Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-394/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1986-cı -ci ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.3-cü-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il müddətinə şərti məhkum edilmiş, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam " qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 28 fevral 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evinin mətbəxinin plastik pəncərəsini açaraq qanunsuz içəri daxil olub evin yataq otağında olan oturacağın altında saxlanılan qara rəngli çantanın içərisindən 1000 manat pulu oğurlayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 28.02.2021-ci il tarixdə saat 11 radələrində Nübar yaşayış massivində bibisioğlu Zərərçəkmiş şəxs görmüşdür. Elnurdan idarə etdiyi VAZ-2107 markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onu Şamaxı-Bakı yolunun Nübar dairəsi adlanan hissəsinə aparmasını xahiş etmişdir. Elnur da onu həmin yerə aparmışdır. Həmin gün saat 13 radələrində qardaşı Ceyhuna zəng edib Elnurdan onu düşürdüyü yerdən geri götürməsini deməyi xahiş etmişdir. Elnur da gəlib onu götürüb Nübar yaşayış massivinə, ailə üzvlərinin tikinti işləri apardığı yerə qayıtmışlar. Təxminən 30 dəqiqə sonra sement almaq lazım olmuş və Elnurla birlikdə gedib sement alıb qayıtmışlar. Təxminən saat 14 radələrində Elnurla birlikdə Nübar yaşayış masivində yerləşən “Vüsal” adlı kafeyə getmişlər. Orada spirtli içki olan araq içib yemək yemişlər. Saat 16 radələrində oradan birlikdə yenə tikinti olan yerə getmişlər. Həmin yerdə qardaşı Ceyhun, əmisi oğlu X5, Elnur və mən birlikdə Elnurun evinə getmişlər. Elnur qonaqlıq vermək üçün evə gedib pul götürmüşlər. Həmin vaxt o, Elnurun yanında evə girmişdir. Elnur onun yanında oturacağın altında düzəldilmiş gizlin yerdən qara rəngli çantanı götürüb içərisindən pul götürmüşdür. Onu da bildirmişdir ki, “arvadının pul barədə məlumatı yoxdur. Elnurun özü oradan vaxtaşır götürür”. Elnur, qardaşı Ceyhun, əmisi oğlu Elmirlə birlikdə yenidən “Vüsal” adlı kafeyə getmişlər. Oradan o, Elnurun yaşadığı evə qayıdıb plastik pəncərəni açıb evə daxil oldum. Həmin yerdən 700(yedi yüz) manat pul götürmüşdür. Sonra isə bilmişdr ki, həmin yerdən pul oğurlanmasına görə Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edib və oğurluq hadisədində ondan şübhələndiyini bildirmişdir. Polis əməkdaşlarının dəvəti ilə Abşeron RPİ-nin Qobu PB-nə gəlmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs Abşeron rayonu Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən və kirayədə yaşadığı evdən, konkret olaraq oturacağın altında düzəldilmiş gizlin yerdə saxladığı qara rəngli çantadan 1000 manat pul götürmüşdür. Həmin pulun 200 manatını xərcləmiş, 500 manat pulu isə geri qaytarmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə kirayədə yaşayır. 28.02.2021-ci il tarixdə saat 11 radələrində arvadı X2 valideynlərinin Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində yerləşən evlərinə aparmışdır. Geri yaşadığı evə qayıdanda Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində dayısıoğlu Təqsirləndirilən şəxs görmüşdür. Vasif onu idarə etdiyi “VAZ- 2107” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı-Bakı yolunun Nübar dairəsi adlanan hissəsinə aparmasını xahiş etmişdir. O da Vasifi dediyi aparıb dayısıgilin tikinti işləri apardığı yerə qayıdıb dayısıgilə köməklik etmişdir. Həmin gün saat 13 radələrində Vasif qardaşı Ceyhuna zəng edib ona Vasifi düşürdüyü yerdən geri götürməsini deməsini xahiş etmişdir. O da gedib Vasifi götürüb Nübar yaşayış massivinə Vasifgilin tikinti işləri apardığı yerə qayıtmışdır. Təxminən 30 dəqiqə sonra sement almaq lazım olmuş, Vasiflə birlikdə gedib sement alıb qayıtmışlar. Təxminən saat 14 radələrində Vasiflə birlikdə Nübar __ yaşayış massivində yerləşən “Vüsal” adlı kafeyə getmişlər. Orada çay içib yemək yemişlər. Saat 16 radələrində oradan birlikdə yenə tikinti olan yerə getmişlər. Həmin yerdə Vasifin qardaşı Ceyhun, digər dayısı oğlu X5, Vasif və o, birlikdə onun evinə getmişlər. Avtomobilə benzin almaq üçün evə gedib pul götürmüşdür. Həmin vaxt dayısıoğlu Vasif də onun yanında evə girmişdir. O, Vasifin yanında oturacağın altında düzəldilmiş gizlin yerdən qara rəngli çantanı götürüb içərisində olan 2200 (iki min iki yüz) manat pulun üstündən 100(yüz) manat pul götürmüşdür. Vasif, onun qardaşı Ceyhun, digər dayısı oğlu Elmirlə birlikdə yenidən “Vüsal” adlı kafeyəə getmişlər. Orada Vasif tualetə getdiyini deyib kafedən çıxmışdır. Sonra isə qayıtmamışdır. Ceyhun və Elmir kafedə yemək yemişlər. O, isə çay içmişdir. Həmin gün saat 21 radələrində evə qayıtmışdır. Ceyhun yolda düşüb evlərinə getmişdir. Elmir isə onunla birlikdə yaşadığı evə qədər gedib avtomobildə gözləmişdir. O, içəri girib yenə pul götürüb qaynatamgilə getmək, gecəni orada qalıb növbəti gün arvadını aparmaq fikri ilə pulu qoyduğu yerə yaxınlaşmışdır. İçərisində pul saxladığı qara rəngli çantanı götürüb pula baxanda pulun azaldığını hiss etmişdir. Pulu sayanda görmüşdür ki, 2100(iki min yüz) manat puldan cəmi 1100( bir min yüz) manat pul qalmışdır. Otağı gəzəndə görmüşdür ki, mətbəxdəki plastik pənəcərə açıqdır. Həmin vaxt oğurluq olduğunu başa düşüb DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. oğluna qarşı heç bir şikayəti olmadığını bildirərək, ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Şahid onun qardaşıdır. Bildirmişdir ki, 28.02.2021-ci il tarixdə saat 11 radələrində bibisi oğlu Elnur qardaşı Vasifi idarə etdiyi avtomobillə Şamaxı-Bakı yolunun Nübar dairəsi adlanan hissəsinə aparmışdır. Həmin günü saat 13 radələrində Vasif ona zəng edib Elnurdan Vaisifi Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivinə, ailə üzvlərinin tikinti işləri apardığı yerə aparmasını deməyimi xahiş etmişdir. O da Vasifin fikrini Elnura bildirdikdə Elnur buna etiraz etməyib Vasifi Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivinə, ailə üzvlərinin tikinti işləri apardığı yerə aparmışdır. Təxminən 30 dəqiqə sonra sement almaq lazım olmuş və Elnurla Vasif birlikdə gedib sement alıb qayıtmışlar. Təxminən saat 14 radələrində Vasif Elnurla birlikdə Nübar yaşayış masivində yerləşən “Vüsal” kafesinə getmişlər. Orada spirtli içki olan araq içib yemək yemişlər. Saat 16 radələrində oradan birlikdə yenə tikinti olan yerə getmişlər. Həmin yerdə qardaşı o, əmisi oğlu X5, Elnur və Vasiflə birlikdə Elnurun evinə getmişlər. Elnur qonaqlıq vermək üçün evə gedib pul götürmüşdür. Həmin vaxt Vasif Elnurun yanında evə girmişdir. X6 evindən çıxdıqdan sonra o, Elnur, qardaşı Vasif, əmisi oğlu Elmirlə birlikdə yenidən “Vüsal” adlı kafeyə getmişlər. Həmin gün saat 21 radələrində o, yolda düşüb evinə getmişdir. Sonradan bilmişdir ki, qardaşı Vasif əmisioğlu Elnurun evindən 1100 manat pul oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısınıalmaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəlləninÜmumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 17.05.2021-ci il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli hökmün surətindən görünür ki, Orucov X3 Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar resediv yaratmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, cəzadan şərti məhkum edilmiş Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini 28.02.2021-ci tarixdə, yəni sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan RespublikasıCM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 71.5 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmişdir ki, milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onun bibisi olmaqla onunla barışıq əldə etməsini, cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 01 il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan 07 may 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 500 (beş yüz) manat pul sahibi Zərərçəkmiş şəxs qaytarılmış hesab olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına, məhkəmə istintaq zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan Şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğluna Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 01 (bir) il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs qəti olaraq təyin olunan 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs oğlunun üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 500 (beş yüz) manat pul sahibi Zərərçəkmiş şəxs qaytarılmış hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına, məhkəmə istintaq zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan Şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-394/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-394/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver