Məhkəmə qərarları › İş №1(012)-403/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-403/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-403/2022 03.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Qobustan rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, оrtа təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Qobustan rayonu, Qurbançı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanda yаşаyаn, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi bənövşəyi rəngli “İsuzu” markalı **-JP-*** nömrə nişanlı avtobusu Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, O.Sərvərli küçəsində 119 nömrəli marşrut xəttinin son dayanacağında Zərərçəkmiş şəxs yaşadığı evin giriş darvazasının qarşısında saxlaması səbəbindən sonuncunun ona irad bildirməsini cüzi səbəb kimi bəhаnə gətirərək, əslində isə hеç bir əsаslı səbəb оlmаdаn öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozmaqla zor tətbiq edərək ictimai yer olan küçədə insanların gözü qarşısında nalayiq ifadələr işlədib qəsdən Zərərçəkmiş şəxs sifətinə yumruqla və sağ ayağına ayaqla bir neçə dəfə vuraraq ona başın sol qaşüstü və sol gözaltı nahiyələrinin əzilmiş yaraları, sol gözün alt qapağının, gözaltı nahiyənin və sol qulaq seyvanının şişkinlikli qançırları, sağ bud və diz oynağı nahiyələrinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 2011-ci ildən 119 nömrəli marşrut xəttində avtobus sürücüsü işləyir. 119 nömrəli avtobusun son dayanacağı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, O.Sərvərli küçəsində yerləşir. Təxminən 10 il müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır. Mütalib 119 nömrəli avtobusun son dayanacağında yaşayır. Münasibətləri həmişə normal olmuşdur. Təxminən 2 ay müddətdir ki, Mütalib ilə aralarında münasibətləri soyumuşdur. Mütalib mütəmadi olaraq ona idarə etdiyi avtobusu yaşadığı evin qarşısında saxlamamağı irad bildirirmiş. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində o, idarə etdiyi bənövşəyi rəngli “İsuzu” markalı **-JP- *** nömrə nişanlı avtobusu yer olmadığı üçün Mütalibin evinin qarşısında saxlamışdır. Həmin vaxt Mütalibin evinin darvazasının açıldığını görüb, idarə etdiyi avtobusa minib irəli sürərək saxlamışdır. Avtobusdan düşüb arxa hissəyə tərəf gələrkən Mütalib ona “sizə deməmişəm ki, maşını burada saxlamayın?” sözlərini demişdir. O, da Mütalibə o, deyənədək avtobusu irəli çəkdiyini bildirmişdir. Mütalib ona bir daha “sizə dəfələrlə demişəm, necə eşşək adamsız ki, yenə də burada saxlayırsız” sözlərini demişdir. O, da Mütalibə “eşşək özünsən” sözlərini demişdir. Bu zaman Mütalibin oğlu Murad onun üstünə gəlmişdir. O, da Murad xəstə olduğu üçün əli ilə onu geri itələmişdir. Həmin vaxt Mütalib ona tərəf gəlmişdir. Mütalib ona bir neçə dəfə yumruq zərbəsi atsa da, o, geri çəkildiyi üçün həmin zərbələr ona dəyməmişdir. Dalaşma zamanı Mütalib ona təpik atdıqda o, Mütalibin ayağını əli ilə tutub geri çəkmişdir. Mütalib də dizi üstdə yerə yıxılmışdır. Bundan sonra onları dispetçer Yavuz və sürücü Əvəz ayırmışlar. Bundan sonra o, oradan uzaqlaşmışdır. Mütalibin oğlu Murad onun idarə etdiyi avtobusa daş atsa da həmin daş avtobusa dəyməmişdir. Daha sonra o, polisə bu barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Mütalib ilə dalaşan zaman Mütalib ona bir neçə yumruq zərbəsi atsa da, o, geri çəkildiyi üçün həmin zərbələr ona dəymirmiş, başqa heç kəs onu vurmamışdır. Dalaşma zamanı o, özünü müdafiə etmək üçün Mütalibə əl-qol atmış, ola bilər ki, həmin xəsarətləri Mütalibin həmin zərbələrdən aldığını bildirmişdir. Mütalib ilə aralarında dalaşma təxminən 5-10 dəqiqə davam etmişdir. Mütalib ilə aralarında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, O.Sərvərli küçəsində 119 nömrəli marşrut xəttinin son dayanacağında Mütalibin yaşadığı evin qarşısında baş vermiş, həmin vaxt orada o, Mütalib, oğlu Murad və sonradan gəlib onları ayıran dispetçer Yavuz və sürücü Əvəz olmuşdur. Barəsində təyin edilmiş ekspertizanın rəyində göstərilmiş xəsarəti ona dalaşma zamanı Mütalibin təpik zərbəsi vuraraq yetirdiyini bildirmişdir. Əməlindən peşmançılıq çəkir, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi O.Sərvərli küçəsində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Yaşadığı evin qarşısında 119 nömrəli avtobusun son dayanacağı yerləşir. Təxminən 10 il müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır. Elnur 119 nömrəli avtobus sürücüsüdür. Münasibətləri həmişə pis olmuş, hətta bir neçə dəfə sözlə mübahisələri də olmuşdur. Elnurla arasında mübahisə həmişə Elnurun idarə etdiyi avtobusu onun evinin giriş darvazasının qarşısında saxlaması olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, idarə etdiyi qara rəngli “Hunday Santafe” markalı avtomobili ilə evinə gələn zaman Elnurun idarə etdiyi avtobusu onun evinin giriş darvazasının qarşısında saxladığını görmüşdür. Elnur onu görən kimi gəlib avtobusu kənara çəkmişdir. O, da avtomobilini evinin həyətinə salmışdır. Aradan təxminən 2-3 saat keçdikdən sonra saat təxminən 15 radələrində avtomobili ilə evin həyətindən çıxan zaman yenə Elnurun idarə etdiyi avtobusu evinin giriş darvazasının qarşısında saxladığını görmüşdür. O, avtomobilindən düşüb küçəyə çıxmışdır. Elnuru görüb ona bir neçə saat qabaq idarə etdiyi avtobusu evinin darvazasının qarşısında saxladığını görüb irad bildirsə də, yenidən Elnurun niyə onun evinin qarşısında avtobusu saxladığını soruşmuşdur. Elnur ona kobud şəkildə “adam deyilsən? avtobusu çıxardacam” sözlərini demişdir. Bu zaman yanında olan azyaşlı oğlu Murad Elnura “atama niyə belə sözlər deyirsən” dedikdə, Elnur Murada yaxınlaşıb onun boynundan tutan zaman o, Elnura yaxınlaşmışdır. Elnur Muradı buraxıb ona tərəf gəlmişdir. Elnur onunla mübahisə etməyə başlamışdır. Mübahisə edən zaman Elnur gözləmədiyi anda onun sifətinin sol hissəsinə bir neçə yumruq zərbəsi və sağ ayağına təpiklə zərbə endirmişdir. Həmin vaxt adını xatırlamadığı avtobus sürücüsü onları ayırmışdır. Bundan sonra o, evə daxil olmuş və sifətindən qan axdığı üçün su ilə yumuşdur. Daha sonra o, Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, onu Elnurdan başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. O, nə Elnura nə də başqa hər hansı şəxs və ya şəxslərə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. Elnur ilə aralarında dalaşma təxminən 5-10 dəqiqə davam etmişdir. Elnur ilə aralarında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, O.Sərvərli küçəsində yaşadığı evin qarşısında baş vermişdir, həmin vaxt orada o, oğlu Murad və onu vuran Elnur olmuşdur, sonradan bir nəfər avtobus sürücüsü gələrək onları ayırmışdır. Barəsində təyin edilmiş ekspertizanın rəyində göstərilmiş xəsarətləri ona dalaşma zamanı Elnurun yumruq və təpik zərbəsi vuraraq yetirdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istitaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs doğma atasıdır. Xırdalan şəhərində yerləşən 20 nömrəli tam orta məktəbdə 9-cu sinifdə oxuyur. Yaşadığı evin qarşısında 119 nömrəli avtobusun son dayanacağı yerləşir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, atası Mütalib ilə idarə etdiyi qara rəngli “Hunday Santafe” markalı avtomobili ilə evin həyətindən çıxan zaman avtobus sürücüsü Elnur idarə etdiyi avtobusu onların evinin giriş darvazasının qarşısında saxladığı üçün o, avtomobildən düşərək Elnura avtobusu çəkməsini demişdir. Elnur da atası Mütalibə “ay eşşək sənin başın çatmır” sözlərini demişdir. Bu zaman o, Elnura yaxınlaşıb atasına pis söz dediyini irad bildirdikdə, Elnur onun boynundan tutan zaman atası Mütalib maşından düşərək onlara yaxınlaşmışdır. Elnur onu buraxıb atasına tərəf getmişdir. Elnur atası ilə mübahisə etməyə başlamışdır. Mübahisə edən zaman Elnur atası Mütalibin sifətindən bir neçə yumruq zərbəsi və ayağına təpiklə zərbə vurmuşdur. O və orada olan tanımadığı avtobus sürücüsü atası Mütalib ilə Elnuru ayırmışlar. Bundan sonra onlar evə daxil olmuşlar. Daha sonra atası Mütalib bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, atası Mütalibi Elnurdan başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. Nə o, nə də atası Mütalib Elnura, nə də başqa hər hansı şəxs və ya şəxslərə heç bir zərbə vurmamış və xəsarət yetirməmişlər. Elnur ona heç bir zərbə vurmamışdır. Elnur ilə atası Mütalibin arasında dalaşma təxminən 5-10 dəqiqə davam etmişdir. Elnur ilə atası Mütalibin arasında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, O.Sərvərli küçəsində yaşadıqları evin qarşısında baş vermişdir, həmin vaxt orada o, atası Mütalib və atasını vuran Elnur olmuşdur, sonradan adını xatırlamadığı avtobus sürücüsü də gələrək onları ayırmışdırlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 1 il müddətdir ki, 119 nömrəli marşrut xəttində dispetçer vəzifəsində işləyir. 119 nömrəli avtobusun son dayanacağı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşir. İşlədiyi vaxtdan həmin yerdə yaşayan Zərərçəkmiş şəxs tanıyır. Mütalib 119 nömrəli avtobusun son dayanacağında yaşayır. Münasibətləri həmişə normal olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi 119 nömrəli avtobus xəttində sürücü işləyir. Elnurla da münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində son dayanacaqda otaqda oturmuşdur. Həmin vaxt sürücü Elnur idarə etdiyi bənövşəyi rəngli “İsuzu” markalı **-JP-*** nömrə nişanlı avtobusu yer olmadığı üçün Mütalibin evinin qarşısında saxlamışdır. Elnur Mütalibin avtomobili ilə evinin həyətindən çıxdığını görüb idarə etdiyi avtobusu qabağa sürərək saxlamışdır. Elnur yerə düşdükdən sonra Mütalibin oğlu nalayiq ifadələr işlədərək Elnura tərəf getmişdir. Bundan sonra Mütalib də maşından düşərək Elnrunun üstünə hücum etmişdir. Həmin vaxt Elnur Mütalibin oğlunu geri itələmiş ki, əl çəksin. Bundan sonra Mütalib ilə Elnur mübahisə etməyə başlamışlar. O, Mütalib ilə Elnurun bir-birinə vuracaqlarını görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Mütalib Elnura təpik atmış, Elnur da Mütalibin ayağını tutaraq geri çəkmişdir. Həmin vaxt Mütalib yerə yıxılmışdır. O, Mütalib və Elnuru bir-birindən ayırmışdır. Bundan sonra Mütalib çıxıb getmişdir. O, da Elnuru otağa aparmışdır. Daha sonra Elnur polisə bu barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Mütalib ilə Elnur dalaşan zaman onların bir-birinin konkret olaraq hansı nahiyələrinə zərbə vurduqlarını görməmiş, Mütalib Elnura təpik atan zaman Elnur özünü müdafiə etmək üçün Mütalibin ayağından çəkdiyindən Mütalib yerə yıxılmışdır. Mütalib ilə Elnur arasında dalaşma təxminən 5-10 dəqiqə davam etmişdir. Mütalib ilə Elnurun arasında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 119 nömrəli marşrut xəttinin son dayanacağında Mütalibin yaşadığı evin qarşısında baş vermiş, həmin vaxt orada Elnur, Mütalib, Mütalibin oğlu Murad olmuşdur, sonradan o, yaxınlaşaraq onları bir-birindən ayırmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 471 saylı rəyində qeyd olunmuşdur ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müаyinəsi zаmаnı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sol qaşüstü və sol gözaltı nahiyələrinin əzilmiş yaraları, sol gözün alt qapağının, gözaltı nahiyənin və sol qulaq seyvanının şişkinlikli qançırları, sağ bud və diz oynağı nahiyələrinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

2. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığına görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, X3 böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar