Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-393/2022 10.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 25 avqust 1964-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Abşeron rayon icra hakimiyyəti üzrə 22 sentyabr 2005-ci il tarixli, 311 nömrəli Sərəncamla Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) vəzifəsinə təyin edilməklə 29 yanvar 2009-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi haqqında” Əsasnamənin 3-cü bölməsinin 7-ci bəndinə əsasən, şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalma və tikinti norma və qaydalarının pozulması ilə aparılan, həmçinin özbaşına tikintilərin dayandırılması barədə tapşırıqların verilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, özbaşına tikintilərin sökülməsi barədə məhkəmə qaydasında iddia qaldırılması, tikinti-quraşdırma işlərinin başlanmasına icazə verilməsi, habelə onunla bağlanmış eyni tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, rayon İcra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni qüvvədə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin “Daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət sahələrində işin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2015-ci il tarixli 85 nömrəli əmrinin 2-ci bəndinə əsasən, yerquruluşu planından çıxarışın verilməsi əvvəlki Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aidiyyəti ərazi qurumlarının səlahiyyətlərinə aid olduğu halda, 2019-cu ilin oktyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında qeydiyyatda olan və müvafiq ünvanda heç bir rəsmiləşdirmə olmadan tikintisi həyata keçirilmiş fərdi yaşayış evində yaşayan Şahid2 həmin ünvanda 480 m2 torpaq sahəsinə dair əvvəlki Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi, hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsindən qanunsuz əsaslarla çıxarış almaq üçün həmin torpaq sahəsinə dair saxta rəsmi sənədin əldə edilməsi məqsədilə Abşeron rayonu X9 ərazisindən heç bir koordinat göstərilməmiş və plan-sxemi olmayan 0,10 ha torpaq sahəsinin sonuncunun qayınatası - Sumqayıt şəhər sakini Şahid1 ayrılması haqqında müvafiq Südçülük sovxozunun xx.xx.1992-ci il tarixli 45 nömrəli əmrindən istifadə etməklə sonuncunun adına Südçülük sovxozunun ərazisində yerləşməyən, faktiki olaraq həmin torpaq sahəsinə aidiyyatı olmayan - Şahid2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında 480 rrr torpaq sahəsinin koordinatlarının göstərildiyi təsdiqedici sənədin verilməsi üçün Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Şahid4 müraciəti ilə əlaqədar sonuncunun Şahid2lə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayonu Xırdalan bələdiyyəsinin inzibati binasında görüşləri zamanı Şahid2lə razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında Şahid1, habelə Şahid2 qeyd edilən torpaq sahəsinə dair qanuni əsaslarla heç bir mülkiyyət və istifadə hüquqlarının olmamasına, habelə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə həmin Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət, yəni fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməməsi halı nəzərə alınmaqla, fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin müəyyən edilməsi ilə əlaqədar qeyd edilən torpaq sahəsinə Şahid1 və Şahid2 keçirilmiş açıq torpaq hərracı və ya müsabiqəsi üzrə mülkiyyət və icarə hüquqlarına dair həmin bələdiyyənin Ümumi yığıncağının qərarının olmamasına və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanındakı müvafiq 480 m2 torpaq sahəsinin Abşeron rayonu X9 ərazisinə aid olmadığını tam əminliklə bilməsinə baxmayaraq, Şahid4 2019-cu ilin noyabr ayında şəhər sakini kimi Şahid2lə sövdələşməsinə əsasən sonuncu qarşısında saxta nüfuz qazanmaq məqsədilə Şahid2 təhriki əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayonu Xırdalan bələdiyyəsinin inzibati binasında kompüterdə xüsusi proqram təminatı vasitəsilə şəxsi niyyətlə bilə-bilə yalan, yəni Abşeron rayonu X9 xx.xx.1992ci il tarixli 45 nömrəli əmri əsasında həmin Südçülük sovxozunun ərazisinə aidiyyəti olmayan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən Şahid1 məxsus 0,480 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına dair məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan və “Xırdalan bələdiyyəsinin sədri Şahid4” qrafasında imzalayıb, xidməti istifadəsində olmaqla üzərində “Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan bələdiyyəsi” yazıları, “XB” loqosu olan dairəvi möhürlə təsdiq edib “Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış” saxta rəsmi sənədini Şahid4 hazırladıqdan və 2019-cu ilin noyabr ayında həmin saxta çıxarışın özünə təqdim edilməsindən sonra yerquruluşu planından çıxarışın verilməsi səlahiyyətinin əvvəlki Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aidiyyəti ərazi qurumlarının səlahiyyətlərinə aid olduğunu bilməsinə və Şahid1, habelə Şahid2 qeyd edilən torpaq sahəsinə dair qanuni əsaslarla heç bir mülkiyyət və istifadə hüquqlarının olmamasına, habelə çıxarışda göstərilən döngə nöqtələrinin koordinatlarının Abşeron rayonu X9 xx.xx.1992-ci il tarixli 45 nömrəli əmri əsasında ayrılan torpaq sahəsi üzrə həmin Südçülük sovxozunun ərazisinə aid olmamasını tam əminliklə bilməsinə baxmayaraq, yəni qanuni əsaslar olmadan və səlahiyyəti də olmadığı halda 2019-cu ilin noyabr ayında ünvan 4 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında həmin “Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış” saxta rəsmi sənədini bilə-bilə yalan məlumatlar daxil etməklə özünü nüfuzlu səlahiyyətli şəxs kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə imzası və xidməti istifadəsində olan möhürlə təsdiq edib, müvafiq çıxarışın Şahid2 təqdim edilməsindən sonra, sonuncu cinayətkar niyyətinə uyğun olaraq, bilə-bilə saxta rəsmi sənəd olan “Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış”ını Xırdalan südçülük (tərəvəzçilik) sovxozu üzrə xx.xx.1992-ci il tarixli 45 nömrəli əmri, Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli F-1328 nömrəli arxiv çıxarışı və xx.xx.2019-cu il tarixli 8İ-12635 nömrəli ərizəsi ilə birgə, sonuncunun xahişi əsasında Şahid1 cinayətdən xəbərsiz olan Şahid6 verdiyi xx.xx.2019- cu il tarixli reyestrdə 46710 nömrəsi ilə qeydiyyata alınan etibarnaməyə əsasən, həmin torpaq sahəsi üzərində Şahid1 xüsusi mülkiyyət hüququna dair çıxarış alınmasından ötrü Şahid6 vasitəsilə istifadə edərək həmin saxta rəsmi sənədi 5 noyabr 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə təqdim edərək həmin Ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən qanuni əsaslar olmadan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 480 m2 torpaq sahəsinin Şahid1 məxsus olması ilə bağlı xx.xx.2019-cu il tarixli 451175 nömrəli torpaq sahəsinin planı və ölçüsü imzalanıb təsdiq edilməklə müvafiq torpaq sahəsinin Şahid1 xüsusi mülkiyyətində olması ilə bağlı xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın tərtib olunaraq Şahid2 təqdim edilməsinə, yəni Abşeron rayonu Xırdalan bələdiyyəsinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 480 m2 torpaq sahəsinin qanuna zidd şəkildə Şahid1 adına rəsmiləşdirilməsinə nail olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi üzrə fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə, habelə Abşeron rayonu Xırdalan bələdiyyəsinin bələdiyyə mülkiyyətinin toxunulmazlığının qorunması və xidməti fəaliyyət zamanı normativ və yerli hüquqi aktların tələblərinin gözlənilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2005-ci ilin sentyabr ayından 2020-ci ilin iyun ayına qədər Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləmişdir. X10 adlı şəxsi tanımamışdır. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda adının qarşısında olan imza onun imzası olmuş, o cümlədən Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhür əksi də onun tərəfindən müvafiq sənədə vurulmuşdur. Müvafiq sənəddəki şəxsə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün tərəfindən rəy verilməsi üçün müvafiq çıxarış Xırdalan bələdiyyəsi tərəfindən imzalanmış və möhürlənmiş şəkildə göstərilən vaxt işlədiyi Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə göndərilmiş, həmin zaman tərəfindən “Google Earth” proqramı vasitəsilə müvafiq çıxarışdakı koordinantların dövlət mülkiyyəti olub-olmadığı yoxlanılmış, daha sonra da tərəfindən çıxarışda imza və möhür əksi icra edilmişdir. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda müvafiq şəxsə ayrılmış torpaq sahəsinin dəqiq koordinantlarının qeyd edilməsinin əsasının nə olması barədə o, göstərmişdir ki, çıxarışdakı koordinantlar Kadastr və Yerquruluşu Layihə Tədqiqat İnstitutunun Abşeron şöbəsi tərəfindən yəqin ki, hazırlanmışdır. Çünki həmin koordinantı Abşeron rayonu üzrə işləyəcək başqa dövlət orqanı olmamış, bələdiyyədə isə həmin koordinantların işlənməsi üçün avadanlıq və səlahiyyət olmamışdır. Çıxarışdakı koordinantları o müəyyən etməmiş, həmin koordinantlar yəqin ki, bələdiyyənin sifarişi əsasında Kadastr və Yerquruluşu Layihə Tədqiqat İnstitutunun Abşeron şöbəsi tərəfindən hazırlanmış, bələdiyyə tərəfindən çıxarışa əlavə edilmiş, təsdiq edilməsi üçün ona göndərilmiş, həmin torpaq sahəsinin dövlət mülkiyyəti olmadığı onun tərəfimdən müəyyən edildikdən sonra çıxarışı imzası və möhür əksi ilə təsdiqləmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən X6 məxsus torpaq sahəsinin koordinantlarının müəyyən edilməsi üçün hər hansı sifariş verilməməsi barədə o, ifadəsində göstərmişdir ki, ola bilsin ki, bələdiyyənin şifahi sifarişi əsasında həmin koordinantlar işlənmişdir. Çıxarışdakı torpaq sahəsinin sovxoz ərazisi olub-olmadığını bilməmiş, çıxarış ona daxil olduğu zaman sadəcə onun dövlət mülkiyyəti olub-olmadığını yoxlamış, dövlət torpaq olmadığını müəyyən etdiyi üçün də çıxarışı imzalayıb möhürləmişdir. Zərərçəkmiş şəxs Abşeron rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 göstərdi ki, Əliyev X27 rayonu Xırdalan bələdiyyəsinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 480 m2 torpaq sahəsinin qanuna zidd şəkildə Şahid1 adına rəsmiləşdirilməsinə nail olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi üzrə fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə, habelə Abşeron rayonu Xırdalan bələdiyyəsinin bələdiyyə mülkiyyətinin toxunulmazlığının qorunması və xidməti fəaliyyət zamanı normativ və yerli hüquqi aktların tələblərinin gözlənilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Onun təmsil etdiyi Abşeron rayon X5 Akif Ələs oğluna qarşı iddia və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 göstərdi ki, Təqsirləndirilən şəxs çıxarışın özünə təqdim edilməsindən sonra yerquruluşu planından çıxarışın verilməsi səlahiyyətinin əvvəlki Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aidiyyəti ərazi qurumlarının səlahiyyətlərinə aid olduğunu bilməsinə və Şahid1, habelə Şahid2 qeyd edilən torpaq sahəsinə dair qanuni əsaslarla heç bir mülkiyyət və istifadə hüquqlarının olmamasına, habelə çıxarışda göstərilən döngə nöqtələrinin koordinatlarının Abşeron rayonu X9 xx.xx.1992-ci il tarixli 45 nömrəli əmri əsasında ayrılan torpaq sahəsi üzrə həmin Südçülük sovxozunun ərazisinə aid olmamasını tam əminliklə bilməsinə baxmayaraq saxtakarlıq etmişdir. Onun təmsil etdiyi Azərbaycan Respublikası İqtisadiyyatı Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Təqsirləndirilən şəxs qarşı iddia və tələbinin olmadığını bildirdi. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan şəhər bələdiyyəsinin sədri vəzifəsində 2001-ci ildən 2020-ci ilin yanvar ayına qədər işləmiş, 2020-ci ilin fevral ayından 2020-ci ilin sentyabr ayına qədər Abşeron rayon İcra Hakimiyyəti başçısının Qobu inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. X17 torpaq sahəsinin ayrılması haqqında Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2013cü il tarixli 03 saylı qərarından çıxarışda adının qarşısındakı imza ona məxsus olmuş, qeyd edilmiş çıxarış əsasında X2 rayon Xırdalan şəhəri ərazisində istifadə etdiyi 126 kv.metr torpaq sahəsi ilə bağlı Abşeron rayon Xırdalan bələdiyyəsinə müraciət etmiş, həmin müraciəti əsasında ona bələdiyyə mülkiyyətində olan müvafiq torpaq sahəsinin satılmasının mümkün olduğu qənaətinə gəlinmiş və bu səbəbdən də müvafiq qərar əsasında göstərilən torpaq sahəsi ona satılmışdır. Müvafiq qərarı qəbul edərkən X13 Abşeron rayon Xırdalan şəhəri ərazisində yaşadığı faktını əsas olaraq götürmüşdür. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 kv.m torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda adının qarşısında olan imza onun olmuş, o cümlədən Xırdalan bələdiyyəsinin sədri qrafasındakı möhür əksi əvvəllər işlədiyi Xırdalan bələdiyyəsinin möhür əksi olmuşdur. Göstərilən çıxarış DƏDRX-nin Abşeron rayon ərazi idarəsində bilmədiyi şəxs tərəfindən tərtib edilmiş, daha sonra Abşeron rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlənmiş, daha sonra da vətəndaş tərəfindən imzalanması və möhürlənməsi üçün ona təqdim edilmişdir. O da müvafiq çıxarışdakı məlumatların doğruluğunun yoxlanılmasını həmin zaman bələdiyyə müavini vəzifəsində işləmiş Şahid7 tapşırmış, sonuncu da müvafiq məlumatları yoxladıqdan və məlumatların düzgün olduğunu ona dedikdən sonra o, çıxarışı imzalayıb möhürləmişdir. Çıxarışın üzərində həmin sənədin bələdiyyənin sənədi olduğu yazılsa da həmin sənəd faktiki olaraq DƏDRX- nin Abşeron rayon ərazi idarəsində tərtib edilmişdir. Çıxarışa torpaq sahəsinin koordinantlarını qeyd etməmiş, həmin sənəd ona hazır vəziyyətdə təqdim edilmiş, o da həmin sənədi imzalamış və möhürləmişdir. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 kv.m torpaq sahəsinin ayrılmasına dair ilkin sənəd olan X20 üzrə əmrdə və əlavə edilmiş sənədlərdə torpaq sahəsinin koordinantlarının göstərilməməsi, belə olan halda X9 heç bir koordinant qeyd edilməmiş əmri əsasında X6 torpaq sahəsinin koordinantlarını necə müəyyən etməsi barədə o, bildirmişdir ki, koordinantları müəyyən etməmiş, ona sənəd hazır vəziyyətdə vətəndaş tərəfindən təqdim edilmiş, o da həmin sənədi imzalayıb, möhürləmişdir. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 kv.m torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilmiş koordinantların aid olduğu torpaq sahəsi ilə həmin şəxsə torpaq sahəsinin ayrılması barədə sovxoz üzrə tərtib edilmiş əmrdəki torpaq sahəsinin eyni torpaq olmaması barədə o, bildirmişdir ki, bu barədə heçnə deyə bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2009-cu ildə Qafqaz Universitetini Pedaqogika ixtisası üzrə bitirmiş, daha sonra əmək fəaliyyəti ilə məşğul olmaq üçün 2010-cu ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, həmin şəhərdə o, müxtəlif bazarlarda geyim vasitələrinin alqı-satqısı ilə məşğul olmuş, 2018-ci ildə o, Bakı şəhərinə qayıtmış və Abşeron rayonunda, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində çörək sexi açmış və həmin tarixdən göstərilən fəaliyyəti həyata keçirməyi davam etdirmişdir. Təxminən 2020-ci ilin yanvar ayında o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində hündürmərtəbəli yaşayış binasını tikmək və binadakı mənzillərin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Həmin zaman Şahid2 adlı Abşeron rayonu, Xırdalan şəhəri sakini ona xatırlamadığı şəxs vasitəsilə öz evinin və ətrafındakı şəxslərin evlərinin yerində binanı tikməyi, onlara isə bunun müqabilində mənzillərin verilməsi təklifini irəli sürmüşdür. Göstərilən yer Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın təxminən 10 ədəd binasının yerləşdiyi əraziyə paralel hissədə olan torpaq sahəsi olmuşdur. Həmin ərazidə 7-8 ədəd həyət evi olmuş və həmin evlərin sahəsi ümumilikdə təxminən 0.14 ha olmuşdur. Göstərilən ərazidə satışın daha yaxşı ola biləcəyini yəqin edib həmin ərazidəki torpaq sahəsini bina tikintisi üçün seçmişdir. Sonra həmin ərazidəki sakinlərlə şəxsən görüşmüş və onlara malik olduqları evlərin onun adına rəsmiləşdirilməsi, həmin evlərin sonra müvafiq sakinlər tərəfindən sökülməsi, daha sonra isə yerində tərəfindən yeni binanın tikilməsi, onun adına rəsmiləşdirilmiş həyət evlərinin sahəsinə uyğun onların tikəcəyi yeni binadan mənzillə təmin edilməsi təklifini irəli sürmüş, həmin sakinlərdə onun təklifi ilə razılaşmışlar. Göstərilən zaman sakinlərdən ancaq Gülnaz İmanova və Şahid2 çıxarışları olmuş, Gülnaz İmanovanın çıxarışı mərhum atasının adına olmuş və həmin çıxarışın vərəsəlik qaydasında Gülnazın adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin toplanmasında o, sonuncuya köməklik etmişdir. Raufla bağlı isə o, heç bir köməklik etməmiş, sonuncu ilə arasında sadəcə notarial alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında o, göstərilən 480 m2 sahəli yerə çıxarış almışdır. O cümlədən Gülnazla da onun arasında notarial alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında o, göstərilən 126 m2 sahəli yerə çıxarış almışdır. Müvafiq 2 torpaq sahəsi qonşuluqda olduğu üçün o, Daşınmaz Əmlakın Reyestr Xidmətinin Abşeron ərazi idarəsinə müraciət edərək 606 m2sahəli yerə vahid çıxarış almışdır. Göstərdiyi yerdə qalan təxminən 5-6 ədəd torpaq sahəsinin çıxarışı olmamış və onların sahəsi təxminən 5 sot təşkil etmişdir. Qeyd edilmiş ərazidə "xxxx" MMC-nin balansında hansısa daşınmaz əmlak müşahidə etməmişdir. Həmin ərazinin sakinləri ilə razılaşmış, tikinti işlərindən qazma işlərini də sakinlərlə razılaşma əldə etdikdən sonra görmüş, qazma işləri apardığı ərəfədə "xxxx" MMC-nin nümayəndələri göstərilən əraziyə gələrək müvafiq torpaq sahəsinin işlədikləri cəmiyyətə məxsus olduğunu bildirmiş, ancaq o, torpaq sahəsi ilə bağlı çıxarış aldığı üçün qazma işləyini davam etdirmiş, həmin cəmiyyət ilə arasında göstərilən torpaq sahəsilə bağlı Abşeron rayon məhkəməsində məhkəmə prosesi davam etmişdir. Şahid1 kürəkəni Raufla sonuncunun yaşadığı torpaq sahəsi ilə bağlı sövdələşmə aparan zaman Raufun torpaq sahəsi ilə bağlı artıq çıxarışı olmuşdur. Həmin ərazinin X9 ərazisi olmadığı halda qeyd edilmiş ərazinin savxoz ərazisi kimi ilkin sənədlər əsasında Şahid1 adına rəsmiləşdirilməsindən məlumatlı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, 2015-ci ilin təxminən aprel ayından 2020-ci ilin yanvar ayınadək Abşeron rayonu Xırdalan şəhər bələdiyyəsinin sədr müavini vəzifəsində, 2020-ci ilin avqust ayından hazırki dövrə qədər "xxxx" MMC-də işləyir. İlk öncə 2020- ci ilin avqust ayından 2021-ci ilin iyun ayının əvvəllərinə qədər "xxxx" MMC-nin Neftçala filialının bölgələrdə nəqliyyat və aqrotexnika üzrə mütəxəssisi vəzifəsində işləmiş, 2021 -ci ilin iyun ayının əvvəllərindən hazırki dövrə qədər isə həmin cəmiyyətin Ağcabədi filialının bölgələrdə nəqliyyat və aqrotexnika üzrə mütəxəssisi vəzifəsində işləmişdir. Abşeron rayonu Xırdalan şəhər bələdiyyəsinin sədr müavini vəzifəsində gündəlik işi daxil olmuş vətəndaşların qəbulundan və onların müraciətlərinin araşdırılmasından ibarət olmuşdur. Həmin müraciətlər qonşuluqdakı şəxslərin torpaq sahələri ilə narazılıqlardan, torpaq sahələrinin rəsmiləşdirilməsi ilə bağlı məsələlərdən və digər bu kimi müraciətlərdən ibarət olmuşdur. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış Abşeron rayon Xırdalan bələdiyyəsinin sabiq sədri Şahid4 tərəfindən imzalanmış və möhürlənmişdir. X7 ad olaraq tanımamış, göstərilən çıxarışı vətəndaş özü bələdiyyəyə gətirmiş, həmin zaman Şahid4 ondan müvafiq yerə baxmağı və çıxarışdakı məlumatları yoxlamağı tapşırmış, o da göstərilən zaman Şahid4 yanında olan xatırlamadığı 2 nəfərlə müvafiq əraziyə getmiş, həmin ərazidə göstərilən şəxslər ona yaşadığı evləri göstərərək sənədin həmin evə aid olduğunu demiş, o da evə baxaraq baxışı tamamlamış və Şahid4 də şəxslərin həmin evdə yaşadıqlarını bildirmişdir. Müvafiq şəxsləri ad olaraq tanımasa da, ona evi göstərmiş şəxslərin həmin ünvanda yaşadıqlarını bilmişdir. Bu səbəbdən də şəxslərin ona göstərdikləri evdə həqiqətən də yaşadıqlarını Şahid4 məlumat vermişdir. Çıxarış da sonra Şahid4 tərəfindən imzalanmış və möhürlənmişdir. Müvafiq çıxarışın üzərində Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış yazıldığı təqdirdə onun vətəndaş tərəfindən təqdim edilməsi halı barədə o bildirmişdir ki, qeyd edilmiş halın səbəbini bilməmişdir. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 kv.m torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda müvafiq şəxsə ayrılmış torpaq sahəsinin dəqiq koordinantlarının göstərilməsi barədəo, bildirmişdir ki, çıxarışa torpaq sahəsinin koordinantlarının qeyd olunmasının səbəbini bilməmiş, həmin koordinatları çıxarışa kimin yazdığını bilməmişdir. Həmin çıxarış hazır vəziyyətdə bələdiyyəyə təqdim edilmiş, sonra da onun tərəfindən əraziyə baxış keçirilmiş, daha sonra isə çıxarış bələdiyyə sədri Şahid4 tərəfindən imzalanıb möhürlənərək müraciət etmiş şəxsə verilmişdir. Bələdiyyə olaraq koordinantları müəyyən etməmiş, bələdiyyəyə sənəd hazır vəziyyətdə vətəndaş tərəfindən təqdim edilmiş, onun tərəfindən əraziyə baxış keçirilmiş, sonra da Şahid4 tərəfindən həmin sənəd imzalanıb, möhürlənmişdir. X6 Abşeron rayon Xırdalan şəhəri ərazisində 480 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilmiş koordinantların aid olduğu torpaq sahəsi ilə həmin şəxsə torpaq sahəsinin ayrılması barədə sovxoz üzrə tərtib edilmiş əmrdəki torpaq sahəsinin eyni torpaq olmaması barədə o, bildirmişdir ki, sualda qeyd edilmiş hal barədə onun məlumatı olmamış, həmin halın səbəbini bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid1 göstərdi ki, 3-4 il olarki təqaüdə çıxmış, sonuncu rəsmi iş yeri Sumqayıt Mənzil Kommunal İstismar Sahəsində elektrik olmuşdur. Qeydiyatda olduğu ünvan 7 ünvanda təxminən 1980-ci illərdən yaşamış və həmin mənzil onun xüsusi mülkiyyətində olmuşdur. O, 1965-1968-ci illərdə Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsində usta işləmiş, daha sonra müxtəlif idarələrdə fəhləlik etmiş, X20nda təxminən 1990-cı ilin əvvəllərinə qədər işləmiş, həmin savxozda təxminən bir il işlədiyini xatırlamışdır. Savxozun müdirinin kim olduğunu xatırlamamış, həmin savxozda işlədiyini təsdiq edən əmək kitabçası mövcud olmamışdır. Ümumiyyətlə əmək kitabçasının harada olduğunu bilməmişdir. X9 Abşeron rayonunda Masazır qəsəbəsində idarəsi və Xırdalan qəsəbəsində hazırda Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi yerin yaxınlığında mərkəzi idarəsi mövcud olmuşdur. Qeyd etdiyi mərkəzi idarədə fəhlə işləmiş, 2019-cu ilin təxminən noyabr ayında qızı Rəfiqənin həyat yoldaşı Şahid2 onun X20nda işlədiyinə görə adına torpaq sahəsi rəsmiləşdirə biləcəyini ona demiş, o isə işlədiyi dövrdə savxoz tərəfindən işçilərə müvafiq savxoz ərazisindən torpaq sahələrinin paylanıldığını, ancaq onun həmin torpaq sahələrini götürməkdən imtina etdiyini, habelə ona torpaq sahəsi lazım olmadığını, istəyirsə torpaq sahəsini özünün götürə biləcəyini demişdir. Rauf qısa müddət sonra həmin savxoz ərazisindən, özünün də qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvandan onun adına torpaq sahəsi rəsmiləşdirdiyini bildirmiş, ancaq bunu kimin vasitəsilə və hansı qaydada etdiyini bildirməmişdir. O isə göstərilən hallar barədə Raufdan soruşmamış, çünki bu onun üçün maraqlı olmamışdır. Qısa müddət sonra xatırlamadığı tarixdə Rauf ona demişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda hansısa şirkət hündürmərtəbəli yaşayış binası tikmək istəyir, bunun üçün onun adına rəsmiləşdirilmiş və Raufun faktiki yaşadığı evin ərazisinin müvafiq şirkətə satılması müqabilində Raufun adına həmin binadan mənzil rəsmiləşdiriləcəyini, bu barədə müvafiq şirkət rəhbəri ilə razılaşdığını bildirmişdir. Qeyd edilmiş şirkətin müvafiq ərazidəki evləri alıb, onları söküb, yerində bina tikməyi, həmin ərazi sakinlərinə də kompensasiya qismində pul əvəzinə mənzil verməyi razılaşdırdığını Raufdan öyrənmişdir. Sonra Raufun xahişi əsasında o, Abşeron rayonu ərazisində xatırlamadığı notariat ofisinə gedərək sonuncunun qohumu Şahid5 adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı notarial hərəkətlər aparılması üçün etibarnamə vermişdir. Etibarnamə əsasında da Şahid5 şirkət müdirinə müvafiq torpaq sahəsinin satılması haqqında müqaviləni imzaladığını sonradan Raufdan öyrənmişdir. Raufun hansı şirkət müdiri ilə, konkret olaraq hansı dəyərdə və ölçüdə mənzil müqabilində razılaşdığını bilməmiş, bu barədə Rauf daha məlumatlı olmuşdur. Raufun hansısa qanunsuz əməl törədəcəyini bilməmiş, torpaq sahəsindən vaxtilə imtina etdiyini bildirmiş, Rauf isə özünün qeydiyyatda olduğu ərazinin savxoz ərazisi kimi onun adına rəsmiləşdirəcəyini bildirmiş, o da kürəkəni olduğu üçün bu hala mane olmamışdır. Şahid2 qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanın savxoz ərazisi olub- olmadığını bilməmiş, Rauf təxminən 30 ildir ki, həmin ərazidə yaşamışdır. Qeyd edilmiş ərazinin "xxxx" MMC-nin balansında olduğunu bilməmiş, həmin ərazidə hansısa daşınmaz əmlak müşahidə etdiyini xatırlamamışdır. 1992-ci ildə və ondan sonralar qeyd edilmiş əmrin mövcudluğundan məlumatsız olmuş, adına torpaq rəsmiləşdirilməsi, sonradan həmin torpaq sahəsinin şirkətə verilməsi müqabilində ona hansısa pul yaxud əmlak verilməmişdir. Adına torpaq rəsmiləşdirilməsi, sonradan həmin torpaq sahəsinin şirkətə verilməsi müqabilində şirkət tərəfindən Raufa mənzil verilməsini sonuncu razılaşdırmış, o da bu barədə Raufdan məlumat almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 50 il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda yaşamış, həmin ünvanda torpaq sahəsinin ölçüsü təxminən 4 sot olmuş, göstərilən torpaq sahəsində 4 həyət evi olmuş, həmin həyət evlərindən birində qardaşı Rza, digərində atası X29, digər həyət evlərində isə öz ailəsi ilə birlikdə yaşamışdır. Uşaqlıq vaxtlarımdan o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda qeydiyyatda olmuş, təxminən 3-4 il bundan əvvəl, təxminən 2017- 2018-ci illərdə dəqiq xatırlamadığı tarixlərdə Abşeron rayon İcra Hakimiyyətinin xatırlamadığı əməkdaşları onun yaşadığı ünvana, o cümlədən yaşadığı evin qonşuluğundakı 7 əlavə həyət evinin olduğu əraziyə gəlmiş, qeyd edilmiş ərazinin plana düşdüyünü, müvafiq evlərin sökülməli oluğunu, müvafiq ərazidə hündürmərtəbəli yaşayış binasının tikiləcəyini və tikinti başa çatdıqdan sonra həmin binadan göstərilən ərazidə evləri sökülmüş şəxslərə mənzillər veriləcəyini bildirmişlər. Göstərilən vaxt İcra Hakimiyyətinin əməkdaşları onun yaşadığı 189 kv.metrlik ərazinin bir kv.metrini 800 manat müqabilində dəyərləndirmişdilər. Qonşuluqdakı şəxslərin Abşeron rayon İcra Hakimiyyətinin xatırlamadığı əməkdaşları ilə həmin zaman qiymət məsələsində fikir ayrılıqları səbəbindən müvafiq razılaşma baş tutmamışdır. Sonra o, yaşadığı ərazinin, yəni 4 sot torpaq sahəsinin özələşdirilməsini qərarlaşdırmış, bunun üçün müxtəlif şəxslərə məsləhət üçün müraciət etsə də özələşdirmənin çətin olduğunu öyrənmişdir. Təxminən 2019-cu ilin oktyabr-noyabr aylarında Anar adlı tanışına müraciət edərək yaşadığı 4 sot torpaq sahəsinin özələşdirilməsində ona köməklik etməsini xahiş etmişdir. Anar adlı şəxsi o, müxtəlif daşınmaz əmlaklarla bağlı sənədləşdirmə işlərini həyata keçirən şəxs kimi tanımış və Xırdalan şəhərində ona məxsus bir neçə evdə təmir işləri aparmışdır. Anar həmin zaman özəlləşdirmənin çətin olduğunu, ancaq müvafiq ərazinin sovxoz ərazisi kimi həmin savxozda işləmiş şəxsin adına rəsmiləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Həmin zaman qayınatası Şahid1 vaxtılə savxozda işlədiyi yadına düşmüş, bu barədə Anara məlumat verəndə sonuncu yaşadığı torpağın savxoz ərazisi kimi Şahid1 adına rəsmiləşdirilməsi yolu ilə 4 sot torpaq sahəsinə çıxarış almağın mümkün olduğunu bildirmişdir. O da bu barədə Şahid1 razılığını aldıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsinin surətini Anara vermiş, həmin ərəfədə Anar xatırladığı qədər Kadastr şöbəsinin xatırlamadığı əməkdaşı ilə birlikdə yaşadığı əraziyə gəlmiş və zəruri ölçü işləri aparmışdır. Anar qısa müddət sonra sənədləri hazır etdiyini və müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etməyin lazım olduğunu ona demiş, bundan sonra həmin sənədləri qeyd etdiyi Xidmətə təqdim etmək üçün Şahid1 onun xahişi əsasında qohumu Şahid5 etibarnamə vermiş, etibarnamə əsasında sonuncu zəruri sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etmişdir. Müəyyən müddətdən də sonra həmin çıxarış tərəfindən götürülmüşdür. Bundan sonra X14 ilə Şahid5 arasında razılaşma bağlanmış, razılaşma əsasında 480 kv.metr ərazinin Taleh Niftəliyevə satılması rəsmiləşdirilmişdir. Daha sonra da X15 adına rəsmiləşdirilmiş və onun yaşadığı ərazinin sökülməsi, yerində hündürmərtəbəli binanın tikilməsini və oradan ona iki ədəd 3 otaqlı 189 kv.metr mənzil verməyi vəd etmiş və bununla bağlı olaraq da ona mənzillər ayrılması ilə bağlı müqavilələr tərtib edib ona təqdim etmişdir. Göstərilən razılaşma zamanı 1 kv.metr üçün 1000 manat qiyməti aralarında razılaşdırılmışdır. Anar ona bir tanış kimi çıxarış alınmasında iştirak etmiş, sonuncu ondan qeyd edilmiş rəsmiləşdirmə üçün hansısa məbləğdə pul istəməmiş, onun tərəfindən də hansısa məbləğdə pul verilməmişdir. Şahid1 adına rəsmiləşdirilmiş 480 kv.metr torpaq sahəsinin Abşeron X9 ərazisinə heç bir aidiyyəti olmaması barədə o bildirmişdir ki, göstərilən hal barədə məlumatsız olmuşdur. Şahid1 adına X19 sovxozundan torpaq sahəsi ayrılmış, ancaq sonuncunun bundan məlumatı olmamışdır. Şahid1 1000 kv.metr torpaq sahəsinin ayrıldığı halda həmin torpaq sahəsindən ancaq 480 kv.metrə çıxarış alınması barədə o göstərmişdir ki, onun və qohumlarının əvvəldən yaşadığı ərazinin ölçüsü 480 kv.metr olduğu üçün, qalan 520 kv.metr ərazidə qonşular yaşadığı üçün o, 480 kv.metr ərazi ilə kifayətlənmiş, qalan 520 kv.metr ərazidən də imtina etmişdir. Müvafiq ərazinin "xxxx" MMC-nin balansında olduğunu bilməmiş, həmin ərazidə hansısa daşınmaz əmlak müşahidə etdiyini xatırlamamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, sovet hakimiyyəti dövründə Abşeron rayon üzrə icra orqanında sürücü işləmiş, sonradan isə müxtəlif ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olmuş, sonuncu iş yeri təxminən 2016-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xatırlamadığı özəl şirkətdə mühafizəçi olmuş, ancaq həmin işdə cəmi 3 ay işlədikdən sonra iş yükünün ağır olması səbəbindən işdən öz istəyim əsasında azad olunmuşdur. Göstərilən tarixdən işsiz olmuşdur. Şahid1 tanımamış, Şahid2 tanımış, Raufu qonşu olduğuna görə tanımış, sonuncu müxtəlif mənzil və evlərin təmir-tikintisi işlərini görmüşdür. Ona təqdim edilmiş xx.xx.2019-cu il tarixli notarial ərizə ilə tanış olmuş, həmin ərizəni o vermiş, belə ki, göstərilən tarixdə Rauf ona xatırlamadığı telefon nömrəsi ilə zəng edərək hansısa rayonda olduğunu, iş gördüyünü bildirmiş, onun adına verilmiş etibarnamə əsasında kiminsə adından notarial ərizə verməyin lazım olduğunu demişdir. Rauf həmin zaman göstərilən notarial hərəkətin mahiyyəti, kimin adından və nə üçün ona etibarnamə verildiyi, həmin etibarnamə əsasında onun nə məzmunda ərizə verməli olduğunu deməmişdi, o da Raufdan bu barədə heçnə soruşmamışdır. Sonra Rauf xatırlamadığı şəxs vasitəsilə ona etibarnamə göndərmiş, o həmin etibarnamə əsasında Abşeron rayon 1 saylı notariat ofisinə getmiş, göstərilən yerdə Raufa zəng etmiş və sonuncunun ona telefon zəngi zamanı dediyi məzmunda ərizə yazmış və imzalamışdır. Həmin ərizəni sonradan Raufa verdiyini xatırlamışdır. Göstərilən hərəkətləri qonşu kimi Raufa kömək olsun deyə etmiş, müvafiq hərəkətlərin mahiyyətini bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2020-ci ilin dekabr ayından hazırkı tarixədək Bakı şəhəri, Biləcəri qəsəbəsində icarayə götürdüyü qeyri-yaşayış sahəsində minik avtomobillərinin alqı-satqısı ilə məşğul olmuş, həmin fəaliyyəti həyata keçirmək üçün vergi orqanlarında qeydiyyatdan keçmiş və VÖEN almışdır. X10 ilə Şahid3 arasında 480 m2 torpaq sahəsi ilə bağlı bağlanmış xx.xx.2020-ci il tarixli tarixli alqı-satqı müqaviləsini əmisi Raufun qayınatası Şahid1 ona verdiyi etibarnamə əsasında imzalamışdır. Ailə üzvləri ilə birlikdə, yəni əmisi Şahid2, atası Rza Rzayev və babası Fərhad Rzayevlə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanda uzun müddətdir ki, yaşamış, sonradan həmin həyətdəki evlər əmisi Raufun qayınatası Şahid1 adına rəsmiləşdirilmişdir. Sonra da Taleh Niftəliyev adlı şəxs yaşadıqları evin, o cümlədən qonşuluqdakı şəxslərin evlərinin yerində hündürmərtəbəli yaşayış binası tikməyi nəzərdə tutduğundan, həmin yerdəki evlərin onun adına rəsmiləşdirilməsi, bunun müqabilində isə tikəcəyi yaşayış binasından onlara mənzillər verməyi əmisi Şahid2lə razılaşdırmışdır. Bu səbəbdən Şahid1 adına olan müvafiq evin Taleh Niftəliyevə müvafiq tarixdə satılması alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin zaman da Şahid1 ona verdiyi etibarnamə əsasında o evin Taleh Niftəliyevə satılmasına dair alqı-satqı müqaviləsini Abşeron rayon 1 saylı notariat ofisində imzalamışdır. Hansı səbəbdən müvafiq müqavilənin imzalanması üçün Şahid1 adından məhz ona etibarnamə verildiyini xatırlamamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yaşadığı evin Şahid1 adına hansı qaydada rəsmiləşdirilməsindən məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli İN-X/O-896/2021 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xx.xx.2020-ci il tarixli 1- 2- 15/6392-20 nömrəli məktubla İqtisadiyyat Nazirliyinə müraciət edərək nazirliyin tabeli qurumu olan "xxxx" MMC-nin (X12 Qovşağının) balansında olan Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti, 9 ünvanında yerləşən daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinin fiziki şəxs X4 adına sənədləşdirilməsinin əsasları barədə məlumat verilməsini xahiş etmiş, bunun nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019- cu il tarixdə vətəndaş X4 adına 480 m2 torpaq sahəsinin ilkin qeydiyyatı aparılarkən Abşeron südçülük sovxozu tərəfindən verilmiş 1000 m2torpaq sahəsinin qeydiyyat aparılan torpaq sahəsi ilə eynilik təşkil edib-etmədiyi və həmin sahənin ümumiyyətlə sovxoz ərazisinə aid olub-olmadığı araşdırılmamış, Abşeron südçülük sovxozunun ərazilərinin kadastr məlumat bazasında araşdırılması zamanı həmin sahənin sovxoz ərazisindən kənarda yerləşdiyi məlum olmuşdur. İş materiallarında olan X9 xx.xx.1992-ci il tarixli 45 nömrəli əmrinin surətindən görünür ki, Şahid1 adına müvafiq sovxoz ərazisindən 10 sot torpaq sahəsi ayrılmış, ancaq həmin torpaq sahəsinin hüdudları göstərilməmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli F-1328 nömrəli arxiv çıxarışından X9 xx.xx.1992-ci il tarixli 45 nömrəli əmri əsasında Şahid1 adına müvafiq sovxoz ərazisindən 10 sot torpaq sahəsinin ayrıldığı görünür. İş materiallarında olan tarixsiz və nömrəsiz Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışından görünür ki, həmin çıxarış əsasında Şahid1 adına 0.480 ha torpaq sahəsinin olduğu müəyyən edilmiş və həmin torpaq sahəsinin dəqiq koordinatları göstərilmiş, müvafiq çıxarış Abşeron rayonu Xırdalan bələdiyyəsinin sabiq sədri Şahid4 və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq möhürlənmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 8İ-12635 nömrəli ərizədən görünür ki, Şahid1 Şahid6 verdiyi xx.xx.2019-cu il tarixli reyestrdə 46710 nömrəsi ilə qeydiyyata alınan etibarnaməyə əsasən sonuncu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək Şahid1 adına ayrılmış 0.10 ha torpaq sahəsindən 0.048 ha torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmədiyi ilə bağlı müraciət etmişdir. İş materiallarında olan Şahid1 adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, sonuncu daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı müvafiq idarəyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində 0.048 ha torpaq sahəsi Şahid1 adına rəsmiləşdirilmiş, ancaq həmin çıxarışda müvafiq torpaq sahəsinin dəqiq ünvanı və koordinatları göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********58 nömrəli məktubuna əlavə edilmiş xəritədən görünür ki, X4 adına rəsmiləşdirilmiş 480 m2 torpaq sahəsi X20ndan aralıda yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2021-ci il tarixli 09/3-65 nömrəli məktubundan görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunu bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını tənzimləyir. Belə ki, həmin qanunun 9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə həmin Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət, yəni fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməməsi halı nəzərə alınmaqla, fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2005-ci il tarixli, 311 nömrəli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən tarixdə Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 iyul 2020-ci il tarixli, 53 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən tarixdə Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********47 nömrəli məktubu ilə daxil olmuş rəydən görünür ki, "xxxx" MMC-nin Kabel Təsərrüfatına xidmət mərkəzinin müdiri X8, "xxxx" MMC-nin Hüquq şöbəsinin hüquqşünası X24, Daşınmaz Əmlakın DövlətResyetri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X18 və Şahid3 iştirakı ilə baxış keçirilmiş X8 və Şahid3 tərəfindən göstərilmiş torpaq sahələri, o cümlədən ilkin olaraq Şahid1 adına rəsmiləşdirilmiş, daha sonradan isə Şahid3 satılmış torpaq sahəsi X9 ərazisinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********24 nömrəli məktubundan görünür ki, Abşeron rayon Xırdalan şəhəri ərazisində, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Şahid1 adına rəsmiləşdirilmiş 0.0480 ha torpaq sahəsi, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X11 adına rəsmiləşdirilmiş 0.0126 ha torpaq sahəsi, o cümlədən Şahid3 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında rəsmiləşdirilmiş 0.0480 ha, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında rəsmiləşdirilmiş 0.0606 ha və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında rəsmiləşdirilmiş 0.1126 ha torpaq sahəsi çıxarış verilənədək bələdiyyə mülkiyyətinə aid olmuş, həmin torpaq sahələri “Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikasının qanununa əsasən Bakı şəhəri Binədəqi rayonunun ərazisindən Xırdalan şəhərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********25 nömrəli məktubundan görünür ki, X9 torpaq sahələrinə dair Dövlət Aktı barədə ilkin torpaqayırma sənədləri Xidmətin tabeliyində "xxxx" MMC-nin arxivində mövcud olmuşdur. İş materiallarında olan Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 631 nömrəli məktubundan görünür ki, 2019-cu ildə Şahid1 məxsus torpaq sahəsi ilə bağlı Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışının tərtib edilməsi ilə əlaqədar bələdiyyəyə edilmiş müraciət, müvafiq müraciət üzrə tərtib olunmuş sənədlər müvafiq bələdiyyənin arxiv sənədlərində aşkar olunmamışdır. İstintaq zamanı Abşeron rayon Xırdalan şəhəri ərazisində Şahid1 və Şahid3 məxsus torpaq sahələrinin koordinatlarının müəyyən olunması ilə bağlı Abşeron rayon Xırdalan şəhər bələdiyyəsi tərəfindən 2019-2020-ci illərdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə yaxud həmin Xidmətin struktur bölməsinə (o cümlədən ərazi bölməsinə) müraciətlərin olub- olmaması, habelə Abşeron rayon Xırdalan şəhəri ərazisində Şahid1 (xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış) və Şahid3 (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış) torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə yaxud həmin Xidmətin struktur bölməsinə (o cümlədən ərazi bölməsinə) müraciətlərin olub-olmaması məlumat verilməsi, müsbət halda təsdiqedici sənədlərin surətlərinin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xx.xx.2021-ci il tarixli ********* nömrəli məktubla müraciət edilmiş, həmin məktuba alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********81 nömrəli cavab məktubundan görünür ki, müvafiq şəxslərin adlarına rəsmiləşdirilmə aparıldıqdan sonra, daha dəqiq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ünvanlanan müraciətə əsasən xx.xx.2020-ci il tarixdə Abşeron rayonu X9 X31 dair Yerquruluşu planı (1994-cü il tarixli) elektron formada təqdim edilmişdir. Qeyd edilmiş məktubdan da Şahid1 adına torpaq sahəsinin rəsmiləşdirilməsi işlərinin aparılması zamanı Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən Abşeron rayonu X20 ərazisinin hansı ərazini əhatə etməsi ilə bağlı aidiyyəti dövlət orqanına müraciət edilmədiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********81 nömrəli məktubuna müvafiq yerquruluşu planı da əlavə edilmiş, həmin plandan da Abşeron rayonu X20 ərazisinin hansı əraziləri əhatə etdiyi bir daha aydın olmuşdur.O cümlədən, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********93 nömrəli məktubundan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində Şahid1 və Şahid3 məxsus torpaq sahələrinin koordinatlarının müəyyən olunması ilə bağlı 2019-2020-ci illərdə Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət daxil olmamışdır. İstintaq zamanı 2019-cu ildə Şahid1 məxsus torpaq sahəsi ilə bağlı Abşeron rayonu Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışının tərtib edilməsi ilə əlaqədar müvafiq bələdiyyə tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə olunmuş müraciətin, müraciətə əlavə edilmiş sənədlərin və müvafiq müraciət üzrə Abşeron rayon İcra Hakimiyyətində tərtib edilmiş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli ********* nömrəli məktubla müraciət edilmiş, həmin məktuba İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 5/X/1106 nömrəli məktubu ilə alınmış cavabda müvafiq sənədlərin Abşeron rayon İcra Hakimiyyətində saxlanılmadığının müəyyən edildiyi bildirilmişdir. İş materiallarında olan 29 yanvar 2009-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi haqqında” Əsasnamənin 3-cü bölməsinin 7-ci bəndinə əsasən, Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdirinin (baş memar) şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalma və tikinti norma və qaydalarının pozulması ilə aparılan, həmçinin özbaşına tikintilərin dayandırılması barədə tapşırıqların verilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, özbaşına tikintilərin sökülməsi barədə məhkəmə qaydasında iddia qaldırılması, tikinti-quraşdırma işlərinin başlanmasına icazə verilməsi və digər vəzifələri olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə bağlanmış xx.xx.2005- ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən sonuncu rayon İcra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malik olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X1 xx.xx.2021ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 9 ünvanda yerləşən torpaq sahəsinin 0.01 ha üzrə orta bazar dəyəri 28.958 manat olmuş, bununla bağlı olaraq Şahid1 adına rəsmiləşdirilmiş 0.048 ha torpaq sahəsinin orta bazar qiyməti 138.998 manat təşkil etmişdir. İbtidai istintaq zamanı 21 aprel 2022-ci il tarixli qərarı ilə tarixsiz və nömrəsiz Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışın və xx.xx.2019-cu il tarixli 8İ- 12635 nömrəli ərizənin əslləri maddi sübut kimi tanınmışdır. İstintaq zamanı 18 aprel 2022-ci il tarixli qərarı ilə iş üzrə Abşeron rayon Xırdalan bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərər çəkmiş şəxs qismində tanınmışlar. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021- ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021- ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3- cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilsin və Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, istintaq hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 309.1 və 313-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Lakin məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham çıxarılmalı, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına biləbilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildiyinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir(o cümlədən cinayət işi başlana bilməz başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü təqsirli bilməməsini özünü müdafiə etmək məqsədi ilə ifadə verməsi qənaətinə gətirir. Məhkəmə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı iddia və tələbinin olmamasını onun cəzasını yüngüllləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3- cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə və Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarları ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır.. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və hökmün cərimə cəzası hissəsinin icrası Sumqayıt şəhər Probarsiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün həmin maddə üzrə başlanılmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 4000 (dörd) min manat məbləğinə cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3- cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə 4000 (dörd) min manat məbləğinə cərimə cəzası hesablanmaqla ona 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və 4000 (dörd) min manat məbləğinə cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021- ci il tarixli hökmündə göstərildiyi kimi tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarları ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və hökmün cərimə cəzası hissəsinin icrası Sumqayıt şəhər Probarsiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-393/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-393/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver