Məhkəmə qərarları › İş №1(012)-394/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-394/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-394/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə X3 Sabunçu RPİnin inzibati ərazisində yerləşən Abşeron rayonu Məmmədli qəsəbəsi Əjdər Məlikov küçəsində yerləşən 5 hissəli “50 Qəpik" avtoyuma məntəqəsinə lazımı mühərrik, nassos və digər lazımı cihazları alaraq quraşdıracağı barədə yalan vəd verib, 02 iyun 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən metronun Əcəmi stansiyasının yaxınlığında 3000 manat pulunu, 04 iyun 2024-cü il tarixdə saat 12:30 radələrində Sabunçu RPİ-nın inzibati ərazisində yerləşən Abşeron rayonu Məmmədli qəsəbəsi Əjdər Məlikov küçəsində yerləşən 5 hissəli "50 Qəpik” avtoyuma məntəqəsində mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs məxsus Kapital Bank tərəfindən verilmiş 4169 7388 0707 2529 saylı plastik bankomat kartına göndərilmiş 5500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, ümumilikdə zərərçəkmiş şəxs Vüsal Rzayevə 8500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, baş vermiş hadisədən təxminən iki ay əvvəl əvvəllər tanımadığı şəxs ona məxsus mobil nömrəyə zəng edərək, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində “50 Qəpik” avtoyuma məntəqəsi açmaq istədiyini və ora lazımı olan cihazların onun tərəfindən quraşdırılması üçün görüşməyi təklif etdikdə, o, təklifi qəbul etmiş və 2024-cü ilin hazırda xatırlamadığı may ayının günlərindən birində həmin şəxslə, yəni Vüsalla görüşmüşdür. O, söhbət zamanı Vüsala qeyd olunan məntəqəyə cihazların quraşdırılması üçün 16000 manat pul lazım olacağını, həmin məbləğin yarısın işə başlayarkən, digər yarı hissəsini isə iş bitdikdən sonra verəcəyini dedikdə, sonuncu onun təklifini qəbul etmiş və tezliklə görüşmək barədə vədələşmişlər. O, 02 iyun 2024-cu il tarixdə Vüsalla Əcəmi stansiyasının yaxınlığında görüşmüş, sonuncu ona ilkin olaraq 3000 manat verərək, iki gün sonra əlavə olaraq 5500 manat pul verəcəyinə söz verdiyindən o, pulu götürərək, oradan ayrılmışdır. 04 iyun 2024-cü il tarixdə o, Whatssap sosial şəbəkə vasitəsi ilə Vüsalla əlaqə saxlayaraq, harada olmasını soruşduqda, o, Bakı şəhəri Kürdəxanı ərazisində yerləşən obyektdə olmasımı demiş, o, 04 ədəd motor və nasos alaraq, sonuncunun olduğu məntəqəyə getmişdir. O, gətirdiyi cihazları Vüsala göstərdikdən sonra həmin məntəqədə bir hissəyə yerləşdirmiş və özünə məxsus məxsus “Kapital Bank” tərəfindən verilmiş 4169 7388 0707 2529 saylı kart nömrəsini onun mobil telefonuna göndərək, qalan 5500 manat pulu həmin karta göndərməsini bildirmiş, sonuncu həmin karta 5500 manat pul göndərmişdir. Bu hadəsədən bir neçə gün sonra Vüsalın məntəqəsinə apardığı 4 ədəd matoru və nasosu aparıb yığıb gətirmək adı ilə götürmüşdür. O, işi gecikdirdiyindən Vüsal başqa şəxslə razılığa gələrək, işi ona tapşırmış və ona verdiyi pulu tam olaraq geri istəmişdir. O, həmin mator və nasosları tanımadığı şəxslərə satmış, əldə etdiyi pulları öz tələbatına xərcləmiş, Vüsalı isə pulu tezliklə qaytaracağına dair müxtəlif yollarla əmin etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin himayəsində 02 yetkinlik yaşına çatmayan və 01 azyaşlı övladlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. 28 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilən X4 verdiyi ifadəsində göstərdi ki, o, baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs tanımamışdır. O, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Əjdər Məlikov küçəsində “50 qəpiklik"avto-yuma yerinin açılması üçün 2024-cü ilin may ayında əvvəllər tanımadığı Rövşən adlı şəxslə əlaqə saxlamış və həmin məntəqə üçün ona 5 ədəd nasos və 5 ədəd motor lazım olmasını bildirmiş, bundan sonra 02 iyun 2024-cü ildə metronun Əcəmi stansiyasının yaxınlığında sonuncu ilə görüşmüş və ona həmin cihazlar müqabilində ilkin olaraq 3000 manat nağd pul verərək, qısa zamanda qalan hissənidə verəcəyi ilə bağlı razılığa gəlmişlər. 04 iyun 2024-cü il tarixdə o, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Əjdor Məlikov küçəsində açılacaq avto-yuma yerində Rovşənlə görüşərək, 5500 manat pulu ona məxsus bankomat kartına göndərmiş, lakin həmin müddətdən sonra sonuncu verdiyi vədinə əməl etməyək, etibarından sui-istifadə etmiş və ona qarşı dələduzluq etmişdir. O, Rövşənin etinasız hərəkətlərindən təxminən 01 ay sonra sonra DİN-ın 102 xidmətinə zəng edərək, baş verən hadisə barədə məlumat vermiş və sonuncu ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin hadisə nəticəsində ona 8500 manat maddi ziyan dəymişdir. Bundan əlavə zərərçəkmiş şəxs Vüsal Rzayev məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs ümumilikdə vermiş olduğu 8500 manat olan pulun 3000 manatını Əcəmi metrostansiyasının yaxınlığında nağd olaraq, qalan hissəsini, yəni 5500 manat pulu isə Abşeron rayonu, Məmmədli qəsəbəsi, Əjdər Məlikov küçəsində sonuncuya məxsus 4169 7388 0707 2529 nömrəli plastik karta göndərmişdir. Zərərçəkmiş şəxs Vüsal Rzayev məhkəməyə şifahi və yazılı şəkildə X9 tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını, barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 12 avqust 2024cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;

2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “İttiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi” haqqında 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs – xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuşdur;

4. “Cinayət işinin icraatının dayandırılması” haqqında 23 avqust 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən ********* saylı cinayət işinin icraatı dayandırılmışdır;

5. “Axtarışda olan şəxsin tutulması” barədə 28 avqust 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə, saat 14:15-də Bakı şəhəri, Xəzər rayonunun ərazisində saxlanılaraq, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilərək. aidiyyəti üzrə Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək, aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir;

6. “Cinayət işi üzrə icraatının təzələnməsi” haqqında 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq, Sabunçu RPİ-nin MSY-nə təhvil verildiyindən ********* saylı cinayət işinin icraatı təzələnmişdir;

7. “Cinayət işinin tövsif edilməsi” haqqında 29 avqust 2024-cü il tarixli qərara əsasən ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövif edilmişdir;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 sentyabr 2024-cü il tarixli arayışına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.2.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə Təqsirləndirilən şəxs əməlinə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir;

9. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

10. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 4(008)- 529/2024 saylı qərarı ilə həbs etmənin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

11. “Sübutların qiymətləndirilməsi” haqqında 16 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, X4 tərəfindən təqdim edilmiş 02 ədəd A4 formatlı kağızda olan çıxarışların kserosurətlərinin maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilməsi müəyyən edilmişdir;

12. Zərərçəkmiş şəxs X4 tərəfindən 11 sentyabr 2024-cü il tarixdə səlahiyyətli orqanlara ünvanlanmış ərizəyə əsasən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, barəsində aparılan araşdlrmaya xitam verilməsini xahiş etmiş, sonuncuya qarşı gələcəkdə heç bir şikayəti, tələbi və iddiası olmayacağını qeyd etmişdir;

13. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 4(012)- 571/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-529/2024 saylı, 30 avqust 2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmu, ev dustaqlığında saxlama müddəti seçilmiş həbs qətimkan tədbirinin qalan müddəti həddində, yəni 28 sentyabr 2024-cü il tarixədək müəyyən edilmişdir;

14. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(008)- 750/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilənməsinə dair cinayət işinin məhkəmə baxışının təyin ediməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, qərara almışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir;

15. Abşeron rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 1(012)-1128/2024 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilərək, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır;

16. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 mart 2011-ci il təvəllüdlü X5, 07 yanvar 2013-cü il təvəllüdlü X6 və 10 sentyabr 2021-ci il təvəllüdlü X2 adlı uşaqları vardır.

17. Zərərçəkmiş şəxs X4 tərəfindən 28 noyab 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizəyə əsasən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır;

Şəxsi axtarış və götürmə aparılması barədə 12 avqust 2024-cü il tarixli protokol tədqiq edilərkən müəyyən edilmişdir ki, X4 tərəfindən təqdim edilmiş 02 ədəd A4 vərəqəsində olan çıxarışların kserosurətinə baxış keçirilərkən həmin vərəqələrdən birində «Leo» banka aid **********308720 və «Kapital» banka aid **********072529 nömrəli kartların kodlarının göndərilməsi, tərəflərin biri-birilərinə səsli mesajlar göndərməsini özündə əks etdirməsi, 2-ci vərəqədə isə 416973******3274 nömrəli kart ilə 416973******2529 nömrəli kartlar arasında əməliyyat aparılaraq 5500 manat pulun köçürülməsi özündə əks etdirməsi müəyyən edilir. Baxışda iştirak edən X4 birinci vərəqədə olan SMS yazışmalarının onunla Təqsirləndirilən şəxs aralarında olan yazışmaya aid olması və sonuncu tərəfindən pulun qalan hissəsinin köçürülməsi üçün kart nömrələrini göndərməsini, ikinci vərəqədə isə ona aid bank kartından Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına 5500 manat pulun göndəirilməsini əks etdirən çıxarışın kserosurətləri olmasını bildirmişdir Hər iki vərəq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində azyaşlı övladının olmasını əməlində cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək həbsdə və 17 sentyabr 2024-cü il tarixdən 07 aprel 2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 07 (yeddi) ay 09 (doqquz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncunun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X4 tərəfindən təqdim edilən 02 ədəd A4 formatlı kağızda olan çıxarışların kserosurətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək həbsdə saxlama müddəti, 17 sentyabr 2024-cü il tarixdən 07 aprel 2025-ci il tarixədək ev dustaqlığında saxlanılma müddəti, yəni 07 (yeddi) ay 09 (doqquz) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncunun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış X4 tərəfindən təqdim edilmiş 02 ədəd A4 formatlı kağızda olan çıxarışların kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar