Məhkəmə qərarları › İş №1(012)-400/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-400/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-400/2020 10.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi Zərərçəkmiş şəxs3 və onun etibarnamə üzrə nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, X1, Təqsirləndirilən şəxs və müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 və 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 75 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 07 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Şahid məxsus «Volkswagen Touareg» markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomobillə Novxanı-Binəqədi avtomobil yolu ilə 70 km/saat sürətlə hərəkət edərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücü, öz hərəkət zolağı ilə hərəkətini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı halda, bu qaydalara riayət etməyib, hərəkət hissəsini əks istiqaməti hərəkət zolaqlarını ayıran 1.3 üfuqi nişanlanma xəttini kəsib keçərək, qarşı sol hərəkət zolağına çıxaraq, qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, həyat yoldaşı Zərərçəkmiş şəxs3 məxsus «Lexus LX-470» markalı **-OH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq, ehtiyyatsızlıqdan həmin avtomobilin arxa sərnişin oturacağında oturmuş X11 Arne Olava sol almacıq sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə sol said nahiyəsinin əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə və həmin toqquşma nəticəsində Zərərçəkmiş şəxs3 məxsus «Lexus LX-470» markalı **-OH-*** dövlət nömrə nişanlı avtomobil deformasiyaya uğradığından, sonuncuya 26370 (iyirmi altı min üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat 06 radələrində etibarnamə əsasında «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «Volkswagen-Touareg» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonundan Novxanı qəsəbəsinə gedərkən, Binəqədi- Novxanı şossesi ilə hərəkətdə olan zaman, idarə etdiyi avtomobilin qarşısında markası yadında qalmayan avtomobillə ötmə əməliyyatı edərkən əks istiqamətdə hərəkətdə olan «Lexus» markalı avtomobil də ötmə əməliyyatı etmiş, buna görə onun idarə etdiyi avtomobillə «Lexus LX-470» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, daha sonra o, idarə etdiyi avtomobildən düşüb toqquşduğu avtomobilə tərəf getmiş, həmin vaxt tanımadığı şəxslər onu avtomobillərin arxa oturacağına özünə gəlməsi üçün uzatmışlar və bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə X17 avtomobilləri gəlib onu 1 saylı Klinik xəstəxanasına aparmışlar, təxminən 15 gün orada müalicə aldıqdan sonra evinə buraxılmış, hadisə baş verən vaxt o, avtomobili 60-70 km/saat surətlə idarə edirmiş və avtomobildə tək olmuş, hadisə nəticəsində sağ qolunun biləyi, sifətinin sağ nahiyəsindən müxtəlif xəsarətlər, kəllə beyin travması, sol diz nahiyəsindən və sol qabırğadan əzik xəsarətləri almış, hadisə baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, toqquşduğu avtomobili idarə edən şəxsi hadisə baş verməmişdən öncə tanımamışdır. Sonda o, etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən bunları nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. O, həmçinin mülki iddianı qismən qəbul etdiyini, “Lexus-470” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləğinin çox göstərildiyini bildirdi. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Norvec vətəndaşı olsa da, təxminən 18 ilə yaxın Azərbaycan Respublikasında yaşayır. X9 X20 Bakı şəhərində yerləşən Bakı-Avropa liseyində oxuduğu üçün sonuncunu «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «Lexus LX-470» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbə aparır. xx.xx.2020-ci il tarixdə oğlu avtomobilin arxa sərnişin oturacağında oturmaqla avtomobili o, Novxanı-Binəqədi yolu ilə təxminən 70 km/saatda sağ zolaqla idarə edən zaman təxminən saat 07 radələrində əks istiqamətdə sol zolaqla gələn «VVolksvagen-Touareg» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən idarə etdiyi zolağa çıxaraq, onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuş, toqquşmadan sonra idarə etdiyi avtomobil, yoldan kənara çıxmış, yəni sağ tərəfdə olan səkidə dayanmış, «Volksvagen-Touareg» markalı avtomobil isə Novxanı-Binəqədi yolunda olan qoşa xəttin üzərində dayanmış, toqquşma zamanı oğlunun sifəti avtomobilin qabaq sol sürücü oturacağının arxasına dəymiş, lakin bu barədə oğlu ona sonradan bildirmiş, evə gəldikdən sonra isə oğlunun sifət nahiyəsində ağrılar şiddətlənmiş, bu səbəbdən də oğlunu Bakı şəhərində yerləşən «İstanbul NS» klinikaya yoldaşı Gülnarə ilə aparmışlar və orada onlara oğlunun üst çənə-yanaq sümüyünün sınması diaqnozu qoyularaq həmin günün səhəri oğlu həmin klinikada əməliyyat edilmiş, hadisə baş verən vaxt avtomobilin təhlükəsizlik kəmərini taxmış, toquşma nəticəsində qabırğalarından xəsarət almış, hadisə qəflətən baş verdiyi üçün onun hadisənin qarşısını almağa texniki imkanı olmamış, toqquşma baş verməmişdən öncə o, təxminən 10 metr məsafədə qarşıdan avtomobilin gəldiyini görmüş, hadisədən əvvəl idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, onun yoldaşı Zərərçəkmiş şəxs2 və azyaşlı oğlu X19 Olav isə Norveç vətəndaşları olsalar da, özü Azərbaycan Respublikası vətəndaşıdır və azərbaycan dilində sərbəst yazıb oxuya bilir. Arne ilə o, 2005-ci ildə rəsmi nikaha daxil olmuş, yuxarıda göstərdiyi ünvanda ailəsi ilə birlikdə təxminən 3 il olar yaşayır, oğlu William Xan Bakı şəhərində yerləşən Bakı-Avropa liseyində oxuduğuna üçün əri oğlunu həmin liseyə ona məxsus «Lexus LX-470» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdə olarkən, səhər saat 07 radələrində əri onun istifadəsində olan mobil telefona zəng vuraraq, Novxanı-Binəqədi yolu ilə hərəkətdə olan zaman, yoluna əks istiqamətdə sol zolaqla gələn «VVoksvaqen-Touareg» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən ərinin idarə etdiyi zolağa çıxaraq, avtomobilin qabaq hissəsi ilə toqquşduğunu bildirmiş, o, dərhal taksi ilə hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman, ərinin idarə etdiyi avtomobilin yolun sağ tərəfində yoldan kənarda ön hissəsi əzilmiş vəziyyətdə dayandığını, oğlunun sifətinin sol nahiyyəsində şişkinlik olduğunu görmüş, əri ona sinə nahiyəsində ağrıların olduğunu demiş, daha sonra o, ərinin idarə etdiyi avtomobillə toquşmuş avtomobilin isə yolun orta hissəsində, avtomobilin ön hissəsi əzilmiş vəziyyətdə dayandığını, sürücünün isə hadisə yerində olmadığını görmüş, daha sonra onlar taksi ilə yaşadıqları evə getdiksən sonra evdə oğlunun sifətində kəskin ağrılar olduğu üçün onlar oğlu William Xanı Bakı şəhərində yerləşən «İstanbul NS» klinikaya aparmışlar və orada Villiam Xanın üst çənə-yanaq sümüyünün sındığı diaqnozu qoyulmuş, həmin günün oğlu həmin klinikada əməliyyat edilmiş, baş vermiş YNH-si zamanı özünə məxsus avtomobilin yararsız hala düşməsi nəticəsində ona təxminən 30000 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş maddi və mənəvi ziyanı tələb etdiyini bildirdi. O, məhkəmə iclasında mülki iddia ilə müraciət edərək ona məxsus “Lexus-470” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş ziyanın əvəzi olaraq 26370 (iyirmi altı min üç yüz yetmiş) manat, hadisə nəticəsində az ağır xəsarət almış oğlu X16 Ame Olavın əməliyyatına sərf olunmuş 2100 (iki min yüz) manat, Abşeron Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 500 (beş yüz on) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 29000 (iyirmi doqquz min) manat maddi ziyanın, həmçinin mənəvi zərərə görə 15000 (on beş min) manat, cəmi 44000 (qırx dörd min) manat pul məbləğinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı X11 Arne Olav ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs2 və özü Norveç vətəndaşları olsalar da, anası Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası vətəndaşıdır, özüdə azərbaycan dilində sərbəst yazıb oxuya bilir. O, Bakı şəhərində yerləşən Bakı-Avropa liseyində oxuduğu üçün atası anasına məxsus «Lexus LX-470» markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun lisyeə aparır. xx.xx.2020-ci il tarixdə avtomobili atası Arne Novxanı-Binəqədi yolu ilə təxminən 70 km/saatda sağ zolaqla idarə edən zaman o, avtomobilin arxa sərnişin oturacağında oturmuş, təxminən saat 07 radələrində əks istiqamətdə sol zolaqla gələn «Volksvagen-Touareg» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən atasının idarə etdiyi zolağa çıxaraq, avtomobilin qabaq hissəsi ilə toqquşduğunu görmüş, toqquşmadan sonra atasının idarə etdiyi avtomobil, yoldan kənara çıxmış, yəni sağ tərəfdə olan səkidə dayanmış, «VVolksvagen-Touareg» markalı avtomobil isə Novxanı-Binəqədi yolunda olan qoşa xəttin üzərində dayanmış, toqquşma zamanı onun sifəti avtomobilin qabaq sol sürücünün oturacağının arxasına dəymiş, əvvəlcə o, sifətində ağrı hiss etmiş, lakin bu barədə atasına deməmiş, onlar avtomobildən düşdükdən sonra atası anasına zəng vurub hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra anası hadisə yerinə taksi ilə gəlmiş, onlar taksiyə əyləşib evə getmişlər, daha sonra onun sifət nahiyəsində ağrılar şiddətlənmiş, bu səbədən də validyenləri onu Bakı şəhərində yerləşən «İstanbul NS» klinikaya aparmışlar və orada onun üst çənə-yanaq sümüyünün sınması diaqnozu qoyulduqdan sonra həmin günün səhəri onu həmin klinikada əməliyyat etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 2015-ci ildə özünə məxsus olan «VVolkswagen- Touareg» **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi olmadan Təqsirləndirilən şəxs nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında 13000 manata satmış, həmin avtomobili 2015-ci ildən etibarən Təqsirləndirilən şəxs idarə edir. Təqsirləndirilən şəxs ilə münasibəti yaxşıdır, təxminən 3 ay bundan öncə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə avtoqəza törətdiyni eşitmiş, «Wolkswagen- Touareg» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs satıb pulunu aldığı üçün həmin avtomobilə dair heç bir tələbi yoxdur, avtomobilin qeydiyyat şəhadətnaməsində onun adı qeyd edilsə də, avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2020-ci il tarixli, 149 saylı rəyindən görünür ki, 2011-ci il təvəllüdlü Henriksen X4 məhkəmə –tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol almacıq sümüyünün sınığı bərk küt əşya təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu minik avtomaşını digər minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2020-ci il tarixli, 148 nömrəli ekspert rəyində göstərilir ki; Zərərçəkmiş şəxs2 məhkəmə–tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol said nahiyəsinin əzilmiş yarası - bərk küt əşya təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu minik avtomaşını digər minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2020-ci il tarixli, 236 nömrəli ekspert rəyində göstərilir ki; Təqsirləndirilən şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi bərk küt əşya təsirindən törənmişdir, alın nahiyəsinin sağ hissəsinin, sağ yanaq nahiyəsinin və sağ əlin səthi kəsilmiş yaraları ilə kənara malik olan əşyaların təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomaşını digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyathadisələriekspertizasınınxx.xx.2020ciiltarixli,8/159saylırəyindəngörünürki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: - istintaq tərəfindən Lexus LX-470 markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin 56,4 metrdən kiçik olmasının müəyyən olunması şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - istintaq tərəfindən Lexus LX-470 markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin 56,4 metrdən böyük olmasının müəyyən olunması şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdır. Həmin maddənin tələblərinə əsasən sürücü hərək üçün təhlükə yayrandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Volkswagen Touareg» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx.xx.2020-ci il tarixli, 328 saylı protokoldan görünür ki, məlum yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AB seriyalı 454792 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2011-ci il tarixdə verilib və xx.xx.2021-ci il tarixədək etibarlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AB” seriyalı, 654357 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Touareg” minik markalı, 90MZ357 dövlət qeydiyyat nişanlı avtomobil Şahid mülkiyyətindədir. İş materiallarında olan ƏN-Vİ771486 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “Volkswagen Touareg” minik markalı, 90MZ357 dövlət qeydiyyat nişanlı avtomobil Şahid tərəfindən təqsirləndirilən şəxs X6 bir il müddətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Lexus 470 minik markalı, 10OH900 dövlət qeydiiyat nişanlı avtomobilə dəymiş ziyan 26370 manat müəyyən edilmişdir. İş materaiallarında olan İstanbul NS Klinikasının epikriz sənədindən görünür ki, X10 Arne Olav sol almacıq sümüyü sınığının açıq repozisyada metal lövhə ilə fiksiyası diaqnozu ilə əməliyyat olunmuşdur. İş materaiallarında olan İstanbul NS Klinikası tərəfindən verilmiş ödəniş blankından görünür ki, X10 Arne Olav sol almacıq sümüyü sınığının açıq repozisyada metal lövhə ilə fiksiyası diaqnozu ilə əməliyyat olunması üçün 2100 (iki min yüz) manat ödənilmişdir. İş materaiallarından görünür ki, zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 tərəfindən hüquqi yardım göstərilməsi haqqında müqavilənin rəsmiləşdirilməsi üçün 500 (beş yüz) manat və mülki iddia ərizəsinin verilməsi üçün 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, o, mexaniki nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələrtərəfindəncinayətcəzalarınıntəyinedilməsihaqqında”AzərbaycanRespu blikasıAliMəhkəməsiPlenumunun xx xxxx 2003-cüiltarixli 04 saylıqərarının 1cibəndindəqeydolunmuşdurki, məhkəmələr hərbirkonkrethaldatəqsirləndirilənşəxslərəcəzalarıntəyinedilməsinəfərdiyanaşılmalı, cinayətqanunununvəzifələrivəcəzanınməqsədindənbəhsedənCinayətMəcəlləsinin 2 və 41-cimaddələrininmüddəalarınınhəyatakeçirilməsinitəminetməlidirlər. CinayətQanununədalətprinsipindənbəhsedənCM-nin 8cimaddəsinəgörəcinayəttörətmişşəxshaqqındatətbiqediləncəzacinayətinxarakterinəvəicti maitəhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarına, cinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıranhalları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Nizami RPİ tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2018-ci ildə Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Xətai RİH Xətai rayon MKTB-nin 93 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 mənzil 75 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşmançılıq hissi keçirməsi və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin263.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşmateriallarındangörünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-cu il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmünicrasıöz səlahiyyətləri daxilində Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X18 həvalə edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ona məxsus “Lexus-470” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş ziyanın əvəzi olaraq 26370 (iyirmi altı min üç yüz yetmiş) manat, hadisə nəticəsində az ağır xəsarət almış oğlu X16 Ame Olavın əməliyyatına sərf olunmuş 2100 (iki min yüz) manat, Abşeron Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 500 (beş yüz on) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 29000 (iyirmi doqquz min) manat maddi ziyanın, həmçinin mənəvi zərərə görə 15000 (on beş min) manat, cəmi 44000 (qırx dörd min) manat pul məbləğinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianı və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilməlidir. Məhkəmə mülki iddianı qismən təmin edərkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (AR Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən, məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə mülki iddiatələbinin mənəvi zərərə görə cavabdehdən müəyyən məbləğin tutulması üzrə qeyd edir ki,zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər nəticəsində iddiaçının psixoloji əzab və mənəvi sarsıntı keçirməsi ilə bağlı dəlilləri qismən əsaslı hesab olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, tələb olunan mənəvi zərərin məbləği iddiaçı tərəfindən həddən artıq yüksək göstərilmişdir. Məhkəmə işin hallarını, hüquq pozuntusunun tanındığını və buna görə müəyyən edilən kompensasiyanın məbləğini nəzərə alaraq, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə 1500 manat mənəvi ziyanın tutulmasını ədalətli və ağlabatan hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi iddia tələbi qismən təmin edildiyi üçün məhkəmə xərclərinə aid edilən iş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən 30.40 manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməlidir. Beləliklə, məhkəmə mülki iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilməklə Zərərçəkmiş şəxs3 məxsus Lexus 470 markal, 10OH900 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 26370 manat, hadisə nəticəsində az ağır xəsarət almış zərərçəkmiş şəxs X11 Arne Olavınin əməliyyatına sərf olunmuş 2100 manat, Abşeron rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 500 manat və mülki iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və dəymiş mənəvi ziyana görə 1500 manat məbləğndə, cəmi 30 500 manat pul təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə hazırlıq iclası zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasınınCinayət- ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirlibilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdanməhrumetməcəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdanməhrumetməcəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İşüzrə100 (yüz) manatekspertiza xərciTəqsirləndirilən şəxstutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmünicrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X18 həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxs Henriksen X3i nümayəndəsi Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizəsi qismən təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus Lexus 470 markal, 10OH900 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 26370 manat, hadisə nəticəsində az ağır xəsarət almış zərərçəkmiş şəxs X11 Arne Olavınin əməliyyatına sərf olunmuş 2100 manat, Abşeron rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 500 manat və mülki iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və dəymiş mənəvi ziyana görə 1500 manat məbləğində, cəmi 30 500 manat pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) günmüddətindəAbşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiy aşikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar