Məhkəmə qərarları › İş №1(012)-395/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-395/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-395/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Büosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Büosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1993-cü ildə Bərdə rayonu, Alaçadırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxxxxxx 1984-cü il tarixdə Naftalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Kürçaylı küçəsində yerləşən yeni inşa edilən iki mərtəbəli fərdi yaşayış evinə birinci mərtəbənin pəncərəsindən qanunsuz daxil olaraq hər biri 900 manat olmaqla ümumi dəyəri 1800 manat olan iki ədəd kombi kollektorunu və bir ədəd 150 manat dəyərində elektrik tənzimləycisini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1950 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 17 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yarımtikili evin həyətində yerləşən təsərrüfat otağının qapısını oradan tapdığı istintaqa məlum olmayan dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan bir ədəd 270 manat dəyərində qaynaq aparatını, ümumi 300 manat dəyərində 150 ədəd elektrik açarını, ümumi 200 manat dəyərində 180 ədəd elektrik yuvasını, ümumi 2500 manat dəyərində 1200 metr uzunluğunda elektrik naqillərini, bir ədəd 80 manat dəyərində dreli, ümumi 50 manat dəyərində elektrodları, ümumi 230 manat dəyərində 100 kiloqram ağırlığında mismarları, ümumi 40 manat dəyərində beş ədəd elektrik uzadıcısını, ümumi 170 manat dəyərində vintləri, bir ədəd 20 manat dəyərində qaz açarını və ümumi 130 manat dəyərində santexnika ləvazimatlarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3990 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tanışı X13 vasitəsi ilə 10 manat müqabilində 01 bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxil olan 0,268 qram çəkidə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib əynindəki mavi rəngli cins şalvarın sağ yan cibində saxlamış, həmin gün Abşeron rayon polis idarəsinin X11 əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsində saxlanılaraq X11in inzibati binasına gətirilib onun üzərinə şəxsi axtarış keçirilərkən həmin bir ədəd bükümdə qanunsuz olaraq əldə edib saxladığı 0,268 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 17 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən yarımtikili evin həyətində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yarımtikili evin həyətində yerləşən təsərrüfat otağının qapısını oradan tapdığı istintaqa məlum olmayan dəmir alətlə sındırıb qanunsuz içəri daxil olaraq oradan bir ədəd 270 manat dəyərində qaynaq aparatını, ümumi 300 manat dəyərində 150 ədəd elektrik açarını, ümumi 200 manat dəyərində 180 ədəd elektrik yuvasını, ümumi 2500 manat dəyərində 1200 metr uzunluğunda elektrik naqillərini, bir ədəd 80 manat dəyərində dreli, ümumi 50 manat dəyərində elektrodları, ümumi 230 manat dəyərində 100 kiloqram ağırlığında mismarları, ümumi 40 manat dəyərində beş ədəd elektrik uzadıcısını, ümumi 170 manat dəyərində vintləri, bir ədəd 20 manat dəyərində qaz açarını və ümumi 130 manat dəyərində santexnika ləvazimatlarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3990 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tanışı X13 vasitəsi ilə 10 manat müqabilində 01 bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxil olan 0,322 qram olan narkotik vasitə heroini X4 verdikdən sonra həmin gün, saat 18 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsində yerləşən “köhnə hamam” deyilən yerdə saxlanılaraq X14 gətirilib onların üstünə ayrı-ayrılıqda baxış keçirilərkən Təqsirləndirilən şəxs2 üstündən həmin bir ədəd qanunsuz olaraq əldə edib saxladığı, selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,322 çəkidə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibində saxlamış, həmin gün Abşeron rayon polis idarəsinin X11 əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsində saxlanılaraq X11in inzibati binasına gətirilib onun üzərinə şəxsi axtarış keçirilərkən həmin bir ədəd bükümdə qanunsuz olaraq əldə edib saxladığı 0,322 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə aludəçisi olduğu üçün təxminən oğurluq edib oğurladığı əşyaları sataraq narkotik vasitə əldə etmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Kürçaylı küçəsində olan zaman iki mərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb, evdə heçkimin olmadığını başa düşmüş, ətrafa baxıb heç kəsin olmadığına tam şəkildə əmin olandan sonra fərdi yaşayış evinin həyətyanı sahəsinə darvazadan tullanıb keçmişdir. Daha sonra pəncərəni əlim ilə açıb evə daxil olmuş, həmin evin birinci və ikinci mərtəbəsində olan kombinin kollektorunu və elektrik tənzimləyicisini öz ilə götürüb evdən çıxıb yaşadığı evə getmiş və oğurladığı əşyaları həyətdə gizlətmişdir. Daha sonra həmin gün, yəni 16 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində oğurladığı iki ədəd kollektoru və bir ədəd elektrik tənzimləyicisini Binəqədi rayonu ərazisində tanımadığı dəmir qəbulu sexinə ümumilikdə 25 manata satmış və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Elektrik tənzimləyicisini və kollektorları satarkən özünə məxsus olduğunu demişdir. Həmin yeri isə hal-hazırda xatırlamır. Bundan başqa X5 Masazır kəndində onunla qonşuluqda yaşayan şəxs kimi tanıyır. Birlikdə dəmir yığıb metal qəbulu məntəqələrinə təhvil verməklə məşğul olmuşlar. 16 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2la söhbət edən zaman Zaur pula ehtiyacının olduğunu demiş, bundan sonra o, Zaura birlikdə oğurluq etmək barədə təklif etmişdir. Zaur onunla razılaşdıqdan sonra növbəti gün yəni, 17 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Zaurun idarə etdiyi Lifan 320 markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən üçmərtəbəli yarımtikili binanın yaxınlığın getmişlər. Zaur onu avtomobildə gözləyərkən o, həmin binanın sol yan tərəfindən hasarı aşaraq həyətə daxil olmuşdur. Daha sonra tikilinin həyətində yerləşən otaqlardan birinin qapısını oradan tapdığı dəmir parçası ilə açaraq içəri daxil olmuş, oradan bir ədəd qaynaq aparatı, təxminən 200 metr uzunluğunda elektrik naqilləri, dəqiq xatırlamadığı sayda elektrik yuvaları və elektrik açarları, bir ədəd drel, iki bağlam santexnik avadanlıqları və üç ədəd elektrik uzadıcısı götürmüş, götürdüyü əşyaları əvvəlcədən özü ilə gətirdiyi çantalara yığaraq həyətdə qoyulmuş taxta konstruksiyalı nərdivandan istifadə edərək daxil olduğu yerdən çıxıb Zaurun idarə etdiyi avtomobilə minərək oradan uzaqlaşmışdır. Daha sonra Zaurdan avtomobili yaşadığı evin yaxınlığına sürməsini xahiş etmişdir. Zaur onu yaşadığı ünvana çatdırdıqdan sonra oğurladığı əşyaları yaşadığı evin zirzəmisində gizlətmişdir. Bundan başqa X8 da, metal toplamaqla məşğul olarkən tanımışdır. Hacı da onun kimi narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində tanışı X9 ilə birlikdə Novxanı kəndinə getmiş və əvvəldən tanıdığı X6 yaşadığı Novxanı kəndində “köhnə hamam” deyilən yerin yaxınlığında olan evinin qarşısında onunla görüşmüşlər. Hacının narkotik vasitə aludəçisi olduğunu bildiyindən Hacıdan Zaura və ona da narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Danışıq zamanı Hacı özündə narkotik vasitə olmadığını, lakin Sumqayıt şəhərindən gedib ala biləcəyini demişdir. Daha sonra o Zaurla birlikdə hərəsi 10 manat olmaqla Hacıya cəmi 20 manat pul vermişlər. Hacı pulu onlardan aldıqdan sonra Sumqayıt şəhərinə gedib 2-3 saat ərzində geri qayıdacağını demişdir.. Bu zaman Onlar Hacını gözləmişlər. Təxminən 2-3 saat sonra Hacı geri qayıtmış və 2 ədəd şəffaf sollafana bükülmüş içərisində öz aralarında “kokos” adlandırılan narkotik vasitə olan heroini bizə təqdim etmişdir. Həmin bükülünün 1 ədədini o, digərini isə Zaur götürmüşdür. Bir qədər sonra biri polis formasında, digəri isə mülki geyimdə olan 2 nəfər şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib anket məlumatlarını soruşmuşlar. Onlar polis əməkdaşlarına lazımi məlumatları verdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin istifadəçisi olmaqlarında şübhəli olduqlarını bildirirək onları Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Daha sonra onlar polis əməkdaşları ilə Abşeron RPİ-nin Saray PB-nə getdmişlər. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Daha sonra o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sollafana bükülmüş “kokos” kimi tanıdığı narkotik vasitəni masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra içərisinə baxış keçirilmiş, ondan həmin kütləni haradan və nə vaxt aldığı soruşulmuşdur. O, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə əvvəldən tanıdığı X2 10 manata aldığını və şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, o, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və onun müdafiəçisi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Təqsirləndirilən şəxs1 Masazır kəndində onunla qonşuluqda yaşayan şəxs kimi tanıyır. Orxanla birlikdə dəmir yığıb metal qəbulu məntəqələrinə satmaqla məşğul olmuşdur. 16 oktyabr 2022-ci il tarixdə Orxanla söhbət edərkən Orxan ondan pul istəmişdir. Ona pulunun olmadığını dedikdə ona oğurluq etmək barədə təklif etmişdir. O, pula ehtiyacı olduğu üçün Orxanın təklifi ilə razılaşmışdır. Lakin Orxana hansısa evə daxil ola bilməyəcəyini demişdir. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Orxanla birlikdə tanışı Natiqə məxsus idarə etdiyi Lifan 320 markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən üçmərtəbəli yarımtikili binanın yaxınlığına getmişlər. Orada o, Orxanı təxminən 20 dəqiqə gözlədikdən sonra Orxan əlində iki-üç ədəd içində nə olduğunu bilmədiyi bağlama ilə qayıtmış, daha sonra həmin əşyaları Orxanın yaşadığı evə aparmışlar. Aralarında olan razılaşmaya əsasən Orxan onları satıb pulun yarısını ona verməl imiş. Lakin Orxanın həmin evdən nə götürdüyünü bilməmişdir. Bundan başqa o, X8 da metal toplamaqla məşğul olarkən tanımışdır. Hacı da onun kimi narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Novxanı kəndinə getmiş və əvvəldən tanıdığı X6 yaşadığı Novxanı kəndində “köhnə hamam” deyilən yerin yaxınlığında olan evinin qarşısında Hacı ilə görüşmüşlər. Hacının narkotik vasitə aludəçisi olduğunu bildiyindən Hacıdan ona və Orxana da narkotik maddə təşkil etməsini xahiş etmişdir. Hacı onlara özündə narkotik vasitə olmadığını, lakin Sumqayıt şəhərindən gedib ala biləcəyini demişdir. Daha sonra o Zaurla birlikdə hərəsi 10 manat olmaqla Hacıya cəmi 20 manat pul vermişlər. Hacı pulu onlardan aldıqdan sonra Sumqayıt şəhərinə gedib 2-3 saat ərzində geri qayıdacağını demişdir. Bu zaman Onlar Hacını gözləmişlər. Təxminən 2-3 saat sonra Hacı geri qayıtmış və 2 ədəd şəffaf sollafana bükülmüş içərisində öz aralarında “kokos” adlandırılan narkotik vasitə olan heroini bizə təqdim etmişdir. Həmin bükülünün 1 ədədini o, digərini isə Zaur götürmüşdür. Bir qədər sonra biri polis formasında, digəri isə mülki geyimdə olan 2 nəfər şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib anket məlumatlarını soruşmuşlar. Onlar polis əməkdaşlarına lazımi məlumatları verdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin istifadəçisi olmaqlarında şübhəli olduqlarını bildirirək onları Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Daha sonra onlar polis əməkdaşları ilə Abşeron RPİ-nin Saray PB-nə getdmişlər. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Daha sonra o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sollafana bükülmüş “kokos” kimi tanıdığı narkotik vasitəni masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra içərisinə baxış keçirilmiş, ondan həmin kütləni haradan və nə vaxt aldığı soruşulmuşdur. O, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə əvvəldən tanıdığı X2 10 manata aldığını və şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, o, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və onun müdafiəçisi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqaüdçüdür. Abşeron rayonu, Masazır kəndində özü üçün fərdi yaşayış evi tikdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrinədək olan müddətdə ailə üzvləri ilə birlikdə həmin evin həyətində təmizlik işləri aparmış, daha sonra Bakı şəhərinə qayıtmışdır. Növbəti gün, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən həmin yarımtikili evdə usta işləyən usta ona zəng edərək tikilinin həyətində yerləşən otaqların kilid sisteminin sındırıldığını bildirmişdir. O həmin evə gedən zaman həmin fərdi yaşayış üçün nəzərdə tutulmuş tikilinin həyətində yerləşən otaqdan bir ədəd 270 manat dəyərində qaynaq aparatının, ümumi 300 manat dəyərində 150 ədəd ədəd elektrik açarının, ümumi 200 manat dəyərində 180 ədəd elektrik yuvasının, ümumi 2500 manat dəyərində 1200 metr uzunluğunda elektrik naqillərinin, bir ədəd 80 manat dəyərində drelin, ümumi 50 manat dəyərində elektrodların, ümumi 230 manat dəyərində 100 kiloqram ağırlığında mismarların, ümumi 40 manat dəyərində beş ədəd elektrik uzadıcısının, ümumi 170 manat dəyərində vintlərin, bir ədəd 20 manat dəyərində qaz açarının və ümumi 130 manat dəyərində santexnika ləvazimatlarının oğurlandığını aşkar etmişdir. Dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Kürçaylı küçəsində bir mərtəbəli fərdi yaşayış evində yaşayır. Eyni torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evləri bir-birindən mişar daşı ilə tikilmiş hasar ayırsada, həmin hasarın orta hissəsindən qapı yeri qoyulmuş, lakin qapı yeri təmir işləri getdiyi üçün boşdur.Yəni hər iki evin həyətyani sahəsinə menaəsiz keçid mümkündür. Fərdi yaşayış evlərindən birində ailəsi ilə birlikdə yaşayır. Digərində isə təmir işləri gedir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər hal-hazırda təmir işləri gedən ona məxsus iki mərtəbəli fərdi yaşayış evinə pənəcərdən qanunsuz daxil olaraq, fərdi yaşayış evinin birinci mərtəbəsində olan 1 ədəd 150 manat dəyərində elektrik tənzimləyicisini, bir ədəd dəyəri 900 manat olan kombinin kollektoru və ikinci mərtəbədə olan bir ədəd 900 manat dəyərində kombinin digər kollektorunu oğurlayaraq 1950 manat ziyan vurmuşdur. Bundan başqa oğurluq etmiş şəxs birinci mərtəbədə olan kombi otağının qapısını sındırmaqla 300 manat dəyərində qapıya ziyan vurmuşdur. Hadisəni törətməkdə şübhələndiyi şəxs yoxdur. Dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Orxan Əkbərli onun oğludur. Son zamanlar evə çox az hallarda gəldiyinə görə onun pis vərdişlərə qurşandığını hiss etmişdir. Lakin, oğurluq etməsi barədə məlumatı olmamışdır. 17 oktyabr 2022-ci il tarixdə bir neçə şəxs gəlib özlərini Abşeron RPİ-nin əməkdaşları kimi təqdim edib Orxanı polis idarəsinə dəvət etmişlər. Bir neçə saat sonra Orxan həmin şəxslərlə birlikdə qayıdıb evin zirzəmisinə düşmüş və oradan iki ədəd qara çanta və bir ədəd qaynaq aparatı götürüb çıxmışdır. Həmin əşyaları Orxanın zirzəmiyə nəvaxt qoyduğundan onun xəbəri olmamışdır. Orxan həmin əşyaları oğurladığını bildirmişdir. Bundan sonra həmin əşyalar müvafiq qaydada götürülərək aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlildir. **-MZ-*** dövlət qeydiyyat nişanlı “Lifan 320” markalı avtomobil sosial təminat kimi 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən ona hədiyyə edilmişdir. Təqsirləndirilən şəxs2 isə təxminən 4-5 ildir ki, fəhlə kimi tanıyır. 2022-ci ilin oktyabr ayında müxtəlif vaxtlarda Zaur bir neçə dəfə ona məxsus Lifan markalı avtomobili istifadə etmək üçün özünə verməsini xahiş etmişdir. Zaurun avtomobili istəməkdə məqsədi küçələrdən metal toplayan zaman həmin avtomobildən istifadə etmək olmuşdur. O, Zaurun ailə vəziyyətini nəzərə alaraq Zaura etiraz etməmişdir. Daha sonra 2022-ci ilin oktyabr ayının sonlarında Zaurun oğurluq etdiyinə görə həbs edildiyini öyrənmişdir. Həmin vaxta qədər Zaurun oğurluq əməli etdiyindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin X11 baş əməliyyat vəzifəsində xidmət edir. Abşeron RPİ-nin X14 xx.xx.1980-ci il təvəllüdlü Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X6, xx.xx.1993-cü il təvəllüdlü Abşeron rayonu, Mazsazır qəsəbəində yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1984-cü il təvəllüdlü Abşeron rayon Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxanılması, cinayəti törədən şəxslərin ifşa olunması və cinayət törədərkən yaxalanması, narkotik vasitələrin aşkar edilərək götürülməsi ilə bölmənin rəisinə raportla müraciət etmiş və bölmə rəisinin təsdiqi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Daha sonra Abşeron RPİ-nin X11 sahə rəisi, polis baş leytenantı Şahid4 da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq o və Şahid4 xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Əsgər Abuzərov küçəsində yerləşən “Köhnə hamam” adlanan yerin yaxınlığında X8, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayaraq narkotik vasitələri əldə edib daşıma və saxlamaqda şübhəli olaraq Abşeron RPİ-nin Saray PB-nə gətirmişlər. Saray polis Bölməsində xidməti otaqlardan birində X6, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. X8, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi, hər hansı etirazlarının olub-olmaması öyrənilmişdir. Daha sonra dəvət olunmuş vəkilin iştirakı ilə Hacı Babayevə hüquq və vəzifələri izah olunmuş, üzərində saxlanması qanunla qadanağan edilmiş hər hansı maddə və ya vasitə olub-olmadığı, əgər varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Hacı Babayev əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək adını “kokos” olaraq bildiyi narkotik vasitə heroin olduğunu və qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Şifahi sorğu zamanı Hacı Babayev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona narkotik vasitə əldə etmək üçün ümumilikdə 20 manat pul verdiklərini, həmin pulla Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində iki büküm narkotik vasitə heroin almış həmin bükümlərdəki heroindən özünün istifadə etməsi üçün götürərək daha bir bükümdə narkotik vasitə əldə edib Novxanı qəsəbəsinə gəlmiş, Zaur və Orxanının hərəsinə bir büküm narkotik vasitə heroin vermiş və bir büküm narkotik vasitə heroini də özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları onları saxlayıb Abşeron rayon polis idarəsinin X14 aparmış və şəxsi axtarış zamanı Hacı Babayevin üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa Hacı Babayevin üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Əsgər Abuzərov küçəsində yerləşən “Köhnə hamam” adlanan yerin yaxınlığında X13 ilə birlikdə saxlanılıb X14 gətirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə də ayrı-ayrılıqda baxış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə və Təqsirləndirilən şəxs2 əynində olan açıq mavi rəngli cins şalvarn sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Orxan Ələbərli və Təqsirləndirilən şəxs2 da Hacı Babayevin bildirdikləri ilə eyni məzmunda məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmttəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli 9/7994 nömrəli ekspert rəyindən görünür ki, ekpertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 226 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd Slavmaş MMA-450A markalı qaynaq aparatı – 150,0 manat; - 01 ədəd balaca ölçülü Bosch markalı drel – 40,0 manat; - 02 ədəd çöl üçün nəzərdə tutulmuş elektrik uzadıcısı – 12,0 manat; - 01 ədəd elektrik uzadıcısı – 2,0 manat - 10 ədəd elektrik yuvası– 10,0 manat - 12 ədəd elektrik açarı – 12,0 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 6/6023 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “AR DİN “Zərflər üçün №246” möhür əksi, “..(imza) Ələkbərli...” sözləri, soyad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,268 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,218 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 7528 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 6/6022 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “AR DİN “Zərflər üçün №246” möhür əksi, “..Üzeirov (imza)...” sözləri, soyad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,322 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (qalıq 0,272 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 7540 nömrəli rəyindən görünür ki, müayinə zamanı X3 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayojn Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş vəziyyətdə, qalıq çəkisi 0,218 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş vəziyyətdə, qalıq çəkisi 0,272 qram narkotik vasitə olan heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmış, 01 ədəd Slavmaş MMA-450A markalı qaynaq aparatı, 01 ədəd balaca ölçülü Bosch markalı drel, 03 ədəd elektrik uzadıcısı, 10 ədəd elektrik yuvası və 12 ədəd elektrik açarı maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmiş, digər DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam ödədiyinə görə ona münasibətdə heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam ödədiyinə görə ona münasibətdə heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsələ barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X10 adlı iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayətlər törətmələrini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır.. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 26 gün azadlığın məhdudlaşdırılnması cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətində Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidirlər. Barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 160 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd Slavmaş MMA-450A markalı qaynaq aparatı, 01 ədəd balaca ölçülü Bosch markalı drel, 03 ədəd elektrik uzadıcısı, 10 ədəd elektrik yuvası və 12 ədəd elektrik açarının saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, təhqiqatdan sonra qalıq çəkisi 0,218 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, təhqiqatdan sonra, qalıq çəkisi 0,272 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 15 saat göstərdiyi hüquqi yardıma görə 95 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 15 saat göstərdiyi hüquqi yardıma görə 95 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs1 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 26 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılnması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılnması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılnması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs2 qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 06 ay 26 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılnması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılnması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bak şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddətində Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 160 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd Slavmaş MMA-450A markalı qaynaq aparatı, 01 ədəd balaca ölçülü Bosch markalı drel, 03 ədəd elektrik uzadıcısı, 10 ədəd elektrik yuvası və 12 ədəd elektrik açarı maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, təhqiqatdan sonra qalıq çəkisi 0,218 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, təhqiqatdan sonra, qalıq çəkisi 0,272 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 15 saat göstərdiyi hüquqi yardıma görə 95 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 15 saat göstərdiyi hüquqi yardıma görə 95 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar