Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-396/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,işləməyən, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 1992-ci il buraxılışlı “İsuzi MP Platforma” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilini ayda 1000 manat ödəməklə icarəyə götürməsinə vəd verib aldadaraq bu məqsədlə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı dövlət notariat kontorunda görüşərək Zərərçəkmiş şəxs “İsuzi MP Platforma” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilinə sürmək üçün etibarnamə aldıqdan sonra avtomobili işlədib bir ayın icarə haqqını ödəməklə sonuncunun yanında özünə etibar qazanmış, sonra bu fürsətdən öz şəxsi maraqları üçün istifadə edərək vədinə əməl etməyib həmin evakuatorun 8000( səkkiz min) manat dəyərində mühərrikini sökərək başqa şəxsə dəyərindən ucuz qiymətə, yəni 2000 manata satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdi ki, Zərərçəkmiş şəxs onun keçmiş dostu olmuşdur. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs özünə “İsuzu MP Platforma” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobilin bütün pulunu Zərərçəkmiş şəxs özü ödəmişdir. xx.xx.2021-ci il tarixdə Elnur həmin avtomobili ona aylıq 1000 manat olmaqla icarəyə vermişdir. O, həmin avtomobili idarə edib həm özü pul qazanmalı olmuş həm də Elnura 1000 manat icarə haqqını ödəməli olmuşdur. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayon, Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisində ona 1 illik sürmək üçün etibarnamə vermişdir. O, nəqliyyat vasitəsini iki ay işlətmiş, 25 sentyabr 2021-ci il tarixdə 1000 manat Zərərçəkmiş şəxs pul ödəmişdir. İkinci ayı isə həmin icarə haqqını ödəməyə imkanım olmamışdır. Həmin vaxtı onun pula ehtiyacı oladuğu üçün nəqliyyat vasitəsinin mühərrikini satmağa qərar vermişdir. Bunun üçün 01 oktyabr 2021-ci il tarixdə o, idarə etdiyi “İsuzu MP Platforma” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı evakuatoru Binəqədi rayonu ərazisində yerləşən “Məzahiroğulları” avtotəmir məntəqəsində aparıb Mahmud adlı ustaya 100 manat pul müqabilində mühərrikini sökdürmüş və həmin ustaya mühərriki 2000 manat pul müqabilində satmışdır. Bundan sonra başqa bir evakuator tapıb özünə məxsus mühərriksiz evakuatoru Bakı şəhəri, Binəqədi rayonundan gətirib Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Nazlı Petrol” yanacaqdoldurma məntəqəsinin arxasında saxlamışdır. Həmin vaxtdan təxminən 27 gün sonra Elnur ona zəng vurub 1000 manat icarə haqqını istəyəndə o, Elnura bildirmişdir ki, “avtomobilin mühərrikində nasazlıq olduğu üçün mühərriki təmirə vermiş, avtomobil isə Abşeon raynu, Xırdalan şəhərində yerləşən “Nazlı Petrol” yanacaqdoldurma məntəqəsinin arxasındadır”. Bundan sonra Elnur mütəmadi olaraq ona zəng vurmağa başlamış, o, isə artıq Elnurla danışmağa bir sözü olmadığı üçün zənglərinə cavab verməmişdir. Sonda o, himayəsində üç azyaşlı uşaqlarının olmasını, vurulmuş ziyanın qismən ödənilməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, 2021-ci ilin əvvəllərində “İsuzi MP Platforma” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobilin bütün pulunu özü tək ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xahişi ilə həmin avtomobili icarəyə işlətməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Şərtlri belə olmuşdur ki, Təqsirləndirilən şəxs avtomobili idarə etməli və ona aylıq icarə haqqı olaraq 1000 manat pul ödəməli olmuşdur. O, 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayon 1 saylı notariat kontorunda sürmək üçün etibarnamə də vermişdir. Nadir bir dəfə xx.xx.2021-ci il tarixdə ona 1000 manat icarə haqqını ödəmişdir. xx.xx.2021-ci il tarixdə isə o, Nadirdən icarə haqqını istədikdə Nadir ona bildirmişdir ki, “avtomobilin mühərriki nasaz olduğu üçün təmirə vermişdir”. Evakuator isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Nazlı Petrol” yanacaqdoldurma məntəqəsinin arxasındadır. Bundan sonra Nadir onun zənglərinə cavab verməmiş və o, öyrənmişdir ki, onun avtomobilimin mühərrikini çıxarıb başqa şəxsə satmışdır. Hadisə nəticəsində ona ümumilikdə 8000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs məhkəmə gedişatında köhnə avtomobil mühərriki alaraq ona qaytarmış, mühərriki avtomobilə yerləşdirərək ucuz qiymətə satmış, nəticədə ziyana düşmüş, hazırda kredit borcu ödəməli olmuşdur. Onun tələbi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən və ona dəymiş maddi ziyanın normal qaydada ödənilməsindən ibarətdir. O, dəymiş maddi ziyanın ödənilməsinə dair mülki iddia iddia ilə məhkəməyə müraciət edərək göstərdi ki, cavabdeh Təqsirləndirilən şəxs 2021-ci ildə etibarımdan sui- istifadə edərək onu Evakuator markalı yük avtomobili alaraq, həmin avtomobili ona icarəyə verməyə təhrik etmiş, o, 2021-ci il 25 avqust tarixində "xxxx" ASC- dən 1057 (bir min əlli yeddi) manat ödəniş olmaqla 20.000 (iyirmi min) manat məbləöində nağd pul götürərək həmin pula "İsuzu MP Platforma" markalı 99-W-287 dövlət qeydiyyat nişanlı evakuator avtomobili alaraq xx.xx.2021ci il tarixdə hər ay üçün icarə haqqı 1.000 (bir min) manat olmaq şərtilə həmin avtomobili cavabdeh Təqsirləndirilən şəxs icarəyə vermişdir. Bundan sonra cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ona zəng vuraraq avtomobilin mühərrikinin dayandığını bildirib. Daha sonra isə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ona yenidən zəng vuraraq avtomobilin Xırdalana şəhərində "Nazlı Petrol”un arxasında olduğunu bildirib. Bundan sonra o, Xırdalan şəhərində "Nazlı Petrol"un arxası adlanan əraziyə gedərək avtomobilə baxış keçirərkən avtomobilin mühərrikinin üzərində olmadığını görmüşdür. Sonradan cavabdeh Təqsirləndirilən şəxs avtomobilin mühərrikini 8.000 (səkkiz min) manata sataraq pulu mənimsədiyi ona məlum olduqdan sonra o, Daxili İşlər Nazirliyinin "X2 Mərkəzi"nə-102 xidmətinə müraciət etmiş, cavabdeh Təqsirləndirilən şəxs ona məxsus avtomobilin mühərrikini oğurlayaraq, avtomobilini hərəkətdən saxlayaraq ona ikiqat zərbə, maddi ziyan vurmuşdur. Belə ki, o, "İsuzu MP Platforma" markalı 90-W-287 dövlət qeydiyyat nişanlı evakuator avtomobilini almaq üçün "ACCESSBANK” ASC-dən hər ay 1.057 (bir min əlli yeddi) manat ödəniş olmaqla 20.000 (iyirmi min) manat məbləğində nağd pul krediti götürmüş və xx.xx.2021-ci il tarixdən indiyə kimi "xxxx" ASC-yə 3.643 (üç min altı yüz qırx üç) manat məbləğində pul ödəmişdir. Beləliklə, cavabdeh Təqsirləndirilən şəxs avtomobilinin mühərrikini sataraq ona 8.000 (səkkiz min) manat maddi ziyan vurmaqla yanaşı, hələ bu günə kimi də 3.643 (üç min altı yüz qırx üç) manat məbləğində əlavə maddi ziyan vurmuşdur. Belə ki, 2021-ci ilin oktyabr ayından avtomobil hərəkətsiz, nasaz vəziyyətdə olduğuna görə nə cavabdeh Təqsirləndirilən şəxs pul ala bilməmiş, nə də avtomobili başqa bir şəxsə icarəyə verə bilməmişdir. Hansı ki, xx.xx.2021-ci il tarixdən bu günə kimi "xxxx" ASC- yə 3.643 (üç min altı yüz qırx üç) manat məbləğində pul ödəmişdir. Ona vurmuş olduğu 3.643 (üç min altı yüz qırx üç) manat məbləğində maddi ziyanın və iddia ərizəsinə görə ödəmiş olduğu 100 (yüz) manat məbləğindən dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etdi. Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək məhkəmədən mülki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Texnikumun yataqxanasında yaşayır. Bildirmişdir ki, o, evakuator sürücüsü işləyir. O, əvvəllər “Meyvəli” bazarının yanında evakuatorla dayanırmış və həmin vaxtlardan X3 tanımışdır. Nadir Məmmədov da onu kimi “Meyvəli” bazarının yanında evakuatorla dayanmışdır. xx.xx.2021-ci il tarixdə Nadir Məmmədov onun mobil telefon nömrəsinə zəng vuraraq idarə etdiyi evakuatoru Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan avtomobillərin təmir sexindən Abşeron rayonu, Xırdalan şəhərinə gətirmək lazım olduğunu bildirmişdir. O, Nadirlə Abşeron rayonu, Xırdalan dairəsində görüşmüşlər və birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan avtomobillərin təmiri sexinə getmişlər. O, ora çatmış və Nadirin idarə etdiyi “İsuzu” markalı **- VV-*** dövlət nömrə nişanlı evakuatorun orada işləyən ustanın sexinin içində olduğunu görmüşdür. Evakuator sexin içində olan vaxt evakuatorun kabinasının açıq olduğunu və avtomobilin mühərrikinin olmadığnı gormüşdür. O, Nadirdən nə baş verdiyini soruşan zaman Nadir ona demişdir ki, “avtomobilin hava filtirindən mühərrikə su getdiyi üçün mühərrik mühərrik dağılıb və orada mühərriki sökdürüb təmirə verib”. O, Nadirdən niyə avtomobili Xırdalan şəhərinə apardığını soruşan zaman Nadir ona demişdir ki, “onun hazırda pulu yoxdur, on günə pul tapacaq və evakuatorun mühərrikinin üstünə qoyulması üçün geri qaytaracaqdır”. Nadir Məmmədov və orada olan adını dəqiq bilmədiyi bir nəfər usta ilə birlikdə köməkləşib Nadirin idarə etdiyi evakuatoru onun evakuatoruna yükləmişlər və o, həmin evakuatoru Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “NAZLİ PETROL”un arxasında olan dayanacağın yanına düşürmüşdür. O, Nadir Məmmədovla birlikdə geri qayıtmışlar, Nadiri Xırdalan dairəsində düşürtmüş və öz işinə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 4 ünvanda yaşayır. Bildirmişdir ki, yaşadığı ünvanın yaxınlığında avtomobillərin təmiri və ehtiyyat hissələrinin yenilərinin və işlənmişlərinin satışını nəzərdə tutan servis işlədir. O, X3 müştəri qismində tanımışdır. Nadir üzün müddətdir evakuator idarə edir və həmin avtomobillərə təmir ehtiyac olan zaman onun servisinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Nadir Məmmədov “İsuzu” markalı **-VV-*** dövlət nömrə nişanlı evakuatorla onun iş yerinə gəlmiş və ona bildirmişdir ki, “həmin evakuatot özünə məxsusdur və onu müştəriyə satıb”. Eyni zamanda Nadir ona bildirmişdir ki, “evakuatoru alan şəxs onu mühərriksiz alır və özü avtomobilə başqa mühərrik quraşdıracaq, ona görədə mühərriki ayrılıqda satacaq”. Bu səbəbdən ona evakuatorun mühərrikinin ustalara sökdürmək istədiyini demişdir. O, Nadirə işinin çox olduğunu bildirmiş və vaxtı olanda sökəcəyini demişdir. Nadir təxminən üç gün gəlib getmiş və xx.xx.2021-ci il tarixdə səhər saatlarında onun evakuatorunun mühərrikini sökməyə razılaşmışlar. Nadir evakutarun mühərrikini ona 2000 manata təklif etmişdir. O, Nadirlə razılaşmış, evakuatorun mühərrikin söküb götürmüş və bunun müqabilində Nadirə 2000 manat pul vermişdir. O, Nadirin evakuatorunun mühərriki sökən zaman Nadir gedib, geri digər evakuatorun sürücüsü ilə qayıtmışdır. Servisin qarşısında Nadir evakuatoru mühərriksiz olan gəldiyi evakuatora yükləyib getmişdir. Sonra o, Nadirdən aldığı evakuatorun mühərrikini hissələrə bölüb ehtiyyat hissələri kimi ayrı-ayrılıqda müxtəlif qiymətlərə tanımadığı müştərilərə satmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbəsi İƏDÜ nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Həsənov X4 qəsəbəsi, Babək küçəsində yerləşən evdə ailəsi və üç uşağı- 2009-cu il təvəllüdlü Məhəmmədəli, 2011-ci il təvəllüdlü İzafət, 2020-ci il təvəllüdlü Uğur ilə birlikdə yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü, 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, vurulmuş ziyanın qismən ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət onun cəza müddətinə daxil edilməli və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə mülki iddianı və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə kifayət qədər sübutlar təqdim edilmədiyi üçün mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (ikiyüz qırx) manat məbləğində, məhkəmə zamanı pul 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (ikiyüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin . O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (ikiyüz qırx) manat məbləğində, məhkəmə zamanı pul 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (ikiyüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-396/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-396/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver