Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-403/2020 30.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Noruz oğlunun iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, alı təhsilli, X23 Məktəbində müəllim işləyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o,xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 21074 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 60-70 km/saat sürətlə Pirşağı-Mehdiabad yolunun Abşeron rayonu Mehdiabad qəsəbəsindən keçən hissəsində, “Nurlan” marketin qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırdığı yolda 60-70 km/saat sürətlə hərəkət etdirməməli olduğu halda bu qaydalara riayət etməmiş, yolu sağdan sola keçən piyada X4 avtomobilin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, nəticədə sonuncuya baş beynin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar; daxili qanaxma ilə müşayiət olunan yoğun bağırsağın cırılmaları və qaraciyərin əzilməsi; burun sümüklərinin, sol tərəfli 9-cu qabırğanın, sol aşıq baldırda iç topuğun və incik sümüyünün aşağı 1/3-nin yerdəyişən sınıqları; sol diz oynağında tiş yan bağların cırılması, ön xaçvari bağın və iç meniskin zədələnməsi, başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyyəsinin əzilmiş yarası, qarın nahiyyəsinin sol yarısının geniş sahəli qançırı və sıyrığı, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı, sol budun yuxarı 1/3-nin ön səthinin qançırı, hər iki gözətrafı yumşaq toxumaların hematoması nəticəsində xx.xx.2020-ci il tarixdə saat 01:20-də Medistyle hospitalında ölməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 21074 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlar massivindən yaşadığı Binəqədi rayon istiqamətində Pirşağı – Mehdiabad yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində 60-70-km/saat sürətlə “Nurlan” marketin qarşısında olan zaman yolu sağdan sola doğru asta addımlarla bir qadını təxminən 7-8 metr qarşıda yolu keçdiyini görmüş, siqnal vermiş və həmin qadını, sonradan adını Mirvari kimi bildiyi şəxsi vurmamaq üçün avtomobilin əyləcindən istifadə edərək qadının arxa tərəfindən avtomobillə keçmək üçün sükanı sağa doğru döndərmiş, lakin idarə etdiyi avtomobilin qabaq sol tərəfi Mirvari xanıma dəymiş, zərbədən Mirvari xanım yerə yıxılmış, dərhal avtomobili saxlamış, xanıma yaxınlaşaraq idarə etdiyi avtomobilə qoyaraq Bakı Klinik Tibbi Mərkəzə aparmış, ilkin yardım göstərilmiş, sonradan, yəni xx.xx.2020-ci il tarixdə X4 Bakı şəhərində yerləşən MediStyle hospitalına aparmış, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Mirvari Məmmədova xəstəxanada vəfat etmiş, əlavə olaraq o, sürücülük vəsiqəsinin olduğunu, hadisə zamanı sərxoş olmadığını, avtomobildə tək olduğunu, avtomobildə artıq yükün olmadığını, avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu, xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi Vaz 21074 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Pirşağı-Mehdiabad yolu ilə Mehdiabad istiqamətində 60-70 km/saat sürətlə Nurlan marketin qarşısında olanda təxminən 7-8 metr qarşıda bir qadının yolu sağdan sola keçdiyini gördüyünü, yəni təhlükə anını 7-8 metrdən hiss etdiyini, bildirdi. Sonda o, etdiyi əməldən peşman olduğunu, ilk dəfədir cinayət törətdiyini, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən bunları nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, mərhum X9 doğma anasıdır, ailəsi ilə birlikdə Abşeron rayonu Fatmayi kəndində yaşayır. xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində X13 rayonu Fatmayi kəndində Pirşağı-Mehdiabad yolunun kənarında yerləşən “Nurlan” marketdən ərzaq almaq üçün getmiş, mağazadan geri qayıdandan sonra yolu keçən zaman avtomobil anasını vurmuş və xəsarət aldığı üçün Bakı şəhəri X20 aparılmış, dərhal X20 getmiş, orada anası yolu keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulduğu məlum olmuş, hadisəni törədən şəxs Təqsirləndirilən şəxs da xəstəxanada olmuş, anasını avtomobillə vurduqdan sonra avtomobillə xəstəxanaya aparmış, xəstəxanada onun anasına ilkin tibbi yardım göstərilmiş, lakin xx xxxxx 2020-ci il tarixdə onun razılığı ilə anasını Bakı şəhərində yerləşən Medistyle hospitalına aparmışlar, orada da anasına həkimlər tərəfindən tibbi yardım göstərilmiş, xəstəxana xərcləri Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş, lakin xx xxxxx 2020-ci il tarixə keçən gecə xəstəxanadan ona anası Mirvari Məmmədovanın almış olduğu xəsarətdən vəfat etməsi barədə məlumat gəlmiş, hadisə baş verən zaman orada olmadığı üçün hadisənin hansı şəraitdə və necə baş verməsini görməmişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X6 meyitin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 37 saylı rəyindən görünür ki, 1957-ci ildə anadan olmuş, X3 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinələrin cavabına, qərarda qoyulan suallara əsasən aşağıdakı nəticəyə gəlirəm:
1. Mərhum X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir – baş beynin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar; daxili qanaxma ilə müşayiət olunan yoğun bağırsağın cırılmaları və qaraciyərin əzilməsi; burun sümüklərinin, sol tərəfli 9-cu qabırğanın, sol aşıq baldırda iç topuğun və incik sümüyünün aşağı 1/3-nin yerdəyişən sınıqları; sol diz oynağında tiş yan bağların cırılması, ön xaçvari bağın və iç meniskin zədələnməsi; başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası; burun nahiyyəsinin əzilmiş yarası; qarın nahiyyəsinin sol yarısının geniş sahəliqançırı və sıyrığı; sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı; sol budun yuxarı 1/3-nin ön səthinin qançırı; hər iki gözətrafı yumşaq toxumaların hematoması. Bu xəsarətlər ümumilikdə həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə bir başa səbəbli əlaqəlidir.
2. Mərhum X3 ölümünə bilavasitə səbəb – baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar fonunda daxili qanaxma ilə müşayiət olunan yoğun bağırsağın cırılmaları və qaraciyərin əzilməsi; burun sümüklərinin, sol tərəfli 9-cu qabırğanın, sol aşıqbaldırda iç topuğun və incik sümüyünün aşağı 1/3-nin yerdəyişən sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şok olmuşdur.
3. X3 ölümü Medistyle Hospitalında xx.xx.2020-ci il tarixdə, saat 01:20-də baş vermişdir. Bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.
4. Mərhum X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/578 saylı rəyindən görünür ki, 1-2. Vaz 21074 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürəti 3.24 “Maksimin sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırıldığı yolda 60-70 km/saat sürətlə hərəkət etdirdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx.xx.2020-ci il tarixli, 2/4624 saylı protokoldan görünür ki, məlum yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AD seriyalı, 206689 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” və “C” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2029-cu il tarixədək etibarlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AD” seriyalı, 663463 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ƏN-Vİİ 143222 etibarnamənin surətindən görünür ki, " X10 mülkiyyətində olan “Vaz 21074 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xx.xx.2021-ci ilədək sərəncam verilməsi üçün etibarnamə vermişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nın xx.xx.2020-ci il tarixli, 0456 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi İnformasiya sistemində BC dərəcəli, AD ******* seriyalı sürücülük vəsiqəsi vardır,sürücülük vəsiqəsi məhdudlaşmayıb və məhrum edilməyib, xx.xx.2029-cu il tarixədək etibarlıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələrtərəfindəncinayətcəzalarınıntəyinedilməsihaqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinəfərdiyanaşılmalı, cinayətqanunununvəzifələrivəcəzanınməqsədindənbəhsedənCinayətMəcəlləsinin 2 və 41cimaddələrininmüddəalarınınhəyatakeçirilməsinitəminetməlidirlər. CinayətQanununədalətprinsipindənbəhsedənCM-nin 8cimaddəsinəgörəcinayəttörətmişşəxshaqqındatətbiqediləncəzacinayətinxarakterinəvəictimait əhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarına, cinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. MəhkəmətəqsirləndirilənşəxsəcəzatəyinedərkənAzərbaycanRespublikasınınCinayətMəc əlləsinin 58.3-cümaddəsinəəsasənonuntörətdiyicinayətinxarakterini, ictimaitəhlükəlilikdərəcəsini, şəxsiyyətini, ocümlədəncəzasınıyüngülləşdirənvəağırlaşdıranhalları, habelətəyinolunacaqcəzanınonunislaholunmasınavəailəsininhəyatşəraitinətəsirininəzərəalm alıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR Bakı şəhər İH başçısının aparatı Bakı şəhəri MKTD 3 saylı Xüsusi təyinatlı MKTB 145 saylı MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, anası İbrahimova Səriyyə-xanım Bəhram qızı, həyat yoldaşı- X5, oğlu-X11 və qızı-İbrahimova Səriyyə-xanım Ağarəhim qızı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, , Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X11 var. Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardımın göstərilməsi üçün onu xəstəxanaya aparması, törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsin hüququ varisinə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşmateriallarındangörünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmünicrasıöz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X22 həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasınınCinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdanməhrumetməcəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İşüzrə100 (yüz) manatekspertiza xərciTəqsirləndirilən şəxstutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmünicrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X22 həvalə edilməlidir. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) günmüddətində Abşeron Rayo Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Şövkət Nəcəfova