Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-395/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1992-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, xx.xx.1996-cı ildə Yevlax rayonu, Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax rayonu, Qaraoğlan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs bankdan kredit götüməsinə kömək edəcəyini yalandan vəd edib aldadaraq işin düzəldilməsində kömək edəcək şəxsə verəcəyi adı ilə sonuncudan vahid niyyətlə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Bərəkət” marketin yaxınlığında 1600 (min altı yüz) manat və xx.xx.2023-cü il tarixdə həmin yerdə birlikdə sahibkarlıq fəaiyyəti ilə məşğul olduğu Təqsirləndirilən şəxs2 atası Şahid2 Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat, cəmi 2400 (iki min dörd yüz ) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək sonuncunun birlikdə sahibkarlıq fəaiyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs X4 iki ədəd “Toyota prius” markalı avtomobil gətizdirəcəyi və ona icarəyə verdirəcəyini yalandan vəd edib aldadaraq maşın gətirən şəxslə müqavilə bağlamaqdan ötrü Zərərçəkmiş şəxs ona çatdırması üçün Təqsirləndirilən şəxs2 2023-cü ilin iyul ayında rüsum ödəyəcəyi adı ilə verdiyi 400 (dörd yüz) manat və iki ədəd avtomaşın gətirməsinə görə maşın gətirəcək şəxsə ilkin ödəniş olaraq ödəmək adı ilə verdiyi 5000 (beş min) manat, cəmi 5400 (beş min dörd yüz) manat pulun Təqsirləndirilən şəxs2 “m10” elektron tətbiq vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manatını, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manatını və xx.xx.2023-cü il tarixdə 2800 (iki min səkkiz yüz) manatını onun kart hesabına göndərərək xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manatını Qobu qəsəbəsində yerləşən “Bərəkət” marketin yaxınlığında verib 2000 (iki min) manat məbləğində pulu isə özünə götürərək aralarında bölüb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 5400 (beş min dörd yüz) manat pulunu alaraq ələ keçirib xeyli midarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs X4 iki ədəd “Toyota prius” markalı avtomobil gətizdirəcəyi və ona icarəyə verdirəcəyini yalandan vəd edib aldadaraq avtomobil gətirən şəxslə müqavilə bağlamaqdan ötrü rüsum ödəyəcəyi adı ilə Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayında 400 (dörd yüz) manat, avtomobilləri gətirəcək şəxsə iki ədəd avtomobilə görə ilkin ödəniş kimi vermək adı ilə 2023-cü ilin iyul ayında 5000 (beş min) manat, cəmi 5400 (beş min dörd yüz) manat pul alaraq həmin pulun xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manatını, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manatını, xx.xx.2023-cü il tarixdə 2800 (iki min səkkiz yüz) manatını Təqsirləndirilən şəxs1 kart hesabına “m10” elektron tətbiq vasitəsi ilə göndərib, xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manatını Qobu qəsəbəsində yerləşən “Bərəkət” marketin yaxınlığında verərək 2000 (iki min) manat məbləğində pulu özünə götürüb aralarında bölərək zərərçəkmiş Elmin Zülfüqarovun cəmi 5400 (beş min dörd yüz) manat pulunu vahid niyyətlə alaraq ələ keçirib xeyli midarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında Toyota Prius markalı, **-FX-*** qeydiyyat nömrəli avtomobili icarəyə götürmüş və «Bolt» taksi şirkətinin proqramına qoşularaq həmin avtomobili taksi kimi işlətmişdir. Zərərçəkmiş şəxs X2 vasitəsi ilə Abşeron rayonun Xırdalan şəhərindən tanıyır. 2023-cü ilin iyun ayında, tarixi yadında qalmayan gündə evdə olarkan Məhəmməd ona zəng edib Xırdalan şəhəri Heydər Əliyev adına olan parka çağırmışdır. Orada Məhəmməd onu Zərərçəkmiş şəxs Elmdar oğlu ilə tanış edərək bildirmişdir ki, Elminin Rusiyada yaşayan bacısı ərinə borcu vardır, bacısı əri borcunun qaytarılmasını tələb edir. Ona görə də, ondan xahiş etmişdir ki, faizə borc götürmək üçün Elminə kömək etsin. Elmin bildirmişdir ki, bacısı əri Elminə pul göndərmiş, o da həmin pula dörd ədəd prius markalı maşınlar almış və icarəyə vermişdir. Lakin icarədən götürdüyü gəlir az olduğu üçün bacısı ərinin borcunu qaytara bilmir. O, təklif etmişdir ki, Elmin icarəyə verdiyi maşınları satıb bacısı ərinin borcunu ödəsin, yerdə qalan pulla ilkin ödəniş edib kreditə maşın alsın. Bildirmişdir ki, onun Yaşar adlı tanışı vardır, o, Amerikadan “ Tayota prius” markalı maşınlar alıb gətirir və icarəyə verir. Lakin gətirdiyi maşınları kiminlə icarəyə vermək barədə razılaşsa, həmin şəxsdən icarəyə verəcəyi maşının pulunun on faizini qabaqcadan alır. Yaşarı əvvəllər tanımış, onunla sonradan əlaqəni kəsmiş, mobil telefonunun nömrəsini telefonundan silmişdir. Soyadı, atasının adı, yaşayış yeri haqqında hazırda heç bir məlumatı yoxdur. Elmin onun təklifi ilə razılaşmış və Məhəmmədlə birgə icarəyə verdikləri dörd ədəd “Tayota prius” markalı maşınları satmışlar. Elmir borcunun bir hissəsini ödəmişdir. O, Yaşarla söhbət etmiş və Amerikadan gətizdirəcəyi dörd ədəd “Tayota prius” markalı maşınları Elminə və Məhəmmədə icarəyə verəcəyi barədə razılaşmışdır. Yaşar maşınların icarəyə verilməsi müqabilində hər maşına görə 2500 (iki min beş yüz) manat olmaqla cəmi 10000 (on min) manat pulu qabaqcadan istəmişdir. O da bu barədə Məhəmmədə və Elminə bildirmişdir. Onlar razılaşmışlar və yaxın müddətdə həmin məbləğdə pulu ona verəcəklərini bildirmişlər. Elminin şəriki Məhəmməd Elmindən 5000 manat pul almışdır. Məhəmmədlə o, 18 iyul 2023-cü il tarixdə Xırdalan şəhərində, H.Əliyev adına parkda görüşmüş və həmin vaxt Məhəmməd bildirmişdir ki, xaricdən gətirmək istədikləri maşınlara görə ilkin ödəniş etmək üçün 5000 manat ondadır. O, Məhəmmədə demişdir ki, pulu “m10” proqramı vasitəsi ilə onun kart hesabına gönrdərsin. Pulu ona görə kartına göndərməsin istəmişdir ki, pulu almağına dair sübutu olsun. Odur ki, sabahı gün, yəni 19 iyul 2023-cü il tarixdə Məhəmməd “m10” proqramı vasitəsi ilə ona 2800 manat pul göndərmişdir. O, həmin məbləğdə pulu özünün “Kapital banka” məxsus kartından çıxatmışdır. Bir gün sonra, yəni 20 iyul 2023-cü il tarixdə Məhəmməd 200 manat pulu ona Qobu qəsəbəsində, “Bərəkət” marketin qarşısında vermişdir. Beləliklə, Məhəmməd ona xaricdən maşın gətirilməsinə görə cəmi 3000 manat pul vermişdir. Sonradan iş alınmadığı üçün Məhəmməd 2000 manatı özündə saxlayıb ona verməmişdir. Məhəmmədin 2000 manatı hara və nəyə xərcləməsiu barədə məlumatı yoxdur. Amerikadan avtomaşın gətirilməsi üçün pulu almamışdan əvvəl Yaşar ona bildirmişdir ki, hər avtomaşının gətirilməsinə görə müqavilə bağlanmalıdır. Hər müqavilə üçün 100 manat olmaqla ondan dörd maşına görə cəmi 400 manat pul istəmişdir. Bu barədə Məhəmmədə və Elminə bildirmişdir. Ona görə də, Məhəmməd “m10” tətbiqi vasitəsi ilə onun “m10” hesabıma 12 iyul 2023-cü il tarixdə 200 manat, 13 iyul 2023-cü il tarixdə də 200 manat olmaqla cəmi 400 manat pul göndərmişdir. Məhəmmədin göndərdiyi 400 manat pulu Yaşara vermişdir. Sonradan 3000 manatı da Yaşara vermişdir. Lakin Elmin və Məhəmməd pulun qalan məbləğini düzəldə bilməmişlər və Məhəmməd ona zəng edərək maşın icarəyə götürməkdən imtina etdiyini bildirmişdir. O,Məhəmmədə bildirmişdir ki, onda verdiyi 3000 manat pul batacaq. Buna baxmayaraq o, Yaşardan ona verdiyi pulları qaytarmağı tələb etmişdir. Yaşar ona 400 manatı qaytarmış, lakin 3000 manatı qaytarmamışdır. Bildirmişdir ki, 3000 manat pulu maşınları almaq üçün köçürmüşdür. Hara köçürməsini deməmişdir. Ona görə də 3000 manatı ondan ala bilməmişdir. 400 manat pulu isə, öz ehtiyaclarıma xərcləmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində evdə olarkan, tanışı Yusifov Məhəmməd onun istifadəsində olan 050 854-58-24 mobil nömrəsinə zəng edib demişdir ki, Zərərçəkmiş şəxs maddi vəziyyəti pisdir, ona təcili pul lazımdır. Abşeron rayonun Qobu qəsəbəsində olan Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qarşısında görüşmüş, mağazanın yaxınlığında “Daşlı Yamac” kafesində oturub çay içmiş və söhbərt etmişlər. Həmin söhbət zamanı Məhəmmədin qardaşı Şəhriyar və Elminin dostu Rauf da orada olmuşlar. Söhbət zamanı Məhəmməd demişdir ki, təcili olaraq Elminə pul tapmaq lazımdır. Zərərçəkmiş şəxs əvvəlcə ona 40 000 (qırx min) manat pul lazım olduğunu demiş, aradan iki gün keçəndən sonra Elminlə Qobu qəsəbəsində iş yerində görüşərkən Elmin ona 200 000 (iki yüz min) manata kimi pul lazım olduğunu söyləmişdir. 40 000 (qırx min ) manat məbləğində kredit almaqdan ötrü Elmin ona iki dəfəyə 2400 (iki min dörd yüz) manat pul vermişdir. Həmin pulun 1600 manatını 04 iyul 2023-cü il tarixdə “Daşlı Yamac” kafesindən çıxandan sonra Elmin işlədiyi Qobu qəsəbəsində yerləşən “Bərəkət” marketin yanında ona vermişdir. 800 manat pulu isə, Məhəmmədin atası Fəxrəddin iki gün sonra Qobu qəsəbəsində “Bərəkət” marketin qarşısında Məhəmməd, Məhəmmədin qardaşı Şəhriyar, Elmin və dostu Raufun yanında ona vermişdir. Bildiyinə görə 800 manat pul Elminindir, Elminin deməsinə görə Məhəmmədin ona olan borcunun əvəzində atası Fəxrəddin 800 manat pulu ona vermişdir. Elmin sonradan kredit almaq istəməmiş, o da həmin 2400 (iki min dörd yüz) manat pulu öz ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin dekabr ayının axırlarında Zərərçəkmiş şəxs ona vermiş olduğu pulu qaytarmasını istəmiş, lakin onun pulu olmadığından Elminə olan borcunu qaytara bilməmişdir. İstintaq dövründə 2400 manat pulu Elminə qaytarmışdır. Bundan başqa, ilkin araşdırma zamanı Elminə 1500 manat qaytarmış, hazırda Elminə 1900 manat borcu qalmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onlarla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə Təqsirləndirilən şəxs2 ilə ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2016-cı ilin aprel ayından 2024-cü ilin mart ayına qədər Abşeron rayonu, Qobu qəsəbəsində, yeni məhəllədə fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. 2024-cü ilin mart ayında Qobu qəsəbəsindəki evlərini satıb Yevlax rayonuna köçmüşlər və hazırda Yevlax şəhərində valideyinləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Qobu qəsəbəsində onun qonşusu olmuşdur. Odur ki, onunla dostluq etmişdir. Təqsirləndirilən şəxs1 ilə 2021-2023cü illərdə Bakı şəhərində yerləşən “Uber” taksi şirkətində taksi sürücüsü işləmişlər. Həmin vaxtlardan onunla sürücü yoldaş kimi münasibətləri yaranmışdır. 2022-ci ilin axırlarında Elminlə söhbət zamanı təklif etmişdir ki, “Tayota prius” markalı maşınlar alıb icarəyə versinlər. Elminin və onun pulları olmadığı üçün Elmin bacısı əri, Rusiya Federasiyasında yaşayan Seymurdan təxminən 40000 (qırx min) manata yaxın pul almış və həmin pulla 2023-cü ilin yanvar ayında dörd ədəd “Tayota prius” markalı maşınlar alıb icarəyə vermişlər. Həmin vaxtlar avtomaşınlar baha olduğu üçün və pulun bir hissəsini Elmin öz şəxsi ehtiyaclarına sərf etdiyi üçün avtomaşınları ilkin ödəniş etməklə lizinqlə almışdır. Elmin hər bir avtomaşına görə Seymura aylıq 600 manat qazanc verməlyi vəd etmişdir. Ona isə, maşınlara nəzarət etməsi ilə bağlı hər avtomaşına görə 200 manat olmaqla ayda 800 manat pul vermişdir. Ona görə də, Elmin avtomaşınların icarəsindən özünə cüzi gəlir əldə etmişdir. Seymura isə, vəd etdiyi qazancı verə bilməmişdir. Odur ki, Seymur Elmindən ona verdiyi pulu qaytarmasını tələb etmişdir. 2023-cü ilin iyun aynda bu barədə Hafisə bildirmiş, Hafis ona təklif etmişdir ki, Elmin əlində olan maşınları satsın və borclarını ödəsin, qalan pulla ilkin ödəniş etməklə Amerikadan “Tayota prius” markalı maşınlar gətizdirə bilər. Bu barədə Elminə bildirmiş, Elmin Hafislə görüşmək istəmişdir. Odur ki, Hafisə zəng etmiş və onu Qobu qəsəbəsinə çağırmışdır. Qobu qəsəbəsində “Daşlı yamac” kafesində görüşmüşlər. Həmin görüş zamanı Hafis bildirmişdir ki, tanışı Amerikadan “Tayota prius” markalı maşınlar gətizdirir və həmin maşınları icarəyə verir. Lakin maşınların gətirilərək konkret şəxsə verilməsi üçün qabaqcadan həmin şəxsə hər maşına görə 2500 manat pul vermək lazım olduğunu demişdir. Elmin Hafisin təklifi ilə razılaşmışdır. Odur ki, istifadəsində olduğu iki ədəd “Tayota prius” markalı maşınları satmış, əldə olunan pulun bir hissəsini maşınların kreditinə vermiş, 5000 manat pul qalmışdır. Həmin 5000 manat pulu Elmin ondan almamış, həmin pulu iki ədəd avtomaşın gətizdirmək üçün ilkin ödəıniş olaraq Hafisə verməsi üçün onda saxlamışdır. Hafis maşınlara müqavilə üçün əlavə olaraq 400 manat da pul istədiyi üçün 400 manat pulu Elmin əlavə olaraq cibindən çıxarıb ona vermişdir. O, 5400 manat pulun 3000 manatını və 2400 manatını ayrıl-ayrılıqda Hafisin kart hesabına “M.10” tətbiqi ilə göndərmişdir. Hafis sonradan zəng edib bildirmişdir ki, avtomaşın gətizdirəcəyi şəxs pulun qalanını da istəyir. Lakin Elmin pulun qalanını verə bilməmışdir. Odur ki, ona demişdir ki, Hafis pulu qaytarsın. O, zəng edib bu barədə Hafisə demiş, lakin Hafis, artıq avtomaşınların sifariş edildiyini, pulun qaytarılmasının mümkünolmadığını bildirmiş, əgər imtina edilsə, verilən pulun batacağını söyləmişdir. Bu barədə Elminə dedikdə Elmin demişdir ki, eybi yoxdur, qoy maşın gəlsin, ona kimi pul taparıq. Satdıqları avtomaşınları təmir etdirmiş, bununla bağlı ustalara 2000 manat borclu qalmışdır. Odur ki, o, Hafisə demişdir ki, ona verdiyi 5400 manat pulun 2000 manatını ona qaytarsın. Hafis həmin puldan 2000 manatı “Emon” tətbiqi ilə ona qaytarmış və o, həmin məbləğdə pulu borclu qaldığı ustalara vermişdir. Bir neçə gündən sonra Elmin onunla görüşəndə demidir ki, Hafis ona bank sektorunda tanışı olduğunu bildirib və ona 100000 (yüz min) manat məbləğində kredit götürməsində kömək edə biləcəyini söyləmişdir. O, Elminə demişdir ki, əgər kredit götürə bilsə, yaxşı olar. Kreditlə borclarını ödəyib bir yerə borcu qalar. Odur ki, birlikdə 2023-cü ilin iyul ayının əvvəllərində Hafislə Qobu qəsəbəsində “Daşlı yamac” kafesində görüşmüşlər. Həmin görüş zamanı qardaşı Şəhriyar da yanlarında olmuşdur. Hafis söhbət zamanı bir daha bildirmişdir ki, Elminə kredit almaqda kömək edə bilər. Elminə 50000 manat kredit almaqda kömək etmək üçün pul lazım olduğunu demiş, Elmin Hafisə pul verməyə razılaşmışdır. Ona sonradan məlum olmuşdur ki, Elmin Hafisə kredit almaqda ona kömək etməsi üçün cəmi 2400 manat pul vermişdir. Həmin pulun 800 manatını 04 iyul 2024-cü il tarixdə Qobu qəsəbəsində “Bərəkət” marketin qarşısında onun və qardaşı Şəhriyarın yanında atası Fəxrəddin Hafisə vermişdir. Belə ki, həmin vaxtlar onun Elminə 1100 (min yüz) manat borcu olmuşdur. Elmin ona zəng edib Hafisə vermək üçün 800 manat pul lazım olduğunu demiş və borcunu qaytarmağnı istəmişdir. Onun pulu olmadığı üçün atası Fəxrəddinə zəng etmiş və ondan xahiş etmişdir ki, Qobu qəsəbəsindəki “Bərəkət” marketin qarşısına gəlib ona 800 manat pul versin. Atası Fəxrəddin həmin gün, yəni 04 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Qobu qəsəbəsindəki “Bərəkət” marketin qarşısına gəlmiş, orada Hafislə atası Fəxrəddini görüşdürüb tanış etmiş və atası Fəxrəddin onun və qardaşı Şəhriyarın yanında Hafisə 800 manat pul vermişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə Təqsirləndirilən şəxs1 ilə ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Emidar oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2023-cü ilin yay vaxtından tanıyır. 2022-ci ildə özünə məxsus prius markalı maşını “Uber” taksi şirkətinə icarəyə vermişdir. Həmin maşından cüzi gəlir götrürüdüyü üçün iş qurmaq qərarına gəlmiş, Rusiya Federasiyasının Moskva vilayətində yaşayan bacısının həyat yoldaşı X6 ilə telefonla danışarkan təklif etmişdir ki, ona pul göndərsin və “Tayota prius” markalı avtomaşınlar alıb taksi fəaiyyəti üçün icarəyə versin və maşınların icarəsindən qazanc əldə edib bölüşdürsünlər. Seymur 2022-ci ilin axırlarında və 2023-cü ilin mart ayında üç dəfəyə ona cəmi 49000 (qırx doqquz min) manat pul göndərmişdir. Həmin vaxtlar avtomaşınlar baha olduğu üçün Seymurun göndərdiyi pula iki ədəd maşın almaq mümkün olmuş, ona görə də o daha yaxşı qazanc əldə etmək üçün ilkin ödəniş etməklə lizinq yolu ilə dörd ədəd “prius” markalı maşınlar almış və taksi fəaliyyəti üçün icarəyə vermişdir. Avtomaşınlardan az gəlir gəldiyi üçün avtomaşınlar nəzərdə tutulan xərcləri ödəməmişdir. Ona görə də, əldə olunan gəlir bacısının həyat yoldaşı Seymuru qane etməməmiş və o, pulunu qaytarmağımı tələb etmişdir. O, Seymurun borcunu ödəmək üçün avtomaşınları satmaq qərarına gəlmişdir. Onun icarəyə verdiyi, taksi kimi işlədilən maşınlardan birini dostluq etdiyi X3 idarə etmişdir. Məhəmməd ona təklif etmişdir ki, vəziyyətdən çıxmaq üçün lizinq yolu ilə əlavə maşınlar alsınlar. Məhəmməd bildirmişdir ki, onun Hafis adlı dostu vardır, Hafisin köməyi ilə Amerikadan ilkin ödəniş əsasında maşın gətizdirə bilər. O, razılaşmış və bundan sonra Məhəmməd onu Hafislə tanış etmişdir. Hafisə məsələ barəsində bildirdikdə Hafis demişdir ki,hər maşın üçün 2500 manat ilkin ödəniş əsasında Amerikadan maşın gətizdirə bilər. Həmçinin Məhəmməd də özünə eyni qaydada maşın gətizdirmək istədiyini və iki maşın üçün Hafisə 5000 manat pul verəcəyini söyləmişdir. O da iki ədəd maşın gətizdirmək üçün Hafisə 5000 manat pul verəcəyini bildirmişdir. Ona görə də, lizinq yolu ilə alaraq taksi kimi istifadə olunan maşınların ikisini Məhəmməd satmışdır. Məhəmmədin satdığı maşınlardan əldə olunan 18000 (on səkkiz min) manat pulun 13000 manatı satılan maşınların lizinqdən çıxarılmasına verilmiş, yerdə qalan 5000 (beş min) manat pulu Məhəmməddə saxlamış, ona tapşırmışdır ki, həmin 5000 (beş min) manat pulu Hafisə versin. Məhəmməd maşın satılan gün ona demişdir ki, həmin 5000 (beş min) manat pulu Hafisə vermişdir. O, zəng edib Hafisdən Məhəmmədin 5000 (beş min) manat pulu ona verib-vermədiyini soruşduqda Hafis Məhəmməddən 5000 (beş min) manat pulu aldığını söyləmişdir. Sonradan 5000 (beş min) manat pulu Hafisin Məhəmməddən alıb-almadığını dostu Şahid3 da Hafisdən sotruşmuş, Hafis həmin məbləğdə pulu Məhəmməddən aldığını Raufa da etiraf etmişdir. Təxminən bir həftə sonra, 2023-cü ilin iyun ayının axırlarında Hafis ona zəng etmiş və avtomaşınların gətirilməsi ilə bağlı müqavilə bağlamaqdan ötrü hər maşın üçün 200 manat pul vermək lazım olduğunu bildirmişdir. Odur ki, o, iki ədəd avtomaşına görə Hafisə “m10” elektron tətbiq vasitəsi ilə 2023-cü ilin iyun ayının axırlarında 400 manat pul göndərmişdir. Həmin pulu Hafis ona qaytarmamışdır. İfadə verərkən 400 manatla bağlı unutduğu üçün bildirməmişdir. Hafis vəd etmişdir ki, 2023-cü ilin oktyabr ayında iki ədəd maşın ona, iki ədəd maşın Məhəmmədə veriləcəkdir. Maşın gətizdirmək üçün Hafislə razılaşdıqdan sonra, bacısının əri Seymurun borcunu ödəmək məqsədi ilə “Kapital bankdan” kredit götürmək qərarına gəlmişdir. Bunun üçün o, dostu Şahid3 Elbəy oğlunun tanışı və onun tanıdığı Təqsirləndirilən şəxs1 ilə 2023-cü ilin iyul ayının əvvəllərində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən «Daşlı yamac» kafesində çay içərkən söhbət zamanı ona pul lazım olduğunu bildirdikdə , Hafiz Cavadov bildirmişdir ki, "xxxx"ın Xaçmaz filialının direktoru qaynatasının qohumudur, onun vasitəsi ilə 100.000 (yüz min) manat məbləğində kredit düzəldə bilər. Hafiz Cavadov eyni zamanda orada Şahid3 yanında bildirmişdir ki, kredit düzəltməkdən ötrü ona 20 000 (iyirmi min) manat pul verməlidir. Kredit almağı iki həftəyə həll edəcəyinə söz vermişdir. O, Hafiz Cavadovun təklifi ilə razılaşmış və bankdan
100. 000 manat pulu götürəndə 20 000 min manatını Hafiz Cavadova verməyə söz vermişdir. Həmçinin həmin söhbət zamanı sənədlərin düzəldilməsindən ötrü Hafiz Cavadova dörd gün müddətinə 2400 (iki min dörd yüz) manat pul verməyə razılaşmışdır. 04 iyul 2023-cü ili tarixdə Qobu qəsəbəsində «Bərəkət» marketin yanında Hafiz Cavadova1600 (min altı yüz) manat pul vermişdir. Bundan sonra Hafiz Cavadova pul verməkdən ötrü Qobu qəsəbəsində yaşayan dostu Təqsirləndirilən şəxs2 ona olan 1100 manat borc verdiyi pulu istəmiş, Məhəmmədin atası Fəxrəddin ona 800 manat pul verəcəyini bildirmiş, o da Təqsirləndirilən şəxs1 zəng edib, sənədlərin hazırlanması üçün dediyi pulun qalan 800 manatını da hazırladığını söyləmişdir. 06 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Bərəkət» marketin yanında Hafizlə görüşərək onun yerinə Şahid2 800 manat pulu Hafiz Cavadova vermişdir. Təqsirləndirilən şəxs1 həmin pulu alanda bildirmişdir ki, qısa müddətdə “Kapital bankdan” 100 000 (yüz min) manat krediti almağımı təmin edəcəkdir. Sonradan o, hər dəfə Təqsirləndirilən şəxs1la görüşüb kreditlə bağlı ondan soruşduqda Hafiz krediti işinin düzələcəyini bildirirmişdir. Lakin Hafis vədinə əməl etməyib kredit almaqda ona kömək etməmişdir. Bundan başqa, 2023-cü ilin oktyabr ayında maşın gəlmədiyini görüb Hafisdən bununla əlaqədar soruşduqda Hafis, oktyabr ayının 15-də maşınların gətiriləcəyini bildirmişdir. 15 oktyabr 2023-cü il tarixdə yenidən Hafisə zəng edib mamınla bağlı soruşduqda Hafis maşınların gəldiyini, Gömrük məntəqəsində olduğunu, Gömrükdən çıxartmaq üçün əlavə olaraq 17000 (on yeddi min) manat pul lazım olduğunu bildirmişdir. O Hafisə demişdir ki, Gömrük məntəqəsində onu aidiyyatı şəxslə görüşdürsün, sonra lazım olan məbləğdə pulu versin. Lakin Hafis bəhanə gətirərək Gömrükdə işləyən vəzifəli şəxsin onları qəbul etmək istəmədiyini bildirmişdir. Bundan sonra Hafisin onu aldatdığını başa düşmüş, 07 dekabr 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Həmçinin sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 kredit almaqda kömək edəcəyi adı ilə də onu aldatmışdır. Ona görə də 24 fevral 2024-cü il tarixdə o, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ildən tanıyır. Zərərçəkmiş şəxs, əvvəllər onun yaşadığı məhəllədə mağazada işləmişdir. 2023-cü ilin yay vaxtı onunla birlikdə X3 da taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, sonradan Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 da tanımışdır. 2023-cü ildə Zərərçəkmiş şəxs bacısının həyat yoldaşı Seymur Qocayevə borclu olmuş, Seymur Elminə pul göndərmiş, Elmin onun puluna lizinqlə dörd ədəd “Tayota prius” markalı maşın almış və icarəyə vermişdir. Elminin icarəyə verdiyi “Tayota prius” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomaşını o, idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Elmin, Seymurun pulunu qaytarmaq üçün Təqsirləndirilən şəxs2 vasitəsiylə iki ədəd “prius” markalı maşını 18000 (on səkkiz min) manata satmış, əldə olunan pulun 13000 manatı satılan maşınların lizinqinin ödənilməsinə sərf olunmuşdur. Çünki həmin maşınlar lizinqdən çıxarılmadan satılması mümkün olmamışdır. Yerdə qalan 5000 manat pulu Elmin, Məhəmməddən almamış, onda saxlamış və ona tapşırmışdır ki, həmin pulu Hafisə versin. X11 və Məhəmməd razılığa gəlmişlər ki, Hafisə ilkin ödəniş olaraq hər maşına görə 2500 manat olmaqla ödəniş etsinlər və Hafis 5000 manat müqabilində iki ədəd “Tayota prius” markalı maşını Elminə və 5000 manat müqabilində iki ədəd “prius” markalı maşın da Məhəmmədə gətirtsin. Məhəmməd, Elminin 5000 manat pulunu Hafisə vermişdir. Belə ki, Elminin tapşırığı ilə Hafisə zəng etmiş və Məhəmmədin 5000 manat pulu ona veribvermədiyini soruşmuş, Hafis Məhəmmədin həmin məbləığdə pulu ona verdiyini bildirmişdir. Bundan sonra Hafis Elmindən hər avtomaşının sənədləşməsinə görə 200 manat istəmiş, Elmin də ona iki avtomaşına görə cəmi 400 manat pul vermişdi. Məhəmmədin Hafisə verdiyi pulun 2000 manatını sonradan almasından məlumatım olmamışdır. O, hər gün Elminin yanında olduğu üçün baş vermiş hadisələrdən məlumatlı olmuşdur. 04 iyl 2023-cü il tarixdə, günortadan sonra o, Elmin, Hafis və Məhəmməd Qobu qəsəbəsində, “Daşlı yamac” kafesində görüşmüşlər. Orada söhbət zamanı Hafis, Elminə vəd verib inandırmışdır ki, onun bankda işləyən tanışları vardır. Həmin tanışların köməyi ilə ona kredit ala bilər. Elminin borcları çox olduğu üçün Hafislə razılaşmışdır. Hafis kafedən bayıra çıxıb bir neçə dəqiqədən sonra qayıtmış və bildirmişdir ki, kredit almaq üçün lazımi şəxslərə verməkdən ötrü pul lazım olacaq. İlkin olaraq Elmindən 1600 manat pul istəmişdir. Elmin həmin məbləğdə pulu verməyə razılaşmış və kafedən çıxandan sonra Elminlə Hafis birlikdə Elminin işlədiyi “Bərəkət” marketə tərəf getmişlər. Elmin mağazadanm pul götürüb ona vermişdir. Onlardan aralı olduğum üçün Elminin pulu Hafisə verdiyini görməmişdir. Lakin sonradan Elmin həmin vaxt marketin yanında Hafisə 1600 manat pul verdiyini ona söyləmişdir. Bundan iki gün sonra Hafis Elminə zəng edib işin həlli üçün əlavə pul istəmişdir. Bu barədə o, Elminlə birlikdə 06 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Qobu qəsəbəsində Elminin işlədiyi “Bərəkət” marketə gedərkən bilmişdir. Həmin vaxt Elmin Məhəmmədə zəng edib ondan 1100 manat borcunu istəmiş, bərəkət marketə Məhəmməd, qardaşı Şəhriyar və atası Fəxrəddin birlikdə gəlmişlər. Fəxrəddin özü ona görə həmin yerə gəlmişdir ki, işin düzəlməsi üçün Hafis məsuliyyət hiss etsin. Hafis həmin yerə gəldikdən sonra Fəxrəddin ona yaxınlaşmış və 800 manat pulu Hafisə vermişdir. Sonradan məlum olmuşdur ki, Hafis Elmini aldatmış və ondan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Abşeron rayonu, Qobu qəsəbəsində onun qonşusu olmuşdur. Təqsirləndirilən şəxs1 qardaşı Məhəmmədin vasitəsi ilə 2022-ci ilin sonundan tanıyır. Zərərçəkmiş şəxs ilə qardaşı Məhəmməd və Məhəmmədin dostu Hafis arasında avtomaşın alveri ilə bağlı məsələlərdə bilavasitə iştirak etməmiş, yəni maşın alverti ilə bağlı pul verilməsində onun maddi marağı olmamış və bu məsələrə qarışmamışdır. Lakin bununla bağlı söhbət və razılaşmada o, qardaşının yanında olduğu üçün məlumatı vardır. Belə ki, bilmişdir ki, Zərərçəkmiş şəxs Rusiyada yaşayan bacısı əri Seymurdan maşın alıb icarəyə verərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü xatırlamadığı məbləğdə pul almış, həmin pulun bir hissəsini öz ehtiyaclarına sərf edib, bir hissəısinə dörd ədəd “Tayota prius” markalı avtomaşınlar almış və həmin maşınları icarəyə vermişdir Lakin maşınları lizinqlə aldığı üçün əldə olunan gəlir lizinqin ödənməsinə sərf olunduğu üçün ortada az qazanc qaldığından bacısı əri Seymur Elmindən onun pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxt Elmin borc almaq üçün Hafisə müraciət etmiş, Hafis təklif etmişdir ki, Elmin icarəyə verdiyi maşınları satsın və əldə olunan pulla borcunun bir hissəsini bağlayıb qalan pulla hər birinə ilkin olaraq 2500 manbat məbləğində ödəniş etməklə dörd ədəd maşın xaricdən gətirtsin. Elmin də razılaşıb maşınları satmış, borclarını bağladıqdan sonra qalan 5400 manat pulu qardaşı Məhəmmədin vasitəsi ilə Hafisə vermişdir ki, Amerikadan maşın gətizdirsin. Lakin həmin məsələ baş tutmadıqda qardaşı Məhəmməd pulun 2000 manatını geri alıb avtomaşınların təmiri ilə əlaqədar ustalara olan borca ödəmiş, qalan 3400 manat pulu isə Hafis öz ehtiyaclarına sərf edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 kredit almasında kömək edəcəyini Zərərçəkmiş şəxs vəd etmiş və işin həlli üçün Zərərçəkmiş şəxs pul istədikdə o da qardaşı Məhəmməddən 1100 manat borcunu istəmişdir ki, Hafisə 800 manat pul versin. Odur ki, 06 iyul 2023-cü il tarixdə Qobu qəsəbəsində “Bərəkət” marketin yanında atası X5 borclu olduğu 1100 manat puldan 800 manat pulu qardaşı Məhəmmədin və onun yanımda Təqsirləndirilən şəxs1 vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildə ailə üzvləri ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsində yaşayarkan Zərərçəkmiş şəxs tanımışdır. 2023-cü ilin iyul ayının əvvəllərində Abşeron rayonu Qobu qəsəbəsində yaşadığı evində olarkan, saat 14- 16 radələrində oğlu Təqsirləndirilən şəxs2 ona zəng edib bildirmişdir ki, onun Qobu qəsəbəsində yaşayan və “Bərəkət” marketini işlədən Zərərçəkmiş şəxs borcu vardır, Elmin ondan borcunu qaytarmasını tələb edir. Məhəmməd ona demişdir ki, 800 manat pul gətirsin və Elminə borcunu qaytarsın . O da evdən 800 (səkktz yüz) manat pul götürüb Abşeron rayonu, Qobu qəsəbəsində olan “Bərəkət” marketin yanına gəlmişdir. Həmin yerə çatanda oğlu Məhəmməddən başqa digər oğlu Şəhriyar, oğlunun tanışı Elmin və sonradan adını bildiyi Hafiz adlı şəxslərin də “Bərəkət” marketin qarşısında olduğunu görmüşlər. Zərərçəkmiş şəxs ona verməli olduğu 800 manat pulu həmin vaxt orada olan Hafisə verməsini söyləmiş, o da 800 manat pulu Hafisə vermişdir. Oğlu Məhəmmədin hansı səbəbə Zərərçəkmiş şəxs 800 manat borclu olmasını və Elminin həmin 800 manat pulu nə səbəbə Hafiz Cavadova verməsini soruşmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işi üzrə icraat xx.xx.2024-cii il tarixli qərardan görünür ki, cinayət işi üzrə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi üzrə icraat xx.xx.2024-cii il tarixli qərardan görünür ki, cinayət işi üzrə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. "xxxx" ASC-nin Abşeron filialının qəbzində görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni 1352 manat dövlət büdcəsinə ödəniş edilmişdir. "xxxx" ASC-nin Abşeron filialının qəbzində görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni 506 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Zərərçəkmiş şəxs Emidar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barələrindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barələrindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onların əməli düzgün olaraq Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiklərini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilmələrini və barələrində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxslərin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslər "xxxx" ASC-nin “Abşeron” filialına cinayət nəticəsində vurulmuş ümumilikdə 7800 manat məbləğində maddi ziyanın paylarına düşən hissəsinin iyirmi beş faizi miqdarında – 1352 manat və 506 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və barələrində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın paylarına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxslər həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, onlara vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslələ barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 və vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və onlar, cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 və vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov