Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-398/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qobustan rayonun Nabur kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 30.04.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən xalası Nuridənin fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı, yəni Nanə Babaşlmın Əri İlqarla onun anası Kəmaləgilə gedib orada yaşamaq istəmədiyinə görə Təqsirləndirilən şəxs yumruqla və təpiklə həyat yoldaşı Nanə Babaşlmın sifətinə, başına, qollarına və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, sağ bazunun geniş sahəli şişkinlik halında qançırı, sol bazunun, sol baldırın, alt çənə nahiyəsinin, qançırları, sağ dirsəyin əzilmiş yarası ilə nəticələnən, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, Nanə ilə 2021-ci ilin noyabr ayının 9-da ailə həyatı qurmuş və anası Kəmləgildə yaşamağa başlamışdırlar. Sonradan özləri üçün ayrı fərdi yaşayış evi tikib yaşamaq qərarına gəldiklərindən müvəqqəti olaraq xalası Nuridəgildə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yaşamağa başlamışlar. 30.04.2022-ci il tarixdə saat 23 radələrində xalası Nuridənin evində olarkən həyat yoldaşı Nanəyə yenidən anası Kəmaləgilə gedib orada yaşamağı təklif etmiş, Lakin Nanə razılaşmamışdır. Bu səbəbdən də aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı əsəbləşərək yumruqla həyat yoldaşı Nanənin sifətinə, başına, qollarına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Baş vermiş mübahisə zamanı evdə xalası Nuridədən başqa kənar şəxsin olmadığını, mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, əvvəllər həyat yoldaşı Nanə ilə aralarında heç bir dava-dalaşın olmadığını göstərmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. İlqarla 2021-ci ilin noyabr ayının 9-da ailə həyatı qurmuş və İlqarın anası Kəmaləgildə yaşamağa başlamışdırlar. Sonradan özləri üçün ayrı fərdi yaşayış evi tikib yaşamaq qərarına gəldiklərindən müvəqqəti olaraq xalası Nuridəgildə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yaşamağa başlamışlar. 30.04.2022-ci il tarixdə saat 23 radələrində xalası Nuridənin evində olarkən həyat yoldaşı İlqar ona yenidən anası Kəmaləgilə gedib orada yaşamağı təklif etmiş, Lakin Nanə razılaşmadığı üçün İlqar onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İlqar onun üzərinə gələrək yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrinə (sifət, baş, qollar və digər nahiyələr) vuraraq onu döymüşdür. Sonra O, bu barədə 02.05.2022-ci il tarixdə Abşeron RPİnin Qobu PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, həmin vaxt xalası Nuridədən başqa mübahisəni heç kimin görmədiyini, əvvəllər İlqar ilə aralarında dava-dalaşın olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid Qubad qızı bildirmişdir ki, 30.04.2020-ci il tarixdə saat 23 radələrində evdə olarkən bacısı oğlu İlqar arvadı Nanəyə yenidən anası Kəmaləgilə gedib orada yaşamağı təklif etmiş, Lakin Nanə razılaşmamışdır. Buna görə də onların aralarında sözlə mübahisə baş vermiş və həmin vaxt İlqar yumruq və təpiklə Nanənin sifətinə, başına, qollarına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu döyərək xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin 13.05.2022-ci il tarixli 901 nömrəli rəyindən görünür ki, 1999-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- , sağ bazunun geniş sahəli şişkinlik halında qançır, sol bazunun, sol baldırın, alt çənə nahiyəsinin, qançırları, sağ dirsəyin əzilmiş yarası - bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 30.04.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron rayon İHB-nın İƏD üzrə Aşağı Güzdək qəsəbəsi nümayəndəsinin verdiyi 16.05.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-398/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-398/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver