Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-404/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə 25.08.1988-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikasının Marneuli rayonunda qeydiyyatda olan, Abşeron rayonu. Novxanı kəndi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.03.2021 -ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəzi Binəqədi’' adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,451 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu, Novxanı kəndinə daşıyaraq üzərində saxlamış, 25.03.2021-ci il tarixdə saat 04 radələrində Abşeron RPİ-nin NMQ- nun əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi ərazisində saxlanılıb Abşeron RPİyə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü rəngli sellofana bükülmüş, kustar üsulla hazırlanmış 0,451 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 24.03.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi Binəqədi adlanınan ərazidə olan zaman orada tanımadığı bir şəxsə yaxınlaşaraq ona narkotik vasitə olan heroin lazım olduğunu demişdir. Həmin şəxsdə onda narkotik vasitə olan heroin olduğunu və bir bükümünü 10 manata satdığını demişdir. Həmin şəxsə 10 manat pul verib ondan 1 büküm siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroin aldım və əyninidə olan göy rəngli cins şalvarımın sağ yan cibinə qoyaraq yaşadığı Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllə gəlmişdir. Həmin narkotik vasitənin bir hisəssəsini istifadə edib, bir hissəsini isə siqaretin gümüşü kağızma bükülmüş vəziyyətdə əyninidə əynində olan göy rəngli cins şalvarımın sağ yan cibinə qoyaraq özündə saxlamışdır. 25.03.2021-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Novxanı kəndində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini polis əməkdaşları kiıııi təqdim etdikdən sonra onu narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyi üçün Abşeron RPİ-nə dəvət etmişlər və o, heç bir etiraz etmədən polis əməkdaşları birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də olduğu zaman üzərimə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra üzərimə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, 24.03.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən bir bükümünü 10 manata alıb özü istifadə edəcəyi üçün üzərində saxlamışdır. Sonra üstündən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfim üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş maddə çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəkdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini 24.03.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən bir bükümünü 10 manata alıb özü istifadə edəcəyi üçün üzərində saxlamış, narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirmiş, narkotik vasitədən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmiş, üzərində aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamış, Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər lormada təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-də NMQ-un baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 mart 2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Novxanı kəndi ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələri gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Abşeron RPİ Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə o, Abşeron RPİ- nin inzibati ərazisində Novxanı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında bir nəfər şəxsin dayandığını görmüşlər, həmin şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və bizim iştirakımızla Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızma bükülü vəziyyətdə olan narkotik vasitə heroini masanın üzərinə qoyub həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini bir gün əvvəl yəni 24.03.2021 -ci il tarixdə özü istifadə etmək üçün Binəqədi rayonu Mərkəzi Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata 1 büküm narkotik vasitə olan heroin aldığını qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə tərəfimizdən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırıldı və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vuruldu. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olundu. Daha sonra tərtib olunmuş protokol ucadan oxundu və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-də CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 25 mart 2021-ci il tarixli 6/1180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə...’’yazılan zərfdə təmiz çəkisi 0,451 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir (qalıq 0,401 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ). daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 28 aprel 2021-ci il tarixli 1269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 28.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon polis idarəsinin 25.03.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26.03.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızma bükülü vəziyyətdə olan narkotik vasitə heroini masanın üzərinə qoyub, həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində 2 azyaşlı uşağı var, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdən 26.03.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 88 manat 70 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,401 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.03.2021-ci tarixdən 26.03.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29.11.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 88 manat 70 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,401 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş müdafiəçi X3 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-404/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-404/2021
29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver