Məhkəmə qərarları › İş №1(012)-397/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-397/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-397/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Bərdə rayonu, Hüseynallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 4 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən 18 saylı qazanxanaya yaşadığı mənzili istilik sisteminin qızdırmamasının səbəbini soruşmaq məqsədilə gəldikdə, həmin qazanxanada nəzarətçi işləyən Zərərçəkmiş şəxs ona nalayiq söyüşlərlə cavab verməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən başı ilə bir dəfə Zərərçəkmiş şəxs sifət və daha sonra yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, burun sümüyünün yerdəyişməyən sınığı, burun üst və alt dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, sol və sağ gözətrafı nahiyələrinin qançırları ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı mənzilə istilik sisteminin suyunun kəsildiyini bilib səbəbini öyrənmək üçün Gənclər şəhərciyi ərazisində yerləşən 18 saylı qazanxanaya getmiş, qazanxananın giriş qapısını açıb içəri daxil olan zaman, şəhərcikdə yaşayan Emin və Oktayın qazanxananın içərisində olduqlarını görmüş, Emini qazanxanın içərisində olan gözətçi otağının girişində dayandığını, həmin qazanxanada işləyən Eyvazın isə gözətçi otağında oturub Eminlə söhbət etdiyini görüb söhbətlərinin başa çatmasını gözləmiş, həmin vaxt Emin Eyvazdan isti suyun kəsilməsinin səbəbini soruşmaq istəmiş, Eyvaz da oturduğu yerdən qalxıb Eminə «özünü lotu kimi niyə aparırsan» sözlərini, Emin də Eyvaza «səndən isti suyun gəlməməsinin səbəbini soruşuram» sözlərini demiş, bu zaman Eyvaz Eminə qarşı nalayiq ifadələr işlətmiş, o, Eyvazın nalayiq sözlər işlətdiyini eşidib mübahisə edənlərin arasına girmiş və Eyvaza sakit olmasını demiş, bu zaman Eyvaz ondan nə istədiyini soruşmuş, o, Eyvaza mənzilin istilik sisteminin qızmamasının səbəbini öyrənməsi üçün gəldiyni bildirmiş, Eyvaz ona nalayiq sözlərlə «mənim nə vecimə ki, sənin evinə isti su gəlir ya gəlmir» cavabını vermiş, bu zaman o, başı ilə bir dəfə Eyvazın sifətindən zərbə vurmuş, həmin vaxt Eyvazın burnu qanamış və sonuncu yerə yıxılmış, bir neçə saniyədən sonra Eyvaz gözətçi otağında olan oturacaq stoldan tutub ayağa qalxmış, Eyvaz ayağa qalxan kimi Eminin yaxasından tutub dartmış, həmin vaxt Eyvazın burnu qanadığı üçün müvazinətini itirib əlini otağın pəncərəsinin kənarından tutub dayanmış, o, Eyvaza yaxınlaşıb kömək etmək istəyən zaman Eyvaz otaqda olan oturacaq stolu götürüb onun başına vurmaq istəmiş, o, sol əlini stolun qarşısına vermiş və yumruqla Eyvazın sifətinə bir dəfə zərbə vurmuş, Eyvaz zərbənin təsirindən yerə yıxılmış, həmin vaxt Oqtay qazanxanadan bayıra qaçmış, Eminlə o, gözətçi otağından çıxan zaman Eyvaz yerdən qalxıb otaqdan çıxıb otağın arxa hissəsindən dəmir boru götürüb ona tərəf gələrək həmin boru ilə onu vurmaq istəmiş, o, sol əlini dəmir borunun qarşısına vermiş, dəmir boru onun sol qoluna dəymiş, zərbə onun qoluna dəydikdə ağrı hiss etdiyi üçün Eminlə birlikdə qaçaraq qazanxanadan bayıra çıxmışlar. Bayıra çıxan kimi o, qazanxananın giriş qapısını tutub saxlamış, Eyvaz ucadan nalayiq söyüşlər söyərək içəridən təpiklə və əlində olan dəmir boru ilə qapını vurmağa başlamış, o, Eminə qapının arasından baxmasını, Eyvaz əlində olan dəmir borunu atdığı halda ona deməsini bildirmiş, Emin də qapının altından içəri baxmış və dəmir borunun Eyvazın əlində olduğunu bildirmiş, bu zaman şəhərcikdə yaşayan Uğurun oğlu kimi tanıdığı şəxs onların yanına gəlmiş və ondan Eyvazın nə üçün söyüş söydüyünü soruşmuş, həmin şəxs Eyvazın dayanmadan söyüş söydüyünü eşidib, Eyvaza «başqa adamdır, dayan görək nə üçün söyüş söyürsən» sözlərini demiş, həmin şəxs ona qapını buraxmasını dedikdən sonra o, qapını bir az açmış və həmin şəxs qapının arasından qazanxanaya daxil olmuş, həmin şəxs Eyvaza yaxınlaşıb dəmir borunu onun əlindən almış, həmin vaxt Eyvaz sakitləşmiş və Uğurun oğlu Eyvazdan nə üçün söyüş söydüyünü soruşmuş, Eyvaz isə cavab verməmiş, Uğurun oğlu Eyvazın sifətinin qan içərisində olduğunu görüb, kim tərəfindən döyüldüyünü soruşmuş, o içəri daxil olmuş, Eyvazı vurduğunu deyib onlara tərəf gedən zaman Uğurun oğlu ona aralı dayanmasına işarə etmiş, həmin vaxt Emin arxadan onu qucaqlayıb heç nə etməməsini ona demiş, bu zaman Eyvaz Eminin onu tutduğunu görüb təkrar onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o, əsəbləşərək Eminin əlindən çıxıb yumruqla Eyvazın bədəninə zərbələr vurmağa başlamış, Eyvaz zərbələrin təsirindən yerə yıxılmış, bu zaman orada olan şəxslər onu sakitləşdirib bayıra çıxarmışlar. Təxminən 5-10 dəqiqədən sonra Eyvaz bayıra çıxmış, həmin vaxt binada yaşayan şəxslər oraya toplanmışlar. Eyvaz bayıra çıxanda o, Eyvazın yaxasından tutuaraq sonuncuya döyülməsinin səbəbini bildirərkən Eyvaz yenidən onun ailəsinin ünvanına nalayiq söyüş söydüyü üçün o, yumruqla Eyvazı vurmuş, həmin yumruğun təsirindən Eyvaz yerə yıxılmış, Eyvazı vurduqdan sonra isə oradan uzaqlaşıb evinə getmişdir. Sonda o, tutduğu əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini və ilk dəfə cinayət törətməsini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində işə gələn zaman qazanxananın sahə rəisi ona 17-ci binaya gedən xəttin partladığını və həmin xətti təmir edəcəyini bildirmiş, həmin gün saat təxminən 19 radələrində işçilər partlayan xətti təmir edib qurtarmışlar. O, həmin təmir olunmuş xəttə su vurmağa başlamış, saat 22 radələrində o, qazanxanada operator üçün nəzərdə tutulan otağında oturan zaman, qazanxananın qapısı açılmış, həmin vaxt şəhərcikdə yaşayan Elvin və Təqsirləndirilən şəxs qazanxananın içərisinə onun olduğu otağa daxil olmuşlar, Oqtay adlı şəxs isə qazanxananın giriş qapısının yanında dayanmış, Təqsirləndirilən şəxs ondan nə üçün istiliyin kəsildiyini soruşmuş, o, Təqsirləndirilən şəxs neçənci binada yaşadığını soruşmuş, Təqsirləndirilən şəxs 17-ci binada yaşadığını deyəndən sonra, o, sonuncuya işçilərin həmin binanın xətlərini təmir etdiyini bildirərkən Təqsirləndirilən şəxs ona “necə su vermisən ki, bizim evlər soyuqdu” sözlərini demiş, o, Təqsirləndirilən şəxs suyu yeni vurduğunu, bir azdan evlərin qızacağını bildirərkən Təqsirləndirilən şəxs ona “sən yalan deyirsən bizim evlər buz kimidir” sözlərini demiş, o, Təqsirləndirilən şəxs “sənin sualın varsa, sahə rəisinə zəng vur” sözlərini demiş, Təqsirləndirilən şəxs də ona, sahə rəisinə zəng çatmadığını bildirmiş, bu zaman Elvin ona “əgər istilik yoxdursa sən burda neyləyirsən?” sözlərini deyib nalayiq ifadələrlə onu təhqir etmiş, o, Elvinə “sən içkilisən ağzından iy gəlir” sözlərini deyib əli ilə onun çiynində toxunaraq, bayıra çıxmasını bildirmiş, Elvin ona cavab verməmiş, Təqsirləndirilən şəxs isə ona «sən onunla danışma mənimlə danış» sözlərini deyib yaxasından tutmuş, o, da Təqsirləndirilən şəxs yaxasından tutmuş, hər ikisi otaqdan çıxmışlar. Bayıra çıxan zaman, Təqsirləndirilən şəxs onlar bir-birinin yaxasını buraxmış, bu zaman Elvin ayağı ilə onun sol ayağına iki dəfə zərbə vurub əli ilə əynində olan gödəkçənin yaxasından tutmuş, Elvin zəif bədən quruluşlu olduğu üçün o, əli ilə Elvini itələmiş, Elvin özünü toparlayıb qazanxanadan bayıra çıxmış, bu zaman Təqsirləndirilən şəxs yumruqla onun sifətinin sağ tərəfindən bir zərbə vurmuş, o, Təqsirləndirilən şəxs özünü qorumaq üçün otaqda olan taxta oturacaq stolu götürmüş və Təqsirləndirilən şəxs yaxınlaşmamasını bildirmiş, Təqsirləndirilən şəxs qazanxananın içərisindən bayıra çıxmış, o, oturacaq stolu yerə atıb Təqsirləndirilən şəxs arxası ilə bayıra çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs Elvinlə birlikdə qazanxananın giriş qapısını bayırdan tutub saxlamışlar. O, qapını açmaq istəyərkən bayırdan bir nəfər şəxs gələrək Uğurun oğlu olduğunu, 15-ci binada yaşadığını, sakitliyə riayət edilməsini bildirmiş, buna görə o, sakitləşmiş, həmin şəxs qapını açıb içəri daxil olmuş və onun qollarından tutub sakitləşməsini demiş, qazanxananın qapısı açıq olduğundan o, bayıra baxmış və bayırda 10-15 nəfər şəxsin toplaşdıqlarını görmüş, o, qazanxananın giriş qapısının yanında içəridə dayanmış, bu zaman Təqsirləndirilən şəxs ona əli ilə işarə edib bayıra çağırmış, o, qazanxanadan bayıra çıxmış və Təqsirləndirilən şəxs tərəf getmiş, həmin vaxt bir nəfər şəxs Təqsirləndirilən şəxslə onun arasında dayanıb əllərini açıb bir-birilərinə yaxınlaşmamaqlarını demiş, bu zaman Təqsirləndirilən şəxs yumruqla onun burnunun üstündən zərbə vuraraq, nalayiq söyüşlə söyüb təhqir etmiş, o, Təqsirləndirilən şəxs söydüyü söyüşlərin böyüyünə aid olduğunu deyən zaman, oraya toplaşan şəxslərin içərisindən bir nəfər əvvəllər tanımadığı şəxs çıxaraq, onun qolundan tutub «o, mənim xalam oğludur, sən ona nə üçün helə deyirsən» sözlərini demiş, bu zaman Təqsirləndirilən şəxs onun qolundan tutub digər qolundan tutan şəxs «sal içəri, kənardan camaat baxır» sözlərini demiş, həmin şəxslər onu dartıb qazanxanın içərisinə salmış və orada onu döyməyə başlamışlar. Həmin zərbələrin təsirindən o, başını qaldıra bilməmiş, həmin şəxslər onu döydükdən sonra Təqsirləndirilən şəxs əllərini onun burnuna salıb «dayan bunun burnunu cıracam, güzgüyə baxanda bizi yada salar» sözlərini deyib onun burununu dartmış, daha sonra həmin şəxslər qazanxananın içərisindən çıxıb getmişlər. Özü isə qazanxananın içərisində qalmış və sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirib onun barəsində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, ünvan 2 mənzil 79 ünvanında yaşayır. Zərərçəkmiş şəxs tanımır və sonuncu ilə heç bir qohumluq münasibətləri yoxdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində o, yaşadığı binanın həyətində dayanmış, bu zaman qonşu Emin ona yaxınlaşıb sonucu ilə birlikdə qazanxanaya getməsini xahiş etmiş, buna görə də o, sonuncu ilə birlikdə qazanxanaya getmiş, o, qazanxananın giriş qapısının yanında dayanmış, Emin isə qazanxananın içərisində olan tikilinin içərisinə daxil olmuş, Emin Eyvazdan yaşadığı mənzilinin istilik sisteminin işləmədiyini bildirib Eyvazdan səbəbinin soruşmuş, Eyvazda nalayiq sözlərlə Eminə cavab vermiş, bundan sonra həmin şəhərcikdə yaşayan Təqsirləndirilən şəxs də qazanxanaya gəlmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə istilik sisteminin gəlmədiyini Eyvaza demiş, Eyvaz Təqsirləndirilən şəxs də nalayiq sözlərlə cavab vermiş, bu zaman Eyvaz Eminə əl atmış və Emində Eyvazla yaxalaşmış, Eyvaz Emini itələmiş, Emin və Təqsirləndirilən şəxs tikilinin içərisindən qazanxanaya çıxmışlar. Eyvaz tikilinin içərisində taxta oturacaq stolu götürüb Eminə tərəf atmış, həmin oturacaq stol onun burnuna dəymiş, Eyvaz onlara stolu atdıqdan sonra, qazanxananın içərisində dəmir boru götürüb onlara tərəf gələndə o, qazanxanadan çıxıb yaşadığı evinə getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Masallı rayonu, Gəyəcöl kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ev 15, mənzil 32-də yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «İMRAN» servisdə usta yanında şagird işləyir. Şahid1 6-7 il olarki tanıyır, onlar hər gün Raul və digər dostu Məshərlə görüşüb şəhərcikdə yerləşən çayxanaya gedirdilər. xx xxxx 2020-ci il tarixdə saat 20-21 radələrində o, işdən çıxan zaman Raulla əlaqə saxlamış və sonuncu ilə şəhərcikdə yerləşən «Vilaet» adlı çayxanada görüşmüş, həmin vaxt Məshər də Raulla birlikdə olmuş, onlarla oturub çay içmiş və həmin gün saat təxminən 22-23 radələrində çayxanadan çıxıb Raulu evə yola saldıqdan sonra Məshərlə birlikdə evlərinə getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ev 5, mənzil 36-da yaşayır. Zərərçəkmiş şəxs bir neçə dəfə Gənclər şəhərciyinin həyətində görmüş, sonuncu ilə heç bir münasibəti, qohumluq əlaqəsi, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs ilə təxminən 6-7 ay olar münasibətləri yaranmış, belə ki, onun dostu şəhərciyin ərazisində yerləşən avtomobil təmiri yerində şagird kimi işləyir, o, həmin dostunun yanına gedib-gələn zaman Təqsirləndirilən şəxs həmin yerdə işlədiyini görmüş və orada münasibətləri yaranmış, xx xxxx 2020-ci il tarixdə Eyvazın döyülməsi barədə heç bir məlumatı olmamış, təxminən 2020-ci ilin may ayının ilk günlərində o, həyətdə yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən dərzi sexinin qarşısında dayanmış, həmin vaxt dərzi sexində işləyən Akif ona yaxınlaşaraq, şəhərciyin həyətində qazanxananın yanında kimlərinsə dalaşıb-dalaşmadığını soruşmuş, o, Akifdən hansı davanı və kimin dalaşdıqlarını soruşmuş, Akif də qazanxananın yanında Eyvazla dalaşıb-dalaşmadığını soruşarkən o, Akifdən Eyvazı tanımadığını bildirdikdə Akif də Eyvazın qazanxananın işçisi olduğunu demiş, o, Eyvazla dalaşmadığını, Akifdən nə məsələ olduğunu maraqlanarkən Akif Eyvazın onu soruşduğunu bildirmiş, o isə Eyvazı tanımadığını demişdir. Həmin gün saat 17 radələrində o, Bakı şəhəri, Qara Qarayev metrostansiyasına getmək üçün həyətə düşmüş, 6-ci binanın qarşısında Eyvazla rastlaşmış, o, Eyvazla salamlaşmış, Eyvaz ona əhəmiyyət verməyib getmək istəyən zaman o, təkrar sonuncuya yaxınlaşaraq «siz məni səhv salırsınız, mən hadisə yerində olmamışam, mənim başım çıxmır bu nə məsələdir» sözlərini demiş, Eyvaz «məsələdən başı çıxanın» ünvanına nalayiq söyüş söymüş, daha sonra isə Eyvaz «məsələ polsidədir, məsələ qurtardıqdan sonra sənə asfalt yalatdıracam» sözlərini demiş, Akif əvvəldən ona Eyvazın nalayiq sözlər işlətdiyi halda ona fikir verməməsini tövsiyyə etdiyi üçün o, Eyvaza heç nə demədən onun yanından uzaqlaşmış, o, Akifin yanına qayıdıb, Eyvazın onunla söyüşlə danışdığını bildirirək, sonuncunu başa salmaq lazım olduğunu, əks halda atasına deyəcəyini bildirmiş, bu söhbətdən sonra Akif Eyvazı çağırmış və sonuncuya «bu uşaq belə uşaq deyil, əgər deyirsə olmamışam, deməli orada olmamışdır” sözlərini demiş, onlar söhbət edən zaman 4-cü binanın 1-ci mərtəbəsində bərbər işləyən Zaur onların yanına gəlmiş, həmin vaxt Eyvaz ona «mən Rusiyada yaşamışam, sənin kimilərini çox görmüşəm, yaxşı tanıyram, mən bilirəm ki, sən orada olmusan» sözlərini bildirmiş, daha sonra Eyvaz ona «əgər sən yaxşı oğlan olsaydın, mən söyüş söyən zaman sən məni vurardın» sözlərini demiş, o, Eyvaza «mən səni niyə vurmalıyam ki, sən özünü göstərirsən ki, sən necə adamsan, sən istəyirsən ki, mən səni vurum» sözlərini deyərkən Eyvaz da özözünə danışa-danışa oradan çıxıb getmiş, Eyvaz getdikdən sonra o, atası Xaləddinə zəng vurub baş vermiş hadisəni danışmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə bildirdi ki, oğlu Şahid1 hal-hazırda hərbi xidmətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Hadisə barədə məlumatı yoxdur. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Mincivan oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ev 13, mənzil 42-də yaşayır. Zərərçəkmiş şəxs ilə uzaq qohumluq münasibətləri olsa da, onu heç vaxt tanımamış, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamış, xx xxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində o, Oqtayla birlikdə yaşadığı binanın qarşısında həyətdə dayanarkən Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq yaşıdığı mənzildə istiliyin zəif olduğunu bildirərkən o, yaşadığı mənzildə istiliyin zəif olduğunu demiş, Təqsirləndirilən şəxs qazanxanaya gedib səbəbini soruşmağı təklif etmiş, buna görə də o, Oqtayla və Təqsirləndirilən şəxslə birlikdə Eyvazın işlədiyi 18 saylı qazanxanaya getmişlər. Təqsirləndirilən şəxs yolda dayanmış, o, Oqtayla birlikdə qazanxanaya daxil olmuşlar. Oqtay qazanxananın giriş qapısının yanında dayanmış, o, isə qazanxananın içərisində olan gözətçi otağına daxil olmuş, həmin vaxt Eyvaz stulda oturmuş, o, Eyvazdan istiliyin nə üçün zəif olmasının səbəbinin Eyvazdan soruşmuş, Eyvazda ona nalayiq sözlə cavab vermiş, həmin vaxt Təqsirləndirilən şəxs gözətçi otağına gəlmiş, Təqsirləndirilən şəxs Eyvaza nə üçün nalayiq söyüşlə danışdığını deyib öz iradlarını bildirib, Eyvazdan yaşadıqları mənzillərdə istiliyin olmamasının səbəbinin təkrar soruşmuşlar. Eyvazda təkrar nalayiq sözlərlə onlara cavab vermiş və stoldan qalxıb onun yaxasından tutub nalayiq söyüşlərlə söyüb itələmiş, bu zaman o, təpiklə Eyvazın ayağından bir neçə zərbə vurmuş, Eyvaz nalayiq söyüş söyməyini davam etdirdiyinə görə Təqsirləndirilən şəxs başı ilə Eyvazın sifətinə zərbə vurmuş, bu zaman Oqtay da gözətçi otağına daxil olmuş və onları aralaşdırmağa çalışmış, elə həmin vaxt Eyvaz gözətçi otağında olan stulu götürüb onunla Oqtaya tərəf atmış, stul onun qabırğasına və Oqtayın burnuna dəyib qazanxananın içərisinə düşmüş, Eyvaz stul atdığına görə onlar gözətçi otağından bayıra çıxarkən Eyvazda onların arxası ilə çıxıb qazanxada olan dəmir borunu götürüb onlara tərəf gəlmiş, Eyvazın əlində dəmir boru görən kimi qazanxanadan bayıra çıxmışlar. Oqtay bayıra çıxan kimi oradan uzaqlaşıb getmiş, o, Təqsirləndirilən şəxslə qazanxananın giriş qapısını tutub Eyvazın bayıra çıxmasına mane olmuşlar. Eyvaz nalayiq söyüşlər söyərək, qazanxanın giriş qapısını əlində olan dəmir boru və təpiklə vurmuş, Təqsirləndirilən şəxs ona qapının arasında baxıb Eyvazın əlində olan dəmir borunu atdığı halda ona deməsini xahiş etmiş, o, qapının altından içəri baxmış və dəmir borunun Eyvazın əlində olduğunu demiş, bu zaman yaxınlıqda olan binadan bir nəfər şəxs düşüb onların yanlarına gəlmiş və Eyvazın nə üçün söyüş söydüyünü soruşmuş, həmin şəxs Eyvazın dayanmadan söyüş söydüyünü eşidib Eyvaza «başqa adamdır, dayan görək nə üçün söyüş söyürsən» sözünü demiş, həmin şəxs onlara qapını buraxmaq lazım olduğunu dedikdən sonra, onlar qapını bir az açmış, həmin şəxs qapının arasından içəri daxil olmuş, bu zaman ətrafda yaşayanlardan bir qadın ona yaxınlaşıb oradan getməsini xahiş etmiş, içəri daxil olan şəxs Eyvaza yaxınlaşıb dəmir borunu onun əlindən almış, o, bundan sonra həmin yerdən uzaqlaşıb getmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 22 radələrində evinə qayıdan zaman, qazanxanın qarşısında nalayiq ifadələr eşitdiyi üçün orada bu ifadələrin kim tərəfindən işlədilməsini görmək üçün qazanxananın qarşısına yaxınlaşarkən iki nəfər adlarını bilmədiyi, lakin məhəllənin sakinləri kimi tanıdığı şəxslərin qazanxananın qapısını tutub saxladıqlarını, bir nəfər şəxsin isə içəridən çölə tərəf qapını itələyib açmaq istədiyini görmüş, o, həmin şəxslərə qapının qarşısından çəkilmələrini tələb etmiş və həmin şəxslərdə qapının qarşısından çəkilən zaman, qazanxananın içərisində adını bilmədiyi qazanxananın təxminən 45 yaşında işçisinin əlində armatur dəmirlə bayıra çıxaraq nalayiq ifadələr işlətməyə başladığını görmüş, o, həmin şəxsə sakit olmasını deyərkən sonunucu sakitləşməyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. O, həmin şəxsə yaxınlaşıb əlindənki dəmir parçasını almış və çöldən qapını tutan iki nəfər şəxlərdə onun ardınca qazanxanaya daxil olmuş, bu zaman həmin şəxslərdən hündür boylusu, sonradan istintaq zamanı adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs qazanxananın işçisindən nə səbəbdən onu söydüyünü soruşmuş, qazanxananın işçisi həmin şəxsə yaxşı edib söydüyünü bildirmiş, bu zaman həmin şəxslərin arasında yenidən sözlə mübahisə başlamış və qazanxananın işçisi içəridən plastmas boru parçasını götürüb həmin şəxslərin üstünə hücum çəkmək istəyən zaman o, qazanxananın işçisinin qabağını kəsib yenidən əlindən boru parçasını alıb kənara tullamış, lakin sonuncu yenidən Təqsirləndirilən şəxslə tutuşmağa başlamış, qazanxanda işıqlar yansa da, ora biraz qaranlıq olduğundan dəqiq kimin-kimi vurmasını ayırd edə bilməmiş, o, mübahisə edənləri aralaşdırıb çölə çıxarmış, çöldə qazanxananın işçisi yenidən nalayiq ifadələr işlətməyə başlamış, o, dəfələrlə sonuncunu sakitləşdirməyə çalışsa da, o, sakitləşməmiş və nalayiq söyüşlər söyməyə davam etmiş, qazanxananın işçisi onu döyən şəxsə, yəni Təqsirləndirilən şəxs ana söyüşü söyəndən sonra, onlar yenidən birbirilərinə hücum çəkmişlər, lakin hava qaranlıq olduğundan kimin kimə xəsarət yetirdiyini görməmiş, bundan sonra o, yenidən onları ayırmış, həmin vaxt orada olan bir nəfər şəxsdə Təqsirləndirilən şəxslə qazanxananın işçisini ayırmağa çalışmışdır. Qazanxananın işçisi onun yanında qalmış, Təqsirləndirilən şəxslə yanında olan şəxs oradan çıxıb getmiş, bundan sonra qazanxananın işçisi əl-üzünü su ilə yumağa başlamış, o,isə oradan çıxıb evinə getmişdir. X7 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X7 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai istintaq zamanı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 419 saylı məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – burun sümüyünün yerdəyişməyən sınığı, burun, üst və alt dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, başın ənsə nahiyəsinin hematoması, sol və sağ gözətrafı nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X7 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarinda olan Dövlətqaçqınkomunun Mehdiabad qəsəbəsi üzrə MKİS tərəfindən verilmiş xx.xx.2020-ci tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında müvəqqəti məskunlaşmış və yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutuduğu əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kiimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıranhallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, Bakı şəhəri və Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilməldiir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120 (yüz iyirmi) manat məbləğində və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120(yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayətMəcəlləsinin 128-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120 (yüz iyirmi) manat məbləğində və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120(yüz iyirmi) manat manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar