Məhkəmə qərarları › İş №1(012)-404/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-404/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-404/2020 30.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, R.Rza küçəsi, ev 22-də yaşayan Zərərçəkmiş şəxs ilə keçmiş əri, Təqsirləndirilən şəxs arasında yaşadıqları evdə şəxsi münasibətlər zəminində yəni, Təqsirləndirilən şəxs azyaşlı uşağı ilə kobud tərzdə zarafat etməsi və mülkün bölüşdürülməsi səbəbindən baş vermiş mübahisə dava-dalaşa çevrilmiş, həmin vaxt Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, nəticədə sonuncuya sağ bazu oynağı nahiyəsinin və sağ bazunun geniş sahəli şişkin fonda dərialtı hematoması, sağ bazu oynağının hərəkət məhdudluğu ilə; sol bazunun yuxarı 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin ön səthinin, sağ diz oynağı nahiyəsinin bayır səthinin və sol baldırın aşağı 1/3-nin ön səthinin geniş sahəli yaşılımtıl qançırları ilə müşayiət olunan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, R.Rza küçəsində yaşadıqları evdə olan zaman onun azyaşlı uşağı ilə kobud tərzdə zarafat etməsi və mülkün bölüşdürülməsi səbəbindən keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş, həmin vaxt o, Saranın bədəninin müxtəlif nahiyələrinə əli və ayağı ilə qəsdən zərbələr vurub sonuncuya xəsarətlər yetirmişdir. Mübahisə zamanı evdə onlardan başqa azyaşlı oğulları Məhəmmədəli olmuş, keçmiş arvadı Zərərçəkmiş şəxs ona müqavimət göstərməmişdir. Sonda o, tutduğu əməldən peşmançılıq çəkdiyini və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs onun keçmiş əridir, onların birgə nikahından iki azyaşlı uşaqları vardır. Dadaş mütamadi olaraq spritli içki qəbul edib, evdə əsassız yerə qısqanclıq səbəbindən mübahisə yaratdığı üçün onlar üç ildir boşanmışlar. Onlar Xırdalan şəhəri, Quşçuluq massivi, R.Rza küçəsi, ev 22-də eyni ünvanda, lakin ayrı-ayrı evlərdə yaşayırlar. Onun anası üç həftə əvvəl rəhmətə getdikdən sonra Dadaş onu tək görüb, mülk üstündə evdə mübahisə yaratmağa başlamış, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, R.Rza küçəsi, ev 22-də yaşadıqları evdə olan zaman keçmiş əri Təqsirləndirilən şəxs sərxoş halda onun olduğu evə gəlib doqquz yaşlı oğlu Məhəmmədəli ilə kobud tərzdə oynamağa başlayıb ondan qızılını satmağını və evini təmir etmək üçün ona pul verməyini tələb etmişdir. Həmin vaxt o, Dadaşa uşaqla kobud oynadığına görə irad bildirib qızılını satmağa etiraz etdikdə Dadaş bu səbəblərdən mübahisə yaratmış, yumruq zərbələri ilə onun qollarına və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyməyə başlamış, həmin vaxt o, Dadaşa evi satıb pul verəcəyini bildirdikdə Dadaş sakitləşib onu sözlə öldürəcəyi ilə hədələyib evdən çıxıb getmiş, həmin vaxt evdə onlar ikisi və kiçik oğlu Məhəmmədəli olmuşdur. Orada o, keçmiş əri Dadaşa müqavimət göstərməmiş və ona xəsarət yetirməmişdir. Sonda o, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs Bahəddin oğlu ilə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X4 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1057 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ bazu oynağı nahiyəsinin və sağ bazunun geniş sahəli şişkin fonda dərialtı hematoması, sağ bazu oynağının hərəkət məhdudluğu ilə; sol bazunun yuxarı 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin ön səthinin, sağ diz oynağı nahiyəsinin bayır səthinin və sol baldırın aşağı 1/3-nin ön səthinin geniş sahəli yaşılımtıl qançırları - bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq belə hesab edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadəələşdirilmiş icraat materialları üzrə icraata xitam verildiyi üçün onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cümaddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X6 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qıərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci və 132-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, daha sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadəələşdirilmiş icraat materialları üzrə icraata xitam verilmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası CM-nin 128-ci madddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cərimə cəzası tam ödənilmişdir. İşmateriallarındaolan Abşeron RİHB-nın 4 saylı MTİİTS tərəfindən verilmiş 2871 saylı xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əmirov X2 rayonu, Xırdalan şəhəri, R.Rza küçəsi, ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olmasını, himayəsində iki azyşalı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kiimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıranhallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. HökmünicrasıSumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 08 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin128-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 08 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar