Məhkəmə qərarları › İş №1(012)-396/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-396/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-396/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Karamova Şəfiqə Muxtar qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Ə.Mehbalayev küçəsi, ev 113, mənzil 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdə saat 20 radələrində əvvəllər qeyrirəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Xırdalan şəhəri, X3 kompleksi 1, ev 9, mənzil 117 ünvanında yerləşən mənzildə sonuncu ilə onun arasında pul borcuna görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs barmağını tutub qəsdən burmaqla sonuncuya sol əlin 3-cü barmağının orta falanqa sümüyünün qapalı yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olması ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs barmağını sındırmamışdır. 27.03.2021-ci il tarixdə axşam saat 23 radələrində Şəfiqəgilə gedib söhbət etmişlər. Həmin gecədə orada qalıb səhəri saat 11 radələrində ordan çıxıb öz evinə getmişdir. Həmin gecədə Şəfiqə ilə aralarında söz söhbət olmamış, onu döyməmişdir. Bir sözlə Şəfiqə onun barəsində şər böhtan xarakterli ifadə vermişdir. Evdə isə heç kim olmamışdır. Şəfiqəyə məxsus kartı alıb özündə heç vaxt saxlamamış, nə dəki, özbaşına ondan icazəsiz olaraq kartından pul çıxartmamışdır. Ancaq, bir neçə dəfə Şəfiqənin öz razılığı əsasında sonuncunun təqaüd kartını ondan alıb gedib kartdan təqaüd pulunu çıxardıb 50-60 manatını özünə götürüb yerdə qalanını ona gətirib vermiş, heç vaxt Şəfiqəyə məxsus kartdan təqaüd pulunun hamısını çıxardıb götürməmiş, onun Şəfiqəyə 3800 manat borcu yoxdur. Ümumilikdə Şəfiqədən təxminən 500 manat hissə-hissə pul almışdır. Onuda ki, Şəfiqə ona borc kimi yəni qaytarmaq şərti ilə yox özü vermişdir ki, kreditini ödəsin. Şəfiqənin onun barəsində ora şikayət etmiş, bunun üçün onun barəsində iş Xətai rayon məhkəməsinə göndərilmişdir. Onlar da Xətai rayon məhkəməsində barışdıqları üçün barəsində cinayət işi xitam olunmuş, Şəfiqə onun barəsində bir neçə dəfə şər-böhtan xarakterli müraciət etmiş, o, da sonuncunu heç vaxt döyməmiş, yalnız bircə dəfə Şəfiqə onun iş yerinə gəlib orda onu təhqir edən zaman Şəfiqəni döymüşdür. Həmin işə 34-cü PB-də baxlıb Xətai rayon məhkəməsinə göndərilmiş və orada da barışdıqları üçün xitam olunmuşdur. O, Zərərçəkmiş şəxs təqaüd kartından təxminən ümumilikdə hissə-hissə olmaqla 500 manat pul götürmüş, onuda ki, onun öz razılığı əsasında almışdır. 800 manat isə artıqlaması ilə qaytarmışdır. 250 manat puluda Şəfiqəyə qaytarmışdır, eyni zamanda yaşadıqları müddətdə Şəfiqəyə ona pul ehtiyac olanda hissə-hissə hər dəfə 20, 30, 40, 50 manat civarında pullar vermişdir. Həmin pulları isə özü Şəfiqəyə borc kimi verməmişdir. Ona görə də ona qarşı elan edilmiş ittihamla razı deyildir. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Karamova Şəfiqə Muxtar qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 3 ildir ki, qeyri-rəsmi ər arvad münasibətlərində yaşamışdır. Tahir onunla yaşadığı müddət ərzində onun təqaüd kartını təxminən 2019-cu ilin iyun ayında alıb özündə saxlamışdır. Onun razılığı əsasında həmin kartdan Tahir hər ay 200 manat pulu çıxardıb özünə lazım olan yerlərə xərcləmişdir. Həmin vaxtı Tahir ona «həmin pulları sənə qaytaracam»-demişdir. Lakin, Tahir nə onun pulunu nədəki kartını qaytarmırdı. O, da Tahirlə mübahisə etmişdir. Tahir onu Xətai rayonunda döymüşdür. Həmin vaxtı Xətai rayon Pİ-nin 34-cü PB-nin təhqiqatçısı, Tahirdə olan onun təqaüd kartını təxminən 2021-ci ilin yanvar ayında alıb ona vermişdir. Tahir ümumilikdə onun kartından təxminən 19 ay 200 manatdan 3800 manat pulu çıxardıb xərcləmiş, bu günə kimi də onun pulunu qaytaracağını desədə verməmişdir. Eyni zamanda Tahir onunla yaşadığı müddətdə yəni 28 mart 2021-ci il tarixdə yaşadığı evdə axşam saatlarında aralarında yaranmış mübahisə nəticəsində sol əlinin ortancıl barmağını əli ilə sıxıb sındırmış və nəticədə o, xəsarət almışdır. Bunun üçün MTE-dan müayinıəsindən keçmişdir. Tahirin onun döyməsinin səbəbi onun sonuncudan pullarımı tələb etməyi olmuş, mübahisə zamanı Tahiri vurmamış, Tahir onu bıçaqla vurmamış, Tahir onu döyərkən yanında başqa heç kim olmamışdır. Tahirlə əvvəllər də aralarında mübahisələr olmuş, Tahirlə aralarında olan mübahisə və onu döyməsi təxminən 20-30 dəqiqə davam etmiş və oraya kənardan toplaşanlar olmamışdır. Təqsirləndirilən şəxs şikayətçıdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs ilə aralarında normal qonşuluq münasibətləri vardır. Şəfiqə təxminən 3 ildir ki, qeyri rəsmi olaraq Tahir adlı şəxslə ər-arvad münasibətlərində yaşamışdır. 28 mart 20521-ci il tarixdə axşam saat 20.30 radələrində Şəfiqənin yaşadığı evə getmiş, qapını ona Şəfiqə açdıqda sonuncunun sol əlini tutub ağladığını görmüşdür. Şəfiqədən nə hadisə baş verdiyini soruşduqda ona bildirmişdir ki, bir neçə dəqiqə əvvəl Tahir ilə mübahisə etmiş, mübahisə zamanı Tahir onun sol əlinin barmağını buraraq ona xəsarət yetirmişdir. 28.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə gedərkən Şəfiqə ona Tahir tərəfindən bıçaqla hədələndiyini və ya bıçaqla xəsarət yetirdiyini bildirməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06.04.2021-ci il tarixli 639 nömrəli rəyindən müəyyən edilir ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol əlin 3-cü barmağının orta falanqa sümüyünün qapalı yerdəyişməyən sınığı küt əşya təsirindən törənmişdir, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni 28.03.2021-ci il tarixdə qeyd olunan nahiyənin kənar şəxs tərəfindən güc tətbiq edilərək təzyiqlə sıxılıb-burulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 20.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, həmçinin ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə onların ifadələrində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində Şəfiqəni vurmadığını, həmin işə 34-cü PBdə baxlıb Xətai Rayon Məhkəməsinə göndərildiyini və orada da barışdıqları üçün xitam olunduğunu göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertlərin rəyi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barmağını tutub qəsdən burmaqla sonuncuya sol əlinə xəsarət yetirməsi təsdiq olunmuşdur. Eyni zamanda ibtidai istintaq zamanı Tahirlə Şəfiqənin üzləşdirilməsi zamanı Zərərçəkmiş şəxs bir daha ifadəsində göstərilənləri təsdiq etmiş, Təqsirləndirilən şəxs onun barmağını tutub burmaqla sol əlinə xəsarət yetirdiyini onun üzünə qarşı demişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspertin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun törətdiyi cinayətin xarakterini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, onun cinayət törədildikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkumun cəzaçəkmə müddətinin başlanğıcı 02.08.2021-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkumun cəzaçəkmə müddətinin başlanğıcı 02.08.2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xəricləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar