Məhkəmə qərarları › İş №1(012)-400/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-400/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-400/2024 17.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əmirəli oğlunun iştirakları ilə, xx.xx.1983-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən-1-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində Zərərçəkmiş şəxs məxsus torpaq sahəsindən 780 manat dəyərində 5 ton tutumlu plastik su çənini gizli olaraq talayıb zərərəçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, 9 mm kalibrli, yivli odlu döyüş silahı olan "Makarov” konstruksiyalı tapançanı, həmin tapançanın komplekt hissəsi olan bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz 01 (bir) ədəd darağı və 9x18 mm kalibrli olmaqla "Makarov" (PM), "Steçkin" konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronu qanunsuz olaraq əldə edib, üzərində gəzdirərək saxlamış və Abşeron rayonu, Novxanı kəndinə daşımış, 03 iyul 2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində saxlanılaraq həmin bölməyə gətirilib, qeyd edilən gün saat 15:30dan 15:45-ə kimi üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın belindan 01 (bir) ədəd "Makarov" konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 (bir) ədəd patron darağı və döyüş sursatı hesab edilən 05 (beş) ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək silahın ona aidiyyatı olmadığını bildirmiş, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 228.1-ci maddələri üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Novxanı kəndində “Rahat” marketin arxası tərəfdə boş torpaq sahəsindən keçərkən orada mişar daşlarının üzərinə qoyulmuş plastik su çəninin olduğunu görüb oğurlamaq qərarına gəlmiş, ətrafda kiməsinin olmadığına əmin olduqdan sonra həmin plastik çənini sürüyərək oradan oğurlamış, elə həmin gün oğurladığı su çənini yoldan keçən “QAZ 24” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsünə 80 manata satmışdır. Sürücüyə çənin özünə məxsus olduğunu, istifadə etmədiyindən satdığımı demişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Su çəninin sahibini tanımır, həmin şəxslə heç bir ədavəti yoxdur. Əməlindən peşimandır. Bundan başqa, təxminən 2023-cü ilin mart ayının əvvəllərində Sumqayıt şəhərində dənizin kənarında gəzişərkən gözdən bir qədər kənar yerdə Makarov tapançasına bənzər silah olduğunu görmüş, həmin silah marağın cəlb etdiyindən götürüb özündə saxlamış, silahın darağında 5 ədəd patronu olmuşdur. O, heç kimə bu barədə məlumat verməmiş bəzi axtlar silahı şalvarının belində gəzdirmişdir. 03 iyul 2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron rayon Novxanı kəndində yaşadığı küçə ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ondan özünü təqdim etməsini istəmişlər və sonra polis əməkdaşarı onun qanunsuz olaraq odlu silah saxlanmasında şübhəli olduğunu bildirib, onu Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O, buna etirazı olmadığını bildirməklə xidməti avtomaşına əyləşərək polis əməkdaşlarının müşayiəti ilə polis bölməsinin inzibati binasına getmişdir. Polis bölməsinə gətirildikdən sonra vəkil dəvət olunmuş və üzərində odlu silah saxlaması ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakları ilə xidməti otaqların birində üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazımın olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra ona üzərində saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bu zaman o, əynindəki cins şalvarın belində saxladığı 1 ədəd "Makarov” markalı odlu silahı, patron darağı və 5 ədəd patronu ilə birlikdə çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı üzərimdən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı təqdim etdiyi silahı təxminən 5 ay əvvəl Sumqayıt şəhəri ərazisində dənizin kənarından tapdığını bildirmişdir. Təqdim etdiyi silah daraq və patronları ilə birlikdə zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri iştirakçıların və onun tərəfindən imzalanmışdır. Daha sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilib ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, konkret olaraq iş yeri olmasa da, günəmuzd fəhləliklə məşğul olur. Təxminən 15 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 (otuz) manat qarşılığında 1 bükümdən ibarət narkotik vasitə heroin almış, həmin gün saat 18 radələrində yaşadığı və Abşeron rayonu Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını və özünü şübhəli apardığını bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu etiraf etdikdə polis əməkdaşları üzərində narkotik vasitə olmasına görə onlarla birlikdə Abşeron RPİ-nin Saray polis bölməsinə getməli olduğunu demişlər. O, isə heç bir etiraz etməyib onlarla birlikdə Saray polis bölməsinə gəlmiş, polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfidensial görüş təmin edilmiş, daha sonra video çəkiliş ilə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş zamanı o, heç bir etirazının olmadığını bildirmiş, ilk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamadığı soruşulmuş, o da də əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 1 ədəd sellofana bükülmüş vəziyyətdə olmuş, bükülü polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyim bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmış, qablaşdırma üzərində o və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuş, bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Natiq Zeynalov həmçinin, ifadəsində uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyinə görə bədənində kəskin ağrılar olduğunu, ona görə də bir büküm narkotik vasitəni 19 may 2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 30(otuz) manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni əldə etməsi barədə heç kimin məlumatı olmadığını, Abşeron rayonu Saray qəsəbəsində saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini və psixi təsir göstərilmədiyini, Saray polis bölməsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində torpaq sahəsi var. Həmin torpaq sahəsində gələcəkdə istifadə etmək üçün plastik su çəni qoydurmuşdur. 22 fevral 2023-cü il tarixdə səhər saat 08 radələrində torpaq sahəsinə baxan zaman su çəni yerində olmuşdur, həmin gün axşam saat 20 radələrində torpaq sahəsinə gəldikdə su çəninin yerində olmadığını oğurlandığını aşkar etmişdir. Oğurlamış plastik materialdan olan 5 ton su tutumlu çənin qiyməti 780 manatdır. Hadisə nəticəsində ona 780 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray Polis bölməsinə xx.xx.1973-cü il təvəllüdlü Novxanı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq, odlu silah əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin sahə inspektoru Şahid2 və polis nəfəri Eldəniz Məmmədovun iştirakları ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə qrup iştirakçıları ilə birlikdə Novxanı kəndində Ş.Qurbanov küçəsində əməliyyat mövqeyi seçib gözləmişlər, saat 15 radələrində zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini ü təqdim edib, xidməti vəsiqələri göstərib, ona qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməsində şübhəli olduğunu bildirib, onu Saray Polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, şalvarının bel hissəsindən “Makarov” markalı tapançaya bənzər predmeti təqdim edərək, həmin tapançanı təxminən 5 ay əvvəl Sumqayıt şəhərində dəniz kənarından tapdığını bildirmişdir. Tapançaya baxış keçirilən zaman sandıqçasında 5 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş “Makarov” markalı tapançaya bəzər predmet, sandıqçası və 5 ədəd patronları ilə birlikdə müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş hazırda Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışan, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin sahə inspektoru vəzifəsində çalışarkən 03 iyul 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray Polis bölməsinə xx.xx.1973-cü il təvəllüdlü Novxanı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq, odlu silah əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmənin əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmiş, bundan sonra onun və polis nəfəri Eldəniz Məmmədovun iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə qrup iştirakçılarla birlikdə Novxanı kəndində Ş.Qurbanov küçəsində əməliyyat mövqeyi seçib gözləmişlər,saat 15 radələrində zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb,özlərini təqdim edib, xidməti vəsiqələri göstərib,ona qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməsində şübhəli olduğunu bildirib,onu Saray Polis bölməsinə dəvət etmişlər.Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif edilmiş,bu zaman o,şalvarının bel hissəsindən “Makarov” markalı tapançaya bənzər predmeti çıxarıb təqdim edərək,həmin tapançanı təxminən 5 ay əvvəl Sumqayıt şəhərində dəniz kənarından tapdığını bildirmişdir. Tapançaya baxış keçirilən zaman sandıqçasında 5 ədəd patron aşkar edilmişdir.Təqsirləndirilən şəxs aşkar edilmiş “Makarov” markalı tapançaya bəzər predmet sandıqçası və 5 ədəd patronları ilə birlikdə müvafiq qaydada qablaşdırılmış, bundan sonra protokol tərtib edilib,ucadan oxunmuş,protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş “şəxsi axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 03 iyul 2023-cü il tarixdə saat 15:30-dan 15:45-dək olan müddət ərzində video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriəsi zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın bel hissəsindən bir ədəd “Makarov” tipli tapançaya bənzər əşyanı çıxarıb təqdim etmiş, 5 ay əvvəl Sumqayıt şəhəri ərazisində dəniz kənarında tapdığını bildirmişdir. “Makarov” tipli tapançaya bənzər əşyaya baxış keçirilən zaman nömrəi olmayan sandıqda 5 ədəd 9 mmlik güllə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 23\500 məhkəmə-ballistik ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patrolnların saxlanıması üçün nəzərdə tutulmuşdur. Maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd nömrəsi silinmiş “Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz 01 (bir) ədəd daraq, 9x18 mm kalibrli olmaqla "Makarov" (PM), "Steçkin" konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 05 (beş) ədəd patron ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və “Makarov” konstruksiyalı tapança, daraq və 05 ədəd patronun tədqiqatdan sonrakı 02 ədədi saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 03 iyul 2023-cü il tarixdə saat 15:30-də başlanılır. Şəxsi axtarış Abşeron RPİnin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X7, Saray PB-nin əməliyyat müvəkkili,polis leytenantı Şahid1, sahə rəisi polis kapitanı Şahid2, polis nəfəri, polis serjantı X4, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə Saray PB-də xidməti otaqda aparılır. X8 tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquqları izah edildikdən sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının bel hissəsindən 1 ədəd “Makarov” markalı tapançaya bənzər əşyanı təqdim edib, 5 ay əvvək Sumqayıt şəhərində dəniz kənarından tapdığını bildirir, tapançanın darağı açılqıda 5 ədəd patron aşkar olunur, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiril başqa hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi “Makarov” markalı tapançaya bənzər əşya daraq və patronları ilə birlikdə boş zərfə qablaşdırılıb zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırılır. Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Əliyev X6 rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 30.07. 2021-ci il tarixli Qərarına əsasən 02 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İşdə olan Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar həbsdə olması nəzərə alınsın. “hökm edilmişdir. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayəti məhkumluq dövründə törətdiyindən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Həsənli tərəfindən Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərəfindən bu qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2 və 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Lakin, iş materiallarında olan Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.” Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsindən, həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə nəzərə alınan 02 gün tutulduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və hazırkı cinayət işi üzrə həbsə alındığı 13 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi və narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi nəzərə alınmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 01 (bir) ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, 9 mm kalibrli, yivli odlu döyüş silahı olan "Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz 01 (bir) ədəd darağı və 9x18 mm kalibrli olmaqla "Makarov" (PM), "Steçkin" konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 02(iki) ədəd patronu hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilməli, (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əmirəli oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə təqsirləndirilməsi hissəsində onun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 maddəsindən 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirli bilinsin, ona 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə təqsirli bilinsin, ona 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən birləşdirilsin ona qəti olaraq 02(iki)il 03(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə barəsində olan Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 05(beş)il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından saxlanılsın, üzərində qəti olaraq 04 (dörd) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Abşeron rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 01 (bir) ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, 9 mm kalibrli, yivli odlu döyüş silahı olan "Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz 01 (bir) ədəd darağı və 9x18 mm kalibrli olmaqla "Makarov" (PM), "Steçkin" konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 02(iki) ədəd patronu hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilsin və 01 (bir) ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əmirəli oğluna 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar