Məhkəmə qərarları › İş №1(012)-396/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-396/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-396/2020 14.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1956-cı ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qarabağ əlili, məhkum olunmamış, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə, xx.xx.1969-cu ildə Ağdərə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortai təhsilli, Qarabağ əlili, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdərə rayonu, Şırxavənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinəAbşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 18 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ümumi istifadədə olan 521 saylı marşrut xətti ilə idarə etdiyi “Mercedes Benz 208 DKB mikroavtobus» markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Abşeron rayonu, Masazır qəsəbəsindən Novxanı istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin ərazidəki “OP petrol” yanacaqdoldurma məntəqəsindən 150 metr Novxanı istiqamətindəki ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna riayət etməmiş və həmin ərazidə avtomobil yolunun sağ kənarı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol incik sümüyünün orta l\3-nin qapalı yerdəyişən sınığı, üz nahiyəsinin və sağ əlin çoxsaylı sıyrıqları və əzilmiş yaraları” ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 “qarnın küt travması, bədənin çoxsaylı sıyrıqları” ilə müşayiət olunan sağlamlığına zərər vurmayan bədən xəsarəti almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə sahibi olduğu 8 saylı X7 MMC-nin nəzdində fəaliyyət göstərən “Sumqayıt-Saray-Masazır-Novxanı № 521” marşrutunda fəaliyyət göstərən ümumi istifadədə olan Mercedes Benz 208 DKB Mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə etmək hüququ olmayan Təqsirləndirilən şəxs1 idarə etmək üçün etibarnaməsi olmadan və reysqabağı tibbi müayinəsini təşkil etmədən idarə edilməsinə buraxmış və həmin tarixdə Təqsirləndirilən şəxs1 saat 18 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ümumi istifadədə olan 521 saylı marşrut xətti ilə idarə etdiyi “Mercedes Benz 208 DKB mikroavtobus» markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Abşeron rayonu, Masazır qəsəbəsindən Novxanı istiqamətində hərəkətdə olarkən həmin ərazidəki “OP petrol” yanacaqdoldurma məntəqəsindən 150 metr Novxanı istiqamətindəki ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş və həmin ərazidə avtomobil yolunun sağ kənarı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol incik sümüyünün orta l\3-nin qapalı yerdəyişən sınığı, üz nahiyəsinin və sağ əlin çoxsaylı sıyrıqları və əzilmiş yaraları” ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 “qarnın küt travması, bədənin çoxsaylı sıyrıqları” ilə müşayiət olunan sağlamlığına zərər vurmayan bədən bədən xəsarəti almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin iyun ayından 521 nömrəli avtobus marşurutunda sürücü kimi fəaliyyət göstərir, belə ki, 521 nömrəli xəttin müdiri olan Təqsirləndirilən şəxs2 ona Mercedes Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtobus təhkim etmiş, həmin avtobusla 521 nömrəli avtobus xətti ilə sərnişindaşıma ilə məşğul olmuş, xəttin hərəkət sxemi Sumqayıt şəhərinin girişində olan körpüdən Novxanı çimərliyində olan dairəyə qədər olmuş, avtobusla Sumqayıt-Saray- Masazır-Novxanı yaşayış massivlərində hər gün saat 07 radələrində fəaliyyətə başlamış, saat 19 radələrində işi qurtardığı üçün evinə getmişdir. xx xxxxxx 20219-cu il tarixdə saat 18 radələrində 40 km/saat sürətlə idarə etdiyi Mercedes Benz 298 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu, Masazır kəndində Novxanı istiqamətdə hərəkətdə olmuş, “OP” petrolu təxminən 150 metr keçmiş, hava qaranlıq və çiskinli olduğu üçün qarşı tərəf aydın görünməmiş, həmçinin yolun sağ hissəsi palçıq olmuş, qəfildən yolun hərəkət hissəsinin kənarından yola doğru bir metrlik məsafədə iki nəfər şəxsin onunla eyni istiqamətdə, yəni Novxanı kənd istiqamətində hərəkət etdiyini görmüş, hava çiskinli olduğu üçün həmin şəxsləri təxminən 1-2 metr qalmış görmüş, o, avtobusun sükanını sola döndərmək istəmiş, lakin hadisənin qarşısını ala bilməmiş, idarə etdiyi avtobusun qabaq sağ tərəfi ilə birinci adını sonradan bildiyi Zərərçəkmiş şəxs1, sonra isə Zərərçəkmiş şəxs2 vurmuş, o, dərhal avtobusu saxlamış, hər ikisini avtobusa qoyaraq X18 yardım xəstəxanasına aparmış, orada Sabitə və Vüsaləyə ilkin yardım göstərilmiş, onun sürücülük vəsiqəsi olmamış, hadisə zamanı avtobusda artıq yük və sərnişin olmamış, avtobus saz vəziyyətdə olmuş, əlavə olaraq o, təhlükə anını 1-2 metrdən hiss etmiş, hava qaranlıq və çiskinli olduğundan onunla eyni istiqamətdə hərəkət edən piyadaları görməmiş, mikroavtobusun sahibi Təqsirləndirilən şəxs2 ilə onun arasında əmək müqaviləsi mövcud olmamış, Təqsirləndirilən şəxs2 onun sürücülük vəsiqəsinin olmadığını bilmiş, həmçinin işə başlayan zaman həkim müayinəsindən keçməmişdir. Sonda o, tutuduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadıqlarını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi sahibkar kimi X7 Departamenti ilə 2018-ci ilin sonlarında müqavilə bağlamış və Sumqayıt-Saray-Masazır- Novxanı marşrut xəttində işləyən 521 saylı marşruta iki ədəd mikroavtobus təhvil vermiş, özünə məxsus Mercedes-Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı və Mercedes-Benz 208 DKB mikroavtobus markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı mikroavtobuslar həmin marşrut xətti ilə işləyib sərnişin daşımaqla məşğul olurlar. Təqsirləndirilən şəxs1 çilingər işləmiş, Mercedes-Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsünün yaş həddi çatdığı üçün həmin mikroavtobusun sürücüsü olmadığı üçün idarə olunmamış, buna görə də hadisədən təxminən 3 gün əvvəldən həmin mikroavtobusu Təqsirləndirilən şəxs1 idarə etməyə və sərnişin daşımağa başlamışdır. Həmin marşrut səhər saat 07 radələrindən axşam saat 19 radələrinədək fəaliyyət göstərir, o, əvvəllər başqa maşrut xəttində dispetçer işlədiyi dövrdə Təqsirləndirilən şəxs1 tanımış və onun marşrut avtobusu idarə etdiyini görmüş, ona görə də Müzəffərin sürücülük vəsiqəsinin olub-olmaması ilə maraqlanmamışdır. 521 saylı marşrut xəttində iki mikroavtobus fəaliyyət göstərir və həmin mikroravtobuslar da ona məxsus olmaqla həmin xəttdə dispetçer kimi fəaliyyət göstərir, marşrut mikroavtobusları hər gün axşam yoxlanılır, nasaz yerlər təmir olunur və səhərlər xəttə buraxılır, o dispetçer kimi həmin mikroavtobusların xəttə saz vəziyyətdə buraxılmasına nəzarət edir, o, marşrut xəttində işləyən mikroavtobusların sürücülərinin reys qabağı tibbi müayinədən keçdiyini bilir, lakin hazırkı dövrədək sürücülərin hansı idarədə tibbi müayinədən keçmələrindən xəbəri olmamışdır. Marşurt xəttində fəaliyyət göstərən mikroavtobuslar adətən günün sonunda Saray qəsəbəsində yerləşən qarajda saxlanılır, lakin elə hallar olur ki sürücü tərəfindən mikroavtobus qarajda deyil, özlərində saxlanılır. xx xxxxxx 2019-cu il tarixdə səhər radələrində sürücü Təqsirləndirilən şəxs1 Mercedes-Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtobusu qarajdan götürüb sərnişin daşımaqla məşğul olmağa başlamış, həmin günü saat axşam radələrində ona sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes- Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu, Masazır kəndində Novxanı istiqamətdə hərəkətdə olarkən “OP” petrolu yanacaqdoldurma məntəqəsindən təxminən 150 metr irəlidə Novxanı kənd istiqamətində hərəkətdə olarkən yolun kənarında hərəkətdə olan iki nəfər piyadanı vurduğu məlum olmuş, sürücü Təqsirləndirilən şəxs1 hadisədən sonra xəsarət almış piyadaları xəstəxanaya apardığı üçün o da birbaşa xəstəxanaya gəlmiş və xəsarət almış piyadaların müalicəsi ilə məşğul olmuş və onların tibbi xərclərini çəkmiş, həmçinin hadisə zamanı paltarları yararsız vəziyyətə düşdüyü üçün yenisi ilə əvəz edilməsində maddi yardım göstərmişdir. Sonda o, tutuduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadıqlarını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində yolun ehtiyat hissəsi ilə hərəkətdə olmuşlar, həmin vaxt hərəkət etdikləri yolda arxa tərəfdən hərəkətdə olan Mercedes-Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobusun qabaq sağ tərəfi onun sol ayaq nahiyəsindən dəymiş, bundan sonra isə mikroavtobus arvadı Zərərçəkmiş şəxs2 da vurmuş, hadisə nəticəsində hər ikisi yerə yıxılmış və bədənlərinin müxtəlif nahiyələrindən xəsarət almışlar, hadisədən sonra mikroravtobusun sürücüsü sonradan bildiyi Təqsirləndirilən şəxs1 onları idarə etdiyi avtomaşına əyləşdirmiş və yardım olunması üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmış, xəstəxanada hər ikisinə tibbi yardım göstərilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq istintaqda verdiy ifadəni təsdiq etdiyini və Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində əri Zərərçəkmiş şəxs1 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində yolun ehtiyat hissəsi ilə adi yeriş qaydası ilə hərəkətdə olmuş, həmin vaxtı hərəkət etdikləri yolda arxa tərəfdən hərəkətdə olan Mercedes-Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobus qabaq sağ tərəfi əri Sabitin sol ayaq nahiyəsindən vurmuş, bundan sonra isə mikroavtobus qabaq hissəsi ilə onu da vurmuş, hadisə nəticəsində hər ikisi yerə yıxılmış və bədənlərinin müxtəlif nahiyələrindən xəsarət almışlar, hadisədən sonra mikroravtobusun sürücüsü sonradan bildiyi Təqsirləndirilən şəxs1 onları idarə etdiyi avtomaşına əyləşdirmiş və yardım olunması üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmış, xəstəxanada hər ikisinə tibbi yardım göstərilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq istintaqda verdiy ifadəni təsdiq etdiyini və Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 8/579 nömrəli rəyindən görünür ki, Mercedes- Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü M.Q.X16 208 DKB mikroavtobus markalı mikroavtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 25TS nömrəli rəyinə əsasən 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol incik sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, üz nahiyəsinin və sağ əlinçoxsaylı sıyrıqları və əzilmiş yaraları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada xx.xx.2019-cu il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamğılm uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 16TS nömrəli rəyinə əsasən 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - qarnın küt travması, bədənin çoxsaylı sıyrıqları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada xx.xx.2019-cu il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamğa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan istintaq zamanı verilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, Mercedes- Benz 208 DKB mikroavtobus markalı, ** MG *** dövlət qeydiyyat nişanlı mikroavtobusun xx.xx.2018-ci il tarixdə verilmiş AD seriyalı 230061 №-li qeydiyyat şəhadətnaməsinə əsasən X10 məxsus olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş ƏN-Vİİ seriyalı 165069 №-li etibarnamə əsasında idarə edilməsi xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 sərəncam verilməsi üçün etibar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 4515 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 263-1.2-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla hər iki Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X17 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X17 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə arayışlarından (tələbnamələrdən) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon MTİİTS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1559 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri, yəni 1958-ci il təvəllüdlü arvadı X2, oğlu-1985-ci il təvəllüdlü X3, 1983-cü il təvəllüdlü oğlu X4, 1989-cu il təvəllüdlü X5 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, o cümlədən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yəni bu cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini, yəni törədilmiş cinayəti etiraf edərək səmimi peşman olmasını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, hadisə nəticəsində xəsarət almış zərərçəkmiş şəxslərə xəstəxanada müalicə olunarkən imkanı daxilində ona maddi və mənəvi cəhətdən kömək göstərməsini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdərə rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. İş materiallarında olan vəsiqədən görünür ki, təqsirləndirilən şəxs Çıraqov X9 müharibəsi əlilidir və ona xx.xx.2016-cı il tarixindən ömürlük əmək pensiyası təyin olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, o cümlədən Qarabağ müharibəsi əlili olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yəni bu cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini, yəni özünü təqsirli bilərək törədilmiş cinayəti etiraf etməsini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, cəzanın onun islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3.-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Sumqayıt şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya şöbəsi icra etməli və həmin cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, hazırki cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərciTəqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. HökmünicrasıTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 90 (doxsan) manat məbləğində, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 60 (altmış) manat məbləğində, məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2AzərbaycanRespublikasıCinayətMəcəlləsinin265-1.1-ci maddəsiilətəqsirlibilinsin və o, 01 (bir) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Sumqayıt şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin və həmin cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. İşüzrə100 (yüz) manatekspertiza xərciTəqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydadatutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 90 (doxsan) manat məbləğində, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 60 (altmış) manat məbləğində, məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar