Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-402/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1970-ci ildə Abşeron rayonu Xırdalan şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, Abşeron rayon Məhkəməsinin 1(012)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri ərazisində, “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəffaf sellofan kəsiyinə bükülmüş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 0,433 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə 0,433 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhər qəbristanlığının yaxınlığında istintaqa məlum olmayan mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı Naqan sistemli revolver yivli odlu silahını və 03 ədəd zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı və döyüş sursatı hesab edən patronları ilə birlikdə qanunsuz olaraq əldə edib yaşadığı fərdi yaşayış evinin yaxınlığına daşımış, saxlamış və üzərində gəzdirmiş, 08 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri 20 Yanvar küçəsində saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və həmin tarixdə saat 23:00-da üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının belindən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı Naqan sistemli revolver yivli odlu silahı və həmin şalvarın sağ yan cibindən döyüş sursatı hesab edilən üç ədəd patron aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da ünvan 2 ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi heç bir yerdə işləməsə də küçələrdən və məişət tullantılarının toplandığı yerlərdən metal toplayıb satmaqla ailəsini dolanmışdır. 10 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadəçisidir. Bununla bağlı Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə hazırda cəza çəkir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən istifadə etmək məqsədilə 10 manat müqabilində bir büküm narkotik vasitə olan heroin əldə edərək, cibində saxlamışdır. Həmin gün saat 19 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları narkotik vasitələılin və psixotrop maddələrin qəbulunda və üzərində saxlamaqda şübhəli bilindiyi üçün onu idarəyə dəvət etmiş, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. İdarənin xidməti otaqlarının birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində qadağan olunmuş əşya, predmet, psixotrop maddə varsa təqdim etməsi təklif olunmuşdur. O, könülü olaraq üzərində narkotik vasitə olan heroin olmasını bildirmiş və geyinmiş olduğu şalvarının cibindən şəffaf sellofan kəsiyinə bükülmüş, yəni içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim edərək, həmin narkotik vasitəni həmin gün saat 16 radələrində Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçünn əldə etməsi barədə məlumat vermişdir. Sonra içərisində narkotik vasitə olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokolun doğruluğu da imzalarla təsdiq edilmişdir. Bir daha bildirmişdir ki, o, həmin narkotik vasitə olan heroini xx.xx.2023- cü il tarixdə saat 16 radələrində Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 10 manat müqabilində alaraq sonra istifadə edəcəyi üçün öz üzərində saxlamışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis idarəsinə gətirildikdən sonra ona heç bir fiziki və psixi təsir olmamışdır. Bundan başqa o, bildirmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhər qəbristanlığın yaxınlığında yerdən selofan torbanın içərisində olan 1 (bir) ədəd “Naqan” tipli tapança silah və 3 (üç) ədəd tapança gülləsi tapmışdır. Həmin güllələr tapançanın üzərində olmuşdur. Həmin selofana bükülmüş silahı və patronları götürüb özü ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsi ev 9 ünvanına gətirmiş və orada saxlamışdır. 08 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində silahı əynindəki qara rəngli şalvarının bel hissəsinə, patronları isə həmin şalvarın cibinə qoyub küçəyə çıxmışdır. Onun silahı üzərində gəzdirməkdə məqsədi yaşayış məntəqəsindən kənarda bir yer tapıb maraq üçün havaya atəş açmaq olsa da, lakin yaşadığı evin yaxınlığında piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək, Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq odlu silah əldə etməkdə və saxalmaqda şübhəli olması barədə əməliyyat məlumatı olmasını, bu məqsədlə onlarla birlikdə Abşeron rayon polis idarəsinə getməli olduğunu bildirmişlər. O, həqiqətən də polis əməkdaşlarına üzərində odlu silah olan tapança olmasını etiraf edib, etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarənin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunaraq, üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş və ərizəsi əsasında vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən konfidensial görüş təmin edilmişdir. Daha sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən ona hüquq və vəzifələri elan olunaraq, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması soruşulduqda, o da əynində olan qara rəngli cins şalvarının belindən 1 (bir) ədəd “Naqan” tipli tapança silahını və həmin şalvarın cibində olan 3 (üç) ədəd tapança gülləsini təqdim etmişdir. Həmin vaxt təqdim etdiyi əşyaların odlu silah olan tapançaya və güllələrin isə döyüş sursatı olan tapança patronlarına bənzəyən əşyalar olması müəyyən edilmişdir. Həmin vaxt o, həmin tapança silahını və patronları 04 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhər qəbristanlığının yaxınlığındakı zibillikdən tapdığını, maraq üçün üzərində saxladığını bildirmişdir. Daha sonra polislər tərəfindən onun təqdim etdiyi tapança odlu silahı və güllələr olan kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuş, bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Sonda törətdiyi əməldən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, 08 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etməsi, saxlaması, daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan və Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. 08 sentyabr 2023-cü il tarixdə saat 22:50 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində zahiri əlamətlərinə uyğun gələn Təqsirləndirilən şəxs yaxınlaşaraq, polis əməkdaşı olduqlarını bildirib, özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədin üzərində olub-olmamasını soruşduqda o, üzərində hər hansı bir sənədin olmadığını bildirmiş, özünü şübhəli apardığından onlar həmin şəxsi Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx xxxxx 1970-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Bakı şəhəri, R.Tağıyev küçəsi, ev-63 də qeydiyyatda olan və ünvan 2 yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və prossesə dəvət edilmiş vəkil X5 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparmağa başlamazdan öncə hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının bel hissəsindən bir ədəd tapançaya bənzər əşyanı və həmin şalvarın cibindən 3 ədəd patrona bənzər əşyanı çıxararaq təqdim etmişdir. Həmin bir ədəd bir ədəd tapançaya bənzər əşyaya və 3 ədəd patrona bənzər əşyaya baxış keçirən zaman həmin bir ədəd tapançaya bənzər əşyanın nömrəsi silinmiş zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7.62 kalibrli Naqan sistemli, revolver tipli yivli odlu silah sayılan tapança olduğu, 3 ədəd patrona bənzər əşyaya baxdıqda həmin 3 ədəd patrona bənzər əşyanın zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7.62x38Rmm kalibrli patron olduğu müşahidə olnmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının bel hissəsindən çıxararaq təqdim etdiyi bir ədəd sayanın odlu silah sayılan tapança və şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 3 ədəd əşyanın həmin tapançaya aid patronlar olduğunu və onları xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbrislanlığın yaxınlığındakı zibillikdən tapmasını bildirmişdir. Onun odlu silah saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tapança və üç ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd ağ rəngli poletilenə bükülərək qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olundu o və proses iştirakçıları həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dəvət edilərək, dindirilmiş Abşeron rayon polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin baş əməliyyat müvəkkili, Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Abşeron rayon polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin əməliyyat müvəkkili çalışır, polis leytenantıdır. 02 avqust 2023-cü il tarixdə saat 18 radələrində ünvan 4-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsi ev 9-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qəbul etməsi və bir qədər sonra yaşadığı evin yaxınlığına gedəcəyi, üzərində də narkotik vasitə heroin olacağı barədə məlumat alıb, dərhal həmin məlumat Abşeron RPİ-nin rəhbərliyinə məruzə edilib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron rayon polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3u ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsinə gedib gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs həmin küçədə yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olması barədə məlumatlarının olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəki 1 işlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir büküm halında narkotik vasitə heroin olduğunu bildirdi və əlini əynindəki boz rəngli şalvarının sağ yan cibinə salıb oradan şəllal sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra onlar videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə olan heroindir. O, həmin bir büküm heroini bir neçə saat əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan heroinə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid3 digər Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: • “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 02 avqust 2023-cü il tarixdə, saat 20:40 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4141 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflət üçün №56 saylı dairəvi möhür əksi olan “ Təqsirləndirilən şəxs...” və s. yazılar və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,433 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,433 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,383 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir; • “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir. • “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. • “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti təmin edilməmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X3 haqqında xx.xx.2023-cü il tarixli, 4978 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Opioidlərin və PSİXOSTİMİJLYATORLARİN birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. • “Maddi sübut kimi tanınma” haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,433 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroin ********* №-li cinayət işi üzrə maddi sübut tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,383 qram çəkidə narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. • “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 08 sentyabr 2023cü il tarixdə, saat 22:50 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. • Şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının bel hissəsində saxladığı əlində saxladığı 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı Naqan sistemli revolver yivli odlu silah və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı və döyüş sursatı hesab edən patron aşkar edilərək götürülmüşdür. • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/700R saylı rəyinə görə tədqiqata təqdim edilmiş təqdiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişlik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patron, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yaralıdırlar. Eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 03 ədəd 62x38R mm kalibrli patronlardan 01 ədəd eksperimental atəşlər zamanı istifadə olundu. • Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır. • “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. • Diskə baxış keçirilməsi haqqında 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onun əynində olan qara rəngli cins şalvarının bel hissəsindən bir ədəd tapançaya bənzər əşyanı və həmin şalvarın sağ yan cibindən 3 ədəd patrona bənzər əşyanı çıxararaq təqdim etdi. Həmin bir ədəd bir ədəd tapançaya bənzər əşyaya və 3 ədəd patrona bənzər əşyaya baxdıqda həmin bir ədəd tapançaya bənzər əşyanın nömrəsi silinmiş zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7.62 kalibrli Naqan sistemli, revolver tipli yivli odlu silah sayılan tapança olduğu, 3 ədəd patrona bənzər əşyaya baxdıqda həmin 3 ədəd patrona bənzər əşyanın zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7.62x38Rmm kalibrli patron olduğu müşahidə olnmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının bel hissəsindən çıxararaq təqdim etdiyi bir ədəd sayanın odlu silah sayılan tapança, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 3 ədəd əşyanın həmin tapançaya aid patronlar olduğunu bildirərək, xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbristanlığın yaxınlığındakı zibillikdən tapmasını və onun odlu silah saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. • Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-673/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. • Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. • “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və iş üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,383 qram heroin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı Naqan sistemli revolver yivli odlu silahını və 02 ədəd zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı və döyüş sursatı hesab edilən patron və aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,433 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ********* №-li cinayət işi üzrə maddi sübut tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,383 qram çəkidə narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. • Abşeron rayon Məhkəməsinin 1(012)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmə müddətinin əvvəlinin 04 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində başqa cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin 10 sentyabr 2023-cü il tarixli 4(012)-673/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 1 (bir) ədəd bükümü təqdim edərək narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olmasını, tanımadığı şəxsdən Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınılığında 10 manata almasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin tərkib əlamətləri vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi üzrə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 1(012)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmə müddətinin əvvəlinin 04 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində başqa cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin 10 sentyabr 2023-cü il tarixli 4(012)-673/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməli və hazırkı iş üzrə cinayət əməlinin Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 1(012)-570/2023 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan, yəni 08 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4978 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,383 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 2 maddəsinin 6 bəndinə görə soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı Naqan sistemli revolver yivli odlu silahını və 02 ədəd zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı və döyüş sursatı hesab edilən patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)570/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 il (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin Növbətçi Hissəsində saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,383 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan – 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı Naqan sistemli revolver yivli odlu silahını və 02 ədəd zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı və döyüş sursatı hesab edilən patron müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 110 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 ( iyirmi ) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-402/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-402/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver