Məhkəmə qərarları › İş №1(012)-400/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-400/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-400/2022 08.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1974-cü ildə Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 04 mart 2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq yetmiş bir bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,19 qram – 0,35 qram, ümumi təmiz çəkisi 25,1 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində daşımış, həmin gün saat 22 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “Bəyaz” kafesinin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən həmin 71(yetmiş bir) bükümdə ümumi təmiz çəkisi 25,1 qram çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində yaşayır. Təxminən otuz ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 04 mart 2022-ci il tarixdə Ceyranbatan gölü ətrafında gəzən zaman qarşısına bir ədəd sellofan torba çıxmış, içərisinə açıb baxdıqda əvvəllər istifadə etdiyi üçün marixuana olduğunu bilmişdir. Həmin sellofan torbanı həm istifadə etmək, həm də bir neçə bükümünü beş-altı manata satmaq məqsədilə götürüb əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibinə qoymuş, daha sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “Bəyaz” kafesinə doğru hərəkət etmişdir. Bu zaman “Bəyaz” kafesinin yaxınlığında bir mülki geyimli şəxs və üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşımaqda, istifadə etməkdə və satmaqda şübhəli olduğunu, onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin X8 getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin X8 getmiş, bölmədə xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı barədə xəbərdarlıq edildikdən sonra hüquq və vəzifələrim izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən çıxardığı bir bükümdə narkotik vasitə marixuananı təqdim etmişdir. Həmin bükümlərin içərisində nə olduğu soruşulduqda isə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bükümlər sayıldıqda həmin sellofanın içərisində 71(yetmiş bir) kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğu aşkarlandı. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs, vəkilin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə tapdığını ,öz şəxsi istifadəsi və bir neçə bükümünü satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Sonda o, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb ona yüngül cəza veriləsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.1974-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitələri qəbul etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə 04 mart 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 21 radələrində Şahid1 Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri, Ümid Müseyibzadə, Pərviz Cəfərov və Şahid4 əməliyyat tədbiri keçirən zaman köməklik göstərmələri barədə xahiş etmiş, daha sonra birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Bəyaz” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələri istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmiş, əvvəlcə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı və video çəkilişlə xidməti otaqda ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən çıxardığı bir ədəd ağ rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan yetmiş bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu barədə soruşduqda həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi yetmiş bir ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı 04 mart 2022-ci il tarixdə Ceyranbatan gölü ətrafında tapdığını, həm istifadə etmək həm də bir qismini satmaq məqsədilə götürüb cibinə qoyduğunu bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşınması və satışı ilə məşğul olması barədə məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bundan başqa Avdunov X2 rayon Polis İdarəsinin X8 gətirilən zaman ona qarşı hər hansı bir fiziki, psixi və həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.1974-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitələri qəbul etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə 04 mart 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 21 radələrində Şahid1 Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri, Ümid Müseyibzadə, Pərviz Cəfərov və Şahid4 əməliyyat tədbiri keçirən zaman köməklik göstərmələri barədə xahiş etmiş, daha sonra birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Bəyaz” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələri istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmiş, əvvəlcə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı və video çəkilişlə xidməti otaqda ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən çıxardığı bir ədəd ağ rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan yetmiş bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu barədə soruşduqda həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi yetmiş bir ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı 04 mart 2022-ci il tarixdə Ceyranbatan gölü ətrafında tapdığını, həm istifadə etmək həm də bir qismini satmaq məqsədilə götürüb cibinə qoyduğunu bildirmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs X8 gətirilən zaman ona qarşı hər hansı bir fiziki, psixi və həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, 04 mart 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Pərviz Cəfərov və Şahid4la birlikdə xidmət aparan zaman Abşeron RPİ-nin Saray PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 onlara yaxınlaşaraq əməliyyat tədbiri keçirdiyini və onlardan köməklik göstərmələri barədə xahiş etdiyini, daha sonra birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Bəyaz” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələri istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmiş, əvvəlcə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı və video çəkilişlə xidməti otaqda ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən çıxardığı bir ədəd ağ rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan yetmiş bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu barədə soruşduqda həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi yetmiş bir ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı 04 mart 2022-ci il tarixdə Ceyranbatan gölü ətrafında tapdığını, həm istifadə etmək həm də bir qismini satmaq məqsədilə götürüb cibinə qoyduğunu bildirmişdir. Ümüd Müseyibzadə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Avdunov X2 rayon Polis İdarəsinin X8 gətirilən zaman ona qarşı hər hansı bir fiziki, psixi və həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, 04 mart 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Ümüd Müseyibzadə və Şahid4la birlikdə xidmət aparan zaman Abşeron RPİ-nin Saray PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 onlara yaxınlaşaraq əməliyyat tədbiri keçirdiyini və onlardan köməklik göstərmələri barədə xahiş etdiyini, daha sonra birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Bəyaz” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələri istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmiş, əvvəlcə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı və video çəkilişlə xidməti otaqda ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən çıxardığı bir ədəd ağ rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan yetmiş bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu barədə soruşduqda həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi yetmiş bir ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı 04 mart 2022-ci il tarixdə Ceyranbatan gölü ətrafında tapdığını, həm istifadə etmək həm də bir qismini satmaq məqsədilə götürüb cibinə qoyduğunu bildirmişdir. Pərviz Cəfərov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Avdunov X2 rayon Polis İdarəsinin X8 gətirilən zaman ona qarşı hər hansı bir fiziki, psixi və həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 04 mart 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Ümüd Müseyibzadə və Pərviz Cəfərovla birlikdə xidmət aparan zaman Abşeron RPİ-nin Saray PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 onlara yaxınlaşaraq əməliyyat tədbiri keçirdiyini və onlardan köməklik göstərmələri barədə xahiş etdiyini, daha sonra birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Bəyaz” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələri istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmiş, əvvəlcə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı və video çəkilişlə xidməti otaqda ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən çıxardığı bir ədəd ağ rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan yetmiş bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu barədə soruşduqda həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi yetmiş bir ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı 04 mart 2022-ci il tarixdə Ceyranbatan gölü ətrafında tapdığını, həm istifadə etmək həm də bir qismini satmaq məqsədilə götürüb cibinə qoyduğunu bildirmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Avdunov X2 rayon Polis İdarəsinin X8 gətirilən zaman ona qarşı hər hansı bir fiziki, psixi və həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməsi ilə yanaşı, törətdiyi cinayət əməli, şahid ifadələri, 01 ədəd CD diskdə video görüntü, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/217 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi olan “ Vət. Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdəki sayı 71(yetmiş bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,19 qram – 0,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 25,1 qramdır. İş materiallarında olan təkrar məhkəmə-bioloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 7/303 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş tədqiqata təqdim edilmiş kağız paketdəki 71(yetmiş bir) ədəd kağız bükümlərdə olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilən marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən ağ rəngli sellofan torbanın içərisində yetmiş bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 12-ci bəndində qurudulmuş marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən qurudulmuş marixuana təmiz halda 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 26 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Abşeron rayon İHB-nın Xırdalan şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cü maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon prokurorunun 06 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, 06 mart 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət onun cəza müddətinə daxil edilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsi alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 mart 2022-ci il tarixli, 1228 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 71 ədəd bükümdə 25,1 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 156 (yüz əlli altı manat) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə zalından həbs edilsin və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİnin saxlanc anbarında saxlanılan 71 ədəd bükümdə 25,1 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 156 (yüz əlli altı manat) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar