Məhkəmə qərarları › İş №1(012)-402/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-402/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-402/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Sumqayıt şəhəri, 41A-cı məhəllə, ev 5A, mənzil 34-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində ticarət köşkündə, köşkdə yaranmış çatışmazlıqla bağlıaralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən sillə ilə qəsdən vuraraq, ona başın sağ gicgah- təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində, Ə.Vahid küçəsində yerləşən ticarət köşkündə satıcı işləmişdir. Onunla bərabər Emin adlı oğlan da satıcı işləmişdir. Həmin köşkdə 2022-ci ilin mart ayının 26-dan işləməyə başlamışdır. 06 may 2022-ci il tarixdə evdə olarkən Emin ona zəng vurub köşkdə haqq-hesab olunduğunu və 1100 manat kəm gəldiyini bildirmişdir. O, buna görə köşkə gəlmiş və Eminə köşkdən pul götürmədiyini demişdir. Köşkdən cəmi 75 manat pul götürdüyünü və həmin məbləği dəftərdə qeyd etdiyini demişdir. Eminə qalan pullardan onun xəbərinin olmadığını və pulu yerinə qomasını demişdir. Emin malın pulunu götürmədiyini, ancaq əgər kəm varsa pulun yarısını ödəyəcəyini demişdir. O, Eminə iradını bildirmişdir. Emin köşkdə malları sayan şəxsə kəm olan pulun onun tərəfindən götürüldüyünü dediyi üçün o, Eminə əsəbləşərək üstünə yalandan şər atmasını bildirib sifətinə bir dəfə sillə vurmuşdur. Emin onun üstünə gəlib vurmaq istəyəndə köşkdə malları sayan Əfqan onu ayırıb köşkdən çıxarmışdır. Eminlə aralarında olan mübahisə zamanı sonuncunun sifətinə bir dəfə sillə vurmuş, Emin isə onu vurmağa cəhd göstərsə də Əfqan ayırıb aparmışdır.Hadisə vaxtı o, Eminin başına vurmamışdır. Mübahisə vaxtı heç bir xəsarət almamışdır. Emin onun üstünə gələrkən Əfqan onları ayıranda kürəyi şüşə vitrinə toxunduğu üçün vitrinin şüşəsi sınmışdır. Eminlə aralarındakı mübahisə köşkün içərisində olmuş və təxminən 2 dəqiqə davam etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Abşeron rayonu, Masazır kəndində Ə.Vahid küçəsində yerləşən ticarət köşkündə satıcı işləyir. Onunla birlikdə köşkdə Təqsirləndirilən şəxs adlı şəxs də satıcı işləmişdir. Cavidlə növbəli şəkildə işləmişlər. 05 may 2022-ci il tarixdə köşkün sahibi Şahid adlı işçini haq-hesab etməyə göndərmişdir. Əfqan malları sayaraq 1 ay ərzində köşkdə 1106 manat pul çatışmazlığı olduğunu bildirmişdir. Köşkün müdirinə heç kimə nisyə mal satmadığını və dövriyyədə olan puldan götürmədiyini bildirmişdir. Pul çatışmamazlığı ilə bağlı Caviddən soruşmalarını demişdir. Cavidin dəftərdə özü tərəfindən qeydiyyat apardığı borcları hesabladıqda 200 manat borcu olduğu məlum olmuşdur. Qalan məbləğin isə onunla əlaqəsi olmadığını bildirmişdir. Köşkdə mallar sayıldığı üçün Cavidi də çağırmışlar. Cavid 06 may 2022-ci il tarixdə saat 02 radələrində köşkə gələrək malların düz sayılmadığını və yenidən sayacağını demişdir. Sonra isə yaranmış borcun onun tərəfindən yaranmasını bildirmişdir. Cavidə etirazını bildirəndə Cavid onun ünvanına nalayiq söz işlətdiyinə görə sonuncuya danışığına fikir verməsini demişdir. Cavid onunla mübahisə edərək ünvanına söyüb başına və sifət nahiyəsinə yumruqla vurmuş, zərbə nəticəsində başı vitrinə dəyərək xəsarət almışdır. Həmçinin Cavid təpiklə qarın nahiyəsinə zərbə vuraraq onu döymüşdür. Həmin vaxt köşkdə olan Əfqan Cavidi ayırıb köşkdən çıxarmış və iradını bildirmişdir. Cavid isə onu söyüb oradan çıxıb getmişdir. Başı qanadığı üçün Əfqan yarasını bintlə sarımışdır. O, isə telefonla köşkün müdirinə bu barədə bildirmişdir. Köşkün müdiri ona polisə məlumat verməsini demişdir. Həmin ərəfədə polisə gəlib məlumat verə bilməmişdir. 09 may 2022-ci il tarixdə polisə gələrək Cavidin onu döyməsi barədə ərizə vermişdir. Cavid onu köşkün içərisində döymüşdür. Həmin vaxt orada malları saymağa gələn Şahid olmuşdur. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə gecə saatlarında baş verdiyindən və köşkün içərisində olduğuna görə kənar şəxslər onların mübahisə etmələrini görməmişdir. Təqsirləndirilən şəxsla aralarında olan mübahisə zamanı o, Cavidi vurmamışdır, yalnız özünü qorumuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Elxan adlı tanışının xahişinə əsasən onun işlətdiyi ticarət köşkündə ayda bir dəfə malları sayıb qalıq çıxarır. 05 may 2022-ci il tarixdə saat 23 radələrində Elxanın xahişi ilə onun işlətdiyi Abşeron rayonu, Masazır kəndində Ə.Vahid küçəsində «Briliant» şadlıq evinin yanında yerləşən ticarət köşkünə malları sayıb dəqiqləşdirməyə gəlmişdir. Həmin vaxt köşkdə Emin adlı satıcı olmuşdur. O, Eminin iştirakı ilə malları sayıb dəqiqləşdirmiş, satılmış malların pulunda çatışhmamazlıq olduğu məlum olmuşdur. O, Elxana telefonla zəng vurub köşkdə 1200 manat çatışmazlıq olmasını demişdir. Emin borcu və nisyəsi olmadığını, ancaq əgər çatışmazlıq varsı payına düşəni ödəyəcəyini demişdir. Emin köşkdə birlikdə satıcı işləyən Cavidə zəng vurub sonuncuya malların sayıldığını və çatışmazlıq olmasını bildirib köşkə gəlməsini demişdir. Cavid təxminən gecə saat 02 radələrində köşkə gəlmiş və köşkdə deyilən qədər çatışmamazlıq olmadığını demişdir. O, həmin vaxt Cavidlə Eminə özləri tərəfindən malların sayılaraq dəqiqləşdirmələrini təklif etmişdir. Lakin onlar ehtiyac olmadığını bildirmişlər. Cavid cəmi 75 manat borcu və 10 manat nisyəsi olduğunu bildirmişdir. Qalan çatışmazlıqğın onluq olmadığını demişdir. Cavid çatışmazlığın yaranmasına səbəb Eminin köşkdən pul və ya mal götürməsini göstərmişdir. Həmin vaxt Emin Cavidin fikri ilə razılaşmayıb günahı sonuncunun üstünə atmışdır. Bu səbəbdən onlar arasında söz mübahisəsi yaranmış, mübahisə zamanı Cavid əsəbləşərək Eminin sifət nahiyəsinə şillə vurmuşdur. Nəticədə Eminin başı şüşə vitrinə dəyərək xəsarət almışdır. O, onların dava etməsini görüb Cavidi ayırıb köşkdən çıxarmış və iradını bildirmişdir. Cavid isə Eminin ünvanına şikayətlənib oradan çıxıb getmişdir. O, Eminin başı qanadığı üçün bintlə yarasını sarımışdır. Ciddi bir xəsarət olmadığı üçün Emin həkimə getməmişdir. Mübahisə köşkün içərisində baş vermiş və həmin vaxt orada kənar şəxslər olmamışdır. Mübahisə zamanı Emin Cavidi vurmamışdır. Cavid isə Eminin yalnız sifət nahiyəsinə bir dəfə sillə vurmuş, bundan başqa vurmamışdır. Onlar arasınldakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixdə verdiyi 958 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sağ gicgah- təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, təpik və.s) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar