Məhkəmə qərarları › İş №1(012)-395/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-395/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-395/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1981-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 4E, mənzil 30-da faktiki olaraq yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 04 avqust 2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı Yaşayış kompleksində” yerləşən bina 4 E-in qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında Zərərçəkmiş şəxs ona yaşadığı evində ucadan səs-küy salaraq istirahətini pozmasını irad tutması ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əynində olan idman şalvarınn sağ cibindən çıxardığı iti ucu olan yastı tiyə tipli bıçaqla Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyəsinin sağ yarısından, iki dəfə döş qəfəsin arxa səthinin sol yarısından, bir dəfə bel nahiyəsinin sol yarısından, bir dəfə qarın nahiyəsinin sağ yan səthindən ardıcıl zərbələrlə qəsdən vuraraq sonuncuya qarının ön divarının sağ qalça çuxuru nahiyəsində lokallaşan deşilmiş-kəsilmiş yara, döş qəfəsinin, bel nahiyəsinin, qarının ön divarının kəsilmişdeşilmiş yaralarınndan ibarət zərərçəkmiş şəxsin həyatı üşün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. Belə ki, Faiq təxminən 2 ay olar ki, onun yaşadığı binada mənzil 31 ünvanında yaşayır, onunla qapı bir qonşudur, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 24 iyul 2020-ci il tarixdə evində qonaq olmuş, təxminən saat 24 radələrində evinin Faiq tərəfindən olan divarının döyüldüyünü görüb qonşuya heç nə demədən yatmış, həmin vaxtı bilmişdir ki, Faiq evdə olan qonaqlara etiraz edərək səs gəlməməsini istəmişdir. Həmin günün səhəri, yəni 25 iyul 2020-ci il tarixdə saat təxminən 09 radələrində Faiq onun qapısını döydükdən sonra anası Şahid3 kim olduğunu soruşmuş, bu zaman Faiq anası Tahirəyə demişdir ki, oğlunu cağır. Anası qardaşı Azəri cağıraraq qonşunun Anarı cağırmasını demişdir. Qardaşı həmin vaxtı bayıra cıxarkən Faiq ona öz etirazını bildirmiş ki, axşam onların evindən səs gəlmişdir. Qardaşı Azər də demişdir ki, qonaq gəlmişik bir də beləşey olmaz. Həmin vaxtı Faiq qardaşı Azərə və anasına demişdir ki, səs çox gəlir axşam tez yatın. Bundan sonra təxminən 3-4 gündən sonra onun evinin qarşısında olan yəni bloka qoyduğu şkafın üzərinə zibil qoymuş ki, həyətə düşəndə zibili atsın. Lakin komendant Təbriz ona zəng vuraraq demişdir ki, onun barəsində qonşusu Faiq şikayət edib ki, zibilləri bloka qoymuşdur. O da evdə iş gördüyü üçün demişdir ki, əlində işi vardır, bir azdan atacaqdır. Təxminən 10 dəqiqədən sonra Təbriz zəng vuraraq demişdir ki, apar zibili at. Özü də oğlu ilə birlikdə zibilləri atmağa getmiş, bu zaman görmüşdür ki, blokda Faiq öz qapısından 3-4 zibil asmışdır və zibil qapının yanında olmuşdur. Özü heç nə demədən aparıb zibilləri atmış, lakin onun öz qapısındada zibil olmuşdur. Bundan sonra Faiq bir neçə dəfə anası Şahid3 həyətdə və liftə görərəkən ona öz iradını bildirib ki, evdə səs küy gəlir və anasına təqhiqramiz ifadələr işlətmişdir. Bu hal bir neçə dəfə təkrar olunmuş, belə ki, Faiqin özü və yoldaşı evinə hucum çəkərək onlara hədə qorxular gəlib onlardan sakit oturmağı tələb edib, o cümlədən Faiq onları hədələyərək demişdir ki, “bizim öz dilimiz var o, dildə nə desək o da olacaq”. 04.08.2020-ci il tarixdə təxminən saat 01 radələrində evdə olmuş, bu zaman divar döyülmüş, o əvvəlcə buna fikir verməmişdir. Bundan bir neçə dəqiqə sonra Faiq gəlib onun evinin qapısnı bərk döymüş, özü yenə də cavab verməmişdir ki, qonşudur. Lakin anası qapıya gedərək kim olmasını soruşmuş, bu zaman Faiq demişdir ki, “oğlunu cağır”. Anası qapını açmış və Faiqə “bizdən nə istəyirsən, öz evimizdə rahat yaşamağa qoymursan” demiş, bu zaman anası Tahirəni itələyib o arxadan gələrkən onun köynəyindən tutaraq dəhlizəçıxarmışdır. O da bayıra çıxarkən Faiq onun boynunun dalından vuraraq onu liftə mindirmiş, onlar birlikdə liftə minərkən Faiq ona demişdir ki, “düş aşagı mən sənə saat 21:00-da yatmağı öyrədəcəm”. Ev paltarında düşdüyü üçün üstündə telefonu götürə bilməmiş ki, 102 xidmətinə məlumat versin. Faiq onu sürüyə-sürüyə binanın tininə qaranlıq yerə gətirmişdir. Bu zaman Faiqin əlində telefon kiməsə zəng vurmuş ki, oraya gəlin, belə ki, oraya sonuncu qaynını və dostlarını cağırmışdır. Özü də həmin şəxslərin onun üstünə gəlməsindən və həmçinin onu öldürməsindən ehtiyat edib üstündə olan dırnaq tutanla özünü qorumaq üçün Zərərçəkmiş şəxs bir neçə dəfə vuraraq oradan qaçaraq çıxıb getmiş, 07.09.2020-ci il tarixdə könüllü olaraq Abşeron rayon polis idarəsinə gələrək təslim olmuşdur. Əlavə olaraq göstərmişdir ki, hamamdan çıxdığı üçün dırnaqlarını tutduğu anda Faiq onu cağırmış, ona görə dırnaq tutan üzərində olduğu üçün Faiqi dırnaq tutanla vurmuş, hadisədən sonra dırnaq tutanı zibilliyə tullayaraq qaçıb çıxıb getmiş, həmin anda Faiqi vurarkən onların yanında heç kəs olmamış, lakin sonradan adam gəldiyini görüb oradan qaçıb getmişdir. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxtı Faiq onun başının arxasından bir neçə dəfə yumruqla vurmuşdur. Hadisə vaxtı onun evində musiqi səsi gəlməmiş, lakin buna baxmayaraq Faiqin özü onu vura-vura həyətə düşürmış ki, onu başa salsın. Həyətə düşdükdən sonrada o, telefonla bir neçə nəfərə adam cağırması üçün zəng vurmuşdur. Özü də adamların gəlməsini gördükdən sonra onu döyüb öldürəcəklərindən qorxub idman şalvarının sağ cibində olan dırnaq tutanı açıb Faiqin bədəninin ber neçə yerinə vuraraq oradan qaçıb çıxıb getmiş, onun Faiqi öldürmək niyyəti olmamuş, həmin anda əsəbi olduğu üçün özündə olmamışdır. Əməlindən peşmançılıq çəkir. Sonradan zərərçəkmiş şəxs X5 ilə barışmış, lakin sonuncu Rusya Federasıyasına köçüb yaşadığından onunla əlaqəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsi “Yeni ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 2020-ci ilin iyul ayının sonlarında Anargilin evində gecə vaxtı güclü səs küy gəldiyi üçün ona irad bildirmiş, bundan başqa Anar bloku zibillədiyi üçün kolmenqdanta şikayət etmişdir. Bu səbəbdən bir dəfə aralarında mübahisə olmuş, 04.08.2020-ci il tarixdə təxminən saat 02 radələrində yaşadığı evdə olarkən qonşu Anargilin divarından yüksək səslə müsiqi səsləri gəlməyə başlamış, o, səsə yuxudan oyanmış və qonşu Anarın evinin divarını döymüş ki, bəlkə musiqinin səsini azaldar, lakin buna baxmayaraq Anar müsiqinin səsini azaltmamışdır. Bu hal dəfələrlə təkrarlandığı üçün Anara musiqinin səsini azaltması barədə bildirməyi qərara almış, saat 01:30 radələrində evindən çıxaraq qonşu Anarın evinin qapısını döymüş, qapının arxasından soruşulduqda, özü qonşu olduğunu bildirmişdir. Təxminən 2 dəqiqə sonra qonşu Anar qapıya çıxmış, özü bir söz demədən Anar ona aşağı düşüb söhbət etməyi bildirmiş, onlar birlikdə aşağı düşüb binanın həyətin çıxmışlar. Anar binanın həyətinə çəkilməyi bildirmiş, bir qədər uzaqlaşdıqda o, Anara evdə musiqiyə yüksək səslə qulaq asmamağı və qapıya zibil tökməməyi bildirmiş, özü Anardan bir addım qarşıda gedərkən Anar ona heç bir söz demədən arxadan kürək nahiyəsindən 4 dəfə bıçaqla vuraraq zərbələr endirmiş, o, çevrilib özünü müdafiə etmək istəyəndə Anar bir dəfə də onun qarın nahiyəsindən bıçaqla vurmuş və oradan qaçıb getmişdir. Bundan təxminən 3 dəqiqə sonra həyətə polis əməkdaşları gəlmiş, həmin vaxtı polis əməkdaşları ondan nə baş verməsi barədə maraqlandıqda o, qonşusu tərəfindən 5 bıçaq zərbəsi aldığını və qaçıb getdiyini bildirmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Onun Anar tərəfindən bıçaqla vurulmasını həyat yoldaşı Səbirə eyvandan baxaraq görmüş, hadisə vaxtı ikilikdə olmuşlar, yanlarında və ətrafda kənar heç kəs olmamış, hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə vaxtı onun tərəfindən Anara heç bir təzyiq edilməmiş, belə ki, Anar ona bir söz demədən bir neçə dəfə bıçaqla kürəyindən və qarnından vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Belə ki, 04.08.2020ci il tarixdə saat təxminən 01 radələrində evində olarkən qonşuluqda yaşayan Anargilin evindən musiqi səsləri gəlməyə başlamış, həmin vaxtı həyat yoldaşı Faiq yuxudan oyanmış, azyaşli uşaqları isə yata bilməmişdir. Bu zaman Faiq evdən çıxaraq qonşusu Anara öz iradını bildirəndə sonuncu həyat yoldaşı Faiqə demişdir ki, düşək aşagıda söhbət edək. Sonra onlar binaın qarşısına düşmüş, o isə eyvana keçərək baxmışdır. Eyvandan baxdıqda həyat yoldaşı ilə Anarın bir az söhbət etdikdən sonra parka tərəf getdiyini, həmin anda Anarın həyat yoldaşı Faiqə kürək nahiyyəsindən ardıcıl zərblər endirdiyini görmüşdür. Faiq geri çevrilərkən onun qarnından da zərbə ilə vurmuş, o dərhal aşagı düşmüş, Anar isə oradan qaçıb getmişdir. Sonra orada xidmət edən polis əməkdaşalrı oraya gəlmiş, o isə həyat yoldaşı Faiqi oradan X11 avtomobili ilə Bakışəxsləri Sabunçu rayonunda yerləşən 3 saylışəhər xəstəxanasına aparmış, həkimlər Faiqə ilk tibbi yardım göstərərk onu əməliyyat etmişlər. Həmin vaxtı onların yanında heç kim olmamış və aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04.08.2020-ci il tarixdə saat təxminən 01 radələrində evində olarkın qonşusu Faiqin evi tərəfdə olan divarın möhkəm döyüldüyünü görmüş, lakin onlar bu hərəkətə əhəmiyyət verməmişlər. Evdə söhbət edərkən qapı möhkəm döyülmüş, qapının qarşıdan qonşusu olduğu deyib ondan qapını açmağı tələb etmiş, o da qapını açdıqda qonşusu Faiq oluduğunu görmüşdür. Faiqə “nə lazımdı gecə vaxtı bizi narahat edirsən” demiş, Faiq isə onu kənara çəkib “oğlun Anar gəlsin” deimşdir. Həmin vaxtı özünü pis hiss edərək həyacanlanmış, bu anda Anar otaqdan qapıya tərəf gəlmiş, Faiq Anarı gördüksən sonra onun yaxasından tutub sürüyə-sürüyə evdən çıxarmış və liftə minib aşagı düşmüşlər. Təxminən 30 dəqiqədən sonra Anar evəüzü qan içində daxil olmuş, o da Anardan nə olması barədə maraqlandıqda sonuncu ona “Faiq məni öldürmək istəyirdi ona görə onu dırnaq tutanla vurmuşam, evə qaçıb” demişdir. Bundan sonra Anar evdən çıxıb getmiş, bir azdan sonra Faqin həyat yoldaşı Səbirə qardaşı o cümlədən qonşuları onların qapılarının ağızına gələrək hədə qorxu gəlmişlər Anarı cağırmasını bildirmiş, o da Anarın evdə olmadığını demişdir. Az sonra polis əməkdaşları evə gəlmiş, qapını açaraq Anarın evdə olmamasını dedikdən sonra çıxıb getmişlər. Faiq bir neçə dəfə heç bir əsas olmadan onları narhat edərək onlarla kobud davranmış, onlara “saat 09-da yatın səsiniz gəlməsin” demiş, o cümlədən dəhlizə zibilləri qoyarkən dərhal onların evinə gəlib zibilləri götüməyi tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Səbirənin həyat yoldaşıdır. Onunla bir qohum kimi münasibətləri həmişə normal olmuşdur. 04.08.2020-ci il tarixdə təxminən saat 02 radələrində yaşadığı evdə olmuş, bu zaman yeznəsi Faiq ona məxsus ***-***-**-** nömrəsinə zəng vuraraq bildirmişdir ki, onu bıçaqla vurmuşlar və ondan xahiş etmişdir ki, heç kimə deməsin. O da də tez əynini geyinib Faqin vurdulduğu binanın qarşısına gəlmiş, həmin vaxtı Faqi yerdə uzanıqlı vəziyyətdə olmuş, yanında da iki nəfər polis əməkdaşı olmuşdur. Bundan sonra polis əməkdaşları X11 avtomobili çağırmış, sonra isə Faiqi X11 avtomobili ilə Bakışəhəri Sabunçu rayonunda yerləşən 3 saylışəhər xəstəxanasına aparmış, orada həkimlər Faiqə ilk tibbi yardım göstərmişlər. Həmin vaxtı Faiq demişdir ki, onu qonşusu Anar adlışəxs onu bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə baş verən vaxtı orada olmamış, sadəcə olaraq Faiq bıçaqla vurulduqdan sonra ona zəng vurub bu barədə məlumat vermiş və o da sonuncunu xəstəxanaya aparmışdır. O, həmin vaxtı Faiqin yanına çatanda polislər artıq orada olmuş, ona görə də hadisə baş verən yerə sonradan gəlməsini polis əməkdaşları da təsdiq edə bilərlər, o, ümumiyyətlə Anarı tanımır və heç bir ədavəti və düşmənçiliyi olmamışdır və hər hansı bir şəxslə Anarın üstünə gedərək onu öldürmək istəməmişdir. Sonradan Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş və onlar barışmışlar. Lakin Zərərçəkmiş şəxs Rusya Federasiyasına köçdüyü üçün məhkəmə iclasına gələ bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2011-ci ildən isə Abşeron rayon polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsində sahə rəisi vəzifəsində işləyir. 04.08.2020-ci il tarixdə o və yanında olan polis əməkdaşları Şahid6 və X2 rayonu Masazır qəsəbəsi Yeni Bakı Yaşayış massivində pandemiya iləəlaqədar gəzintidə olmuş, təxminən saat 01 radələrində Yeni Bakı yaşayış kompleksində bina 4 E-in qarşısından keçərəkən bir nəfər şəxsin, sonradan adının Zərərçəkmiş şəxs bildiyi şəxsin binanın qarşısında yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, ona yaxınlaşıb nə baş verdiyini soruşduqda Faiq qonşusu Anar adlışəxs tərəfindən bıçaqla vuraraq xəsarət aldığını bildirmişdir. Bundan sonra onlar hadisə ilə bağlı X11 xəstəxanasına müraciət etmiş, sonra Faiqin həyat yoldaşı Səbirə gələrək Faiqi X11 avtomobili ilə xəstəxanaya aparmış, həmin vaxtı orada başqa heç kim olmamış, həmin günü Anarı nə qədər axtarsalar da tapa bilməmişlər. Gstərmişdir ki, o və yanında olan polis əməkdaşları Faiqin yerdə uzanıqlı vəziyyətdə olmasını görüb ona yaxınlaşmış, həmin vaxtı sonuncunun yanında heç kim olmamış, Sonradan həyat yoldaşını görmüş, lakin ona yaxınlaşıb nə baş verməsini soruşduqda Faiq demişdir ki, onu qonşusu Anar adlı şəxsi bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivində 4 və 5 nömrəli binaların kamendantı kimi fəaliyyət göstərmişdir. 2020-ci ilin oktyabr ayından işdən çıxmış, belə ki, komendant işlədiyi vaxtı təxminən iyun-iyul aylarında tarix dəqiq yadında deyil, işlədyi vaxt Masazır qəsəbəsi Yeni ünvan 4 ünvanında kirayədə yaşayan kamendant olduğu yerin sakini Zərərçəkmiş şəxs ona zəng vuraraq demişdir ki, onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs zibili öz qapısının qarşına qoyaraq zibili gec atır. O da bununla əlaqədar Anarla əlaqə saxlamış, Anarda ona demişdir ki, o, zibili qapıda saxlamır. Sadəcə olaraq axşam qoyur, səhərdə işə gedəndə zibili atır. Onlarla profilaktiki söhbətlər aparmış ki, «qonşusunuz bir-birinizlə yola gedin». Təxminən 2 dəfə Faiq bununla əlaqədar müraciət etmiş, o da Anara demişdir. Onların arasında olan mübahisəni sonradan bilməmiş, lakin Faiq ona demişdir ki, Anar zibili qapısının qarşısına qoymasın. 04.08.2020ci il tarixdə saat təxminən 03 radələrində polis əməkdaşları ona zəng vurmuş, o da Anar və Faiqin yaşadığı evin yaxınlığına gəlmiş, orada bilmişdir ki, Anarla Faiqin arasında mübahisə baş vermişdir və Anar Faiqi vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş 16.09.2020-ci il tarixli 1870 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın təpə nahiyəsinin çapıq toxumaları - iti kənara malik alətin təsirindən törənmişdir, xəsarət 04.08.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş kompleks məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmə trasoloji ekspertizasının 07.09.2020-ci il tarixli 411-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ aşağı nahiyəsində bir ədəd, arxa səthində solda üç ədəd və arxa səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü ülgücü və iti ucu olan yastı tiyə tipli alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertin 620/MTBŞ saylı, 10.09.2020-ci il tarixli rəyi ilə Zərərçəkmiş şəxs qan qrupu: O/İ/. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs köynək üzərində insan qanı ləkələri akar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil edir.beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O (İ) qruplu şəxsə, o cümldən də F. Məmmədzadəyə məxsus ola bilər. Bu qan ləkələri Qalfabeta /İ/ qruplu şəxslə, o cümlədən Z.M.Həsənzadəyə məxsus ola bilər. İş üzrə keçirilmiş komisiyyon məhkəmə tibbi ekspertizasının 07.05.2021-ci il tarixli 224/MEŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər qarının ön divarının sağ qalça çuxuru nahiyəsində lokallaşan deşilmiş-kəsilmiş yara istiqamətində kor bağırsağın və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan peritonarxası qanaxma, müsariqənin zədələnməsinin klinik əlamətləri diferensial diaqnostikanı çətinləşdiri. Belə ki, bağırsaq zədələnməsinin ilk dəqiqələrində və İİ dövründə xəstə şok əlamətləri, qusma, soyuq tər, xəstənin rənginin avasıması, kəskin ağrı, nəbzin tez-tez vurması,qn təzyiqinin düşməsi, daxili qanaxma varsa hemoqlabin göstəricisinin enməsi baş verir və qarın aşağıyan hissəsində perkussiyada təyin edilən kütlük xəstənin vəziyyətini dəyişdikdə itir və bu hal qarın boşluğuna sərbəst qan toplanmasını göstərir. Rentgenoloji müayinədə qarın boşluğunda qaraciyər və diafraqma arasında sərbəst hava olması təyin edilir. Həmçinin qarın boşluğu ön divarını əllədikdə əzələ gərginliyi, tənəffüs aktında iştirak etməməsi təyin edilir. Bu klinik, labarator və instrumental müayinələrin nəticələrini obyektivləşdirən əlamətlərin Zərərçəkmiş şəxs aşkar edilməməsi, o cümlədən nazik bağırsağın peritonarxası sahədə məhdudlaşan nahiyəsinin zədələnməsi həyat təhlükəli əlamətlərlə müşayiət olunmadığından və boşluğa sirayət etməyən xarakterli zədələrə aid olmaqla dərəcəsinə görə ümumilikdə döş qəfəsinin, bel nahiyyəsinin, qarının ön divarının kəsilmişdeşilmiş yaraları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər, kəsici-deşici alətin təsirindən əmələ gəlmişdirlər, törəmə müddətləri qərarın təsviri hissəsində göstərilən 04.08.2020-ci il tarixə uyğun gəlir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında 24.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün, barəsində müstəntiq tərəfindən axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 24.08.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. 07 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Quliyev X4 RPİ-nin İŞ-nə könüllü olaraq gəldiyindən, həmin tarixdə cinayət işi üzrə icraaat təzələnərək, istintaqı davam etdirilmiş və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinə 09.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət əməlinin tövsif olunması barədə 08.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinə 07.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət əməlinin tövsif olunması barədə 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, hadisədən sonra X6 götürülmüş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron Pİ-nin saxlanc ambarına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.09.2020-ci il tarixdən 17.03.2021-ci il tarixədək, 07.04.2021-ci il tarixdən 27.10.2021-ci il tarixədək saxlanıldığı 01 il 01 ay ev dustaqlığında olduğu müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı təimkan tədbiri ləğv edilməlidir. Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan maddi sübut olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01(bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07.09.2020-ci il tarixdən 17.03.2021-ci il tarixədək, 07.04.2021-ci il tarixdən 27.10.2021-ci il tarixədək ev dustaqlığında olduğu 01 (bir) il 01(bir) ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı qətiimkan tədbiri ləğv edilsin. Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan maddi sübut olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar