Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-4/2023 07.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs Furuz oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Goranboy rayonu Xanqərvənd kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Furuz oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona ipoteka krediti düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən 14 saylı notariat kontorunda 4500 manat pulunu, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs məxsus avtomobildə 2500 manat pulunu və 2018-ci ilin oktyabr ayında Abşeron rayonu Xırdalan şəhərində 200 manat məbləğındə olmaqla, cəmi 7200 (yeddi min iki yüz) manat məbləğındə nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncunun oğlu Elçin Tağıyevə ipoteka krediti düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2018-ci il tarixdə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat nəğd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı X3 ilə birlikdə qabacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona ipoteka krediti düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2018-ci ilin noyabr ayında Abşeron rayonu Xırdalan şəhəri «Çinar» kafesində 2000 manat məbləğində və 10 gün sonra həmin ünvanda 1000 manat məbləğındə nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat məbləğındə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı X3 ilə birlikdə qabacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona ipoteka krediti düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2018-ci ilin noyabr ayında Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Xızı» restoranında həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dollarını və 20 gün sonra Abşeron rayonu Xırdalan şəhərində yerləşən H.Əliyev adına olan parkda 500 manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə «Orxan» adlı şəxsin vasitəsi ilə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3a ümumilikdə 2200 (iki min iki yüz) manat məbləğındə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tanışı X3 ilə birlikdə Zərərçəkmiş şəxs1 ipoteka krediti düzəldəcəklərini yalandan vəd verib aldatmaqla 2018-ci ilin sentyabr ayında Bakı şəhəri 14 nömrəli notariat kontorunda ondan 4500 manat, bir neçə gündən sonra Abşeron rayonu Xırdalan şəhərində yaşadığı evin yaxınlığında özünə məxsus avtomobilində 2500 manat və 2018-ci ilin oktyabr ayında Abşeron rayonu Xırdalan şəhərində 200 manat, ümumilikdə 7200 (yeddi min iki yüz) manat almışlar. Aldıqları pulu Mehman ilə bölərək şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra yenə tanışı X3 ilə birlikdə Zərərçəkmiş şəxs4, oğlu Elçin Tağıyevə ev almaq üçün ona ipoteka krediti düzəldəcəklərini yalandan vəd verib 2018-ci ilin sentyabr ayında Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat almışlar. Pulu aldıqdan sonra verdikləri Mehmanla aralarında bölmüş və həmin pulları şəxsi ehtiyalarına xərcləmişdir. Bundan sonra yenə də tanışı X3 ilə birlikdə Zərərçəkmiş şəxs2 ipoteka krediti düzəldəcəklərini deyib 2018-ci ilin noyabr ayında Abşeron rayonu Xırdalan şəhəri «Çinar» kafesində ondan 2000 manat, təxminən 10 gündən sonra həmin yerdə 1000 manat, ümumilikdə 3000 (üç min) manat pulunu almışlar. Aldıqları pulu Mehmanla bölmüş və pulu aralarında bölmüşlər. Daha sonra yenə də tanışı X3 ilə birlikdə Zərərçəkmiş şəxs3 ipoteka krediti düzəldəcəklərini yalandan vəd verib aldatmış və 2018-ci ilin noyabr ayında Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Xızı» restoranında 1000 ABŞ dolları, təxminən 20 gündən sonra isə Abşeron rayonu Xırdalan şəhərində yerləşən H.Əliyev adına olan tanımadığı «Orxan» adlı şəxsin vasitəsi ilə parkda 500 manat almışlar. Zərərçəkmiş şəxs3 ümumilikdə aldıqları 2200 (iki min iki yüz) manat pulu Mehman ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, tanışı Zərərçəkmiş şəxs2 ilə görüşdükdə Vüsal ipoteka ilə ev almaqda X2 ona kömək etdiyini, buna görə Mehmana 3000 manat verdiyini bildirmişdir. Buna görə ipoteka ilə ev almaqda Mehmanın ona kömək etməsini Vüsaldan xahiş etmişdir. 2019-cu ilin iyun ayında Vüsal Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkdakı çayxanada onu Mehmanla tanış etmişdir. Mehman tanışlarının vasitəsi ilə ona uzun müddətli ipoteka ilə 7000 manat müqabilində ev düzəldə biləcəyinə vəd vermişdir. 2019-cu ilin iyun ayının ortalarında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Xızı» restoranında Mehman ilə görüşə oğlunun dostu Çingiz ilə getmiş, Mehman isə Ruslan adlı şəxslə gəlmişdir. Mehman Ruslanla birlikdə işlədiyini demişdir. Ruslan hərbiçi tanışlarının adına ipoteka krediti götürəcəklərini demiş, buna görə orada 1000 ABŞ dolları Mehmana vermişdir. Mehman pulu aldıqda 1 ay, 1 ay 15 gün müddətinə məsələni həll edəcəklərini, bundan sonra pulun qalan hissəsini ondan alacağını bildirmişdir.Təxminən 20 gündən sonra Mehman ona zəng vuraraq, bankın işçisi gələcəyini, həmin şəxs ipoteka krediti üçün pulu artıq yazacağını,buna görə onunla görüşüb söhbəti həll etmək lazım olduğunu bildirmişdir. Buna görə Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkın qarşısında Mehmanın dediyi şəxslə görüşmüş, həmin şəxs ona 500 manat verməsini dedikdə, ona 200 manat təklif etmiş, lakin sonuncu razılaşmamış və Mehmana zəng vuraraq, telefonu ona vermişdir. Mehmanla danışdıqdan sonra həmin şəxsə 500 manat verəcəyini, lakin həmin vaxt üzərində pul olmadığın demişdir. Həmin şəxslə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İsmayıl adlı şəxsin evinə gedib baxış keçirmişlər. Həmin şəxs İsmayılın evinə 70000-75000 manat ipoteka krediti yazdıracağını bildirib, evin sənədlərinin sürətini götürüb getmişdir. Səhəri gün saat 12 radələrində həmin şəxslə həmin yerdə görüşüb ona 500 manat vermişdir. Təxminən 1 aydan sonra Mehmanla əlaqə saxladıqda Mehman gələn ay işin düzələcəyini bildirmiş, lakin sonradan Mehman onun zənglərinə cavab verməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, tanışı X3 ilə 2018-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda təsadüfən rastlaşmış, Mehman ipoteka krediti alınmasında vasitəçilik etməklə məşqul olduğunu bildirmişdir. 2018-ci ilin noyabr ayında Mehman ona ipoteka krediti təklif etmiş, həmin işi şəriki Ruslan adlı şəxslə birlikdə gördüyünü demiş və onu Ruslanla tanış etmişdir. Mehman və Ruslan ona ipoteka krediti ilə ev almaq üçün ilkin ödəniş olaraq 3000 manat versə, tapacaqları hərbçinin adına onun üçün ev alacaqlarını bildirmişlər.Buna görə 2018-ci ilin noyabr ayında Xırdalan şəhəri Bakı Humanitar Kollecin yaxınlığında yerləşən «Çinar» kafesində Mehman Hüseynov və Ruslanla görüşdükdə Mehmana 2000 manat, 10 gündən sonra həmin yerdə Mehman və Ruslanla təkrar görüşdükdə 1000 manat,ümumilikdə 3000 manat vermişdir. Mehman və Ruslan pulu aldıqdan sonra təxminən 15 günə ipoteka düzəldəcəyini bildirmişlər. Mehman və Ruslana pul verdikdən təxminən 1-2 ay sonra tanışı Zərərçəkmiş şəxs3 Umumd oğlu ilə Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda təsadüfən görüşüb söhbət etdikləri vaxt, Rauf ev problemi olduğunu demişdir.Raufa həmin vaxt Mehman adlı tanışının ona ipoteka krediti düzəltdiyini və Mehmana 3000 manat verdiyini demişdir. Rauf da ona kömək etməsini xahiş etdiyinə görə onu Mehmnla tanış etmişdir. Raufla birlikdə Mehman və Ruslanla Xırdalan şəhərində yerləşən, H.Əliyev adına parkda yerləşən çayxanaların birində görüşmüş Mehman və Ruslan Raufa ipoteka krediti düzəldəcəklərini bildirmişdir. Buna görə Rauf orada 1000 ABŞ dolları Mehman və Ruslana vermişdir. Mehman pulu aldıqdan sonra 1 ay, 1ay 15 gün müddətinə ipoteka kreditini düzəldəcəyini Raufa söz vermişdir. Bir müddətdən sonra Rauf əlavə 500 manat Mehmanın göndərdiyini bildirmişdir. Sonra Mehman və Ruslanın onları aldatdıqlarını bilmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, N nömrəli hərbi hissədə 2018-ci ilin sentyabr ayında xidmət etdiyi vaxt, həmin hərbi hissədə xidmət edən tanış zabiti Şahid ipoteka götürməklə ev almaq istədiyini dedikdə, Hikmət Haciyev tanışlarının ona ipoteka yolu ilə ev almasına kömək etdiklərini və onu həmin şəxslər ilə tanış edəcəyini demişdir. Şahid xx.xx.2018-ci il tarixdə Xırdalan şəhərində Heydər Əliyev parkındakı çay evində onu X3 və «Ruslan» adlı sabiq hərbi qulluqçular ilə tanış etmiş, ipoteka ilə ev almasına onların kömək göstərəcəyini bildirmişdir.Mehman Hüseynov və Ruslan ona kredit verilmədiyi üçün öz tanış zabitlərinin vasitəsilə onun üçün ipoteka krediti düzəldəcəklərini və bunun müqabilində həmin zabitə 4500 manat,ipoteka ilə alınması nəzərdə tutulan evi qiymətləndirəcək şəxslərə 1500 manat və zəhmət haqqı kimi özlərinə 1000 manat verilməsini bildirmişlər. Mehman və Ruslanın təkilifi ilə işlərin tez həll olunması üçün xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda 4500 manat onlara vermiş və həmin pulu Mehman Hüseynova borc verməsi kimi sənədləşdirmişlər. Bundan sonra Mehman Hüseynov və Ruslan bir və ya iki ay müddətinə bunu həll edəcəklərini vəd vermişlər. İki gündən sonra Mehman Hüseynov və Ruslanın ondan istədikləri 2500 manatı Şahid vasitəsilə onlara vermişdir. Bir müddətdən sonra Ruslan və Mehman Hüseynova zəng edib ipoteka işinin nə yerdə olduğunu soruşduqda onlar hər dəfə "narahat olma iş gedir, tezliklə məsələ həll olunacaq" demişlər. İpoteka yolu ilə almaq üçün tapdığı mənzilə baxan bank əməkdaşlarına Ruslan və Mehman Hüseynovun təklifi ilə 40 manat zəhmət haqqı vermişdir. Təxminən 2-3 gündən sonra Mehman Heseynovun təklifi ilə 1500 manat ev sahibinə evinin kupçasını düzəltmək üçün vermişdir. Ev sahibi evin kupçasını düzəldib Ruslanla Mehmana təqdim etdikdən təxminən 1 həftədən sonra Mehman ona zəng edərək danışdıqları evin bank tərəfindən onların istəyi kimi qiymətləndirilmədiyini, həmin evə görə verdiyi 1500 manat pulu qaytaracaqlarını, narahat olmamasını demişlər. Sonra ev sahibi alıdığı 1500 manatdan ona 1000 manat qaytarmış, 500 manatı evin kupçasının alınması üçün xərcləndiyini bildirmişdir. Bundan bir neçə gün sonra kirayə yaşadığı ünvana yaxın yerdə kupçası olan evə baxmağa gəlmiş şəxsə 40 manat zəhmət haqqı, bir neçə gündən sonra isə Xırdalan şəhərində Ruslana 200 manat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 7880 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən hərbi hissəsində tabor komandiri işləyən oğlu Elçin Tağıyev ipoteka krediti ilə Bakı şəhərində ev almaq üçün xx.xx.2018-ci il tarixdə ona işlərini görmək üçün etibarnamə vermiş və ona ipoteka işlərini görməyə Mehman adlı tanışının kömək edəcəyini demiş, Mehmanın mobil telefon nömrəsini ona vermişdir. 2018-ci ilin sentyabr ayının axırlarında Mehmana zəng edərək özünü təqdim etmiş və ipoteka yolu ilə 80000 (səksən min) manat dəyərində ev almaq istədiyini bildirmişdir. Mehman ona ipoteka işləri ilə məşğul olduğunu, “on faiz pulu sən verməlisən, buna görə heç olmasa 8000 (səkkiz min) manat pul ilkin ödəniş kimi mənə verməlisən mən lazımı adamlarla danışıb sənə bankdan pul götüzdürüm” demişdir. Mehmana 6000 (altı min) manat ödəyə biləcəyi barədə razılaşmış,buna görə 29 sentyabr 2018-ci il tarixdə Mehman və Ruslan adlı şəxslə Biləsuvar rayonunda «Kapital bankın» Biləsuvar filialının qarşısında görüşmüş və Biləsuvar şəhəri H.Əliyev prospektində yerləşən notariat kontorunun qarşısında 4000 (dörd min) manat Mehmana vermişdir.Mehmanın təklifi ilə müvafiq sənədləri hazırlayıb ona vermişdir.Ev tapmaq üçün Bakı şəhəri Xırdalan qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Adil adlı şəxs və Mehmanla bir neçə evə baxmışlar. 2019-cu ilin fevral ayında Xırdalan şəhərində üç ev tapmış,hər evə beh kimi 150 (yüz əlli) manat verdikdən sonra Mehman həmin evlərə kredit düşmədiyini dedikdə ondan şübhələnmişdir. Mehmandan şübhələndiyi üçün ondan hansı bankda işlədiyini,onu işlədiyi banka aparmasını sənədlərinin olub-olmamasını öyrənmək istədiyini demişdir. Mehman onu Səbail rayonunda fəaliyyət göstərən «Avrasiya» bankının filialına, bank işçisi Kamran Şamilovun yanına aparmış və sənədlərini Kamranda görmüşdür. 2019-cu ilin fevral ayının ortalarında Mehmanın ondan əlavə istədiyi 2000 (iki min) manatı Biləsuvar rayonunda yerləşən «Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi «VAZ 2106» markalı avtomobilində arvadı Ayna Tağıyeva və Ruslanın yanında Mehmana vermişdir. Sonra Mehmanın onu aldatdığını bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı elan edilərək tədqiq olunmuş Şahid ifadəsindən görünür ki, N nömrəli hərbi hissədə xidmət edərkən tanış olduğu Ruslan və Mehman adlı şəxslər ona ipoteka ilə ev alınmasında kömək etmişlər. Sonradan zabit yoldaşı olmuş Zərərçəkmiş şəxs1 ipoteka ilə ev almasında ona kömək etməsini istədiyinə görə ona ipoteka ilə ev alınmasında kömək edəcək tanışları olduğunu demişdir. Səhəri günü X3 və Təqsirləndirilən şəxs Xırdalan şəhərində Zərərçəkmiş şəxs1lə görüşdürmüş, onlar öz aralarında gəldikləri razılığa əsasən Zərərçəkmiş şəxs1 əvvəl 4500 manat, sonra 2500 manat Mehman Hüseynov və Ruslana vermişdir. X1 və Təqsirləndirilən şəxs verdikləri vədinə əməl etməmiş, Ruslan və Mehmanla dəfələrlə əlaqə saxlayaraq aldıqları pulları qaytarmalarını tələb etməsinə baxmayaraq, onlar pulu qaytarmamışlar.Zərərçəkmiş şəxs1 pul almaq məqsədi, ona ev alınmasında hər hansı maddi marağı olmamış, pullar Ruslan və Mehman tərəfindən götürülmüş, ona hər hansı məbləğdə pul verməmişdir. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 320.1 maddəsilə təqsirli bilinərək 01 il müddətinə 15% islah işləri və 3500 manat cərimə cəsazına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hər iki cəzanı çəkməkdən boyun qaçırdığı üçün Goranboy rayon məhkəməsinin 7(045)- 010/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə cərimə və islah işləri cəzası dəyişdirilərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması ilə əvəz edilmişdir. Goranboy rayon İcra və Probasiya Şöbə rəisinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan məhkəmə hökmünün icrası barədə göstirişə əsasən məhkum - xx.xx.1986-cı ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində çıxarılmış axtarış qərarı xx.xx.2020-ci il tarixdə aidiyyatı üzrə Goranboy Rayon Polis Şöbəsinə göndərilmiş və törətdiyi yeni cinayətlə əlaqədar ibtidai istintaq yekunlaşmış və Təqsirləndirilən şəxs cinayət işi Abşeron Rayon Məhkəməsinə verildikdən sonra məhkəməyə gəlməkdən boyun qaçırdığı üçün barəsində axtarış elan olunmuş və Abşeron RPİ-də axtarışda olduğu üçün məhkum barəsində Goranboy RİPŞ-də də cəza çəkmədən yayınma ilə əlaqədar çıxarıdlmış axtarış qərarı Goranboy RPŞ-si tərəfindən aidiyyatı üzrə Abşeron RPİ-ə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron Rayon Məhkəməsinə təhvil verildiyi təqdirdə Goranboy İcra və Probasiya Şöbəsinə məlumat verilməsini xahiş etmişdir. Goranboy rayon İcra və Probasiya Şöbə rəisinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1 (093)-098/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib 3500 manat cərimə və aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasını çəkməkdən boyun qaçırdığı üçün Goranboy Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında hər iki cəzası Goranboy Rayon Məhkəməsinin 7(045)-010/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırıması cəzasının 08 ay 16 gününü çəkmiş, 01 il 03 ay 14 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Goranboy RİHB-nın Xanqərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Goranboy rayonu, Xanqərvənd kənd qeydiyyatda olmaqla həyat yoldaşı və xx.xx.2011-ci il tarixdə anadan olmuş Aylin, xx.xx.2012-ci il tarixdə anadan olmuş Binyamin ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini və vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. Məhkəmə zamanı müəyyən edildi ki, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan məhkəmə hökmünün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyi üçün ona təyin edilmiş azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş 01 il 03 ay 14 gün hissəsi haqqında “08 noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının müvafiq bəndi tətbiq edilməmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Qərarının 5-ci bəndinə əsasən müvafiq məhdudiyyətlər nəzərə alınmaqla, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının həmin Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 01 ildən artıq olduqda, çəkilməmiş cəzanın 01 il azaldılması nəzərdə tutulur. Qeyd edilən amnistiya aktının qüvvəyə mindiyi günədək məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 14 gün təşkil edir. Odur ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Qərarının 5cı bəndi məhkum Təqsirləndirilən şəxs barədə tətbiq edilməklə, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı Hərbi Məhkəməsinin 1 (093)-098/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək təyin olunmuş 3500 manat cərimə və aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının Goranboy Rayon Məhkəməsinin 7(045)-010/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-cı bəndi tətbiq edildikdən sonra azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 03 (üç) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 01 (bir) ay 22 (iyirmi dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tanınmış, həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, xx.xx.2020-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətədək ev dustaqlığı qətiimkan tədbiri seçilmiş, daha sonra o, məhkəmənin çağrışına gəlmədiyi və gizləndiyi üçün Abşeron rayon məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs4 dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 (on altı) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 96 (doxsan altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1 (093)-098/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək təyin olunmuş 3500 manat cərimə və aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının Goranboy Rayon Məhkəməsinin 7(045)-010/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün hissəsi "08 noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azaldılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Hərbi Məhkəməsinin 1 (093)-098/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək təyin olunmuş 3500 manat cərimə və aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının Goranboy Rayon Məhkəməsinin 7(045)-010/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-cı bəndi tətbiq edildikdən sonra azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 03 (üç) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 01 (bir) ay 22 (iyirmi iki) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, qismən birləşdirilməli və ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası təyin edillsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 02 (iki) ay 21 (iyirmi bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs4 dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 (on altı) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 96 (doxsan altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-4/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-4/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver