Məhkəmə qərarları › İş №1(012)-4/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-4/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-4/2021 04.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbayacan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Mərkəzi Klinikada mühafizəçi işləyən, ünvan 1 ünvanda faktiki olaraq yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Rzayev X6, o, 18 mart 2017-ci il tarixdə saat 11 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan BMV markalı ** TB *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsindən Novxanı-Binəqədi yolu ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndininin tələblərinə riayət etməyərək yaşayış məntəqəsində avtomobili 70 km/saat sürətlə hərəkət etdirmiş, həmin ərazidə onunla eyni hərəkət yolunda sürücü X5 idarə etdiyi Vaz 21099 markalı 90-NR- 253 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun sağından soluna manevr etdiyi anda «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələbə riayət etməmiş və avtomobilini yolun soluna doğru istiqamətləndirərək «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 69- cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələbinə riayət etməyib əks istiqamətli nəqliyyat axınını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına çıxmış, nəticədə avtomobillər qarşı hərəkət zolağında toqquşmuş və Vaz 21099 markalı avtomobilin sürücüsü X5 döş qəfəsin küt travması, hər iki tərəfli hematoraks, döş boşluğuna qanın toplanması, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli 6-7-8-9-10-11-12-ci və sağ tərəfli 7-ci qabırğaların çoxsayla qapalı yerini dəyişən sınıqları, onurğa sütununun bel şöbəsinin İ-İİ fəqərələrinin sınıqları, sol yan çıxıntılarının sınıqları, sol kürək sümüyünün cisminin qapalı yerdəyişən sınığı ilə nəticələnən ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmada aid bədən xəsarətləri almışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, BMV markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə X4 adınadır, lakin həmin avtomobili 30 noyabr 2016-cı il tarixdə almışdır, avtomobilin pulunu tam ödəmiş, lakin maddi vəziyyəti ilə əlaqədar avtomobili öz adma rəsmiləşdirməmiş, avtomobili etibarnamə ilə idarə edir. 18 mart 2017-ci il tarixdə 11 radələrində Bakı şəhəri Binəqədi Binəqədi qəsəbəsi istiqamətindən Abşeron rayonu Novxanı qəsəbəsi istiqamətinə gəlmiş, bu zaman yolun sağ tərəfindən Vaz 21099 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxaraq arxa istiqamətə döndüyünü görüb avtomobilini sol tərəfə istiqamətləndirmiş və avtomobil qarşı hərəkət zolağında Vaz 21099 markalı avtomobilin sol qapı hissəsinə toqquşmuş, bundan sonra Vaz 21099 markalı avtomobilin sürücüsü Əli İsmayılov xəsarət aldığı üçün X14 avtomobilinə zəng vuraraq məlumat vermiş və sonuncu Bakı şəhərində yerləşən X7 xəstəxanasına aparılmış, o, isə hadisə yerində qalıb hadisə yerinə baxışda iştirak etmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı avtomobili 60-70 km/saat sürətlə idarə etdirmiş, həmin vaxtı avtomobildə ondan başqa nişanlısı Hümbətova Fatimə olmuş, lakin hadisənəticəsində nə o, nədəki, Fatimə xəsarət almamışdır. Avtomobili idarə edərkən təxminən 10-12 metr məsafədən Vaz 21099 markalı avtomobilin onun hərəkət yoluna daxil olaraq geriyə getmək istədiyini görmüş, avtomobiin əyləcinə basaraq sükanı sola çəkmiş və hadisənin qarşısını almağa cəhd etmiş, lakin buna baxmayaraq Vaz 21099 markalı avtomobil sürətlə dönmək istədiyi üçün onun avtomobilinin qarşı hissəsi Vaz 21099 markalı avtomobilin sol qapı hissəsindən toqquşmuş, hadisə vaxtı spirtli içki qəbul etməmişdir.. Sonda o, zərərçəkmiş şəxs X5 ilə aralarında barışıq əldə edildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 ilə barışmasına, cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Vaz 21099 markalı **-NR-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 18 mart 2017-ci il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi Vaz 21099 markalı 90-NR- 253 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhər Binəqədi rayon ərazisində yerləşən mal bazarına gəlmiş, orada işini qurtardıqdan sonra Binəqədi Novxanı yoluna daxil olaraq avtomobilinə yanacaq doldurma məntəqəsindən benzin almaq istəmiş, bu məqsədlə Binəqədi Novxanı avtomobil yolunda yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə daxil olaraq benzin aldıqdan sonra oradan Abşeron rayonu Novxanı qəsəbəsi istiqamətinə gedərək avtomobilini yolun sağ kənarında ehtiyyat hissədə saxlamış ki, dönüb geri qayıdaraq evimə getsin.Yolun sağ kənarında dayandıqdan sonra arxaya və qabaq tərəfə baxmış və görmüşdür ki, avtomobil yoxdurvə ona görə də avtomobili hərəkətə gətirərək geriyə dönməəməliyyatı aparmış, o geriyə dönmək istəyərkən bu zaman qarşı hərəkət zolağında arxadan gələn onunla eyni istiqamətdə Binəqədi Novxanı istiqamətindən gələn BMW markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol orta hissəsindən toqquşmuş və həmin anda toqquşma baş vermişdir. Toqquşmadan sonra xəsarət aldığıüçün onu hadisə yerinəçağrılmış X13 avtomobili ilə Bakışəhərində yerləşən X8 aparılmış və orada həkimlər tərəfindən ona ilk tibbi yardım göstərilmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı ayıq olmuş və spirtli içki qəbul etməmiş, avtomobili yolun sağ ehtiyyat hissəsində saxlayaraq sola geriyə dönməəməliyyatı aparmaq istəmiş və geriyə dönüb qarşı yola çıxmış, bu anda arxadan gələn BMY markalı avtomobil onun avtomobilinin sol hissəsindən toqquşmuş, hadisə vaxtı avtomobildə tək olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01.04.2017-ci il tarixli 441 saylı rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsin küt travması, hər iki tərəfli hematoraks, döş boşluğuna qanın toplanması, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli 6-7-8-9-10-11-12-ci və sağ tərəfli 7-ci qabırğalarınçoxsayla qapalı yerini dəyişən sınıqları, onurğa sütununun bel şöbəsinin İ- İİ fəqərələrinin sınıqları, sol yan çıxıntılarının sınıqları, sol kürək sümüyünün cisminin qapalı yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, aşkar olunmuş xəsarətlər 18.03.2017-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-yolnəqliyyat hadisələri ekspertizasının 07.06.2017-cii il tarixli 9843 saylı rəyindən görünür ki, Vaz 21099 markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMV markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs əks istiqamətli nəqliyyat axınını ayıran 1.1 üfıqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxdığından onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Novxanı qəsəbəsi ərazindən keçən duz gölünün kənarında «Binəqədi Novxanı» avtomobil yolunda baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, BMV markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobil və Yaz 21099 markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobillərin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş istintaq materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs avtomobil idarə etmə hüququ və müvafiq sürücülük vəsiqəsi vardır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş tibbi sənədlərdən görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan X1 ağır bədən xəsarətinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 mart 2017-ci il tarixdə saat 11 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan BMV markalı ** TB *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsindən Novxanı-Binəqədi yolu ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndininin tələblərinə riayət etməyərək yaşayış məntəqəsində avtomobili 70 km/saat sürətlə hərəkət etdirmiş, həmin ərazidə onunla eyni hərəkət yolunda sürücü X5 idarə etdiyi Vaz 21099 markalı 90-NR- 253 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun sağından soluna manevr etdiyi anda «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələbə riayət etməmiş və avtomobilini yolun soluna doğru istiqamətləndirərək «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 69- cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələbinə riayət etməyib əks istiqamətli nəqliyyat axınını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına çıxmış, nəticədə avtomobillər qarşı hərəkət zolağında toqquşmuş və Vaz 21099 markalı avtomobilin sürücüsü X5 döş qəfəsin küt travması, hər iki tərəfli hematoraks, döş boşluğuna qanın toplanması, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli 6-7-8-9-10-11-12-ci və sağ tərəfli 7-ci qabırğaların çoxsayla qapalı yerini dəyişən sınıqları, onurğa sütununun bel şöbəsinin İ-İİ fəqərələrinin sınıqları, sol yan çıxıntılarının sınıqları, sol kürək sümüyünün cisminin qapalı yerdəyişən sınığı ilə nəticələnən ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmada aid bədən xəsarətləri almış, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 29.03.2017-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərərçəkmiş şəxs X5 ilə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, 24 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar