Məhkəmə qərarları › İş №1(012)-404/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-404/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-404/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə edərək daşımış, gəzdirmiş və saxlamış, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində bir ədəd gümüşü falqa bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,318 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış və yaşadığı Abşeron rayonu, Məmmədli kəndi ərazisinə daşımış, həmin gün saat 15:30 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yereləşən “CC” marketin yaxınlığında saxlanılıb Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd folqa bükümdə 0,318 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 09 avqust 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd gümüşü folqa bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,592 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış və yaşadığı Abşeron rayonu, Məmmədli kəndi ərazisinə daşımış, həmin gün saat 18:30 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yereləşən “Araz” marketin yaxınlığında saxlanılıb Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd folqa bükümdə 0,592 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 01 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd 1969-cu ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, “ТГ-7629” №-li, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan bir ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatı, 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 30 ədəd 7,62X39 mm kalibrli patron tutumuna malik olan texniki cəhətdən saz və istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış darağı və 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62X39 mm kalibirli kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab olunan patronları qanunsuz olaraq əldə edib gizlətməklə saxlamış, daşımış və gəzdirmiş, 07 sentyabr 2023-cü il tarixdə gizlətdiyi yerdən götürüb Abşeron rayonu, Məmmədli kəndi ərazisində üzərində gəzdirərkən, həmin gün saat 13 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Mehdiabad polis bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat, 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq və 27 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. 20 iyul 2023-cü il tarixdə saat 14 radələrində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmiş və orada olduğu zaman təsadüfən bir nəfərlə tanış olmuşdur və söhbət əsnasında onun da narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Həmin vaxt ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Adını bilmədiyi həmin şəxs isə üzərində narkotik vasitə heroin olduğunu və həmin nakotik vasitənin bir bükümünü 15 manata satdığını bildirmişdir. O, həmin şəxslə razılaşmış və narkotik vasitəni ondan 15 manata almışdır. Daha sonra o, yaşadığı Məmmədli kəndinə getmişdir. Həmin tarixdə saat 15:30 radələrində yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən "CC" marketin yaxınlığında olduğu zaman iki nəfər biri mülki geyimdə olan şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhələndiklərini bildirmişdirlər. Bu məqsədlə onun üzərində şəxsi axtarış aparılması üçün Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etdilmişdir. O, razılaşıb polis əməkdaşları ilə birlikdə Mehdiabad PB-nə getmişdir. Orada iştirakçıların iştirakları ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Bundan sonra isə üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və protokol tərtib olunmuşdur. O, və digər iştirakçılar protokolla tanış olmuş, doğruluğunu imzalarla təsdiq etmişdirlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə 18 radələrində yenidən Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata istifadə etmək məqsədilə bir ədəd falqa bükümdə adını kokos olaraq bildiyi heroin almış və əynindəki şalvarın cibinə qoymuşdur. Daha sonra yaşadığı Abşeron rayonu Məmmədli kəndinə getmişdir. Həmin gün saat 18:30 radələrində Məmmədli kəndində yerləşən "Araz" marketin yaxınlığında yolda piyada hərəkətdə olarkən, iki nəfər biri mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişdir. Həmin polis əməkdaşları üzərində narkotik vasitə gazdirməydə şübhələndiklərini bildirib onu saxlayaraq Mehdiabad PB-nə aparmışdırlar. Mehdiabad polis bölməsində xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərinə saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı aşya va ya predmet olub-olmadığı soruşulmuş və o, əynindəki boz rəngli, cins şalvarın sağ yan cibindən bir bükümdə gümüşü rəngli folqaya bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni özü könüllü sürətdə təqdim etmiş, həmin heroinə bənzər kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin gün yəni, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə şəxsi axtarış zamanı ekspertizaya göndərilməsi üçün ağ rəngli kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalanaraq təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan başqa o, plastik və metal tullantılar yığıb metal qəbulu sexlərinə satırmış. 01 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Məmmədli kəndi, ərazisində yerləşən badamlıq deyilən ərazidə məişət tullantıları atılan yerdən gəlir əldə etmək məqsədi ilə dəmir tullantı qablarını yığan zaman yerdə bir ədəd ağ rəngli un torbasına bükülmüş halda əşya görüb şübhələnmiş və tez torbanı açıb içərisində «Kalaşnikov» markalı avtomatı, ona məxsus silah sandıqcası, həmçinin 27 ədəd güllə olduğunu aşkar etmişdir və tapdığı silah sursatı yenidən torbaya qoyub, oradan bir neçə metr kənarda torpaq sahədə boş ərazidə yeri qazıb basdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həmin yerə gəlib basdırdığı «Kalaşnikov» markalı avtomatı, ona məxsus silah sandıqçasını ve 27 ədəd gülləni torba ilə birgə bastırdığı yerdən qazıb çıxartmış və satmaq məqsədi ilə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, yeni massivi ilə piyada evinə doğru gedərkən yolda iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişdir. Həmin polis əməkdaşları əlində olan torbadakı əşyanın odlu silah olmasından şübhələndikləri üçün həmin silahı gəzdirməyindən şübhələndiklərini bildirmişdirlər. Daha sonra həmin polis əməkdaşları onu saxlayaraq Mehdiabad PB-nə aparmışdırlar. Mehdiabad polis bölməsində xidməti otaqların birində video çəkiliş aparılmaqla ona hüquqları izah olunduqdan sonra qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirirsə könüllü təqdim etməyim təklif olunmuşdur. O, üzərində, yəni əlində saxladığı bir ədəd torbada saxladığı, içərisində «Kalaşnikov» markalı avtomat, ona məxsus silah sandıqcası və 27 ədəd gülləni bağlı şəkildə təqdim etmişdir və silah olduğunu bildirmişdir. Torba açıldıqda içərisində bir ədəd «Kalaşnikov» markalı avtomat, bir ədəd silah sandıqcası və 27 ədəd silah gülləsi olduğu aşkar edilmişdir. Ona silahı, sandığı və güllələri haradan əldə etdiyi sual verildikdə o, həmin silahı, darağı və patronları 6-7 gün əvvəl Abşeron rayonu, Məmmədli kəndi, ərazisində yerləşən məişət tullantıları olan yerdən tapdığını həmin əraziyə yaxın yerdə gizlədib xx.xx.2023-cü il tarixdə silahı satmaq üçün yaşadığı evə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb Mehdiabad PB-nə gətirildiyini bildirmişdir. Həmin silah yoxlanılmış və ekispertizaya təqdim etmək üçün qablaşdırılmışdır və üzəri möhürləndikdən sonra onun, iştirakçılar və müdafiəçisi bağlamanın üzərini imzalamışdır. Həmçinin tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra isə onun üzərinə əlavə axtarış keçirilmiş, üzərindən başqa heç bir dövrüyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin gün yəni 20 iyul 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin qrupa qrup rəhbəri o, qrup üzvü isə Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı Şahid2 təyin olunmuşdur. Həmin gün onun və Şahid2 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs saat 15:30 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən “CC” marketin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakıilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir büküm gümüşü rəngli falqa kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu hardan əldə etməsi soruşulduqda o, həmin bükülünün narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Bundan başqa 09 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin gün yəni 09 avqust 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmılş və həmin qrupa qrup rəhbəri o, qrup üzvü isə Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı Şahid2 təyin olunmuşdur. Həmin gün onun və Şahid2 iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir və Təqsirləndirilən şəxs saat 18:30 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən Araz marketin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir büküm gümüşü rəngli falqa kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu hardan əldə etməsi soruşulduqda o, həmin bükülünün narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Abşeron RPİnin Mehdiabad PB-nin sahə rəisi vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin gün yəni 20 iyul 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin qrupa qrup rəhbəri Şahid1, qrup üzvü isə o, təyin olunmuşdur. Həmin gün onun və Şahid1 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs saat 15:30 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən “CC” marketin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakıilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir büküm gümüşü rəngli falqa kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu hardan əldə etməsi soruşulduqda o, həmin bükülünün narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Bundan başqa 09 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin gün yəni 09 avqust 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmılş və həmin qrupa qrup rəhbəri o, qrup üzvü isə Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı Şahid2 təyin olunmuşdur. Həmin gün onun və Şahid2 iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir və Təqsirləndirilən şəxs saat 18:30 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən Araz marketin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir büküm gümüşü rəngli falqa kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu hardan əldə etməsi soruşulduqda o, həmin bükülünün narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla odlu silah əldə edərək üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin gün, yəni 07 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin qrupa qrup rəhbəri Şahid3, qrup üzvü isə o, təyin olunmuşdur. Həmin gün onun və Şahid3 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs saat 13:00 radələrində Abşeron rayonu, Məmmədli kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxsda könüllü olaraq əlində saxladığı ağ torbada “kalaşnikov” markalı avtomat saxladığını bildirərək həmin torbanı təqdim etmişdir. Həmin torba açılaraq içərisinə baxıldıqda bir ədəd Kalaşnikov markalı avtomatın, həmin silaha məxsusbir ədəd qara rəngli silah sandıqçasının və 27 ədəd güllənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin avtomat, avtomata məxsus sandıqça və 27 ədəd güllə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etməsi soruşulduqda o, həmin avtomatı 6-7 gün əvvəl Abşeron rayonu, Məmmədli kəndi, badamlı deyilən ərazidə məişət tullantıları olan yerdən tapdığını və tapdığı yerdən bir neçə metr kənarda torpağa basdırdığını bildirmişdir. O, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə həmin silahı basdırdıqı yerdən çıxararaq satmaq məqsədi ilə yaşadığı evə aparmaq istəmiş, lakin Abşeron rayonu, Məmmədli kəndi ərazisində polis əməktaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işəyir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla odlu silah əldə edərək üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin gün yəni 07 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin qrupa qrup rəhbəri o, qrup üzvü isə Şahid2 təyin olunmuşdur. Həmin gün onun və Şahid3 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs saat 13:00 radələrində Abşeron rayonu, Məmmədli kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxsda könüllü olaraq əlində saxladığı ağ torbada “kalaşnikov” markalı avtomat saxladığını bildirərək həmin torbanı təqdim etmişdir. Həmin torba açılaraq içərisinə baxıldıqda bir ədəd Kalaşnikov markalı avtomatın, həmin silaha məxsusbir ədəd qara rəngli silah sandıqçasının və 27 ədəd güllənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin avtomat, avtomata məxsus sandıqça və 27 ədəd güllə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etməsi soruşulduqda o, həmin avtomatı 6-7 gün əvvəl Abşeron rayonu, Məmmədli kəndi, badamlı deyilən ərazidə məişət tullantıları olan yerdən tapdığını və tapdığı yerdən bir neçə metr kənarda torpağa basdırdığını bildirmişdir. O, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə həmin silahı basdırdıqı yerdən çıxararaq satmaq məqsədi ilə yaşadığı evə aparmaq istəmiş, lakin Abşeron rayonu, Məmmədli kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2023-cü il traixli 3-16-16/2-6/4272 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №236" dairəvi möhür əksləri olan, "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar " soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,592 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2023-cü il traixli 3-16-16/2-6/3930 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 236" dairəvi möhür əksi olan, "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə, "imza", ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,318 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-ballistik ekspertizasının 16 fevral 2023-cü il tarixli, 3/345 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd TT-7629 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov kostruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrin və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş 27 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Təqdim edilmiş 01 ədəd əşya, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 7027 № rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Respublika psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 9980 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə göstərilən xəstəxanada müalicədə olmamışdır. Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə götürülmüş, qalıq çəkisi 0,268 qram olan narkotik vasitə heroin, 09 avqust 2023-cü il tarixdə götürülmüş, qalıq çəkisi 0,542 qram olan narkotik vasitə heroin və 07 sentyabr 2023-cü il tarixdə götürülmüş, 01 ədəd AKM modelli avtomat, 24 ədəd patron və 01 ədəd darağ 03 ədəd bağlamada möhürlənmiş vəziyyətdə Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2023-cü il tarixli protokoldan və SD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş narkotiok vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş üzrə maddi sübut olan 3 ədəd SD disk məhkəmə istintaqında tədqiqi olunmuş və 20 iyul 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş narkotiok vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan başqa 09 avqust 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş narkotiok vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan başqa 07 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan ağ rəngli üzərində “Sarı sünbül un” yazısı olan torbanın içərisində olan bir ədəd Kalaşnikov markalı avtomatı, bir ədəd qara rəngli avtomata məxsus sandıqçanı və 27 ədəd gülləni təqdim edir. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə göndərilmiş, və hal-hazırda Abşeron rayon Məhkəməsinin icraatındadır. 230271060 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 230271060 nömrəli cinayət işi üzrə 22 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon Prokroruna vəsatət verilmiş, Abşeron rayon baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəsatət təmin olunmayaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 230271139 nömrəli cinayət işi üzrə 10 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon Prokroruna vəsatət verilmiş, Abşeron rayon baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəsatət təmin olunmayaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 09 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və Abşeron rayon Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək, 09 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 gün müddət nəzərə alınaraq, şübhəli şəxs qismində, həbsdə saxlanmanın bir günü azadlığın məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1, 234.1ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2009-cu il təıvəllüdlü Vasif adlı və xx.xx.2012-ci il təvəllüdlü Şövkət adlı 2 azyaşlı övladının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumemə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,542 və 0,268 qram narkotik vasitə olan narkotik maddə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd TT-7629 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov kostruksiyalı AKM modelli avtomat, 24 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 3 ədəd SD disk iş materiallarında saxlanılsın. İş üzrə 154 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək, 09 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 gün müddət nəzərə alınaraq, şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığının bir günü azadlığın məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq 03 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinin alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,542 və 0,268 qram narkotik vasitə olan narkotik maddə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd TT-7629 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov kostruksiyalı AKM modelli avtomat, 24 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 3 ədəd SD disk iş materiallarında saxlanılsın. İş üzrə 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar