Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-402/2025 20.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Yevlax şəhəri, Nizami prospekti, mənzil 234 ünvanında qeydiyyatda olan və ünvan 1nında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 15 aprel 2024-cü il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abışov küçəsi 26 nömrəli evin açıq olan giriş qapısından daş hasarla əhatə olunmuş həyətinə, sonra isə həyətdə yerləşən evin qapısının açıq olmasından istifadə etməklə yaşayış sahəsinə qanunsuz daxil olaraq dəhlizdə paltar dolabında olan gödəkçənin cibindən həmin vaxt mövcud olan milli manat məzənnəsinə nisbətdə 2535,26 (iki min beş yüz otuz beş manat iyirmi altı qəpik) manat təşkil edən 1400 avro və milli manat məzənnəsinə nisbətdə 1360 (min üç yüz altmış) manat təşkil edən 800 ABŞ dollarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3895,26 (üç min səkkiz yüz doxsan beş manat iyirmi altı qəpik) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 04 may 2024-cü il tarixdə saat 15:20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Digah qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən evin açıq olan giriş qapısından daş hasarla əhatə olunmuş həyətinə, sonra isə q həyətdə yerləşən evin qapısının açıq olmasından istifadə etməklə yaşayış sahəsinə qanunsuz daxil olaraq, ikinci mərtəbədə yerləşən yataq otağından 1500 manat dəyərində sarı rəngli kürəciklərdən və ağ rəngli muncuqlardan ibarət 01 ədəd qızıl boyunbağını, 500 manat dəyərində üzərində brilyant qaşlar olan 01 ədəd qızıl üzüyü, 1000 manat dəyərində olan 01 ədəd qızıl qolbağı və 365 manat dəyərində olan 01 cüt qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 3365(üç min üç yüz altmış beş) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, maddi vəziyyətilə əlaqədar olaraq Abşeron rayonu və Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda, mütəmadi olaraq dilənciliklə məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu Mehdiabad qəsəbəsi, Abışov küçəsi ilə piyada gəzirmiş. Həmin vaxtı yaxınlığda olan fərdi tikili evlərin giriş qapısını döyərək ev sahiblərindən çörək pulu istəyirmiş. Orada olan evlərdən birini dəmir metaldan olan giriş qapısını bir neçə dəfə döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra evin giriş qapısını kilidini yoxlamış və qapının açıq olduğunu görmüşdür. Evin ümumi həyətinə daxil olmuşdur. Bir neçə dəfə səslənmiş ev sahibi qapıya çıxmamışdır, bundan sonra evin giriş qapısını kilidini yoxlamış açıq olduğunu aşkar etmişdir. Bundan sonra evin giriş qapısını açaraq içəri daxil olmuşdur. Evin giriş qapısında sol tərəfdə dolabda kişi kostyumu olduğunu görmüş, həmin vaxtı maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Həmin kostyumun ciblərini yoxlamış və kostyumun içəri sol yan cibinin içərisində 03 ədəd 50 avro, 02 ədəd 100 ABŞ dolları, 01 ədəd 10 ABŞ dolları pul vəsaiti olduğunu aşkar etmiş və pul vəsaitlərini götürüb cibinə qoymuşdur. Pul vəsaitlərini götürdükdən sonra iti addımlarnan evdən çıxıb getmişdir. Əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacların üçün xərcləmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Digah kəndi S.Bəhlulzadə küçəsində piyada hərəkət edən zaman yaxınlığda olan fərdi tikili evlərin giriş qapısını döyərək ev sahiblərindən çörək pulu istəyirmiş. Orada olan evlərdən birini dəmir metaldan olan giriş qapısını bir neçə dəfə döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra evin giriş qapısını kilidini yoxlamış və qapının açıq olduğunu görmüşdür. Evin ümumi həyətinə daxil olmuşdur. Bir neçə dəfə səslənmiş ev sahibi qapıya çıxmamış, bundan sonra evin giriş qapısını kilidini yoxlamış açıq olduğunu aşkar etmişdir. Bundan sonra evin giriş qapısını açaraq içəri daxil olmuşdur. Evin içərisində dəyərli əşyalar axtarmağa başlamış giriş qapısnın yaxınlığında olan dolabın üzərində 01 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbağ, 01 ədəd boyun bağı olduğunu aşkar etmişdir. Həmin əşyaları götürüb cibinə qoymuşdur. İttiham aktında qeyd edilmiş məbləğdə pul və qızıl zinət əşyası olmamışdır. Əşyaları götürdükdən sonra iti addımlarnan evdən çıxıb getmişdir. Oğurladığı əşyaları aparıb evinə qoymuş ki, gələcəkdə satar.Həmin əşyaları polislərə təhvil vermişdir. Hazırda törətdiyi əməldən peşmandır, əgər ona vaxt verilərsə ziyanı ödəməyə hazırdır və himayəsində 7 azyaşlı övladı vardır, oğurluq hadisəsi törədərkən hamilə idi və uşaqlarını dolandırmaq üçün ehtiyacı var idi. Həyat yoldaşından ayrılmışdır, övladlarını əmanət edəcək kimisə yoxdur, belə ki, hətta məhkəmə iclasına gələrkən uşaqlarından ikisini yanında gətirmək məcburiyyətində qalmışdır. Nə valideynləri, nə də yoldaşının valideynləri sağdır. Həyat yoldaşı içki düşkünü olduğu üçün ondan ayrılmışdır. Əməlindən olduqca peşmandır. Əgər həbs edilərsə uşaqlar necə olacaq deyə olduqca narahatdır. Odur ki, həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o15 aprel 2024-cü il tarixdə yaşadığı evdə tək idi və otağında yatmışdır. Saat 15 radələrində yuxudan oyanmışdır. Dəhlizdə olan paltar dolabında gödəkçəsinin cibinə qoyduğu 1400 avro və 800 ABŞ dollarını götürmək istədikdə pulların yerində olmadığını aşkar etmişdir. Düşünmüş ki, pulları evdə başqa yerə qoymuşdur. Bir müddət pulları evdə axtarmış, lakin tapa bilməmiş və başa düşmüş ki, pulları oğurlanıbdır. Bundan sonra ərizə ilə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir.Odur ki, barəsində qanunamüvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04 may 2024-cü il tarixdə yaşadığı evdə tək idi və ikinci mərtəbədə yerləşən öz otağında yatmışdır. Saat 16 radələrində yuxudan oyanıb otaqdan çıxdıqda görmüş ki, anasının yataq otağının qapısı açıqdır. Bu onu şübhələndirmiş və o, otağa daxil olduqda termonun siyirməsinin açıq olduğunu görmüşdür. Siyirməyə baxdıqda anasının bir dədə qızıl dişinin,klonun,2 ədəd muncuqlardan ibarət qızıl boyunbağının,iki ədəd qızıl üzüyün,bir ədəd qızıl bilərzik və bir ədəd qızıl sırğanın yerində olmadığını aşkar etmişdir. Başa düşmüş ki, o, yatan zaman evdən oğurluq olmuşdur. Bundan sonra evdə quraşdırılmış müşahidə kamerasına baxdıqda görmüş ki, saat 15:20 radələrində bir qadın darvazanın qapısını açıb həyətə daxil olur və saat 15:40 radələrində evdən çıxıb həyəti tərk edir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sarı rəngli kürəciklərdən və ağ rəngli muncuqlardan ibarət 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbağı ona qaytarılsa da digər qızıl-zinət əşyaları qaytarılmamışdır. Əslində onun evində oğurlanana qızılların dəyəri 4000 manata yaxın idi, ona təxminən 1000 manat həcmində qeyd etdiyi cəmi üç ədəd qızıl qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir.Ziyanlıq ödənilməmişdir. Təqsirləndirilən şəxs azadlıqda qalarsa yenə eyni əməllərə davam edəcəkdir. Odur ki, barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 09 may 2024-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - 07 may 2024-cü il tarixli təqdim olunmuş əşyalara baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd qızıl üzüyü, 01 ədəd qızıl qolbağı və 01 ədəd ağ rəngli mirvari kürəciklərdən olan qızıl boyunbağını təqdim etmişdir. - 10 may 2024-ü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən boyunbağını,üzüyü və qolbağı tanımışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Tutma haqqında” haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə saat 09:10 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Cəfər Nəzərovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. - “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli 3-16-16/3-6/3386-3/1055-9/4983 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd üzüyün, bir ədəd boyunbağının, bir ədəd qolbağın üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik trasoloji zədə aşkar edilmədi, lakin onlarda zədə aşkar edilməməsinə baxmayaraq, məmulatlar üzərindəki daşların sonradan dəyişilməyə məruz qalıb qalmamasını müəyyən etmək mümkün deyil. Ekspertiza tədqiqatına təqdim edilən zərgərlik məmulatlarının hadisə baş verən tarixə yəni 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 765,0 manat müəyyən olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən 2 adda məmulatların modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla təqdim olunmuş zərgərlik məmulatlarının tərkiblərində olan qiymətli metalın ayrılıqda kütləsi müəyyən oluna bilmədiyindən həmin mallar üzrə qiymətləndirmə aparılmadı. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. - “Maddi sübut kimi tanınması haqqında” 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, işi üzrə Zərərçəkmiş şəxs2 məxsus sarı rəngli kürəciklərdən və ağ rəngli muncuqlardan ibarət 01 ədəd qızıl boyunbağı, üzərində brilyant qaşlar olan 01 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbağı maddi sübut kimi tanınmaqla Abşeron rayon polis idarəsində saxlanılır, Zərərçəkmiş şəxs2 məxsus evdə quraşdırılmış müşahidə kamerasının görüntülərinin yazıldığı 01 ədəd disk maddi sübut hesab edilmişdir - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə ekspertizasının rəyi, diskə baxış protokolu, təqsirləndirilən şəxsin etirafedici ifadələri iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdır. - AzeMis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4 adlı, xx.xx.2021-ci il təvəllüdlü X8 adlı, xx.xx.2022-ci təvəllüdlü X5 adlı, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı övladları vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar,videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən məbləğdə pul və qızılın oğurlamadığını bildirsə də, bu barədə hər hansı mötəbər dəlilə istinad edə bilməmiş, tədqiq edilmiş dəlillər ittiham aktında yazılanları təsdiq etməyə kifayət etmişdir. Məhkəmə təqsirləndirlən şəxsin bu məzmunda ifadəsini özünü müdafiə xarakterli ifadə olması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində rəsmi olaraq 5 azyaşlı övladının olması,vurulmuş ziyanın qismən qaytarılması yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 5 azyaşlı övladının olması,vurulmuş ziyanın qismən qaytarılmasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, həbs olunacağı təqdirdə himayəsində olan azyaşlı övladlarının vəziyyətinin pisləşəcəyini, belə ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum ediləcəyi təqdirdə azyaşlı övladlarının qayğısına qalacaq yaxın qohumlarının olmaması şəxsin ailəsinin də həyat şəraitinə olduqca mənfi təsir edəcəyi qənaətinə gəlməyə imkan verir və məhkəmə onun azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin Bakı şəhərində faktiki harada yaşaması müəyyən edilməməmişdir. Lakin təqsirləndirilən şəxsin qeydiyyat ünvanının Yevlax rayonu olması müəyyən edilmişdir.Belə olan halda adətən şəxsin qeydiyyat ünvanı onun yaşayış ünvanıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günədördgün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 192 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus sarı rəngli kürəciklərdən və ağ rəngli muncuqlardan ibarət 01 ədəd qızıl boyunbağı, üzərində brilyant qaşlar olan 01 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbağı cinayət işi materiallarında Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarına verilməsi qeyd edilsə də, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, həmin qızıl-zinət əşyaları artıq ona təhvil verilmişdir. Odur ki, həmin əşyaların Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövrqndə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 5 ünvanını saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Yevlax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 192 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbağın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş materiallarında olan maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-402/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-402/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver