhsillə bağlı problemi olduğunu, mümkünsə ona kömək etməsini xahiş etmişdir. O da, mümkün olsa kömək edəcəyini bildirmişdir. Bir neçə gün sonra əvvəlcə Cəmaləddinin baldızı Dilşad zəng edib ondan soruşmuşdur ki, Təhsil Nazirliyində işləyən və ona kömək edə bilən adam tanıyırmı? O, demişdir ki, bir nəfər var. Tahir kimi tanıdığı Təqsirləndirilən şəxs nömrəsini ona vermişdir. Özü də Yusifdən xahiş etmişdir ki, tanışı Cəmaləddinin müəllimə işləyən baldızı Dilşadı müəllimlərin sertifikasıyasından keçərkən balının yüksəldilməsinə kömək etsin və onun məktəbli qızını başqa məktəbə köçürtsün. Çünki bu barədə Cəmaləddin ondan xahiş etmişdir. Sonradan Cəmaləddin onunla danışmış, qızı Nazlımın məktəbinin Bakı şəhərində yerləşən başqa məktəbə dəyişdirilməsi və baldızı Dilşadın imtahanda balının yüksəldilməsi üçün Tahirdən xahiş etdiyini bildirmişdir. Ondan xahiş etmişdir ki, işin həlli üçün lazım olan məbləği Tahirdən öyrənib ona desin. O da Tahirlə, yəni Təqsirləndirilən şəxsla telefonda danışmış, Yusif işin həlli üçün 5500 manat pul istəmiş, o da bu barədə Cəmaləddinə bildirmişdir. Cəmaləddin 5500 (beş min beş yüz) manat pulu onun istifadəsində olan, “Leo banka” məxsus kartına köçürtmüşdür. Cəmaləddinin ona göndərdiyi pulun 2500 manatını Dilşadın sertifikasiya imtahanında balının yüksəldilməsi üçün, 500 manatını isə, Cəmaləddinin qızının məktəbini dəyişmək üçün Yusifin kartına göndərmişdir. Sonradan Yusif ona zəng edib 2500 manatı da istəmişdir. O, bank kartından 2700 manat pul çıxartmış və 200 manatını özünə götürüb 2500 manatını Yusifə vermişdir. Yusifə 2500 manat məbləğdə pulu oğlu Şahid3 yanında 25 may 2023-cü il tarixdə, Xırdalan şəhəri, Qalubiyyə küçəsində, “Araz marketin” yanında vermişdir. Yusifə cəmi 5500 manat pul verdikdən sonra işin nəticəsini gözləməyə başlamışdır. Lakin bir müddət sonra ondan şübhələndiyi üçün onun Təhsil Nazirliyində işləyib-işləmədiyini yoxlamaq üçün Təhsil Nazirliyinə getmişdir. Təhsil Nazirliyində Tahir müəllimin yanına gəldiyini söylədikdə Təhsil Nazirliyində Tahir adlı şəxsin işləmədiyini ona bildirmişlər. O, Təqsirləndirilən şəxs mobil nömrəsinə mesaj yazaraq Təhsil Nazirliyində olduğunu və onunla görüşmək istədiyini bildirmiş, lakin Yusif ona cavab yazmamışdır. O, başa düşmüşdür ki, Yusif onu aldatmışdır. Odur ki, zəng edib ondan pulunu qaytarmağı tələb etmişdir. X3 telefon zənglərinə cavab verməmişdir. O, Yusifin həyat yoldaşı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Yusif onun pulunu qaytarmasa onun barəsində şikayət edəcəkdir. Rəhimə ona vəd etmişdir ki, şikayət etməsin, Yusif onun pulunu qaytaracaqdır. Lakin o, Yusifin ona olan borcunu qaytarmadığını görüb şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Zərərçəkmiş şəxs2 ilə əvvəllər bir məktəbdə işləmiş, onlarla rəfiqədir. Təqsirləndirilən şəxs bir dəfə görmüşdür. Ona məlumdur ki, Təqsirləndirilən şəxs rəfiqələri Şahid1 və Zərərçəkmiş şəxs2 işə düzəldəcəyi adı ilə aldadaraq Elnurəndən 5500 manat, Anaqızdan isə, 3500 manat pul alaraq onlara qarşı dələduzluq etmişdir. 2023-cü ilin mart ayında tarixi yadında qalmayan gündə axşam vaxtı Şahid1 azyaşlı oğlu Amidlə onun evində olarkan Zərərçəkmiş şəxs2 da onun evinə gəlmiş, Anaqız onun evində olarkan demişdir ki, Yusifə pul verməyə gedir. Elnurənin oğlu Amiddən xahiş etmişdir ki, axşam olduğu üçün onunla yoldaşlıq edərək getsin. Amid Anaqızla birlikdə onun evindən çıxıb Yusifə pul verməyə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan şahid qismində ifadəsi alınmış Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki dəfə görmüş və onu tanıyır. Belə ki, Təqsirləndirilən şəxs anası Şahid1 və anasının rəfiqəsi və keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs2 əvvəlki vəzifələrinə bərpa etdirəcəyi adı ilə aldadıb pul alaraq onlara qarşı dələduzluq etmişdir. 28 mart 2023-cü il tarixdə axşam vaxtı anası Elnurə ilə birlikdə anasının rəfiqəsi Gülçöhrənin evində olarkan Zərərçəkmiş şəxs2 da Gülçöhrənin evinə gəlmişdir. Zərərçəkmiş şəxs2 Gülçöhrənin evində olarkan demişdir ki, Yusif adlı şəxsə pul verməyə gedir. Ondan xahiş etmişdir ki, axşam olduğu üçün onunla yoldaşlıq edərək getsin. O da Anaqızla birlikdə Gülçöhrənin evindən çıxıb, birlikdə Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Kapital banka” getmişlər. Orada Anaqız öz kartından pul çıxartmışdır. Anaqızın kartından hansı məbləğdə pul çıxartması yadında deyildir. “Kapital bankın” pilləkəninin qarşısında küçədə, Yusiflə Anaqız görüşmüşlər. Onun yanında Anaqız pulu Yusifə vermişdir. Yusif də pulu ona vermiş və demişdir ki, pulu sən say. O, pulu sayarkan yarıda Yusif pulu onun əlindən almış və demişdir ki, yaxşı saya bilmirsən. Ona görə də özü pulu sayıb götürmüşdür. Bundan sonra Yusiflə 2023-cü ilin may ayının axırlarında Xırdalan şəhəri, Qalubiyyə küçəsində, Bakı Dövlət Universitetinin Humanitar Kollecinin yanında anası Elnurə ilə birlikdə görüşmüşlər. Həmin yerə anası Elnurə ilə birlikdə yaşadığı evdən çıxaraq getmişlər. Orada anası Elnurə Təqsirləndirilən şəxs pul vermişdir. Lakin həmin pulun da məbləği yadında qalmamışdır. Anası pulu Yusifə sellofana bükülmüş halda vermişdir. O,Yusifin avtobusla gəldiyini görüb, ondan şübhələnərək maşınını harada saxlamasını soruşmuş, Yusif maşınını atasıgildə saxladığını demişdir. Sonradan Yusifi görməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, hal-hazırda onlar barışmış, onların Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və ya mülki iddiası yoxdur və gələcəkdə bu barədə heç bir məhkəmə mübahisəsi qaldırmayacaqdır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək elan olunan ittihamda özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurduğu ziyanı ödədiyini, həmçinin dövlət nəfinə vurulmuş ziyanın 25%-ni ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkənin izahatı, şahidin ifadəsi, işdə olan sənədlərlə tam sübutdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında dindirilərkən ifadəsində “ibtidai istintaqda verdiyi ifadəsində qeyri dəqiqliyə yol verdiyini 19 mart 2023-cü il tarixdə 4000 ABŞ dolları vermədiyini bunu qısqanclıq zəminində qeyd etdiyini” bildirməsinə münasibətdə məhkəmə bunu zərərçəkən Zərərçəkmiş şəxs1 təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə əvvələr nikah münasibətində olması və hazırda ailə münasibətini davam etdirmək niyyətində olması ilə əlaqələndirərək,onun bu ifadəsini qeyri-səmimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 22440 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 5610 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il sat 20:30-dan hesablanmaqla, 02 ay 18 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Hal-hazırda da həbsdədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin,onu da qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiəçisi olmuş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-392/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-392/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver