Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-393/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 18 b-də qeydiyyatda olmaqla, eyni ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12.05.2021-ci il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında yerləşən evlərində olan zaman Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında, zərərçəkmişin azyaşlı övladlarına qışqırmasına ərinin irad bildirməsi səbəbindən, ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifət və baş nahiyələrinə bir neçə dəfə əl zərbələri vurmaqla ona baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin hematoması və alt dodağın əzilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Evlilik dövründə isə onların münasibətləri həmişə yaxış olmuşdur. 12.05.2021-ci il tarixdə, saat 22 radələrində o, işdən evə qayıdan zaman Səbirənin yüksək səslə övladlarından sakit olmalarını tələb etdiyini görmüş və bununla əlaqədar ona irad bildirmişdir. Həmin vaxt Səbirə ona kobud şəkildə cavab qaytararaq ünvanına nalayiq ifadələr səsləndirdiyindən onların arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı o, əsəbləşərək əlinin iç səthi ilə Səbirənin sifət və baş nahiyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Zərbələrin təsirindən Səbirə yerə yıxılmış və həmin vaxt onun otağa daxil olan atası Şahid2 onu kənara çəkərək saitləşdirmişdir. O isə öz növbəsində yataq otağına keçib yatmışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Ümumilikdə münasibətləri yaxşı olsa da son vaxtlar Kənanın əsəbi olması və valideyinlərinin sözləri ilə hərəkət etməsi səbəbindən bu münasibətlər pisləşmişdir. 12.05.2021-ci il tarixdə, saat 22 radələrində onlar yaşadıqları evdə olan zaman azyaşlı övladları səs-küy salmış, o isə uşaqlardan sakit olmalarını tələb etmişdir. Həmin vaxt Kənan evdə yüksək səslə danışması ilə bağlı ona irad bildirmiş və ünvanına nalayiq ifadələr səsləndirərək onunla mübahisə etməyə başlamışdır. Baş vermiş mübahisə zamanı Kənan yumruqla onun sifət və baş nahiyələrinə bir neçə dəfə zərbələr vurmuş, həmin zərbələrin təsirindən o, müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra isə Kənan saçından yapışıb onun sifətini döşəməyə vurmağa başlamışdır. Bu zaman Kənanın atası onların olduğu otağa daxil olub oğlunu sakitləşdirmiş və Kənan oradan çıxıb getmişdir. Ertəsi gün, yəni 13.05.2021-ci il tarixdə o, qardaşı Şahid1 zəng edərək baş vermiş hadisəni danışmış, sonuncu isə öz növbəsində DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. İfadəsinin sonunda X2 təqsirləndirilən şəxlə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 13.05.2021-ci il tarixdə, bacısı Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək əri Kənan tərəfindən döyüldüyünü bildirmiş, o isə öz növbəsində Səbirəgilin yaşadıqları, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən evlərinə getmişdir. Oraya çatan zaman o, Səbirənin sifət və dodaq nahiyələrində xəsarətlər gördüyündən DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. O, əlavə olaraq baş vermiş hadisəni əyani olaraq görmədiyini və döyülməsi barədə məlumatı ona bacısının telefon vasitəsilə verdiyini də qeyd etmişdir. Məhkəmə baxışı zamanı Şahid2 məhkəməyə teleqram vurmaqla səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 12.05.2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman oğlu Kənanla gəlini Səbirənin qonşu otaqdan səslərinin gəldiyini eşidib həmin otağa keçmiş və həmin vaxt onların mübahisə etdiklərini görmüşdür. Buna görə də o, Kənanı sakitləşdirib otaqdan çıxarmış və ondan nə üçün mübahisə etdiklərini soruşmuşdur. Kənan isə cavabında Səbirənin ona kobud tərzdə cavab qaytardığı və barəsində nalayiq ifadə işlətdiyi üçün sonuncunu vurduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin МТЕ və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin 18.05.2021ci il tarixli 951 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin hematoması və alt dodağın əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 12.05.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Məlumat Kartotekasında hər hansı bir qeyd aşkar olunmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs X2 ilə barışdıqlarını və aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-393/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-393/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver