Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-40/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs3 Rahib oğlunun, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin nümayəndəsi X3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli kökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) günü çəkilməmiş qalan, işləməyən, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni məhəllədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 Rahib oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon H. Əliyev prospekti 22/54 ünvanında yerləşən “Şəms” adlı marketin pəncərə şüşəsini sındırmaqla içəri qanunsuz daxil olub, mağazadan 1130 manat dəyərində müxtəlif markalı və çeşidli siqaretləri, 50 manat dəyərində bir ədəd televizoru, 200 manat dəyərində bir ədəd təhlükəsizlik kameralarının “DVR” adlandırılan yaddaş bolokunu və 50 manat dəyərində xırda pulları, ümumilikdə 1430 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 03 radələrində “xxxx” MMCyə məxsus Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən «xxxx»-in plastik pəncərəsindəki nəfəsliyinin şüşəsini sındırmaqla içəri qanunsuz daxil olub, mağazadakı müdir otağındakı şkafın qapısını sındıraraq orada olan seyfdən 1352 manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş “xxxx” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “Hovuz İnşaat” mağazasının plastikdən hazırlanmış qapısını sındırıb mağazaya qanunsuz daxil olaraq mağazadakı işçi masanın üzərində qoyulmuş printerin içərisində olan zərfdəki 1500 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 06 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Ə. Vahid küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus «El market» mağazasına qapının kilidini sındıraraq içəri qanunsuz daxil olub, mağazadakı kassa aparatında olan 1000 manat nəğd pulu və vitrində olan 400 manat dəyərində müxtəlif sayda və çeşiddə siqaretləri, ümumilikdə 1400 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 07.20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, bina 30 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Samsung” mağazasına qapını açmaq yolu ilə qanunsuz daxil olub vitrin şüşəsini sındırmaqla orada satışa qoyulmuş bir ədəd 470 manat dəyərində «Xiaomi Mİ A2 lite» markalı, 3GB ram, 32 GB yaddaşlı mobil telefonu, bir ədəd 320 manat dəyərində “Xiomi” markalı, Mi Play modelli, 4 GB ram, 64 GB yaddaşlı mobil telefonu və bir ədəd 240 manat dəyərində «Samsung A10» markalı, 2 GB Ram, 32 GB yaddaşlı mobil telefonu, ümumilikdə 1030 manat dəyərində əmlakı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “Hovuz İnşaat” mağazasından işçi masanın üzərində qoyulmuş printerin içərisində olan olan printerin içərisində qoyulmuş 1500 manat məbləğində pulun oğurlanmasından, xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi Ə. Vahid küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus «El market» mağazasındakı kassa aparatında olan 1000 manat nəğd pulu və vitrində olan 400 manat dəyərində müxtəlif sayda və çeşiddə siqaretlərin oğurlanmasından, xx xxxxxxxx 2019-cu il tarixdə saat 07:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, bina 30 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Samsung” mağazasından satışa qoyulmuş bir ədəd 475 manat dəyərində «Xiaomi Mİ A2 lite» markalı mobil telefonu, bir ədəd 470 manat dəyərində “Xiomi” markalı, M1805D1SG modelli mobil telefonu və bir ədəd 299 manat dəyərində «Samsung A10» markalı mobil telefon gizli olaraq talanmasından heç bir xəbəri yoxdur və baş vermiş oğurluq hadisəsi yerindən ona məxsus əl barmaq izləri çıxması barədə bir söz deyə bilmir. Saray qəsəbəsi yeni məhəllədə aşkar edilmiş həmin əşyalardan onun heç bir məlumatı yoxdur və əşyalardan onun sənədlərinin çıxmasından xəbəri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi İstiqlaliyyət küçəsi bina 30 ünvanında yerləşən «Samsunq» mağazasını icarə əsasında işlədir. Həmin mağazada Şahid1 satıcı kimi işləyir. Mağazada mobil telefonların və aksesuarların satışı ilə məşğul olur. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində, satıcı Adlan ona zəng vuraraq mağazada oğurluq olması barədə məlumat vermişdir. Belə ki, Şahid1 bildirmişdir ki, həmin günü səhər radələrində mağazanı gəlib açmaq istədikdə mağazanın qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra mağazaya daxil olduqdan sonra görmüşdür ki, oradan bir ədəd 475 manat dəyərində Xiomi Mİ A2 lite markalı mobil teleon, bir ədəd 400 manat dəyərində Xiomi Mİ Play markalı mobil telefon və bir ədəd 299 manat dəyərində Samsunq A10 markalı mobil telefon naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra baş vermiş oğurluq hadsəsi ilə bağlı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1174 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən «EL» marketi işlədir. Hər gün səhər saat 08 radələrində marketi açır və axşam saat 24 radələrində marketi bağlayır. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saat 24 radələrində marketi bağlayıb evinə getmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə marketi gəlib açmaq istədikdə qapının qıfılının sınmış vəziyyətdə olduğunu görmüşdür və marketə girib baxdıqda orada kassa aparatından 1000 manat nəğd pulunun və 400 manat dəyərində müxtəlif markalı siqaret çeşidlərinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1400 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, «xxxx» MMC-də idarə işləri üzrə bölmə rəisi vəzifəsində işləyir. Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “xxxx” mağazası “xxxx” MMC-yə məxsusdur. xx xxxx 2019-cu il tarixdə həmin mağaza müdirinin köməkçisi həmin mağazada satıcı işləyən Elşənlə birlikdə mağazanı gəlib açdıqda içərinin dağınıq olduğunu görmüşdür. Mağazanın içərisinə baxdıqda nəfəsliyin şüşəsinin sındırıldığı və mağazadan oğurluq olduğunun şahidi olmuşdular. Əvvəlcə mağazadan 1100 manat nəğl pul oğurlandırığını bilmişdir və bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Lakin sonradan mağazada hesabat aparıldıqda məlum olmuşdur ki, mağazadan 1352 manat nəğd pul oğurlanmışdır və mağazada olan ümumi dəyəri 70,27 manat təşkil edən qidalar və əşyalar dağıdılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Rahib oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən «Şəms» market ailə üzvlərinə məxsusdur. Həmin marketdə sahibkarlıqla məşğul olurlar. Mağazada ümumi işlərin gedişinə anası nəzarət edir. xx.xx.2019-cu il tarixdə həmişə olduğu kimi saat 24 radələrində mağazanı bağlayıb evinə getmişdir. Səhəri günü saat 09 radələrində anası Nərminə Bayramova mağazanı açdıqda mağaza şüşəsinin sındırılmış vəziyyətdə olduğu və mağazanın dağınıq olduğunun şahidi olmuşdur. Bundan sonra mağazaya girib baxış keçirdikdə oradan 1130 manat dəyərində müxtəlif markalı siqaret çeşidləri, 30 manat dəyərində peyk antenasının apparatı, 200 manat dəyərində təhlükəsizlik kamerasının «DVR» yaddaş bloku və 50 manat dəyərində xırda pulların oğurlandığı məlum olmuşdur. Bundan sonra mağazaya polis əməkdaşları baxış keçirdikdə oradan qanabənzər ləkələr və əl barmaq izləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, ünvan 3 ünvanında yerləşən «Hovuz İnşaat» mağazasını ticarət müqaviləsi əsasında işlədərək fərdi sahibkarlıqla məşğul olur. Həmin mağazanı Həlimə Sadıqova adlı satıcı işlədir. Mağaza hər gün səhər saat 09:00 radələrindən axşam saat 19:00 radələrinədək fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə satıcı Həlimə Sadıqova ona zəng edərək bildirmişdir ki, mağazanın plastikdən olan qapısının qıfılına müdaxilə edilmişdir və açıq vəziyyətdədir və mağazının içərisi isə dağınıq vəziyyətdədir. O da cəld mağazaya gəlmişdir və satıcı Həlimənin dediyi halın şahidi olmuşdur. Bir gün əvvəl firmaya verilməli olan 1500 manat nəğd pulu Həliməyə vermişdir və sonuncu da həmin pulu mağazada işçi masanın üzərində yerləşdirdiyi printerin içərisinə qoymuşdur. Hadisə zamanı həmin printerin içərisində olmuş 1500 manat nəğd pulun oğurlandığının şahidi olmuşdur. Bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, icarəyə işlətdiyi mağazadan yalnız 1500 manat nəğd pulu oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, İstiqlaliyyət küçəsi, bina 30 ünvanında yerləşən “Samsung” mağazasında satıcı işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə səhər vaxtı mən səhər saat 09 radələrində iş yerinə gəldikdə mağazanın qapısının açıq olduğunu görmüşdür və o dərhal mağazaya daxil olmuş və telefon vitrininin sındırıldığını görmüşdür. Həmin yerə baxaraq məlum olmuşdur ki, mağazadan 475 manat dəyərində olan Xiaomi Mİ A2 lite markalı mobil telefon, 400 manat dəyərində Xiaomi Mİ Play markalı mobil telefon və 299 manat məbləğində olan Samsung A10 markalı mobil telefonun naməlum şəxs tərəfindən oğlurlanmışdər. Hadisə zamanı mağazaya 1174 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mercedes Benz E markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 20 manat icarə haqqı olmaqla idarə edir və Bakı-Sumqayıt istiqamətində sərnişin daşımaqla məşğul olur. xx xxxxxxxx 2019-cu il tarixdə əvvəllər tanımadığı, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs Sumqayıt şəhərində onun avtomobilinə əyləşmişdir və Bakı şəhərinə gətirmişdir. Həmin şəxsi Şamaxinka adlanan ərazidə düşürdükdən təxminən 15 dəqiqə sonra ona yaxınlaşmışdır və bir neçə yerə getməli olduqlarını bildirmişdir. Bunun müqabilində o, Bəxtiyardan 40 manat zəhmət haqqı istəmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs Beynəlxalq avtovağzal ərazisinə aparmışdır. Orada bir neçə saat gözlədikdən sonra avtomobilə minərək Masazır qəsəbəsinə getməli olduqlarını bildirmişdir. Saat təxminən 06 radələrində Masazır qəsəbəsinə, Ə. Vahid küçəsinə gələrək, həmin ərazidə yerləşən “EL” marketin yaxınlığındakı ərazidə onu saxladaraq xalasıgilə getməli olduğunu bildirmişdir. O yolun kənarında təxminən yarım saat gözlədikdən sonra Bəxtiyar əlində torba avtomobilə əyləşərək və torbanı arxa oturacağın üzərinə qoyub bildirmişdir ki, xalası oğlunun mağazasından çoxlu sayda siqaret götürmüşdür. Bundan sonra Bəxtiyarı Sumqayıt şəhərinə gətirmişdir və o yaşadığı evinin qarşısında avtomobildən düşərək çıxıb getmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onu saxladaraq polis idarəsinə gətirmişdir və o da baş verənlər barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “xxxx”-də şefi yardımçısı vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində mağazaya gəlib satıcı Elşənlə birlikdə mağazanın qapısını açmışdır və içəri girdikdə nəfəsliyin sındırıldığının şahidi olmuşlar və mağazadan oğurluq edildiyini başa düşmüşdür. Müdirin otağına keçib baxaraq, otaqda içərisində seyf olan şkafın qapısı qırılmış vəziyyətdə olmuşdur və seyfin qapısı ilə açıq vəziyyətdə olmuşdur. Əvvəlcə seyfdən 1100 manat pul oğurlandığını zənn etdiyi üçün bu barədə Turan müəllimə zəng vuraraq məlumat vermişdir və DİN-nin 102 xidmətinə zəng edilmişdir. Lakin sonradan mağazada hesabat aparıldıqdan sonra məlum olmuşdur ki, mağazadan 1352 manat nəğd pul oğurlanmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx xxxx 2020-ci il tarixli, 5533 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Xiomi” markalı, M1805D1SG modelli mobil telefonun təzə vəziyyətdə 2019-cu ilin sentyabr ayına orta bazar qiyməti təxminən 470 manat müəyyən olunur. İş üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx xxxxxx 2020-ci il tarixli, 829 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Xiomi markalı, Mi A2 Lite modelli təqdim edilmiş qutu məlumatına əsasən 3GB ram, 32 GB yaddaşlı mobil telefon 380 manat, Xiomi markalı Mi Play modelli təqdim edilmiş qutu məlumatlarına əsasən 4 GB Ram 64 Gb yaddaşlı mobil telefon 320 manat, Samsunq markalı A10 modelli təqdim edilmiş qutu məlumatlarına əsasən 2 GB Ram 32 GB yaddaşlı mobil telefon 240 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların 2019-cu ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 940 manat müəyyən edilir İş üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx xxxxxx 2020-ci il tarixli, 792 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdiqata təqdim edilmiş “CD-R” diskdəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün anatomik elementlərindən sifətin ümumi konfiqurasiyası, saç xətti, alnı, qaşları, dodaqları, burun-dodaq süzgəci, gözləri əks olunmadığından, digər elementləri isə – burnu, qulaqları, çənəsi yanaqları tam və aydın əks olunmadığından və həmin elementlər eyniləşdirmə tədqiqatı üçün kifayət qədər məcmu təşkil etmədiyindən eyniləşdirmə tədqiqatı üçün yararsızdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Xətai RPİ-nin 101-30995-1219 Ns-li, xx.xx.2019-cu il tarixli məktubu vasitəsi ilə, xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs4 Nəsib oğlunun işlətdiyi mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri xx.xx.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bazasında olan və təqdim edilmiş şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-nin məlumat bazasına Sumqayıt ŞPİ, Yasamal RPİ-dən daxil olmuş), xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx xxxxxx 2020-ci il tarixli, 31801 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təhqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a,c” əl-barmaq izləri, 2, 3, 8 saylı daktilolentlərin səthlərindəki əlbarmaq izləri, 4, 6 saylı daktilolentlərin səthlərindəki “a,b,c” əl barmaq izləri 5,7, saylı daktilolentlərin səthlərindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yaradılır. Təhqiqata təqdim edilmiş 6 saylı daktiolentin səthindəki “a,b,c” əl-barmaq izləri eyni bir barmaqdan qoyulmuşdur. Təhqiqata təqdim edilmiş 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28 saylı daktilolentlərin səthlərindəki əl barmaq , ovuc və papilyar naxış izləri, 1 saylı daktiolentin səthindəki “b” əl-barmaq izi, 2, 3, 4, 6 saylı daktilolentlərin səthlərindəki digər əl-barmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eynilişddirilməsi üçün yararsızdır. Təhqiqata təqdim edilmiş 5 saylı daktiolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ ovucunun hipotenar hissəsindən qalmışdır. Təhqiqata təqdim edilmiş 1 saylı daktiolentin səthindəki “a,c” əl-barmaq izləri, 2, 3, 8 saylı daktiolentlərin səthlərindəki əl-barmaq izləri, 4,6 saylı daktiolentlərin səthlərindəki “a,b,c” əl-barmaq izləri, 7 saylı daktiolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qoyulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 19/428R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 Rahib oğluna məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti 22/54 ünvanında yerləşən “Şəms” marketə baxış keçirilərkən hadisə yerindən götürülmüş 02 (iki) ədəd parça, kəsiyi və 02 (iki) ədəd çöplü pambıq tampon üzərində olan qanabənzər ləkələrin insan qanı olduğu müəyyən edildi. Həmçinin ekspertiza nəticəsində, Zərərçəkmiş şəxs3 Rahib oğluna məxsus Sumqayıt şəhəri, 3- cü mikrorayon, H.Əliyev prospekti 22/54 ünvanında yerləşən “Şəms” marketə baxış keçirilərkən hadisə yerindən götürülmüş 02 (iki) ədəd parça kəsiyi üzərində olan qan nümunələrinin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 Rahib oğluna məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti 22/54 ünvanında yerləşən “Şəms” marketə baxış keçirilərkən hadisə yerindən götürülmüş 02 (iki) ədəd çöplü pambıq tampon üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlərdən götürülmüş nümunələr üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İşi üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 19/430R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 17-ci mkr ərazisində yerləşən Azərsu MMC-yə məxsus “xxxx”-də baş vermiş oğurluq faktı ilə əlaqədar 03 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl barmaq izləri (tədqiqata təqdim edilmiş) xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxso ğlunun az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, az ciddi cəza, cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 128 saat hüquqi yardıma görə 768 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış dörd ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan bir ədəd “Xiomi” markalı, M1805D1SG modelli mobil telefon saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün hissəsi ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minnədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 321 manat 20 qəpik məhkəmə-ekspertizanın xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış dörd ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan bir ədəd “Xiomi” markalı, M1805D1SG modelli mobil telefon saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 128 saat hüquqi yardıma görə 768 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-40/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-40/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver