Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-394/2024 22.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi vəkil X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.2002-ci ildə Naxçıvan MR-nın Şərur rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, əvvəllər "xxxx" MMC-də fəhlə işləmiş və hazırda işləməyən, Naxçıvan MR-nın Şərur rayonu, Xətai kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə yaşayan Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə xx.xx.1992-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü madələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında fəhlə işlədikləri "xxxx" MMC-nin anbarından xx.xx.2023-cü il tarixdə 01 ədədinin qiyməti 68 manat olan cəmi 1224 manat dəyərində 18 ədəd 05 litrik “Total-10w40” markalı, xx.xx.2023-cü il tarixdə 56 manat dəyərində 01 ədəd 04 litrlik “Total-10w40” markalı, 142 manat dəyərində 01 ədəd 05 litrlik “Total-0 w 40” markalı, 115 manat dəyərində 01 ədəd 05 litrik “Total-05 w 20” markalı, 99 manat dəyərində 01 ədəd 05 litrik “Total NFC 5 w 30” markalı, 131 manat dəyərində 01 ədəd 05 litrlik “Total life-5 w 30” markalı, 01 ədədinin qiyməti 24 manat olan cəmi 48 manat dəyərində 02 ədəd 01 litrlik “Total-5 w 40” markalı mühərrik yağları və 01 ədədinin qiyməti 69,80 manat olmaqla cəmi 209.4 manat dəyərində 03 ədəd 05 litrlik “Swag10930018” markalı sürətlər qutusu yağlarını, cinayət əməlini davam etdirməklə tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbardan 10 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 105 manat olmaqla cəmi 2100 dəyərində 20 ədəd 5 litlik “Total 5w 30 Mc3” markalı, 15 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 105 manat olmaqla cəmi 3465 manat dəyərində 33 ədəd 5 litlik “Total 5w 30 Mc3” markalı, 20 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 18 manat olmaqla cəmi 270 manat dəyərində 15 ədəd 01 litrlik “Total-10w40” markalı, 01 ədədinin dəyəri 99 manat olmaqla cəmi 1485 manat dəyərində 15 ədəd 05 litlik “Total-5w40” mühərrik yağlarını, 25 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 120 manat olmaqla cəmi 240 manat dəyərində 02 ədəd 55-AH markalı, 01 ədədinin qiyməti 125 manat olmaqla cəmi 250 manat dəyərində 02 ədəd 62-AH markalı, 156 manat dəyərində 01 ədəd 70-AH “Hagen” markalı akkumulyatorları, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində 01 ədədinin qiyməti 74 manat olmaqla cəmi 2368 manat dəyərində 32 ədəd 5 litrlik “Drive+5w30” markalı, 58 manat dəyərində 01 ədəd 4 litrlik “Total 15w40” markalı, 6,2 manat dəyərində 01 ədəd 01 litlik “Agat 15w40” markalı mühərrik yağları və 01 ədədinin qiyməti 8 manat olmaqla cəmi 192 manat dəyərində 24 ədəd 1,5 litrlik “Swag antifreeze” markalı avtomobil radiyatoru sularını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 12614.6 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında fəhlə işlədikləri "xxxx" MMC-nin anbarından xx.xx.2023-cü il tarixdə 01 ədədinin qiyməti 68 manat olan cəmi 1224 manat dəyərində 18 ədəd 05 litrik “Total-10w40” markalı, xx.xx.2023-cü il tarixdə 56 manat dəyərində 01 ədəd 04 litrlik “Total-10w40” markalı, 142 manat dəyərində 01 ədəd 05 litrlik “Total-0 w 40” markalı, 115 manat dəyərində 01 ədəd 05 litrik “Total-05 w 20” markalı, 99 manat dəyərində 01 ədəd 05 litrik “Total NFC 5 w 30” markalı, 131 manat dəyərində 01 ədəd 05 litrlik “Total life-5 w 30” markalı, 01 ədədinin qiyməti 24 manat olan cəmi 48 manat dəyərində 02 ədəd 01 litrlik “Total-5 w 40” markalı mühərrik yağları və 01 ədədinin qiyməti 69,80 manat olmaqla cəmi 209.4 manat dəyərində 03 ədəd 05 litrlik “Swag10930018” markalı sürətlər qutusu yağlarını, cinayət əməlini davam etdirməklə tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbardan 10 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 105 manat olmaqla cəmi 2100 dəyərində 20 ədəd 5 litlik “Total 5w 30 Mc3” markalı, 15 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 105 manat olmaqla cəmi 3465 manat dəyərində 33 ədəd 5 litlik “Total 5w 30 Mc3” markalı, 20 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 18 manat olmaqla cəmi 270 manat dəyərində 15 ədəd 01 litrlik “Total-10w40” markalı, 01 ədədinin dəyəri 99 manat olmaqla cəmi 1485 manat dəyərində 15 ədəd 05 litlik “Total-5w40” mühərrik yağlarını, 25 may 2023-cü il tarixdə 01 ədədinin qiyməti 120 manat olmaqla cəmi 240 manat dəyərində 02 ədəd 55-AH markalı, 01 ədədinin qiyməti 125 manat olmaqla cəmi 250 manat dəyərində 02 ədəd 62-AH markalı, 156 manat dəyərində 01 ədəd 70-AH “Hagen” markalı akkumulyatorları, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində 01 ədədinin qiyməti 74 manat olmaqla cəmi 2368 manat dəyərində 32 ədəd 5 litrlik “Drive+5w30” markalı, 58 manat dəyərində 01 ədəd 4 litrlik “Total 15w40” markalı, 6,2 manat dəyərində 01 ədəd 01 litlik “Agat 15w40” markalı mühərrik yağları və 01 ədədinin qiyməti 8 manat olmaqla cəmi 192 manat dəyərində 24 ədəd 1,5 litrlik “Swag antifreeze” markalı avtomobil radiyatoru sularını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 12614.6 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında fəhlə işlədikləri "xxxx" MMC-nin anbarından xx.xx.2023-cü il tarixdə 01 ədədinin qiyməti 68 manat olan cəmi 1224 manat dəyərində 18 ədəd 05 litrik “Total-10w40” markalı, xx.xx.2023-cü il tarixdə 56 manat dəyərində 01 ədəd 04 litrlik “Total-10w40” markalı, 142 manat dəyərində 01 ədəd 05 litrlik “Total-0 w 40” markalı, 115 manat dəyərində 01 ədəd 05 litrik “Total-05 w 20” markalı, 99 manat dəyərində 01 ədəd 05 litrik “Total NFC 5 w 30” markalı, 131 manat dəyərində 01 ədəd 05 litrlik “Total life-5 w 30” markalı, 01 ədədinin qiyməti 24 manat olan cəmi 48 manat dəyərində 02 ədəd 01 litrlik “Total-5 w 40” markalı mühərrik yağları və 01 ədədinin qiyməti 69,80 manat olmaqla cəmi 209.4 manat dəyərində 03 ədəd 05 litrlik “Swag10930018” markalı sürətlər qutusu yağlarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 2023.4 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 həmin hərəkəti ilə Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir. Həmin MMC-nin anbarında avtokar idarə etdiyini, orada "xxxx" MMC-nin avtomobil akkumlyatorların, avtomobil yağlarının, antifreeze, avtomobil ehtiyyat hissələrinin topdan satışını həyata keçirdiyini və "xxxx" MMC-nin anbarına xarici ölkələrdən gələn həmin əmlakları tırlardan boşaldaraq avtokarla daşıyıb anbara yerləşdirdiyini qeyd etmişdir. Həmin anbarda ondan başqa şəxlərində işlədiyini və aylıq 600 manat maaş aldığını bildirmişdir. Həmin maaşı Bank Respublikaya aid kartla almışdır. Hər gün səhər saat 09:00-da işə daxil olmuş və 18:00-da işdən çıxmışdır. Təqsirləndirilən şəxs2 da, onunla birlikdə həmin anbarda fəhlə işləmişdir. 2023-cü ilin aprel ayının sonlarında onunla birlikdə anbarda fəhlə işləyən Təqsirləndirilən şəxs3 ona və həmçinin onlarla birlikdə fəhlə işləyən Təqsirləndirilən şəxs2 anbarda artıq mallar olduğunu bildirmiş və onlara təklif etmişdir ki, həmin malları anbardan oğurluyaraq çıxarmağda köməklik etsinlər. Onlar da, pula ehtiyacları olduğundan Elçinlə razılaşmışdırlar. Belə ki, ilk dəfə olaraq o, Seyidəli və Elçin xx.xx.2023-cü il tarixdə 18 ədəd 05 litrik “Total-10 w 40” mühərrik yağlarını idarə etdiyi avtokara yükləmiş və həmin avtokarla anbardan çölə çıxarıb Seyidəlinin idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləməklə həmin yağları aparıb Elçinin yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə boşaltmışdırlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Seyidəli və Elçin 01 ədəd 04 litrlik “Total-10 w 40”, 01 ədəd 05 litrlik “Total-0 w 40”, 01 ədəd 05 litrik “Total-05 w 20”, 01 ədəd 05 litrik “Total NFC 5 w 30”, 01 ədəd 05 litrlik “Total life-5 w 30”, 02 ədəd 01 litrlik “Total-5 w 40” mühərrik yağları və 03 ədəd 05 litrlik “Swag10930018” sürətlər qutusu yağlarını idarə etdiyi avtokara yükləmiş və həmin avtokarla anbardan çölə çıxararaq Seydəlinin idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləməklə həmin yağları aparıb Elçinin yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə boşaltmışdırlar. Bundan sonra 10 may 2023-cü il tarixdə Seyidəli ilə birlikdə anbardan 20 ədəd 5 litrlik “Total Mc3” markalı mühərrik yağlarını oğurlayaraq idarə etdiyi avtokara yükləyərək anbardan çölə çıxarmaqla Seydəlinin idarə etdiyi “Mercedes Class” markalı **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları qaynı X2 vasitəsi ilə tanıdığı Şahid1 ümumilikdə 636 manata satmışdırlar və həmin pulu Seyidəli ilə yarı bölmüşdürlər. Bundan sonra 15 may 2023-cü il tarixdə Seyidəli ilə birlikdə anbardan 33 ədəd 5 litrlik “Total Mc3” markalı mühərrik yağlarını oğurlayaraq idarə etdiyi avtokara yükləmiş və anbardan çölə çıxararaq Seydəlinin idarə etdiyi “Mercedes Class” markalı **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları qaynı X2 vasitəsi ilə tanıdığı Şahid1 ümumilikdə 660 manata sataraq həmin pulu Seyidəli ilə yarı bölmüşdürlər. Bundan başqa 20 may 2023-cü il tarixdə Seyidəli ilə birlikdə anbardan 15 ədəd 01 litrlik “Total-10w40”, 15 ədəd 05 litrlik “Total-5w40” mühərrik yağlarını oğurlayaraq idarə etdiyi avtokara yükləməklə anbardan çölə çıxararaq Seydəlinin idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları Seyidəlinin tanışı Şahid2 vermişdirlər. Aralarında olan razılıqa əsasən Zamiq satdıqdan sonra yağların pulunu verəcəkmiş. Bundan başqa 25 may 2023-cü il tarixdə Seyidəli ilə birlikdə anbardan 02 ədəd 55-AH, 02 ədəd 62-AH, 01 ədəd 70-AH, “Hagen” –akkumlyatorı oğurlayaraq idarə etdiyi avtokara yükləməklə anbardan çölə çıxarmış və Seydəlinin idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları Seyidəlinin tanışı Şahid2 vermişdirlər. Zamiq onlara yağlara və akkumlyatora görə ümumilkdə 600 manat pul vermiş və onlar həmin pulu Seyidəli ilə yarı bölmüşdürlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmin anbardan 32 ədəd 5 litrlik “Drive+5w30”, 01 ədəd 4 litrlik “Total 15w40”, 01 ədəd 01 litrlik “Agat 15w40” markalı mühərrik yağları və 24 ədəd 1,5 litrlik “Swag antifreeze” çıxararaq Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuşdurlar. Həmin günü saat 09 radələrində işdən çıxmaq istəyərkən anbarda satış meneceri işləyən Emil Rəsulov onlara yaxınlaşaraq Seyidəlinin avtomobilinə baxış keçirəcəyini bildirmişdir. Seyidəli və həmçinin də o, buna etiraz etməmişdirlər və maşının açarını Emilə vermişdirlər. Emil avtomobilin yük hissəsini açdıqda yuxarıda qeyd etdiyi əmlakı orada görmüş və anbardan oğurluq etdiklərini bilmişdir. Bu zaman Emil 102 xidmətinə məlumat vermiş və 10 dəqiqədən sonra Abşeron RPİ-nin polis əməkdaşları gələrək onları polis idarəsinə gətirmişdirlər. Bildirmişdir ki, Şahid1, X2 və Şahid2 əmlakın oğurluq olmasından heç bir məlumatları olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildən "xxxx" MMC-də fəhlə işləyir. Həmin "xxxx" MMC avtomobil akkmulyatorların, avtomobil yağlarının, antifreeze, avtomobil ehtiyyat hissələrinin topdan satışını həyata keçirdiyini, o da "xxxx" MMC-nin anbarına xarici ölkələrdən gələn həmin əmlakları tırlardan boşaldaraq avtokarla daşımaqla anbara yerləşdirmişdir. Həmin anbarda ondan başqa şəxlərdə işləmişdir. Aylıq 500 manat maaş almış, həmin maaşı Bank Respublikaya məxsus kartla əldə etmişdir. Hər gün səhər saat 09:00-da işə daxil olmuş və 18:00-da işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 da onunla birlikdə həmin anbarda fəhlə işləmişdir. 2023-cü ilin aprel ayının sonlarında onunla birlikdə anbarda fəhlə işləyən Təqsirləndirilən şəxs3 ona və həmçinin onlarla birlikdə fəhlə işləyən Təqsirləndirilən şəxs1 anbarda artıq mallar olduğunu bildirməklə onlara təklif etmişdir ki, həmin malları anbardan oğurluyaraq çıxarmağda köməklik etsinlər. Onlarda pula ehtiyacları olduqları üçün Elçinlə razılaşmışdırlar. Belə ki, ilk dəfə olaraq o, Əli və Elçin xx.xx.2023-cü il tarixdə 18 ədəd 05 litrik “Total-10 w 40” mühərrik yağlarını Əlinin idarə etdiyi avtokara yükləmiş və həmin avtokarla anbardan çölə çıxararaq onun idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləməklə həmin yağları apararaq Elçinin yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə boşaltmışdırlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Əli və Elçin 01 ədəd 04 litrlik “Total-10 w 40”, 01 ədəd 05 litrlik “Total-0 w 40”, 01 ədəd 05 litrik “Total-05 w 20”, 01 ədəd 05 litrik “Total NFC 5 w 30”, 01 ədəd 05 litrlik “Total life-5 w 30”, 02 ədəd 01 litrlik “Total-5 w 40” mühərrik yağları və 03 ədəd 05 litrlik “Swag10930018” sürətlər qutusu yağlarını Əlinin idarə etdiyi avtokara yükləmiş və həmin avtokarla anbardan çölə çıxararaq onun idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləməklə həmin yağları apararaq Elçinin yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə boşaltmışdırlar. Bundan sonra 10 may 2023-cü il tarixdə Əli ilə birlikdə anbardan 20 ədəd 5 litrlik “Total Mc3” markalı mühərrik yağlarını oğurlayaraq Əlinin idarə etdiyi avtokara yükləməklə anbardan çölə çıxarmış və onun idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları Əlinin qaynı X2 vasitəsi ilə tanıdığları Şahid1 ümumilikdə 636 manata satmış və həmin pulu Əli ilə yarı bölmüşdürlər. Bundan sonra 15 may 2023-cü il tarixdə Əli ilə birlikdə anbardan 33 ədəd 5 litrlik “Total Mc3” markalı mühərrik yağlarını oğurlayaraq Əlinin idarə etdiyi avtokara yükləməklə anbardan çölə çıxarmış və onun idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları Əlinin qaynı X2 vasitəsi ilə tanıdığları Şahid1 ümumilikdə 660 manata satmışdırlar. Həmin pulu Əli ilə yarı bölmüşdürlər. Bundan başqa 20 may 2023-cü il tarixdə Əli ilə birlikdə anbardan 15 ədəd 01 litrlik “Total-10w40”, 15 ədəd 05 litrlik “Total-5w40” mühərrik yağlarını oğurlayaraq Əlinin idarə etdiyi avtokara yükləməklə anbardan çölə çıxararaq onun idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları onun tanışı Şahid2 vermişdirlər. Aralarında olan razılıqa əsasən Zamiq həmin əmlakı sataraq pulunu verəcəkmiş. Bundan başqa 25 may 2023-cü il tarixdə Əli ilə birlikdə anbardan 02 ədəd 55-AH, 02 ədəd 62-AH, 01 ədəd 70-AH, “Hagen” –akkumlyatoru oğurlayaraq Əlinin idarə etdiyi avtokara yükləməklə anbardan çölə çıxarmış və onun idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişdirlər. Həmin yağları onun tanışı Şahid2 vermişdirlər. Zamiq isə onlara yağlara və akkumlyatora görə ümumilikdə 600 manat pul vermişdir. Həmin pulu isə onlar Əli ilə yarı bölmüşdürlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmin anbardan 32 ədəd 5 litrlik “Drive+5w30”, 01 ədəd 4 litrlik “Total 15w40”, 01 ədəd 01 litlik “Agat 15w40” markalı mühərrik yağları və 24 ədəd 1,5 litrlik “Swag antifreeze” çıxararaq onun etibarnamə əsasında idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuşdurlar. Həmin günü saat 09 radələrində işdən çıxmaq istəyərkən anbarda satış meneceri işləyən Emil Rəsulov onlara yaxınlaşaraq onun avtomobilinə baxış keçirəcəyini bildirmişdir. Əli və həmçinin də o, buna etiraz etməmişdirlər və maşının açarını Emilə vermişdirlər. Emil avtomobilin yük hissəsini açdıqda yuxarıda qeyd etdiyi əmlakı orada görmüş və anbardan oğurluq etdiklərini bilmişdir. Bu zaman Emil 102 xidmətinə məlumat vermiş və 10 dəqiqədən sonra Abşeron RPİ-nin polis əməkdaşları gələrək onları polis idarəsinə gətirmişdirlər.Bildirmişdir ki, Şahid1, X2 və Şahid2 əmlakın oğurluq olmasından heç bir məlumatları olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhlə kimi işləyir. xx.xx.2023-cü il tarixdə həmin MMC-dən öz ərizəsi ilə işdən azad olunmuşdur. Həmin "xxxx" MMC-nin avtomobil akkumlyatorların, avtomobil yağlarının, antifreeze, avtomobil ehtiyyat hissələrinin topdan satışını həyata keçirdiyini və onunda "xxxx" MMC-nin anbarında sifarişlərin toplanmasını həyata keçirdiyini qeyd etmişdir. Aylıq 500 manat maaş almış və həmin maaşı Bank Respublikaya aid kartla əldə etmişdir. Hər gün səhər saat 09:00-da işə daxil olmuş və 18:00-da işdən çıxmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da həmin şirkətdə fəhlə işləmişdir. Seyidəlini şirkətdə işləməmişdən əvvəl tanımış, Əlini isə şirkətdən tanımışdır. 2023-cü ilin aprel ayının sonlarında pula ehtiyacları olduğu üçün o, Əli və Seyidəli anbardan oğurluq etmək qərarına gəlmişdirlər. Belə ki, o, həmin anbardan iki dəfə oğurluq etdiyini qeyd etmişdir. Birinci dəfə xx.xx.2023-cü il tarixdə o, Əli və Seyidəli anbardan 18 ədəd 05 litrik “Total-10 w 40” mühərrik yağlarını oğulayaraq Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmiş və anbardan çıxaraq oradan uzaqlaşmışdır. Həmin yağları yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evə apararaq evdə yatdığı çarpayının altında gizlətmişdir. İkinci dəfə xx.xx.2023-cü il tarixdə o, Əli və Seyidəli anbardan 01 ədəd 04 litrlik “Total-10 w 40”, 01 ədəd 05 litrlik “Total-0 w 40”, 01 ədəd 05 litrik “Total-05 w 20”, 01 ədəd 05 litrik “Total NFC 5 w 30”, 01 ədəd 05 litrlik “Total life-5 w 30”, 02 ədəd 01 litrlik “Total-5 w 40” mühərrik yağlarını və 03 ədəd 05 litrlik “Swag10930018” sürətlər qutusunun yağlarını oğulayaraq Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmiş və əmlakı anbardan çıxararaq oradan uzaqlaşmışdırlar. Həmin yağları yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evə apararaq evdə yatdığı çarpayının altında gizlətmişdir. Həmin yağları sataraq pulunu da, Əli və Seyidəli ilə öz aralarında bölüşdürəcəkləri barədə razılaşmışdırlar. Lakin bu günə kimi həmin yağlar yaşadığı evdə olduğunu və onları hazırda istintaqa təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən "xxxx" MMC-də satış rəhbəri işləyir. "xxxx" MMC-nin fəaliyyəti avtomobil akkumlyatorların, avtomobil yağlarının, antifreeze, avtomobil ehtiyyat hissələrinin Azərbaycan Respublikası ərazisində topdan satışını həyata keçirməkdir. Həmin MMC-yə qeyd olunan məhsullar Çin, Koreya, İndoneziya və s. Avropa ölkələrindən gəldiyini qey etmiş və həmin MMC-nin təqribən 100 nəfərə yaxın işçisin olduğunu qeyd etmişdir. Abşeron RPİ-nə vermiş olduğu ərizəsi ilə bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin MMC-də fəhlə kimi işləmişdirlər. xx.xx.2023-cü il tarixdə anbara nəzər saldıqda anbardan oğurluq olmasından şübhələnmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 son vaxtlarda özlərini şübhəli apardıqlarından həmin gündən başlayaraq sonuncuları izləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Əli və Seyidəlidən şübhələndiyi üçün onlara yaxınlaşaraq Seyidəlinin avtomobilinə baxış keçirəcəyini demişdir. Seyidəli buna etiraz etməyərək avtomobilin yük yerini və qapılarını açmış, bu zaman avtomobildən sərnişin və yük yerində 32 ədəd 5 litrlik “Drive+5w30”, 01 ədəd 4 litrlik “Total 15w40”, 01 ədəd 01 litlik “Agat 15w40” markalı mühərrik yağları və 24 ədəd 1,5 litrlik “Swag antifreeze”aşkar etmişdir. O, Əli və Seyidəlidən bunların nə olduğunu soruşduqda onlar həmin əmlakı anbardan oğurladıqlarını etiraf etmişdirlər. O, Əli və Seyidəliyə heç bir söz demədən DİNnin 102 xidmətinə zəng edərək məlumat vermiş, bundan sonra Abşeron RPİ-nin əməkdaşları gələrək həmin şəxsləri polis idarəsinə aparmışdırlar. Daha sonra o, Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir."xxxx" MMC-nin adından yazılan məktubda göstərilən əmlakın adları, çəkiləri, kodları və qiymətləri düzgündür. Qeyd etmişdir ki, həmin MMC-də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurluq olduğunu bildikdən sonra həmin MMC-də işçilərin iştirakı ilə sayım işləri həyata keçirilmiş və məlum olmuşdur ki, Aktiv Qrup MMC-yə məxsus anbardan xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər olan müddət ərzində siyahıda adları qeyd edilən əmlak əskik gəlmişdir. Həmin əmlakın da ümumi dəyəri 240285.95 manat olmuşdur."xxxx" MMC-nin 240285.95 manat dəyərində əskik gəlmiş əmlakın hammısının konkret olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmasında şübhəli deyildir. Həmin əmlakın kim tərəfindən oğurlanmasınıda bilmirlər. Həmçinin də həmin əmlakın oğurlanmasında konkret olaraq hər hansı bir kimsədən və yaxud da işçilərindən şübhəsi yoxdur. Bu səbəbdən oğurluqun sübuta yetirilməsini istintaqın mülahizəsinə buraxmışdır. Həmin mühərrik yağlarının və akkumlyatorların anbarda olan satış qiymətləri mövcud olmuşdur. Belə ki, “Total 10-40” 5lt – 68 manat, “Total 10-40” 4lt – 56 manat, “Total 0-40” 5lt – 142 manat, “Total 5-20” 5lt - 115 manat, “Total 5-30” 5lt nfc - 99 manat, “Total 5-30” 5lt long life - 131 manat, “Total 5-40” 1lt - 24 manat, “Drive+ 5-30” 5lt - 74 manat, “Total 15-40” 4lt - 58 manat, “Agat 15-40” 1lt - 6.2 manat, “Total 5-30” 5lt Mc3 - 105 manat, “Total 5-40” 5lt - 99 manat, “Swag 10930018” - 69.85 manat, “Swag 10924196” - 8 manat, “Total-10w40” 1 lt,-18 manat, “Hagen 55ah” - 120 manat, “Hagen 62ah” - 125 manat, “Hagen 70ah” - 156 manat dəyərindədir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 2023-cü ilin mart ayından "xxxx" MMC-də sürücü işləyir. Həmin MMC şirniyyat satışı ilə məşğul olur. O da həmin şirniyyatın çatdırılmasını həyata keçirmişdir. Həmin MMC-də 700 manat maaş almışdır. Belə ki, mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı və həmçinin də Əlinin qaynı X2 vasitəsi ilə tanımışdır. Həmin şəxslərlə yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 da, Əliyə görə tanımışdır. Belə ki, 2023-cü ilin may ayının əvvələrində Əlinin qaynı Vüsalla birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan vaxt Əli gəlib ora çıxmışdır. O, Əli ilə ilk dəfə orada rastlaşmış və tanış olmuşdur. Əli ora tək gəlmişdir. Söhbət zamanı Əli bildirmişdir ki, onda avtomobil mühərrik yağı vardır və dediklərini ucuz qiymətə, yəni 05 litrini 35 manata satır. Həmin vaxtı o, Əliyə həmin yağı ala biləcəyini demiş və bundan sonra onlar bir birlərinə nömrələrini vermişdirlər. Həmin günü səhəri axşam saat 22 radələrində Əli ilə zəngləşərək Bakı şəhərində Nəsimi metrosunun yanında görüşmüşdürlər. Həmin vaxtı Əli sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 ilə birlikdə sonunun idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Bu zaman Əli avtomobilin yük yerində olan 20 ədəd 5 litlik “Total Mc3” adlı yağları ona göstərmiş, o da, həmin 20 ədəd mühərrik yağına görə Əliyə 636 manat pul vermişdir. Yağın birinin qiyməti 31 manat 80 qəpiyə düşmüşdür. Bundan başqa 2023-cü ilin may ayının ortalarında Əli ona zəng edərək həmin yağdan 33 ədəd də, olmasını bildirmişdir. Onlar Əli ilə razılaşaraq Nizami rayonu, Çobanzadə küçəsində görüşmüşdürlər. Həmin vaxtı Əli yenə də, Təqsirləndirilən şəxs2 ilə birlikdə sonunun idarə etdiyi “Mercedes Class” markalı **-HC- *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, 33 ədəd 5 litrlik “Total Mc3” adlı yağları götürərək 01 ədədinin qiymətini 20 manat hesablamaqla Əliyə 660 manat pul vermiş və yağları götürərək getmişdir. Qeyd etmişdir ki, Əlidən aldığı yağları, ədəd-ədəd olmaqla Nəsimi rayon ərazisində tanımadığı maşın alverçilərinə hər birini 35 manata satmışdır. O, həmin mühərrik yağlarının oğurluq olduğunu bilməmiş və bu barədə də, məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, övladı yoxdur. Sumqayıt şəhəri, 11-ci mkr.-da yerləşən qarajlarda avtomobil ustası işləmişdir. Hazırda özü və arvadı heç bir yerdə işləmirlər. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs2ov oğlu ona müştəri kimi yaxınlaşaraq avtomobilin sürət ötücüsündə nasazılıq olduğunu bildirmişdir. Həmin vaxt o, Seyidəlinin idarə etdiyi “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmişdir. Həmin vaxtı söhbət zamanı Seyidəli "xxxx" MMC-də işlədiyini, həmin MMC-nin avtomobil akkumlyatorların, avtomobil yağlarının, antifreeze, avtomobil ehtiyyat hissələrinin topdan satışını həyata keçirdiyini bildirmiş və ona təklif etmişdir ki, əgər başqa yerlərə nisbətən ucuz qiymətə bu adları sadalanan mallardan lazım olsa məlumat versin. O da, Seyidəliyə bildirmişdir ki, yanına gələn müştərilərə bu barədə təklif edəcək və lazım olsa əlaqə saxlayacaq. Daha sonra bir-birlərinə nömrələrini vermişdirlər. 2023-cü ilin may ayının əvvələrində Seyidəli idarə etdiyi avtomobillə ona 15 ədəd 01 litrlik “Total-10w40” markalı mühərrik yağı və 15 ədəd 05 litrlik “Total-5w40” mühərrik yağları gətirmişdir. O, Seyidəli ilə aralarında olan razılıqa əsasən həmin yağları satdıqdan sonra pulunu sonuncuya verəcəkmiş. Bundan başqa 2023-cü ilin may ayının ortalarında Seyidəli idarə etdiyi avtomobillə ona 02 ədəd 55-AH, 02 ədəd 62-AH, 01 ədəd 70-AH “Hagen” markalı avtomobil akkumlyatoru gətirmişdir. Bundan sonra o, həmin yağları və akkumlyatorları yanına gələn müştərilərə satmışdır. Yağlara və akkumlyatorlara görə ümumilikdə Seyidəliyə 600 manat pul vermişdir. Həmin pulu da, Seyidəliyə iki dəfəyə milli öndən sonuncunun istifadəsində olan kart hesabına atmışdır. Həmin çekləri də, istintaq şöbəsinə təqdim etmişdir. Qeyd edilən yağlardan və akkumlyatorlardan ona qazanc kimi 150 manat pul qalmışdır. Əlavə olaraq həmin əmlakın oğurluq olmasından xəbərinin olmadığını, xəbərdar olacağı təqdirdə Seyidəlidən heç bir şey almıyacağını qeyd etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə hadisə yerinə baxış protokolundan görünür ki, baş vermiş hadisə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC anbarında baş vermişdir və maddi sübutlar “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkarlanmışdır. İş üzrə xx.xx.2023-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Mercedes Class” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və yük yerindən 32 ədəd 5 litrlik “Drive+5w30”, 01 ədəd 4 litrlik “Total 15w40”, 01 ədəd 01 litlik “Agat 15w40” markalı mühərrik yağları və 24 ədəd 1,5 litrlik “Swag antifreeze” aşkar edilərək götürülmüşdür. İş üzrə xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs3 “ifadənin yerində yoxlanılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Əhmədov X5 şöbəsinə yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə yatdığı otaqda çarpayının yanında saxladığı 18 ədəd 05 litrik “Total-10 w 40”, 01 ədəd 04 litrlik “Total-10 w 40”, 01 ədəd 05 litrlik “Total-0 w 40”, 01 ədəd 05 litrik “Total-05 w 20”, 01 ədəd 05 litrik “Total NFC 5 ədəd 05 litrlik “Swag10930018” sürətlər qutusu yağları aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi “İpone ” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin telefon «İdone» markalı mobil telefondur. Üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Həmin mobil nömrə ilə iki nüsxədə ayrı-ayrılıqda “votsap” bölümü aşılmışdır. Həmin telefonun birinci “Votsap” bölümünə baxış zamanı Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrənin votsap bölümündən Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı mobil nömrənin “votsap” bölümü arasında 22 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixinədək, ikinci “votsap” bölümündə isə xx.xx.2023-cü il tarixdə olan yazışmalar müəyyən edilmişdir. “Votsap” bölümlərində Təqsirləndirilən şəxs2 “Seyıd AG” kimi , Təqsirləndirilən şəxs1 isə “Ali Rzayev” kimi qeyd edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin yazışmaların özünə məxsus olmasını, həmin yazışmaları Təqsirləndirilən şəxs2la aparmasını, həmin yazışmaları "xxxx" MMC-nin anbarından oğurladıqları əmlaklarla bağlı olmasını bildirmişdir. İş üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda "xxxx" MMC-nin anbarda olan xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər olan müddətdə sayım zamanı 240285.95 manat dəyərində əmlakın əskik olduğu aşkarlanmış, həmin əskik olan əmlakların sayları, qiymətləri göstərilmişdir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmiş qiymət siyahısı ilə müəyyən edilmişdir ki, “Total 10-40” 5lt – 68 manat, “Total 10-40” 4lt – 56 manat, “Total 0-40” 5lt – 142 manat, “Total 5-20” 5lt - 115 manat, “Total 5-30” 5lt nfc - 99 manat, “Total 5-30” 5lt long life - 131 manat, “Total 5-40” 1lt - 24 manat, “Drive+ 5-30” 5lt - 74 manat, “Total 15-40” 4lt - 58 manat, “Agat 15-40” 1lt - 6.2 manat, “Total 5-30” 5lt Mc3 - 105 manat, “Total 5-40” 5lt - 99 manat, “Swag 10930018” - 69.85 manat, “Swag 10924196” - 8 manat, “Total-10w40” 1 lt,-18 manat, “Hagen 55ah” - 120 manat, “Hagen 62ah” - 125 manat, “Hagen 70ah” - 156 manat dəyərindədir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/7167/2023 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Total 10-40” 5lt – 68 manat, “Total 10-40” 4lt – 56 manat, “Total 0-40” 5lt – 142 manat, “Total 5-20” 5lt - 115 manat, “Total 5-30” 5lt nfc - 99 manat, “Total 5-30” 5lt long life - 131 manat, “Total 5-40” 1lt - 24 manat, “Drive+ 5-30” 5lt - 74 manat, “Total 15-40” 4lt - 58 manat, “Agat 15-40” 1lt - 6.2 manat, “Total 5-30” 5lt Mc3 - 105 manat, “Total 5-40” 5lt - 99 manat, “Swag 10930018” - 69.85 manat, “Swag 10924196” - 8 manat, “Total-10w40” 1 lt,-18 manat, “Hagen 55ah” - 120 manat, “Hagen 62ah” - 125 manat, “Hagen 70ah” - 156 manat dəyərindədir. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 oğlu əvvəllər məhkum olunmamışdır. İş üzə Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefonun yaddaşında hadisənin izləri saxlandığından maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzə Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi” markalı mobil telefonun yaddaşında hadisənin izləri saxlandığından maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin MSY-nə yerləşdirilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrinə tövsif edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin tarixdə və həmin maddələrlə ittiham elan edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon məhkməsinə təqdimat verilməsi məqsədi ilə Abşeron rayon prokurorluğuna vəsatətlə müraciət edilmiş, Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və təqsirləndirən şəxslərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi nəzərə alınmaqla Abşeron RPİ-nin MSY-dən azad edilmələri barədə qərar qəbul edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Həsənov X3 RPİ-nin MSYdən azad edilmiş və barələrində həmin tarixdə “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin MSY-nə yerləşdirilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin tarixdə və həmin maddələrlə ittiham elan edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon məhkəməsinə təqdimat verilməsi məqsədi ilə Abşeron rayon prokurorluğuna vəsatətlə müraciət edilmiş, Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və təqsirləndirən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi nəzərə alınmaqla Abşeron RPİ-nin MSY-dən azad edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə Əhmədov X6 RPİ-nin MSY-dən azad edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işindən Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29, 177.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə, Təqsirləndirilən şəxs3 əməli isə həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrindən 177.2.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində, həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin nümayəndəsinin və şahidlərin ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü Hüseyn Rzayev, xx.xx.2019-cu il təvəllüdlü Uğur Rzayev adlı 2 azyaşlı övladının olmasını, cəza təyini zamanı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinə yönələn hərəkətlərin edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinə yönələn hərəkətlərin edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs3 tərəfindən tam ödənilmişdir, digər təqsirləndirilən şəxslər isə oğurlanmış əmlakların bir qismini qaytarmış, qalan 8000 manat məbləğində dəymiş ziyanı isə zərərçəkmiş şəxslərə məhkəmə zalında təqdim etmiş, lakin zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş ziyanı qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3, , Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətmələrini, cəzalarının yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində, saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 məxsus “Mercedes Class” markalı **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və yük yerindən götürülmüş 32 ədəd 5 litrlik “Drive+5w30”, 01 ədəd 4 litrlik “Total 15w40”, 01 ədəd 01 litlik “Agat 15w40” markalı mühərrik yağları və 24 ədəd 1,5 litrlik “Swag antifreeze”, həmçinin Təqsirləndirilən şəxs3 yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə yatdığı otaqda çarpayının yanında saxladığı 18 ədəd 05 litrik “Total-10 w 40”, 01 ədəd 04 litrlik “Total-10 w 40”, 01 ədəd 05 litrlik “Total-0 w 40”, 01 ədəd 05 litrik “Total-05 w 20”, 01 ədəd 05 litrik “Total NFC 5 ədəd 05 litrlik “Swag10930018” sürətlər qutusu yağlarının zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Hökmün icrası təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Sumqayıt şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində, saxlandığı müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində, saxlandığı müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində, saxlandığı müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 məxsus “Mercedes Class” markalı **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və yük yerindən götürülmüş 32 ədəd 5 litrlik “Drive+5w30”, 01 ədəd 4 litrlik “Total 15w40”, 01 ədəd 01 litlik “Agat 15w40” markalı mühərrik yağları və 24 ədəd 1,5 litrlik “Swag antifreeze”, həmçinin Təqsirləndirilən şəxs3 yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İsmət Qayıbov küçəsində 56 saylı fərdi evdə yatdığı otaqda çarpayının yanında saxladığı 18 ədəd 05 litrik “Total-10 w 40”, 01 ədəd 04 litrlik “Total-10 w 40”, 01 ədəd 05 litrlik “Total-0 w 40”, 01 ədəd 05 litrik “Total-05 w 20”, 01 ədəd 05 litrik “Total NFC 5 ədəd 05 litrlik “Swag10930018” sürətlər qutusu yağlarının zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Sumqayıt şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-394/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-394/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver