Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-395/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, hazırda Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1, mənzil 49-da qeydiyyatda olmaqla yaşayan, barəsində 28 mart 2022- ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Sumqayıt şəhəri ərazisində 10 manata satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı2) daxil edilmiş bir ədəd ağ rəngli kağıza bükülmüş 0,603 qram çəkidə ağ-qəhvəyimtil rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində daşımaqla saxlamış, 27 mart 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Mühəndislik Universitetinin yaxınlığında yerləşən 135 nömrəli marşurut dayanacağında üzərində narkotik vasitə və psixotrop maddələrin gəzdirilməsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş 0,603 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvlərim ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1, mənzil 49-da qeydiyyatda olmaqla yaşayır. Fərdi olaraq işləyib ailəsini dolandırır. Təxminən 10-12 il bundan əvvəl narkotik vasitə olan heroindən çəkmək yolu ilə qəbul etmişdir. Lakin, arada narkotik vasitədən istifadə etməkdən imtina etmiş, lakin sonradan yenidən istifadə etməyə başlamışdır. Buna görə də bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmçinin, narkoloji dispanserdə qeydiyyatı vardır. O, 26 mart 2022-ci il tarixdə təxminən 22 radələrində Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin əldə etmişdir. Həmin bükümü şəxsi istifadəsi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra Bakı şəhərinə işi ilə əlaqədar olaraq getmişdir. 27 mart 2022-ci il tarixdə gecə saatlarında isə yaşadığı ünvana qayıdan zaman təxminən 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mühəndislik Universitetinin yaxınlığında yerləşən 135 nömrəli marşurut dayanacağına taksi ilə gəlib çatmışdır. Həmin ərazidə bir nəfər şəxslə görüşməli idi. Yolun qırağında dayanıb gözləyən zaman üç nəfər formada polis əməkdaşı ona yaxınlaşmışdır. Polislər özünü təqdim edərək, Abşeron RPl-nin ÇPA-nın əməkdaşları olduqlarını bildirmişdilər. Gecə vaxtı çöldə olmağından şübhələndikləri üçün ona yaxınlaşdıqlarını bildirmişdilər. Bundan sonra hər üç polis əməkdaşı ona şəxsiyyətini yoxlamağa başlamışdılar. Həmin vaxt onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün onlara təqdim edə bilməmişdir. Həmin polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olduğundan şübhələnib, üzərində qanunla qadağan olan hər hansı əşyanın olub olmamasını soruşmuşdular. O, narkotik vasitə istifadəçisi olduğunu deyib üzərində el arasında şüşə kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu səmimi olaraq etiraf etmişdir. Həmin polis əməkdaşları isə onun həm şəxsiyyətini yoxlamaq üçün həmçinin, üzərinə baxış keçirilməli olduğunu deyib birlikdə Abşeron rayon polis idarəsinə getməli olduğunu bildirmişdilər. Bundan sonra polislərin idarə etdiyi xidməti avtomobilə əyləşmişdir. Abşeron RPİ-nə gəldikdən sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparcaqlarım bildirmiş, video çəkiliş dəvət etmişdilər. Orada hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması soruşulmuşdur. Səmimi olaraq etiraf edib, üzərində psixotrop maddə olan metamletamin bükümünü gəzdirdiyini bildirmişdir. Sonra həmin psixotrop maddəni könüllü olaraq təhvil verməyini polis əməkdaşları təklif etmişdilər. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş kütləni polislərə təqdim etmişdir. İçərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Daha sonra həmin bükülü polis əməkdaşları tərəfindən açılmışdır. İçərisində həqiqətən psixotrop maddə olan metamletaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin bükülünün içərisindəki maddənin həqiqətən psixotrop maddə olubolmamasını müəyyən etmək üçün ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılmış, zərf imzalarla təsdiq olunmuşdur. Həmin psixotrop maddə olan metaıufetamini kimdən və necə əldə etməyi barədə ona sual verdikdə isə 26 mart 2022-ci il tarixdə tanımadığı şəxsdən Sumqayıt şəhəri ərazisindən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2013-cü ildən xidmət edir. Elə həmin ildən də Abşeron RPİ-də polis nəfəri kimi xidmətini davam etdirir və xidməti ərazisi ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Əbdulcəlil oğlunu əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 26 mart 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixdək Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 9681 çağırışlı avtopatrul ilə xidmətdə olmuşdur. Həmin vaxt onunla birlikdə ÇPA-nin polis nəfərləri, polis serjantları Şahid3 və Şahid1 da olmuşdur. 27 mart 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mühəndislik Universitetinin yaxınlığında yerləşən 135 nömrəli marşurut dayanacağının yaxınlığından keçən zaman bir nəfər şəxsin yolun qırağında dayandığını görmüşdülər. Həmin şəxs onlar üçün şübhəli göründüyü üçün yaxınlaşmışdılar. Həmin şəxsə özlərini təqdim etmişdilər. Bundan sonra həmin şəxsdən şəxsiyyətini müəyyən etmək üçün sənəd tələb etmiş lakin, heç bir sənədinin olmadığını onlara bildirmişdilər. Həmin şəxsin hərəkətlərində və danışıqlarında narkotik vasitənin təsiri altında olması onlar tərəfindən hiss olunmuşdur. Ona görə həmin şəxsin üzərində qanunla qadağan olunan hər hansı əşyanın olub olmamasını soruşmuşdular. Həmin şəxs üzərində psixotrop maddə hesab edilən matemfetaminin olmasını səmimi olaraq etiraf etmişdir. Ona görə də həmin şəxsin şəxsiyyətinin müəyyən edilərək üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nə getməyi təklif etmişdilər. Həmin şəxsi Abşeron RPİ-nin Növbətçi hissəsinə gətirib şəxsiyətini və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdilər. Bununla bağlı raportla məruzə etmişdilər. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün təhqqiqat şöbəsinin təhqiqatçısı, Anar Həsənov tərəfindən xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2022-ci il tarixli 6/1663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi “ Təqsirləndirilən şəxs imza....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz 0,603 qram olan ağ-qəhvəyimtil rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (qalıq 0,553 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 12 may 2022-ci il tarixli 2425 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,553 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Şahid2 və Şahid3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar ibtidai istintaq zamanı verdiyi izahatını təsdiq etdiklərini və işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmişlər. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 88 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,553 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 88 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,553 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-395/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-395/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver