Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-395/2019 07.10.2019 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 1(012)-395/2019 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM ABŞERON RAYON MƏHKƏMƏSİ 7 oktyabr 2019-cu il Xırdalan şəhəri Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü madəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 19.05.2016-cı il tarixə keçən gecə saat 02 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana gələrək, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi maənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs onun adına bankdan götürdüyü kreditin ödənilməsi ilə bağlı telefon zənglərinə cavab verməməsini cüzi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan yataq otağına daxil olub onunla mübahisə edərək ünvanına nalayiq sözlər söyləmiş və zor tətbiq edərək boyun nahiyəsindən tutub başını aşağı əyərək, silah qismində istifadə olunan, əvvəlcədən özü ilə götürdüyü, zavod üsüulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə kürək nahiyəsindən ardıcıllıqla 3 dəfə zərbə vurub ona sol kürək nahiyəsinin bir ədəd, sol bel nahiyəsinin bir ədəd, sol qoltuqaltı nahiyənin bir ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən, dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, onun bu qərəzli hərəkətləri 10 dəqiqə ərzində davam etməklə Zərərçəkmiş şəxs və onun ailə üzvülərinin rahatçılığını və dincliyini pozmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 3 il əvvəldən dostu İmaməddin vasitəsi ilə tanımış, həmin ərəfədə o, İmaməddinlə Mülayimin xahişi ilə “Kapital bank”dan öz adına 5 min manat kredit pul götürüb onlara vermiş, həmin kreditin aylıq ödənişini İmaməddinlə Mülayimin ödəməsi barədə aralarında razılaşma olsa da o, krediti götürüb onlara verdikdən təxminən 8 ay sonra İmaməddin oğurluq etdiyinə görə həbs olunmuş, bundan sonra Mülayim kredit pulunun aylıq ödənişini ödəmədiyinə görə bankla onun arasında narazılıq yaranmış, buna görə də o, Mülayimdən onlara verdiyi kredit pulunun aylıq ödənişini etməsini tələb etməyə başlamış, sonuncu da həmin krediti İmaməddinlə birlikdə götürdüklərini bildirib, aylıq ödənişi etməkdən boyun qaçırmağa başlamış, bu səbəbdən Mülayimlə Xırdalan şəhərində sonuncunun yaşadığı evin yaxınlığında aralarında yaranmış mübahisə zamanı o, əsəbləşərək bıçaqla Mülayimin qolundan vuraraq xəsarət yetirmişdir. Mülayim ondan şikayət etdiyinə görə həmin hadisə ilə bağlı onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilməsi ilə bağlı cinayət işi Abşeron rayon məhkəməsinə göndərilmiş, məhkəmə onu 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, həmin vaxt da Mülayimin valideynləri mübahisənin kredit pulu üstündə olduğu üçün kreditin aylıq ödəniş pulunu hər ay ödəyəcəklərini bildirdiklərinə baxmayaraq həbsxanda olduğu müddətdə cəmi 2 dəfə 50 manat olmaqla poçt vasitəsi ilə onlara pul göndərmişlər. O, cəzasını çəkib qurtardıqdan sonra Mülayim və onun ailə üzvüləri ilə görüşməmiş, lakin həbsdən çıxdıqdan sonra Mülayim ondan qisas alacağından ehtiyat edib, bir neçə dəfə ona zəng etmiş və onu həbs etdirməyindən peşiman olduğunu bildirib, banka olan kredit borcunu ödəyəcəyini söyləmişdir. O da Mülayimə onunla görüşmək istəmədiyini bildirərək banka olan aylıq ödənişləri vaxtında verməsini xahiş etmiş, Mülayim də pulları olanda həmin ödənişi edəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. 18 may 2016-cı ildə axşamüstü bankdan ona zəng edib, kreditin ödənilmədiyinə görə məhkəməyə verəcəklərini bildirmişlər. O da bundan əsəbləşib həmin günü saat təxminən 21 radələrində Mülayimə zəng edərək kredit pulunu nə üçün ödəmədiklərini soruşmuş, sonuncu yenə də müxtəlif bəhanələrlə onu yola verib pulları olmadığı üçün krediti ödəyə bilmədiklərini söyləmişdir. O da Mülayimin və ailə üzvlərinin kredit pulunu ödəmək istəmədiklərini hiss edib, onunla görüşüb bu barədə danışmağı təklif etmiş, Mülayim isə guya ondan qorxduğuna görə görüşmək istəmədiyini bildirərək onun təklifini rədd etmiş, görüşmək istəmədiyini söyləyib telefonu söndürmüşdür. Mülayimin bu hərəkəti onu əsəbləşdirdiyinə görə sonuncunun yaşadığı evə gedib onunla bu barədə danışmaq istəmiş, əvvəllər aralarındakı mübahisə zamanı Mülayimin anası Nəzakətin qonşularını onun üstünə qaldırdığını xatırlayıb, evdən çıxarkən ehtiyat üçün mətbəxlərindəki qara dəstəkli bıçağı gödəkcəsinin cibinə qoyaraq Binəqədi rayonunda yaşadığı evdən çıxıb, saat təxminən 01 radələrində piyada Mülayimin Xırdalan şəhərində yaşadığı evə getmiş və həyət qapısının bağlı olduğunu görüb hasarın üstündən aşaraq həyətə keçmiş, sonra evin əvvəldən tanıdığı yataq otağına yaxınlaşaraq qapını açıb içəri daxil olmuş və otağın işığının yandığını, Mülayimlə anası Nəzakətin həmin otaqdakı ayrı-ayrı çarpayıda yatdıqlarını görüb əli ilə silkələyib Mülayimi yuxudan oyatmış, sonuncu onu görən kimi səs-küy salmağa başlamış, o da sakit olmasını tələb edib, kredit pulunu nə üçün ödəmədiklərini soruşmuş, bu zaman Mülayimin anası Nəzakət də səs-küyə yuxudan ayılıb onun üstünə hücüm edib, yaxasından tutub təhqir edərək, onu tutdurmaqla hədələməyə başlamış, o da Nəzakəti kənara itələmiş, həmin vaxt Mülayim ona tərəf gəlmiş, o da bundan əsəbləşib sonuncunun boynundan tutub başını aşağı əyərək, qorxutmaq niyyəti ilə əlindəki bıçaqla kürək nahiyyəsinə bir-iki yüngül zərbə vurub kənara itələmiş, bu zaman Mülayimin anası Nəzakət qışqırıb köməyə adam çağırmağa başlamış, o da əlindəki bıçağı yerə tullayıb oradan qaçaarq Bakı şəhəri, “Memar Əcəmi” metrostansıyasının yanına gedib gecəni oradakı parkda qalmışdır. Bundan sonra bir neçə gün tanışlarının evində gecələmiş, sonra kirayə ev tutaraq müxtəlif tikintilərdə fəhlə işləməyə başlamış, axtarışda olduğunu bildiyi üçün tez-tez yaşayış və iş yerini dəyişmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsi ev 168də yaşayır. Hal-hazırda işləmir. Əvvəllər Bakı şəhərində paltar mağazasında nəzarətçi işləmiş, Təqsirləndirilən şəxs Fərman oğlunu təxminən 3 il olar ki, İmamədin adlı tanışının vasitəsi ilə tanımışdır. Tanış olduqdan sonra üçü birlikdə Qiyasın adına bankdan 5 min manat kredit pul götürmüşl və həmin puldan 1000 manata qədərini Qiyasa vermişlər. Kreditin aylıq ödənişini isə İmaməddinlə onun ödəməsi barədə razılığa gəlmişlər. Təxminən 8 ay sonra İmaməddin oğurluq etdiyinə görə həbs olunmuş, bundan sonra o, Qiyasın adına götürdükləri kredit pulunun aylıq ödənişini tək ödəyə bilməmiş, bu səbəbdən bankla Qiyasın arasında mübahisə başlamış, sonuncu ondan bankın aylıq kredit pulunu ödəməyi tələb etmiş, aralarında yaranmış mübahisə zamanı Qiyas onu bıçaqla qolundan vuraraq xəsarət yetirmiş, həmin hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılmış və baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. O, valideynlərinin və Qiyasın xahişini nəzərə alıb, sonuncu ilə barışmış, lakin məhkəmə Qiyası 4 ay müddətinə həbs etmiş, həmin vaxtı valideyinləri mübahisənin kredit puluna görə olduğunu nəzərə alıb, həmin pulu hər ay imkanları olduğu qədər ödəyəcəklərini bildirmiş və bundan sonra hər ay 50 manat olmaqla poçt vasitəsi ilə Qiyasın ailəsinə pul ödəmişlər. Qiyas cəzasını çəkib qurtardıqdan sonra onunla görüşməmiş, 2016-cı ilin aprel ayının 10-da Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yanında Qiyasla təsadüfən görüşdüyü vaxt sonuncu onu haradasa oturub söhbət etməyə dəvət etsə də, o razılaşmamış, xoş münasibətlə ayrılıb evlərinə getmişdir. Bundan təxminən bir ay yarım sonra, 18 may 2016cı ildə saat təxminən 21 radələrində Qiyas ***-***-**-** mobil nömrəsindən onun ***-***-**- ** mobil nömrəsinə zəng edərək hal-əhval tutduqdan sonra aylıq kredit puluna görə zəng etdiyini bildirmiş və onunla görüşməyi təklif etmiş, o da bu təklifə etiraz edərək əvvəllər ona bıçaqla xəsarət yetirdiyini xatırladıb ondan qorxduğunu bildirmiş, Qiyas isə ona heç nə etməyəcəyini söyləyib yenə görüşməyi təklif etmiş, o da Qiyasın təklifini rədd edərək görüşmək istəmədiyini bildirmiş və telefonunu söndürmüşdür. Bundan sonra sonuncu telefonla ona bir neçə mesaj yazıb telefonu açmasını xahiş etmiş, o da Qiyasa mesajla cavab verib danışmaq istəmədiyini bildirmiş, saat təxminən 24 radələrində yataq otağına gedib, çarpayıya uzanıb yatmışdır. Həmin gecə saat təxminən 03 radələrində kiminsə əli ilə onu silkələdiyini hiss edib, yuxudan ayılmış və Qiyasın başının üstündə dayandığını görüb qorxudan səsini çıxara bilməməmiş, sonuncu otağın işığını yandırıb əlini ağızına aparıb ona səs çıxarmamasını işarə edib, balışının yanına qoyduğu mobil telefonunu götürmüş, o da bunu görüb Qiyasdan telefonunu qaytarmasını tələb etmiş, bu zaman səsküyə onunla eyni otaqda yatan anası Nəzakət yuxudan oyanmış və Qiyası görüb sonuncudan otaqda nə axtardığını soruşmuş, Qiyas isə anası Nəzakətə cavab verməyib ondan telefon zənglərinə nə üçün cavab vermədiyini soruşmuş, o da cavab verməyib öz mobil telefonunu Qiyasın əlindən dartıb alaraq çarpayının altına tullamış, bu zaman otaqdakı güzgüdə Qiyasın sağ əlində qara dəstəkli mətbəx bıçağı olduğunu görmüş və bundan qorxaraq kənara çəkilmək istəmiş, anası Nəzakət də Qiyası sakitləşdirib söhbət etməyə dəvət etmiş, sonuncu buna əhəmiyyət verməyib, onun boynundan tutub başını aşağı əyib sağ əlindəki bıçaqla kürək nahiyəsinə dalbadal 3 zərbə vurmuş, bu vaxt anası Nəzakət qışqıraraq qonşu otaqda yatan atasını köməyə çağırmış, Qiyas bunu eşidib qaçıb getmişdir. O, aldığı zərbədən nəfəs ala bilmədiyini hiss edib yerə oturmuş, bundan sonra atası və bibisi Rəna onun yanına gəlib anası ilə birlikdə onu yerdən qaldırıb çarpayısına uzadıb təcili tibbi yardıma və polisə zəng etmişlər. Bundan bir neçə dəqiqə sonra polislər və həkimlər gəlib onu Bakı şəhəri Respublika xəstəxanasına aparmışlar. Tibbi yardım göstərdikdən sonra o, ertəsi günü evə buraxılmışdır. Qiyas ona bıçaqla həmin xəsarətləri onunla görüşmək istəmədiyinə görə cəzalandırmaq üçün yetirmiş, həmin vaxt Qiyasın onu öldürmək niyyəti olmamış, Qiyasın ona xəsarət yetirdiyi bıçaq qara dəstəkli mətbəx bıçağı olmuş, o, həmin bıçağın tiyəsinin necə qırıldığını görməmişdir. Hazırda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, ona qarşı şikayətçi olmadığını bildirdi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışdığına və təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 19 may 2016-cı ilə keçən gecə saat təxminən 03 radələrində qonşuluqda yaşayan qardaşı Şahid2 evindən gələn səs-küyə yuxudan ayılıb tez onlara getmiş, həmin vaxt qardaşı qızı Zərərçəkmiş şəxs kürək nahiyyəsindən xəsarət almış vəziyyətdə yataq otağında yerdə oturduğunu görərək onun yanında olan qardaşı arvadı Nəzakətdən nə baş verdiyini soruşmuş, sonuncu da Mülayimin tanışı Təqsirləndirilən şəxs bir neçə dəqiqə əvvəl onların yataq otağına soxulub Mülayimin onun telefon zənglərinə cavab verməməsini bəhanə edərək kürək nahiyyəsindən bıçaqla vurub qaçıb getdiyini söyləmiş, bundan sonra o, qardaşı Elsevərin və Nəzakətin köməkliyi ilə Mülayimi yerdən qaldırıb ağzı üstə çarpayıya uzadıb yaralarına dəsmal tutub qan axmasının qarşısını almağa çalışmış, Nəzakət isə təcili tibbi yardıma və polisə zəng etmiş, bir neçə dəqiqə sonra polislər və həkimlər onların yanına gəlmişlər. Təcili tibbi yardım maşını qardaşı qızı Mülayimi Bakı şəhərindəki Respublika xəstəxanasına aparmış, bundan sonra o da evinə getmişdir. Həkimlər Mülayimə ilkin tibbi yardım göstərib, ertəsi günü evə buraxmışlar. Məhkəmə istintaqı gedişatində Şahid3 ərizə verərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ki, onunla eyni evdə yaşayan qızı Mülayim Nürətova əvvəllər Bakı şəhərində paltar mağazasında nəzarətçi işləmiş, Təqsirləndirilən şəxs Fərman oğlunu təxminən bir il olar ki, qızı Mülayimin tanışı kimi tanımışdır. 2015-ci ilin may ayının 31-də Qiyas Xırdalan şəhərində onların evinin yaxınlığında küçədə qızı Mülayimlə aralarındakı kredit borcu ilə bağlı mübahisə zamanı Mülayimin qolundan bıçaqla vuraraq xəsarət yetirdiyinə görə Abşeron rayon Polis İdarəsində cinayət işi açılaraq istintaq aparıldıqdan sonra cinayət işi Abşeron rayon məhkəməsinə göndərilmiş, qızı Mülayim valideynlərinin və Qiyasın özünün xahişini nəzərə alıb onu bağışlamış, məhkəmə isə onu 4 ay müddətinə həbs etmiş, onlar da mübahisəsinin kredit pulu üstündə olduğunü bilib həmin pulu hər ay imkanları olduğu qədər ödəyəcəklərinə söz vermişlər. Bundan sonra həyat yoldaşı Nəzakətlə hər ay 50 manat olmaqla poçt vasitəsi ilə Qiyasın ailəsinə pul ödəmişlər. 19 may 2016-cı ilə keçən gecə saat təxminən 24 radələrində qızı Mülayimlə həyat yoldaşı Nəzakət yatdıqları otağa getdikdən sonra o da öz yataq otağına geçib yatmış və həmin gecə saat təxminən 03 radələrində Nəzakətgilin yataq otağından gələn səs-küyə yuxudan oyanıb tez paltarını geyinib onların otağına getmiş və qızı Mülayimin kürək nahiyyəsindən xəsarət almış vəziyyətdə yerdə oturduğunu görüb arvadı Nəzakətdən nə baş verdiyini soruşmuş, sonuncu da Mülayimin tanışı Təqsirləndirilən şəxs bir neçə dəqiqə əvvəl onların yataq otağına soxulub Mülayimin onun telefon zənglərinə cavab verməməsini bəhanə edərək, kürək nahiyyəsindən bıçaqla vurub qaçdığını söyləmişdir. Həmin vaxtı qonşuluqda yaşayan bacısı Rəna da səs-küyə onların yanına gəlmiş, bundan sonra o, bacısı Rəna və arvadı Nəzakət ilə birlikdə qızı Mülayimi yerdən qaldırıb ağzı üstə çarpayıya uzatmışlar. Rəna ilə o, Mülayimin yarasına dəsmal tutub qan axmasının qarşısını almağa çalışmışlar. Nəzakət də təcili tibbi yardıma və polisə zəng etmiş, bir neçə dəqiqə sonra polislər və həkimlər onların yaşadıqları evə gəlmiş, təcili tibbi yardım maşını qızı Mülayimi Bakı şəhərindəki Respublika xəstəxanasına aparmış, onlar da həmin xəstəxanaya getmişlər. Həmin gecə həkimlər Mülayimə ilkin tibbi yardım göstərib, ertəsi günü evə buraxmışlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə baxışında və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloj Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair 23.05.2019-cı il tarixli, 826 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol kürək nahiyəsinin bir ədəd, sol bel nahiyəsinin bir ədəd, sol qoltuqaltı nahiyənin bir ədəd kəsilmiş-deşilmiş yaraları iti deşici alətin (alətlərin) təsirindən törənmişdir, müddəti 19.05.2016-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə həm ayrıayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloj Anatomiya ETT Birliyinin maddi sübutların ekspertizasına dair 12.08.2016-ci il tarixli, 327MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus idaman gödəkçəsinin arxa hissəsinin sol nahiyəsində bir ədəd, arxa hissəsinin orta nahiyəsində bir ədəd kapşonunun sol üst hissəsində dörd ədəd və sol qolunun arxa hissəsinin yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ülgüclü, iti ucu və qabırğaları özlərini kifayət qədər biruzə verən yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi sındığına görə eksperiment aparmaq mümkün olmamışdır. Ona görə də Zərərçəkmiş şəxs paltarında aşkar olunmuş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilən bıçaqla yetirilə bilməsini müəyyən etmək mümkün olmamışdır. Təqdim olunmuş bıçaq zavod üsüulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan və və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloj Anatomiya ETT Birliyinin maddi sübutların ekspertizasına dair 17.08.2016-ci il tarixli, 386/2016-MTBŞ saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi AB(İV)H-dır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd jaket və təqdim olunmuş bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B” və “H” agentləri alınmışdır. Bu qan ləkələri AB(H) /İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan 19.05.2016-cı il tarixli hadisə yerinə keçirilən baxış protokolundan görünür ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd idman jaketi və Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi, tiyəsi iki hissəyə bölünmüş, qara rəngli plastik dəstəkli bıçaq iş üçün əhəmiyyətli olduğundan hadisə yerinin müayinəsi zamanı qablaşdırılaraq götürülmüş və maddi sübut olan 1 ədəd idman jaketi və 1 ədəd mətbəx bıçağı saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə arayışından (tələbnamədən) və Abşeron rayon məhkəməsinin 16.10.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayon məhkəməsinin 16.10.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06.02.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədən zaman onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə torətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması, hazırda zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin kokret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla cəza təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cii maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanım yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətim səciyyələndirilən müsbət hallar kimi, zərərçəkmiş şəxslə barışmasını əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülbşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli lıorbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdııan halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmamasını, məhkumun yaşayış yerindən müsbət xarakterizə olunmasını, təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-eii il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə fərdi qaydada məhz hansı cəzanın təyin edilməsini müzakirə edərkən, cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin "Penitenısiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaqın gedişi zamanı Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o, 25.08.2016-cı il tarixində həbsə alınmış, 25.08.2016cı il tarixində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin tutulması üçün barəsində axtarış elan edilmiş, 03.06.2019-cu il tarixdə könüllü olaraq istintaqa təqdim olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində 15.08.2019-cu il tarixində axtarış işi açılmış və o, 25.09.2019-cu il tarixində könüllü olaraq Abşeron RPİ-nə gəlmiş və MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, bir günə bir gün hesabı ilə hesablanır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 25.08.2016-cı il tarixində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş və cinayətin aləti olmuş 01 ədəd mətbəx bıçağı həmin Məcəllənin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli və 01 ədəd idman jaketi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 1 (bir) gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il, 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il, 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş cinayətin aləti olmuş 1 ədəd mətbəx bıçağı məhv edilsin və 01 ədəd idman jaketi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-395/2019
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-395/2019
07.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver