Məhkəmə qərarları › İş №1(012)-397/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-397/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-397/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron RayonVəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, orta təhsillidir, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikib təmir etdirərək torpaq sahəsini və həmin torpaq sahəsində tikilən fərdi yaşayış evini onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq 20 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində 9.000 manat, 02 mart 2022-ci ildə 200 manat, 02 aprel 2022-ci il tarixdə 200 manat və 02 may 2022-ci il tarixdə 200 manat vahid niyyətlə cəmi 10500 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikib təmir etdirərək torpaq sahəsini və həmin torpaq sahəsində tikilən fərdi yaşayış evini onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq 22 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində 15.000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikib təmir etdirərək torpaq sahəsini və həmin torpaq sahəsində tikilən fərdi yaşayış evini onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Tərlan” şadlıq sarayının yaxınlığında 30.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikib təmir edirərək torpaq sahəsini və həmin torpaq sahəsində tikilən fərdi yaşayış evini onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin dekabr ayında Abşeron rayonu, Saray qəsəbəsində 8.300 manat, 2022-ci ilin oktyabr ayında Abşeron rayonu, Saray qəsəbəsində 5.000 manat vahid niyyətlə cəmi 13300 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikib təmir etməklə torpaq sahəsini və həmin torpaq sahəsində tikəcəyi fərdi yaşayış evini onun mülkiyyətinə veriləcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Gənclər şəhərciyi ərazisində öz istifadəsində olan «Bank Respublika»ya məxsus plastik ödəmə kartından göndərdiyi 2.000 manat, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Milliön» terminalından göndərdiyi 1.000 manat və 2.000 manat və 12 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, 4 saylı notariat ofisində verdiyi 15.000 manatı, vahid niyyətlə cəmi 20.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 pulunu sonra ödəyəcəyinə dair yalan vəd verib aldadaraq,Abşeron rayonu Saray qəsəbəisndə yerləşən sonuncunun işlətdiyi mağazada 2022-ci ilin oktyabr ayının ortalarından 2.500 manat dəyərində, 2022-ci ilin noyabr ayının ortalarında 1.980 manat dəyərində, 2022-ci ilin dekabr ayının əvvəllərində 1.500 manat dəyərində, 2023-cü ilin yanvar ayının əvvəllərində 3.960 manat dəyərində, 2023-cü ilin yanvar ayının ortalarında 3.240 manat dəyərində, 2023-cü ilin avqust ayının əvvəllərində 320 manat dəyərində tikinti materiallarını alıb dəyərini ödəməyərək, Zərərçəkmiş şəxs7 vahid niyyətlə ümumilikdə 12.000 manat dəyərində əmlakını ələ keçirib Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Oqtay oğluna Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikib təmir etdirərək torpaq sahəsini və həmin torpaq sahəsində tikəcəyi fərdi yaşayış evini onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq 09 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, 4 saylı notariat ofisində borc müqaviləsi adı ilə 10.000 manat, 22 iyul 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində evdə olan zaman kart hesabına köçürülən 200 manat, 25 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “Tatlı market”də olan ödəmə terminalı vasitəsilə kart hesabına köçürülən 300 manat pulunu və 2023-cü ilin avqust ayının sonlarında Abşeron rayonu Xırdalan şəhərində “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində yerləşən “Şans market”də olan ödəmə terminalı vasitəsilə kart hesabına köçürülən 500 manat, vahid niyyətlə cəmi 11.000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 Oqtay oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, zərərçəkənlərə dəyən ziyanı tam olaraq ödədiyini bildirib, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yaşayır, Saray qəsəbəsindəki «Əli» marketin yaxınlığında öz ofisi olmuş, uzun muddət Saray qəsəbəsində fərdi evlər yaşayış evləri tikib satmaqla məşğul olmuşdur. Ev tikən zaman Saray qəsəbəsindəki «İnşaat-Tikint» bazarında tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs7 məxsus tikinti materialları mağazasından taxta materialları götürmüşdür. Zərərçəkmiş şəxs7 mağazasından 2022-ci ilin oktyabr ayının ortalarında 2.500 manat dəyərində 7 kub taxta, 2022-ci ilin noyabr ayının ortalarında 1.980 manat dəyərində 5 kub yarım taxta götürmüş, bu malları götürəndən sonra 500 manat ödəniş etmiş, 2022-ci ilin dekabr ayının əvvəllərində mağazadan 1.500 manat dəyərində 4 kubdan bir qədər çox taxta, 2023-cü ilin yanvar ayının əvvəllərində 3.960 manat dəyərində 11 kub taxta, 2023-cü ilin yanvar ayının ortalarında 3.240 manat dəyərində 9 kub taxta götürmüş, sonra 1.500 manat pul ödəvbi, Zərərçəkmiş şəxs7 qalan pulu da ödəyəcəqbyb çbklbhvbilbh. 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs7 mağazasından 900 manat dəyərində taxta götürüb 200 manat ödəsəm qalan pulunu ödəməməmiş, bundan sonra 2023-cü ilin avqust ayının əvvəllərində Rauf Əfəndiyevin mağazasından 1.620 manat dəyərində 5 kub taxta götürüb pulunu verməmişdir. Rauf Əfəndiyevin mağazasından alver edəndə həmin mağazada fəhlə işləyən Zərərçəkmiş şəxs5 ilə tanış olmuş, münasibətimiz yaranmışdır. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs5 kirayədə yaşadığını deyib onun üçün Saray qəsəbsində fərdi yaşayış evi tikməsini xahiş etmiş, pulun bir hissəsini verəcəyini, ev tikilib təmiri başa çatandan sonra bankdan kredit götürüb qalan pulu ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5lə razılaşaraq evi 2020-ci ilin ortalarında ona təmirli halda təhvil verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs5 ona ilkin olaraq 8.000 manat pul vermişdir. Koronavirus pandemiyası yayıldığına görə evi söz verdiyi vaxta tikib başa çatdıra bilməmiş, sonra da tikinti materiallarının qiyməti qalxmışdır. Zərərçəkmiş şəxs5 pulunu tələb etdikdə əlavə olaraq 5.000 manat pul versə evinin tikintisinə başlaya biləcəyini demiş, Fərhal Əfindiyev də ona 5.000 manat pul vermiş, amma ona söz verdiyi evi tikib verə bilməmişdir. 2022-ci ilin iyun ayında Zəfər Hacıyev ona zəng vurub Saray qəsəbəsində özü üçün fərdi yaşayış evi tikdirmək istədiyini bildirmiş, sonra arvadı Ruhiyyə ilə birlikdə Saray qəsəbəsinə gəldikdə tikdiyi evlərdə elektrik və santexnik işlərini görən Rüfət Məmmədovdan hazır olan evləri onlara göstərməsni xahiş etmişdir. Rüfət Məmmədov da evləri onlara göstərmişdir. Təxminən bir həftədən sonra Zəfər Hacıyev və arvadı Zərərçəkmiş şəxs3 ofisiə gəldikdə öz aralarında razılaşmışlar ki, onlar ilkin ödəniş olaraq 15.000 manat verib hər ay 400 manat ödəniş edəcəkləri halda 2022-ci ilin oktyabr ayının sonuna kimi onlar üçün Saray qəsəbəsində 43.000 manata bir mərtəbəli, iki otaqlı ev tikib təmir edib təhvil verəcəkdir. Zərərçəkmiş şəxs3 pulu çıxarıb Rüfət Məmmədova vermiş, Rüfət Məmmədov pulu sayıb 15.000 manat pulunun olduğunu deyərək pulu ona vermiş, pulu sayıb 15.000 manat olduğunu bilərək götürmüşdür. Amma söz verdiyi evi inşa edib təhvil verə bilmədiyi üçün Zərərçəkmiş şəxs3 polisə şikayət etmişdir. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs4 Ağasdıq oğlu ofisinə gəlib Saray qəsəbəsində özünə fərdi yaşayış evi almaq istədiyini dedikdə tikilib damı vurulmuş evi Zərərçəkmiş şəxs4miş, Zərərçəkmiş şəxs4 evi bəyənmişdir. Evi 36.000 manata razılaşdıqdan sonra Zərərçəkmiş şəxs4 ona 9.000 manat pul vermiş, qalan 27.000 manat pulu hər ay 700 manat ödəyərək verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 evi dörd ay ərzində təhvil verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs4 üç ay ərzində 1.600 manat pul ödəsə də evi vaxtında təhvil verə bilməmiş, Zərərçəkmiş şəxs4 pulunu tələb edəndə evi başqasına satıb ona 7.500 manat pul qaytarmış, 3.100 manat borclu qalmışdır. 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs1 onun ofisinə gəlib Saray qəsəbəsində özü üçün fərdi yaşayış evi tiktirmək istədiyini bildirdikdə «Saray Təhsil Mərkəzi»nin arxa tərəfində olan 2 sot torpaq sahəsini göstərib orada ona ev tikə biləcəyini demişdir. Öz aralarında Zərərçəkmiş şəxs1 ilkin olaraq ona 10.000 manat ödəniş edəcəyinə, beş il altı ay müddətinə hər ay da 500 manat ödəyəcəyinə razılaşmışlar. 2023-cü ilin iyun ayında Sumqayıt 4 saylı Notariat kontorunda xx.xx.2023cü il tarixə kimi 10.000 manat borc müqaviləsi bağlayaraq Zərərçəkmiş şəxs1 ona 10.000 manat pul vermişdir. Torpaq sahəsində evin bünövrəsini hazırlatmış, sonra Zərərçəkmiş şəxs1 ona 200 manat, 300 manat və 500 manat pul göndərmişdir. Tikinti işlərinə başlasa da tikintini başa çatdıra bilməmiş, evi söz verdiyi vaxtda inşa edib təhvil verə bilməmişdir. Zərərçəkmiş şəxs1 zəng edəndə evini tikib təmir edib təhvil verəcəyinə söz vermişdir. 2022-ci ilin yay ayında Zərərçəkmiş şəxs2 yanına gəlib Saray qəsəbəsində özü üçün ev tikdirmək istədiyini dedikdə ona Saray qəsəbəsində 1,8 sot torpaq sahəsini göstərərək həmin torpaq sahəsində 100 kv. metr ölçüdə ev tikib 60.000 manata sata biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 ilkin olaraq 23.000 manat ödəniş etməsinə, qalan 37.000 manatatı isə hər ay 300 manat ödəyəcəyinə razılaşmışlar. Zərərçəkmiş şəxs2 ofisində ona 23.000 manat pul vermiş, sonra da on dörd ay hər ay 300 manat ödəniş etsə də həmin evi başqasına satmışdır. 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs6 ilə dəmirçi sexində tanış olmuşlar. Zərərçəkmiş şəxs6 ev alqı-satqısı ilə məşğul olduğunu bildikdə Saray qəsəbəsndə onun üçün ev tikməsini xahiş etmiş, Ülvi Allahverdiy evə onun üçün Saray qəsəbəsi, N.Zeynalov küçəsində 1,5 sot torpaq sahəsində 52.000 manata yaşayış evi tikib təhvil verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs6 birlikdıə dediyi torpaq sahəsinə getdikdə Zərərçəkmiş şəxs6 torpaq sahəsini bəyənərək həmin günü işlədiyi dəmirçi sexində ona 8.000 manat pul verib sonradan da kart hesabına 3.000 manat, bir dəfə də 4.000 manat pul göndərmiş, evin bünovrəsinin betonu töküləndə isə 900 manat pul vermişdir. Zərərçəkmiş şəxs6 ona 16.900 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindəki 4 saylı Notariat kontorunda 15.000 manatlıq borc müqaviləsi bağlamışlar və əlavə 15.000 manat pul vermişdir. Evi tikib təhvil verə bilməyəndə Zərərçəkmiş şəxs6 pulunu tələb etməyə başlamış, Ülvi Allaverdiyevə birinci dəfə 9.000 manat vermiş, sonra da qalan pulunu qaytarmışdır. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməmiş ibtidai istintaq zamanı ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «İnşaat- Tikinti» bazarında tikinti materiallarının satışı ilə məşğul olur, Zərərçəkmiş şəxs5 onun mağazasında fəhlə işləyir. X8 təxminən 6-7 ildir ki, onun işlədiyi mağazaya gələrək müxtəlif tikinti materialları alaraq müxtəlif yerlərdə fərdi evlər tikərək satışı ilə məşğul olduğunu demişdir. Təqsirləndirilən şəxs onun mağazasından uzun müddət nağd pulla tikinti materialları alıb apardığı üçün aralarında etibar yaranmışdır. 2022-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs onun mağazasından 2.500 manat dəyərində 7 kub taxta, 2022-ci ilin noyabr ayının ortalarında 1.980 manat dəyərində 5 kub yarım taxta götürmüş, bu malları götürəndən sonra Təqsirləndirilən şəxs 500 manat ödəmişdir. 2022ci ilin dekabr ayının əvv əllərində Təqsirləndirilən şəxs mağazasından 1.500 manat dəyərində 4 kubdan bir qədər çox taxta, 2023-cü ilin yanvar ayının əvvəllərində 3.960 manat dəyərində 11 kub taxta, 2023-cü ilin yanvar ayının ortalarında 3.240 manat dəyərində 9 kub taxta götürmüş, aldığı mallar üçün cəmi 1.500 manat pul ödəsə də qalan pulu sonra ödəyəcəyinə söz versə də ödəniş etməmişdir. Bunlardan sonra Rauf Fərəcov yenə də 2023-cü ilin iyun ayının ortalarında 900 manat dəyərində taxta aparıb 200 manat ödəsə də qalan pulunu ödəməmiş, 2023-cü ilin avqust ayının əvvəllərində 1.620 manat dəyərində 5 kub taxta götürüb və pulunu ödəməmişdir. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs mağazasında fəhlə işləyən Zərərçəkmiş şəxs5 kirayədə yaşadığını biləndə onlar öz aralarında razılaşmışlar ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 Saray qəsəbəsində fərdi yaşayış evi tikib təmir etdirib verəcəkdir. Onlar öz aralarında razılaşandan sonra Zərərçəkmiş şəxs5 yanında 8.000 manat nağd pulu sayıb Təqsirləndirilən şəxs vermiş, qalan pulu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 evini 2022-ci ilin ortalarında təhvil verməyə söz versə də vədinə əməl etməmiş, Zərərçəkmiş şəxs5 hər dəfə ondan evini soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmiş, «Koronavirus» pandemiyası ilə bağlı işlərin dayandığı üçün evi tikib təhvil verə bilmədiyini bildirmişdir. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs mağazaya gəldikdə Zərərçəkmiş şəxs5 ondan ya pulu qaytarmasını ya da evi hazırlayıb təhvil verməsini tələb etdikdə Təqsirləndirilən şəxs tikinti materiallarının qiymətlərinin qalxdığını əsas gətirib evi inşa edə bilmədiyini, ona əlavə pul verdiyi təqdirdə evi başa çatdıra biləcəyini demişdir. Onlar öz aralarında razılığa gəldikdən sonra Rəsul Rəcəbov 2023-cü ilin mart ayında evi təhvil verəcəyini dedikdə Zərərçəkmiş şəxs5 oğlu bankdan 5.000 manat kreditə pul götürmüş,onun yanında Zərərçəkmiş şəxs5 5.000 manat pulu sayıb Təqsirləndirilən şəxs vermiş, lakin Təqsirləndirilən şəxs yenə də vədinə əməl etməyərək 2023-cü ilin mart ayında evi təhvil verməmişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində pulunu verəcəyinə dair söz verərək onun mağazasında götürmüş olduğu tikinti materiallarının pullarını, eləcə də Zərərçəkmiş şəxs5 ev tikəcəyi adı ilə almış olduğu pulları tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs ilkin olaraq müxtəlif bəhanələrlə onları aldatmağa başlamış, sonradan isə telefon zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs ev tikəcəyi adı ilə çox sayda insanların pullarını alaraq aldatdığını sonradan öyrəndikdə Zərərçəkmiş şəxs5lə birgə ərizə yazaraq Abşeron RPİ-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməmiş ibtidai istintaq zamanı ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «İnşaat- Tikinti» bazarında Zərərçəkmiş şəxs7 məxsus tikinti materialları mağazasında fəhlə işləyir. Təqsirləndirilən şəxs təxminən yeddi-səkkiz ildir ki, Zərərçəkmiş şəxs7 məxsus mağazaya gələrək müxtəlif tikinti materialları alımış və müxtəlif yerlərdə fərdi evlər tikib-satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 məxsus mağazadan alver etdiyi üçün ona inamları yaranmışdır. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxsla söhbətləri zamanı Saray qəsəbəsində kirayədə yaşadığını bilərək ona bir hissəsini qabaqcadan, qalan hissəsini isə evi tikib təmir edəndən sonra ödəməsi şərti ilə fərdi yaşayış evi inşa eməsini təklif etmişdir. Təqsirləndirilən şəxs təklifi onu qane etdiyi üçün onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ilkin olaraq 8.000 manat pul ödəyərsə evin tikintisinə başlayacağını, 2020-ci ilin ortalarında evi tam təmirli halda təhvil verəcəyini bildirdikdə yaxın şəxslərə müraciət edərək borca pul götürərək 2019-cu ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs7 iştirakı ilə 8.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra 2020-ci ilin yay aylarında evi təhvil verəcəyinə söz vermiş, həmin vaxtı Təqsirləndirilən şəxs evi banka qoyub pul götürərək onun borcunu ödəyəcəyini bildirmişdir. 2020-ci ilin əvvəllərində dünyada geniş yayılmış «Koronavirus» pandemiyası olduğuna görə Təqsirləndirilən şəxs bunu əsas gətirib evi inşa edə bilmədiyini demiş, həmin ərəfələr həqiqətən də vəziyyət çətin olduğundan Təqsirləndirilən şəxs inanmış, lakin sonra ki, aylarda və illərdə Təqsirləndirilən şəxs onu aldatmağa davam etdiyi üçün ondan şübhələnməyə başlamışdır. 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs gəlib fəhlə işlədiyi, Əfqan Rəcəbova məxsus tikinti materialları mağazasından tikinti materialları götürdüyü zaman pulunu qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs tikinti materiallarının qiymətinin artmasını əsas gətirərək evi inşa edə bilmədiyini, əlavə olaraq 5.000 manat verərsə evin inşasına başlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs 8300 manat vermiş olduğu üçün oğlu Şahid1 adına «Kapital» bankdan 5.000 manat kreditə pul götürərək Təqsirləndirilən şəxs tikinti mağazasına çağırıb Zərərçəkmiş şəxs7 iştirakı ilə həmin 5.000 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs evi 2023-cü ilin mart ayında təhvil verəcəyini bildirmişdir. 2023-cü ilin mart ayından sonra Təqsirləndirilən şəxs evi nə vaxt təhvil verəcəyini soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Təqsirləndirilən şəxs fəhlə işlədiyi mağazaya tez-tez gəldiyi üçün ona inanaraq Zərərçəkmiş şəxs7 ona 12.000 manat dəyərində tikinti materiallarını nisyə vermişdir. Təqsirləndirilən şəxs evi bir neçə günə təhvil verəcəyini desə də sonradan telefon zənglərinə cavab verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs çox sayda adamları aldadaraq ev tikəcəyi adı ilə pullarını alaraq aldatdığını öyrənib bilmiş, Zərərçəkmiş şəxs7la birgə ərizə yazaraq Abşeron RPİ-nə ünvanlamışdır. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etməmiş ibtidai istintaq zamanı ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2023-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində dəmirçi sexində fəhlə işləyərkən təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs ev tikib satmaqla məşğul olduğunu bilmiş, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində onun üçün fərdi yaşayış evi tikməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsla öz aralarında olan razılaşmaya əsasən o, Abşeron rayonu, Saray qəsəbəsində 2 sot torpaq sahəsində 40.000 manata bir mərtəbəli üç otaqlı ev tikib təmir edib verəcəyinə söz vermişdir. Aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs ilkin olaraq 20.000 manat qalan 20.000 manatı isə ayda 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Birinci olaraq Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi ərazisində olan bankomatdan xx.xx.2023-cü il tarixdə saat 14:15-də 2.000 manat pulu öz istifadəsində olan «Bank Respublika» kartından Təqsirləndirilən şəxs göndərdiyi «Leobank» kart hesabına sonra həmin günü, yəni xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «MilliÖn» terminaldan 1.000 manat pulu ondan sonra yenə də ünvan 3 ünvanda yerləşən «MilliÖn» terminaldan 2.000 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına göndərmişdir. Sonra xx.xx.2024-cü il tarixdə saat 19:21-də 200 manat pulu öz istifadəsində olan «Kapital Bank»a məxsus 4169****3442 hesab nömrəli kartından Təqsirləndirilən şəxs göndərmişdir. Bunlardan sonra Təqsirləndirilən şəxs onun üçün tikəcəyi evin bünövrəsini ona göstərmiş, öz aralarında razılaşaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 4 saylı notariat kontorunda 15.000 manatlıq borc müqaviləsi bağlamışlar. Təqsirləndirilən şəxs evinin aqibətini soruşanda o, hər dəfə müxtəlif bəhanələr gətirərək səbirli ol, gözlə, evin hazır olacaq demişdir. Ev tikintisi üçün bünövrə tökülən torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olmamasını sonrdan öyrəndikdə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmiş ibtidai istintaq zamanı ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, əri X6 təqaüdə çıxdıqdan sonra bir müddət Türkiyyə Respublikasında yaşayıb 2022-ci ildə Azərbaycan Respublikasına qayıtdıqdan sonra ev almaq istədikdə mərhum X2 qohumu Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi evlər inşa edərək ipoteka şərtləri ilə satdığını ona dedikdə Aynurə Bəxtiyarovanın vasitəsi ilə Təqsirləndirilən şəxs işçisi Rüfət Məmmədovla telefonla danışmışlar. xx.xx.2022-ci il tarixdə hazırda Türkiyyə Respublikasında olan əri Zəfər Hacıyevlə birlikdə Rüfət Məmmədovla görüşmüşlər. X12 Rəcəbovun işçisi olduğunu bildirmiş və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində inşa edib satdıqları bir neçə fərdi evi onlara göstərmişdir. Evləri bəyəndikləri üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, «Əli» marketin yanında ofisdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Danışıqlar zamanı Təqsirləndirilən şəxs 0,015 ha torpaq sahəsinin içərisində, kürsülü, bir mərtəbəli, iki otaqdan ibarət, tam təmirli fərdi evi inşa edərək 43.000 manata onlara təhvil verəcəyini bildirmişdir. İlkin ödəniş olaraq 15.000 manat, qalan pulu isə ayda 400 manat ödəməyə razılaşmışlar. Təqsirləndirilən şəxs təklif onları qane etdiyi üçün əri 15.000 manat pulu Rüfət Məmmədova vermiş, Rüfət Məmmədov da pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra evi 2022-ci ilin oktyabr ayının sonunadək onlara təhvil verəcəyinə dair yazılı iltizam vermişdir. Təqsirləndirilən şəxs tikintiyə gec başladığı üçün ona iradını bildirmiş, Təqsirləndirilən şəxs evi vaxtında təhvil verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs dediyi müddətdə evi təhvil verməmiş, müxtəlif bəhanələrlə onları aldatmağa başlamış, dəfələrlə pulunu qaytarmasını və yaxud evi təhvil verməsini tələb etdikdə Təqsirləndirilən şəxs onları aldatmaqda davam etmiş, Təqsirləndirilən şəxs onlardan pul alıb inşasına başladığı evi başqa şəxsə satdığını 2023-cü ilin aprel ayında bilmişdir. Təqsirləndirilən şəxs çox saylı insanlardan ev tikəcəyi adı ilə pul alıb aldatdığını öyrənib biləndən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİNnin «102» xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmiş ona dəyən ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında özünə Abşeron rayonu Saray qəsəbəsində fərdi yaşayış evi almaq qərarına gəlmiş, həmin ərəfədə Saray qəsəbəsində ev alqı satqısında makler fəaliyyəti ilə məşğul olan X10 ilə tanış olmuş və söhbət əsnasında Təqsirləndirilən şəxs satışda yarı tikili ev olduğunu bildirərək həmin evi ona göstərmiş ev xoşuna gəlmişdir. Ev tam tikilib dam örtüyü vurulsa da təmir olunmamışdır. Təqsirləndirilən şəxsla evi 36.000 manata razılaşdıqdan sonra evi tam təmir etdirib təhvil verəcəyinə söz vermişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs ilkin olaraq 9.000 manat verməli, yerdə qalan məbləgi isə hər ay 700 manat olmaqla 36 ay müddətinə ödəməli olmuşdur. 20.02. 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla aralarında əl yazma ilə müqavilə bağlayıb ilkin olaraq Təqsirləndirilən şəxs 9.000 manat pul vermiş, Təqsirləndirilən şəxs dörd aya evi təmir edib təhvil verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs əvvəllcədən danışıb razılaşdıqları 36.000 manat puldan 9.000 manat pulu verdikdən sonra 03 ay ərzində ümumilikdə 1.600 manat pul ödəniş etmişdir. Təqsirləndirilən şəxs söz verdiyi müddət ərzində evi təmir etdirib verməmiş, işdən çıxdığı üçün Təqsirləndirilən şəxs söz verdiyi müddətdə evi təhvil vermədiyi üçün aylıq ödənişi ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs ona söz verdiyi evi başqa səxsə satdığını sonradan eşidib bilmiş, verdiyi 10.600 manat pulunu geri tələb etmiş, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 6.800 manat pulunu geri qaytarsa da qalan 3.800 manat pulunu isə qatarmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında ev almaq istəyərkən təsadüfən Abşeron rayonu, Saray qəsəbə sakini, əmlakçı fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs ilkin olaraq 10.000 manat, 5 il 6 ay müddətdə hər ay 500 manat pul ödməklə 2 sot torpaq sahəsi daxilində 80 kv metr ölçüdə iki otaqlı, tam təmirli ev tikib verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs inanaraq onunla razılaşmışdır. Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində “Saray Təhsil Mərkəzi”nin arxa hissəsində yerləşən məhəllədə olan 2 sot torpaq sahəsini göstərərək evi orada tikdirəcəyini demiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat kontoruna gedib orada Təqsirləndirilən şəxs təklifi ilə xx.xx.2023-cü il tarixədək borc müqaviləsi bağladıqdan sonra Təqsirləndirilən şəxs həmin torpaq sahəsində evin inşasına başlatdırmışdır. Gedib oraya baxış keçirdikdə Təqsirləndirilən şəxs orada təxminən 1 metr 50 sm hündürlükdə evin kürsü hissəsini inşa etdirdiyini görmüşdür. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində yaşadığı evdə olan zaman Raf Rəcəbovun kart hesabına 200 manat, xx.xx.2023-cü il tarixdə isə Hökməli qəsəbəsi ərazisində yerləşən “Tatlı market”də olan ödəmə terminalı vasitəsilə 300 manat pul göndərmişdir. Sonuncu dəfə 2023-cü ilin avqust ayının sonlarında Abşeron rayonu Xırdalan şəhərində “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində yerləşən “Şans market”də olan ödəmə terminalı vasitəsilə Rauf Rəsəbovun dediyi kart hesabına 500 manat pulu göndərmişdir. 2023-cü ilin sentyabr ayında gedib torpaq sahəsinə baxdıqda tikinti işlərinin dayandırıldığını görüb Təqsirləndirilən şəxs onu aldadacağından şübəhənərək ödəniş etməmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq oraya çağırmış, Təqsirləndirilən şəxs ustaların yaxın günlərdə gəlib evin inşasını davam etdirəcəklərini bildirmişdir. Sonralar bir neçə dəfə də torpaq sahəsinə gedib baxış keçirərkən orada tikinti işlərinin aparılmadığını görmüşüdr. Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişdir. O, zəngə cavab verməmiş, cavab verdikdə isə bəhanə ilə sonra görüşüb söhbət edərik demişdir. Təqsirləndirilən şəxs bir neçə şəxsi də aldatdığını sonradan öyrənib bilmiş, 2023-cü ilin dekabr ayında həmin torpaq sahəsinə gedib baxdıqda evin inşasının bitmək üzrə olduğunu görmüş, orada işləyən ustalardan soruşduqda ustalar evi başqa bir şəxsin yeni aldığını demişlər. Təqsirləndirilən şəxsla əlaqə saxlayıb danışdıqda həmin torpaq sahəsini başqa şəxsə satdığını, onun pulunu isə geri qaytaracağına söz vermiş, lakin, müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında özünə ev almaq üçün Ağa adlı Bələdiyyə işçisinin vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuş, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,8 sot torpaq sahəsində 100 kvadratmetrlik evi tikib ona 60.000 manata kreditlə sata biləcəyini bildirmiş, 23.000 manat ilkin ödəniş edib qalan 37.000 manat bitənə kimi aylıq 300 manat ödəniş olmaqla razılaşmışlar. Rauf Rəsəbova kirayə qaldığını dedikdə Təqsirləndirilən şəxs 200 manat aylıq kirayə pulunun onluq olduğunu, verəcəyi 300 manat aylıq ödənişini evə köçənə kimi 500 manat hesablayacağını bildirmişdir. X9 rayonu, Saray qəsəbəsində yerləşən ev alqı-satqısı ilə məşğul olduğu ofisində Samir və Ağanın yanında 23.000 manat pulu sayaraq verib 4098 5844 5084 1992 nömrəli «Leobank» bank kartına hər ay 500 manat hesablanmaqla 300 manat ödəniş etmişdir. 14 ay ödəniş etdikdən sonra Təqsirləndirilən şəxs evi başqa şəxsə satdığını bilmiş, buna görə də Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 30.000 manat pulunu geri tələb etməyə başlamış, Rauf Fərəcov bəhanələr gətirərək, onu aldatdığına görə xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində fərdi evlərin tikintisi və satışı ilə məşğul olan Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, Təqsirləndirilən şəxs inşa etdiyi fərti evlərin elektrik və santexnik işlərini görmüşdür. 15 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs zəng edib qohumlarının Saray qəsəbəsinə gələcəyini deyib Saray qəsəbəsində inşa etdirdiyi evləri qohumlarına göstərməsini xahiş etmiş, Saray qəsəbəsində görüb orada adlarını öyrənib bildiyi Zəfər Hacıyev və onun arvadı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs Saray qəsəbəsində inşa etdirdiyi evləri göstərmiş, onlar evlərə baxıb getmişlər. 22 iyun 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsindəki «Əli» marketin yanında olan ofisinə getmiş, bir qədər sonra Zəfər Hacıyev və arvadı Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs ofisinə gəlmişlər. Onlar ofisdə Təqsirləndirilən şəxsla inşa olunmuş evlər barəsində ətraflı söhbət etmiş, Təqsirləndirilən şəxs onlara 0,015 ha torpaq sahəsində kürsülü, bir mərtəbəli, iki otaqlı evi tam təmirli halda onlara 15.000 manat ilkin ödəniş olunmaqla 43.000 manata tikib 2022-ci ilin oktyabr ayının sonuna kimi təhvil verəcəyini bildirmişdir. Onlar öz aralarında razılaşdıqdan sonar Zərərçəkmiş şəxs3 əl çantasından pulu çıxardıb ona verərək pulu saymasını xahiş etdikdə pulu Zərərçəkmiş şəxs3 alıb sayaraq 15.000 manat olduğunu deyib Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs özü də həmin pulu saymış və götürmüşdür. Sonra Təqsirləndirilən şəxs əlyazması ilə Saray qəsəbəsində ona məxsus torpaq sahəsində 43.000 manata ev tikib təmirli halda 2022-ci ilin oktyabr ayının sonuna kimi təhvil verəcəyi barədə iltizam yazmış, Təqsirləndirilən şəxs, Zəfər Hacıyev, Ruhiyyə Abbasov və o, həmin iltizamı imzaladıqdan sonra iltizamın bir surətini X7 Abbasovaya vermişdir. Ondan sonra Zərərçəkmiş şəxs3 və Zəfər Hacıyevi görməmişdir. Təqsirləndirilən şəxs evin inşasına başlamış, amma söz verdiyi vaxtda inşa etdirib başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs Zəfər Hacıyevə və Zərərçəkmiş şəxs3 söz vermiş olduğu evi başqasına satdığını, onların Təqsirləndirilən şəxs polisə şikayət etdiklərini isə sonradan eşidib bilmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs5 Abşeron rayonu Saray qəsəbəsində Zərərçəkmiş şəxs7 məxsus tikinti materialları mağazasında fəhlə işləyir. 2019-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 mağazasından tikinti materialları götürərkən atasının kirayədə yaşadığını bilib və ona fərdi yaşayış evi tikib təmir edib sata biləcəyini demiş, onlar öz aralarında razılaşdıqda atası ilkin olaraq Təqsirləndirilən şəxs 8.000 manat pul vermiş, qalan pulu da hissə-hissə ödəyəcəyni bildirmişdir. Təqsirləndirilən şəxs 8.000 manat pulu Zərərçəkmiş şəxs7 yanında atasından almışdır. Sonradan Təqsirləndirilən şəxs pandemiya xəstəliyinin yayılmasını, tikinti materiallarının qiymətinin qalxdığını bəhanə gtirərək evi tikib təhvil verməmiş, atasına 5.000 manat əlavə ona pul verilərsə evin tikintisinə başlaya biləcəyini demişdir. Ona görə də Beynəlxalq Bankdan öz adına 5.000 manat pul götürüb atasına vermiş, atası da həmin 5.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs atası üçün ev tikib təhvil verməmiş atasından aldığı pulu da qaytarmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı dəlil gətirməmiş və onun tərəfindən ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi ilkin yoxlama materialları, özünün etirafedici ifadələri və şahidlərin işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər ziddiyətlər yaratmayan sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşı uşağının olması,zərərçəkəınlərə dəyən ziyanın ödənilməsi, onlarla barışıq əldə etməsi cəzasını yüngülləşirən hallardır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cümaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam şəkildə ödəməsini,zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanını axşam saat 21:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, 26 fevral 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edirki, onun şübhəli şəxs qismində tutulduğu gün müddət, bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan 04 gün çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş cəzadan 04 gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 4 ünvanını axşam saat 21:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt icra Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ polisin nəzarəti altına vermək ” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar