Məhkəmə qərarları › İş №1(012)-404/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-404/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-404/2023 06.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə şöbəsinin prokuroru,baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edərək daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində istintaqa məlum olmayan mənbədən 1953-ci ildə “TULA” silah zavodunda istehsal olunmuş, “ВД 2952” №-li, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan bir ədəd “Симонов” sistemli 1945-ci il nümunəli özüdolduran karabini qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən gölün yaxınlığına daşımış və orada gizlədərək saxlamış, 15 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq gizlətdiyi yerə keçirilmiş baxış zamanı həmin bir ədəd “Симонов” sistemli 1945-ci il nümunəli “ВД 2952” №-li özüdolduran karabin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 05 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən gölün kənarında tullantı axtaran zaman qarşısına ağ rəngli torba çıxmışdır. O, torbanı götürüb içərisinə baxdıqda içərisində bir ədəd silah olduğunu görmüşdür. Həmin içərisində silah olan torbanı götürüb əvvəllər heyvanları otardığı Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən zibillikdə gizlətmişdir. 09 fevral 2022-ci il tarixdə axşam saatlarında silahı gizlətdiyi yerə gedib onun yerində olub olmadığını yoxlamışdır. O, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə üç nəfər tanımadığı şəxs ona yaxınlaşaraq qanunsuz odlu silah saxlamaqda şübhəli olduğunu bildirmiş və Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişdirlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə getmişdir. Bölmədə ona xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, üzərimdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olmadığını, lakin Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən zibillikdə silah gizlətdiyini və təqdim edə biləcəyini bildirmişdir. Daha sonra hüqauqlarını müdafiə edən vəkilin və polis əməkdaşlarının iştirakı ilə birlikdə silahı gizlətdiyi həmin yerə getmişdirlər. Orada həmin ağ rəngli torbada olan bir ədəd odlu silahı gizlətdiyi yerdən çıxardaraq təqdim etmişdir. Daha sonra həmin silahın götürülməsi barədə protokol tərtib olunmuşdur və həmin protokolu o, müdafiəçisi və polis əməkdaşları imzalamışdır. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzidirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, 15 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin rəisi polis polkovnikleytenantı Toğrul Hüseynov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri o, qrup üzvləri isə polis leytenantı Şahid3, polis kapitanı Şahid4 və polis nəfəri, polis kiçik serjantı Şahid5 və polis leytenantı Şahid2 təyin olunmuşdur. Həmin gün onun və digər qrup iştirakçılarının, iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayon, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə dəvət olunmuşdur. O, etiraz etməyərək onlarla Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Ona əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Saray qəsəbəsi, yeni məhəllədə hasarın dibində, ağ torbanın içərisində bir ədəd kalaşnikov silahına bənzər silah gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı ilə həmin yerə baxış keçirilmiş və divarın dibində gizlətdiyi silah aşkar olunaraq götürülmüşdür. Həmin yerə baxış zamanı video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan X2 qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzidirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanlması məqsədi ilə, 15 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin rəisi polis polkovnik-leytenantı Toğrul Hüseynov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri polis baş leytenantı Şahid1, qrup üzvləri isə o, Şahid3, polis kapitanı Şahid4 və polis nəfəri, polis kiçik serjantı Şahid5 təyin olunmuşdur. Həmin gün onun və digər qrup iştirakçılarının, iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayon, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə dəvət olunmuşdur. O, etiraz etməyərək onlarla Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Ona əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Saray qəsəbəsi, yeni məhəllədə hasarın dibində, ağ torbanın içərisində bir ədəd kalaşnikov silahına bənzər silah gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı ilə həmin yerə baxış keçirilmiş və divarın dibində gizlətdiyi silah aşkar olunaraq götürülmüşdür. Həmin yerə baxış zamanı video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, 15 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin rəisi polis polkovnikleytenantı Toğrul Hüseynov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri polis baş leytenantı Şahid1, qrup üzvləri isə o, polis leytenantı Şahid2, polis kapitanı Şahid4 və polis nəfəri, polis kiçik serjantı Şahid5 təyin olunmuşdur. Həmin gün onun və digər qrup iştirakçılarının, iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayon, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə dəvət olunmuşdur. O, etiraz etməyərək onlarla Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Ona əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Saray qəsəbəsi, yeni məhəllədə hasarın dibində, ağ torbanın içərisində bir ədəd kalaşnikov silahına bənzər silah gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı ilə həmin yerə baxış keçirilmiş və divarın dibində gizlətdiyi silah aşkar olunaraq götürülmüşdür. Həmin yerə baxış zamanı video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, 15 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin rəisi polis polkovnikleytenantı Toğrul Hüseynov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri polis baş leytenantı Şahid1, qrup üzvləri isə o, polis leytenantı Şahid2, polis kiçik serjantı Şahid5 və polis nəfəri, polis leytenantı Şahid3 təyin olunmuşdur. Həmin gün onun və digər qrup iştirakçılarının, iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayon, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə dəvət olunmuşdur. O, etiraz etməyərək onlarla Abşeron RPİ-nin Saray PB- nə getmişdir. Ona əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Saray qəsəbəsi, yeni məhəllədə hasarın dibində, ağ torbanın içərisində bir ədəd kalaşnikov silahına bənzər silah gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı ilə həmin yerə baxış keçirilmiş və divarın dibində gizlətdiyi silah aşkar olunaraq götürülmüşdür. Həmin yerə baxış zamanı video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, 15 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin rəisi polis polkovnikleytenantı Toğrul Hüseynov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri polis baş leytenantı Şahid1, qrup üzvləri isə o, polis leytenantı Şahid2, polis kapitanı Şahid4 və polis leytenantı Şahid3 təyin olunmuşdur. Həmin gün onun və digər qrup iştirakçılarının, iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayon, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray PB- nə dəvət olunmuşdur. O, etiraz etməyərək onlarla Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Ona əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Saray qəsəbəsi, yeni məhəllədə hasarın dibində, ağ torbanın içərisində bir ədəd kalaşnikov silahına bənzər silah gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı ilə həmin yerə baxış keçirilmiş və divarın dibində gizlətdiyi silah aşkar olunaraq götürülmüşdür. Həmin yerə baxış zamanı video çəkiliş aparılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə məhkəmə-ballistik ekspertizasının 16 fevral 2023-cü il tarixli, 3/345 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 1953-cü ildə, Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibirli, “Симонов” sistemli, 1945-ci il nümunəli “CKC-45” detal və mexanizmlərinin üzərində zavod işarələri silinmiş, lülə qutusunun qapağı “ВД 2952” №-li, özü dolduran karabindir yivli, odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 15 fevral 2023-cü il tarixli protokol və götürmə aparılan zaman videogörüntüyə məhkəmədə baxış keçirilmişdir, həmin video görüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsində yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ondan gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə ağ rəngli torbada silah gizlətdiyini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun göstərdiyi yerə gedilmiş və orada Təqsirləndirilən şəxs gizlətdiyi yerdən, bir ədəd kalaşnikov silahına bənzər silah aşkar edilərək götürülmüşdür. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və dərhal məhkəmə zalında həbs edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 23 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 01 il azaldılmış və cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan məhkəmənin hazırlıq iclasında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut kimi Abşeron RPİ-də saxlanılan 1953-ci ildə “TULA” silah zavodunda istehsal olunmuş, “ВД 2952” №-li, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan bir ədəd “Симонов” sistemli 1945-ci il nümunəli özüdolduran karabin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə baxış və götürmə zamanı qeydə alınmış video görüntü olan bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron RPİ-də saxlanılan 1953-ci ildə “TULA” silah zavodunda istehsal olunmuş, “ВД 2952” №-li, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan bir ədəd “Симонов” sistemli 1945-ci il nümunəli özüdolduran karabin Təchiz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə baxış və götürmə zamanı qeydə alınmış video görüntü olan bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar