Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-400/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndi, Qənbərov küçəsi ev 6 qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09.05.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Novxanı kəndində, küçədə, ona cavab qaytardığına görə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyələrinə yumruq, təpik və kəlləsi, daha sonra əlində olan taxta parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalar-sol üst və alt göz qapaqları sol gözaltı nahiyə dəəhatə olunmaqla qançırı alın nahiyəsinin sol hissəsinin dərialtı hematoması, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı 1/3-ni əhatə edən qançır-şişkinliyindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. 09.05.2021-ci il tarixdə saat 15 radələrində həyat yoldaşı Pərvanə Novxanı kəndində yaşayan qohumlarının evinə getmək istəyərkən o, Pərvanəyə bildirmişdir ki, 8 yaşlı uşaqları Atakişi Ağayevi dəözü ilə aparsın. Pərvanə ona etiraz etməmişvə Atakişini dəözü ilə aparmaq üçün küçəyə çıxartmışdır. Bundan sonra o, Pərvanənin və oğlunun arxasınca küçəyə çıxmış, fikrini dəyişdiyi üçün oğlu Atakişiyə geri qayıtmağını söyləmişdir. Həmin vaxt Pərvanə ona bildirmişdir ki, nəüçün gah uşağı da apar deyir, gah da ki, uşağın geri qayıtmasını istəyir. O, Pərvanənin bu sözlərindən qəzəblənərək ona nalayiq sözlər demişdir. Həmin vaxt Pərvanənin də ona nalayiq ifadələr işlətdiyindən bərk əsəbləşərək yaşadığı evin həyətindən bir taxta parçası götürüb Pərvanənin bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Bundan sonra isə Pərvanə oğlu Atakişini də götürüb getmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Pərvanəni yaşadıqlarıevin qarşısındakı küçədə taxta parçası ilə döyüb ona xəsarət yetirdiyinə görə o. Abşeron rayon polis idarəsinə onun barəsindəərizə ilə müraciət etmişdir. Bir daha bildirir ki, Pərvanə ona cavab qaytardığına görə, yəni oğlu Atakişini geri çağırdığını irad bildirdiyi üçün əvvəlcə ona nalayiq sözlər demişdir. Pərvanə də ona nalayiq sözlərlə cavab verdiyi üçün o, əsəblərini cilovlaya bilməyib onun bədəninin müxtəlif nahiyələrinətaxta parçası ilə 3-4 dəfəvuraraq onu döymüşdür. Pərvanəni döydüyü zaman onun baş nahiyəsinə də kəlləsi ilə vurmuşdur. O, Pərvanəni döyərkən yaxınlıqlarında onlardan başqa heç kim olmamışdır. Həmin vaxt bərk əsəbi olduğuna görə Pərvanəni döydükdən sonra həmin taxta parçasını fikrində qalmayan bir yerə tullamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Qənbərov küçəsi ev 6-da ailəsi iləbirlikdə yaşayır. Hazırda fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasına köməklik edir. O, Təqsirləndirilən şəxslə 2011-ci ildə ailə həyatı qurmuşdur və birgə nigahlarından bir azyaşlı övladları vardır. 09.05.2021-ci il tarixdə saat 15 radələrindəşəxsi işi iləəlaqədar olaraq evdən çıxıb Novxanı kəndində yaşayan qohumunun evinə getmək istəyərkən həyat yoldaşı Mehman ona bildirmişdir ki, azyaşlı uşaqları Atakişi Ağayevi də özü ilə aparsın. O, Mehmana etiraz etməmiş və Atakişini də özü ilə aparmaq üçün küçəyə çıxartmışdır. Bundan sonra Mehman arxalarınca küçəyə çıxaraq oğlu Atakişiyə geri qayıtmağını söyləmişdir. Həmin vaxt o, Mehmana bildirmişdir ki, uşağı apar deyirsən o, da aparır, sonra isə geri çağırırsan. Bundan sonra Mehman onu nalayiq sözlərlə söyüb təhqir etmiş, həmçinin yumruq, təpik və kəlləsi döyməyə başlamışdır. Bundan sonra isəəlində olan taxta parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Ona görə də o, həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt yaxınlıqlarında özlərindən başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 19.05.2021-ci il tarixli 922 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalar-sol üst və alt göz qapaqları sol gözaltı nahiyə dəəhatə olunmaqla qançırı alın nahiyəsinin sol hissəsinin dərialtı hematoması, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı 1/3-ni əhatə edən qançır-şişkinliyi bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09.05.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 21.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 01.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-400/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-400/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver