Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-401/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Yahya qızının, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü il tarixdə Saatlı rayonu, Potubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Saatlı rayonu, Potubəyli kəndindəqeydiyyatda olan və Abşeron rayonu Masazır kəndi, R.Rza küçəsi, nömrəsiz fərdi yaşayış evdə yaşayan, X1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xx.xx.2020 il tarixdə, saat 13 radələrində Şahid1 yaşadığı Abşeron rayonu Masazır kəndi, R.Rza küçəsində yerləşən fərdi yaşayış evində, borclu olduğu pulu istədiyinə görə aralarında yaranmış mübahisə zamanı səbiq qaynanası Zərərçəkmiş şəxs Yahya qızının ağız nahiyyəsindən yumruqla qəsdən vurmuş, aldığı zərbənin təsirindən pilləkandan yıxılması nəticəsində, ona üst dodaqdakı şişkinlikli sıyrıq, dodağın selikli qişasına qansızma, üst çənədə bir ədəd dişin travmatik laxlaması, çənə nahiyyəsindəki sıyrıq, döş qəfəsinin ön səthindəki şişkinlikli qançır, sağ diz oynağı nahiyyəsindəki sıyrıq, sağ said və sol diz oynağı nahiyyələrindəki şişkinlikli qançırlardan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə X2 həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Yahya qızı onun keçmiş qaynanasıdır. Zərərçəkmiş şəxs qızı Şahid1 ilə 2005-ci ildən evlənmiş, birgə nikahlarından 3 övladları olmuşdur. Evli olduqları müddətdə Abşeron rayonu Masazır kəndi Zəli gölü adlanan ərazidə ev tikmişdir. Müvafiq məhkəmə qərarı ilə həmin evdə ona yaşayış hüququ verilmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs onun Abşeron rayonu Masazır kəndi, R.Rza küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmiş, həyətə girən kimi ona söyüş söymüş, Şöhləni evə çağırmış, divanda oturub oğlu Oruca qışqıraraq təzyiq göstərib evdə olanları atasına dediyinə görə döymək istəmişdir. X6 əlindən alanda isə Şöhlə üstünə hücum edib yaxasından tutmuş, əynindəki köynəyin düymələri qırılmışdır. Şöhlənin əlindən qaçıb pilləkanla yuxarı çıxmış, 10 yaşlı qızı Xədicə isə Şöhlənin ayağından tutub yalvarmışdır. Evə girib qapını arxadan bağlamış, biraz keçməmiş qızı həyətdə qışqıraraq nənəsinə nəsə olduğunu demişdir. Qapını açdıqda isə Şöhlənin sifətinin qanlı olduğunu görmüş, evdən dəsmal götürüb Zərərçəkmiş şəxs sifətinin qanını silmiş, həmin vaxt Şöhlə onu tutduracağı ilə hədələmişdir. Qeyd olunan hadisə Abşeron rayonu, Masazır kəndi, R.Rza küçəsi, nömrəsiz fərdi yaşayış evində baş vermiş və həyətdə davam etmiş, həmin vaxt yanlarında heç kimin olmamış, münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Yahya qızı ifadəsində göstərmişdir ki, X2 onun keçmiş kürəkənidir. Qızı Şahid1 Qismət Kazımovla 15 il əvvəl evləniblər. 2019-cu ildən isə rəsmi qaydada boşanmışlar. Evli olduqları müddətdə qızı üçün Abşeron rayonu, Masazır kəndi Zəli gölü adlanan ərazidə ev tikib vermiş, müvafiq məhkəmə qərarı ilə Qismət Kazımova həmin evdə birgə yaşayış hüququ vermişdir. xx.xx.2020-ci il tarixdə qızını görmək üçün onun evinə getmiş, içəri girən kimi Qisməti görüb bir il əvvəl borc aldığı 2000 (iki min) manat pulu qaytarmasını tələb etmiş, Qismət Kazımov da cavabında onun ünvaına nalayiq söyüşlər söyüb üstünə hücum edərək, yumruqla dodağından vurmuşdur. Aldığı zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmış, yıxılarkən də dizləri yerə dəymişdir. Bundan sonra da Qismət onun saçından tutub darvazaya qədər sürümüş, səs-küyə yaxınlıqda yaşayan Bayram adlı qonşu gəlib onu ayırmışdır. Daha sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə Abşeron rayonu, Masazır kəndində yerləşən və qızı Şahid1 yaşadığı evdə baş vermiş, həmin vaxt yanında heç kim olmamış, Hazırda X2 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qismət Kazımovla 2005-ci ildən evlənmiş, birgə nikahlarından 3(üç) övladı olmuş, xx.xx.2019-cu il tarixdən isə boşanmışlar. Evli olduqları müddətdə anası Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsi Zəli gölü adlanan ərazidə ona ev tikmişdir. Müvafiq məhkəmə qərarı ilə Qismət Kazımova həmin evdə birgə yaşayış hüququ verilmişdir. xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, bacısı Şahid2 ona zəng edib anasının halının pis olduğunu, Qismətin anasını döydüyünü bildirmişdir. Tələsik evə gəlmiş, anasının dodağının qanlı olduğunu, halının pis olduğunu görmüş, nə baş verdiyini soruşanda, anası Zərərçəkmiş şəxs həmin gün onu və uşaqlarını görmək üçün evinə gəldiyini, evdən içəri daxil olarkən Qisməti görüb bir il əvvəl borc aldığı 2000 (iki min) manat pulu qaytarmasını tələb etdiyini, Qismətin isə cavabında onun və anasının ünvanına nalayiq söyüşlər söyüb üstünə hücum etməsini, evin pilləkanlarında dodağına yumruqla zərbə vurmasını, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmasını, yıxılarkən də dizlərinin yerə dəyməsini, bundan sonra da saçından tutub onu darvazaya qədər sürütləməsini danışmışdır. Sözü gedən hadisəni görməmış, hadisə yerinə bacısı Şahid2 çağırmış, hadisəni isə ona anası Zərərçəkmiş şəxs Yahya qızı danışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 677 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Yahya qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üst dodaqdakı şişkinlikli sıyrıq, dodağın selikli qişasına qansızma, üst çənə bir ədəd dişin travmatik laxlaması, çənə nahiyyəsindəki sıyrıq, döş qəfəsinin ön səthindəki şişkinlikli qançır, sağ diz oynağı nahiyyəsindəki sıyrıq, sağ said və sol diz oynağı nahiyyələrdəki şişkinlikli qançırlar bərk- küt əşya(əşyalar) təsirindən törənmişdir. Yetirmə müddəti yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs Yahya qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üst dodaqdakı şişkinlikli qançır, dodağın selikli qişasına qansızma, çənə nahiyyəsindəki sıyrıq, döş qəfəsinin ön səthindəki qançır qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruq və daş parçası ilə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Xəsarətlərdən sağ diz oynağı nahiyyəsindəki sıyrıq, sağ said və sol diz oynağı nahiyyələrdəki şişkinlikli qançırların başqa şəxs tərəfindən onun əllə vuraraq öz boyu hündürlüyündən pilləkənin üzərinə yıxılması nəticəsində əmələ gəlmələri inkar edilmir. Vət. Zərərçəkmiş şəxs Yahya qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərin əlçatan nahiyyələrdə yerdəyişməsinə baxmayaraq, onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş, Zərərçəkmiş şəxs Yahya qızı tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, X2 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. X2 barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş, təqsirləndirilən şəxs X2 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Yahya qızı ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs X2 barəsində qətimkan tədbiri seçilməmişdir Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yür iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yür iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-401/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-401/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver