Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-403/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi4 iştirakı ilə xx.xx.2001-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 12-ci mkr, ev 32, mənzil 25-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Novxanı kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 16.04.2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində qonaq qismində olarkən, aralarında olan cinayət əməllərinin bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 həyətdə ev sahibi ilə söhbət etməklə, sonuncunun fikrini yayındırmış, özü isə fürsətdən istifadə edib həmin evə daxil olaraq, yataq otağında olan masanın üzərindəki əl çantasından 4250 (dörd min iki yüz əlli) manat məbləğində nağd pulu oğurlayıb, oğurlanmış pulun 2150 manatını özünə götürmüş, 2100 manatı isə Təqsirləndirilən şəxs2 verməklə öz aralarında bölüşmüşlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, Təqsirləndirilən şəxs2 tanıyır, sonuncu ilə münasibəti normal olmuşdur. 15.04.2021-ci il tarixdə saat təxminən 11 radələrində Firəngiz ilə birlikdə onun etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Novxanı qəsəbəsinə gedən zaman, Abşeron rayonu, Masazır kəndində yerləşən “Araz” marketin qarşısında saxlayıb mağazadan su almağa düşmüşlər. Avtomobilə qayıtdıqdan sonra “Araz” marketin yanında olan “Kapital- Bank» ASC-nə məxsus bankomatın qarşısında əvvəllər tanımadığı yaşlı qadının olduğunu görmüşlər. Həmin qadın onlara müraciət edərək, xəstə olduğu üçün onu yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evinə aparmasını xahiş etmişdir. O, həmin qadınla ilk öncə razılaşmasa da, Firəngiz qadını yaşadığı evə aparmağı ona təklif etmişdir. Həmin qadın avtomobildə arxa oturacaqda, Firəngiz isə qabaq oturacaqda əyləşmişdir. O, həmin qadını yaşadığı evə aparmış, qadın onları yaşadığı evinə dəvət etmiş və evdə tək olduğunu bildirmişdir. Onlar həmin qadınla birlikdə evə daxil olmuşlar və bir qədər evdə oturub söhbət etdikdən sonra, oradan çıxıb getmişlər. Həmin gün axşam saatlarınlda onlar bazarlıq edib Gültamam Cəfərovanın evinə qayıtmışlar. Evdə oturub söhbət etmişlər, hətta Firəngiz yaşlı qadına köməklik edib onu cimizdirmişdir. Bu zaman o, mətbəxə baxaraq, orada pul axtarmağa başlamış və mətbəxdən 46 manat pul taparaq, götürmüş və onun bu hərəkətini Firəngiz gördükdən sonra pulu onun əlindən alaraq yerinə qoymuşdur. Söhbət əsnasında Gültamam onların problemləri ilə maraqlanmış və o, sonuncuya avtomobili vurduğunu və düzəldtirməyə pul lazım olduğunu bildirmiş və Gültamam da ona bu işə görə 215 manat pul vermişdir. Bundan sonra onlar Gültamamın evini tərk etmişlər. Səhəri gün, yəni 16.04.2021-ci il tarixdə saat təxminən 13 radələrində onlar yenidən həmin qadının yaşadığı Abşeron rayonu, Masazır kəndində olan evinə getmişlər. Həmin evə yenidən getməkdə məqsədləri Gültamamın evində olan pulları oğurlamaq olmuşdur. Onlar Gültamamın evinə gəldikdən sonra, sonuncu ilə söhbət edib, həyətdə manqal qurub kəbab çəkmək qərarına gəlmişlər. Həmin vaxt Firəngiz Gültamamın başını qarışdırıb, o isə evə daxil olub, yataq otağında olan 4250 manat məbləğində pulu götürüb, evin həyətinə çıxmışdır. O, Fmrəngizə pulu götürdüyünü demiş, Firəngizdə 5-10 dəqiqə Gültamamla söhbət etdikdən sonra onlar həmin evi tərk etmişlər. Avtomobilə mindikdən sonra o, cibindən 4250 manat pulu çıxarmış və onlar həmin pulu bölmüşlər. Həmin puldan 2100 manat Firəngizə vermiş, 2150 manat pulu isə özünə götürmüşdür. Bundan sonra həmin puldan Firəngiz təxminən 300 manat verərək lombarda girov qoyduğu mobil telıefonunu götürmüş, o, isə icarəyə götürdüyü avtomobilin pulunu vermişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə münasibəti normal olmuşdur. 15.04.2021-ci il tarixdə saat təxminən 11 radələrində Ağayarla birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Novxanı qəsəbəsinə gedən zaman, Abşeron rayonu, Masazır kəndində yerləşən “Araz” marketin qarşısında saxlayıb mağazadan su almağa düşmüşlər. Avtomobilə qayıtdıqdan sonra “Araz” marketin yanında olan “Kapital- Bank» ASC-nə məxsus bankomatın qarşısında əvvəllər tanımadığı yaşlı qadının olduğunu görmüşlər. Həmin qadın onlara müraciət edərək, xəstə olduğu üçün onu yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evinə aparmasını xahiş etmişdir. Ağayar həmin qadınla ilk öncə razılaşmasa da, o, qadını yaşadığı evə aparmağı Ağayara təklif etmişdir. Həmin qadın avtomobildə arxa oturacaqda, o, isə qabaq oturacaqda əyləşmişdir. Onlar həmin qadını yaşadığı evə aparmışlar, qadın onları yaşadığı evinə dəvət etmiş və evdə tək olduğunu bildirmişdir. Onlar həmin qadınla birlikdə evə daxil olmuşlar və bir qədər evdə oturub söhbət etdikdən sonra, oradan çıxıb getmişlər. Həmin gün axşam saatlarınlda onlar bazarlıq edib Gültamam Cəfərovanın evinə qayıtmışlar. Evdə oturub söhbət etmişlər, hətta o, Gültamama köməklik edib cimizdirmişdir. Bu zaman Ağayar mətbəxə baxaraq, orada pul axtarmağa başlamış və mətbəxdən 46 manat pul taparaq, götürmüş və Ağayrın bu hərəkətini o, gördükdən sonra pulu Ağayrın əlindən alaraq, yerinə qoymuşdur. Söhbət əsnasında Gültamam onların problemləri ilə maraqlanmış, Ağayar Gültamama avtomobili vurduğunu və düzəldtirməyə pul lazım olduğunu bildirmiş və Gültamam da ona bu işə görə 215 manat pul vermişdir. Bundan sonra onlar Gültamamın evini tərk etmişlər. Səhəri gün, yəni 16.04.2021-ci il tarixdə saat təxminən 13 radələrində onlar yenidən həmin qadının yaşadığı Abşeron rayonu, Masazır kəndində olan evinə getmişlər. Həmin evə yenidən getməkdə məqsədləri Gültamamın evində olan pulları oğurlamaq olmuşdur. Onlar Gültamamın evinə gəldikdən sonra, sonuncu ilə söhbət edib, həyətdə manqal qurub kəbab çəkmək qərarına gəlmişlər. Həmin vaxt Gültamamın başını qarışdırıb, Ağayar isə evə daxil olub və sonra oradan çıxmışdır. Ağayar ona pulu götürdüyünü demiş və o, 5-10 dəqiqə Gültamamla söhbət etdikdən sonra, onlar həmin evi tərk etmişlər. Avtomobilə mindikdən sonra Ağayar cibindən 4250 manat pulu çıxarmış və onlar həmin pulu bölmüşlər. Həmin puldan Ağayar ona 2100 manat vermiş, 2150 manat pulu isə özünə götürmüşdür. Bundan sonra həmin puldan təxminən 300 manat verərək lombarda girov qoyduğu mobil telefonunu götürmüş, Ağayar isə icarəyə götürdüyü avtomobilin pulunu vermişdir. Həmin oğurladıqları puldan qalmış 450 manat məbləğində pulu, maddi sübut kimi istintaqa tədim etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15.04.2021-ci il tarixdə saat təxminən 11 radələrində o, Abşeron rayonu, Masazır kəndində yerləşən “Araz” marketdən ərzaq alıb oradan çıxdığı zaman, əvvəllər tanımadığı bir nəfər oğlan və bir nəfər qızın avtomobilə əyləşdiklərini görmüşdür. Avtomobilin sürücüsünə müraciət edərək, xəstə olduğu üçün onu yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evinə apramasını xahiş etmişdir. Bundan sonra həmin şəxsələr onu yaşadığı evə gətirmişlər, yolda həmin şəxslərin adlarının Ağayar və Firəngiz olduğunu bilmişdir. Həmin şəxsləri yaşaldığı evə dəvət etmiş və sonuncular onunla birlikdə evə daxil olmuşlar. Bir qədər evdə oturub söhbət etdikdən sonra, Ağayar və Firəngiz çıxıb getmişlər. Həmin günü axşam radələrində Ağayarla Firəngiz bazarlıq edib onun evinə qonaq gəlmişlər. Söhbət əsnasında qonaqların problemləri ilə maraqlanmış, Ağayar avtomobilini vurduğunu və ona pul lazım olduğunu bildirmişdir. Ağayarın bu sözlərindən sonra o, sonuncuya könüllü olaraq 215 manat pul vermiş ki, avtomobilini təmir etdirsin, bundan sonra həmin şəxslər evi tərk etmişlər. Səhəri gün, yəni 16.04.2021-ci il tarixdə saat təxminən saat 13 radələrində Ağayarla Firəngiz yenidən onun yaşaydığı ünvana gəlmişlər. Sonuncular həyətdə manqal qurub kabab çəkmək istədiklərini ona bildirmişlər. Firəngizlə o, həyətdə qalıb söhbət etmiş, Ağayar isə onun gözündən yayınmışdır. Belə başa düşmüşdür ki, Ağayar kabab bişirməklə məşğuldur. Lakin, təxminən 10 dəqiqədən sonra Ağayar yanlarına gəlib ona zəng gəldiyini və təcili olaraq, getəməli olduqlarını bildirmişdir. Bundan sonra Ağayarla Firəngiz onun yaşadığı ünvanı tərk etmişdir. Sonuncular gedəndən sonra o, bir qədər şübhələnmiş və evin yataq otağına daxil olub, masanın üzərinə qoyduğu əl çantasına baxdıqda, çantasında 4250 manat məbləğində olan pulun yerində olmadığını aşkar etmişdir. Dərhal başa düşmüşdür ki, həmin pulu Ağayarla Firəngiz onun evindən oğurlamışdır, bu səbəbdən o, bu barədə bacısının nəvəsi Şahid bildirmiş və sonuncu onun adından Abşeron RPİ-sə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan ona dəymişdir və ziyanın məbləği 4250 manat təşkil edir. Dəymiş ziyan təqsirləndirilən şəxslər tətərindən ödənildiyindən onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İstintaq zamanı Təqsirləndirilən şəxs2 cinayətin predmeti olan 01 ədəd 200 manat – D-06447172 nömrəli, 01 ədəd 100 manat B-08349908 nömrəli, 01 ədəd 100 manat A- 38554817 nömrəli və 01 ədəd 50 manat B-33990975 nömrəli pul əskinazları götürülmüşdür. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən oğurluq etdiklərini bir dah təsdiq edir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 götürülmüş cinayətin predmeti olan 01 ədəd 200 manat – D-06447172 nömrəli, 01 ədəd 100 manat B-08349908 nömrəli, 01 ədəd 100 manat A-38554817 nömrəli və 01 ədəd 50 manat B-33990975 nömrəli pul əskinazları cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 22.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22.04.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 23.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 23.04.2021-ci il tarixdə Abşeron rayon Pİ-in MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 22.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22.04.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 23.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 23.04.2021-ci il tarixdə Abşeron rayon Pİ-in MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 götürülmüş cinayətin predmeti olan 01 ədəd 200 manat – D- 06447172 nömrəli, 01 ədəd 100 manat B-08349908 nömrəli, 01 ədəd 100 manat A- 38554817 nömrəli və 01 ədəd 50 manat B-33990975 nömrəli pul əskinazları cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin və zərəçəkmiş şəxsin, şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdikləri cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22.04.2021-ci il tarixdın 23.04.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 götürülmüş cinayətin predmeti olan 01 ədəd 200 manat – D-06447172 nömrəli, 01 ədəd 100 manat B- 08349908 nömrəli, 01 ədəd 100 manat A-38554817 nömrəli və 01 ədəd 50 manat B- 33990975 nömrəli pul əskinazları ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəlik bürosunun müdafiəçisi Müdafiəçi1 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul və Müdafiəçi2 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22.04.2021-ci il tarixdın 23.04.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22.04.2021-ci il tarixdın 23.04.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 götürülmüş cinayətin predmeti olan 01 ədəd 200 manat – D-06447172 nömrəli, 01 ədəd 100 manat B- 08349908 nömrəli, 01 ədəd 100 manat A-38554817 nömrəli və 01 ədəd 50 manat B- 33990975 nömrəli pul əskinazları ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsinlər və ibtidai istintaq zamanı Xırdalan şəhər vəlik bürosunun müdafiəçisi Müdafiəçi1 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul və Müdafiəçi2 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-403/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-403/2021
09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver