Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-404/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Araz” marketin yaxınlığındakı binanın zirzəmisində olan təmir işləri görülən obyektin qarşısında sökülmüş daş qırıntılarını yük avtomobilinə yükləyərkən Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətməsi, onun isə Zərərçəkmiş şəxs bununla bağlı irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbə vuraraq sonuncuya sol gözün ağlı qişasında qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq, burun nahiyələrinin qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. Zərərçəkmiş şəxsla aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. O, rəsmi olaraq heç bir yerdə işləmir. Günəmuzd fəhləlik etməklə dolanır. 13 mart 2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Araz” marketin yaxınlığındakı binanın zirzəmisində olan obyektdə fəhlə kimi işləmiş, belə ki, obyektdə olan daş qırıntılarını yığıb “Kamaz” markalı yük avtomobilinə boşaltmışdır. Bu zaman oraya adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmış, Natiq ona daş qırıntılarının özünə lazım olduğunu demiş, o da bu barədə orada onlara nəzarət edən Elnur adlı şəxsə deməsini bildirmiş, Elnur daş qırıntılarını pulsuz olaraq Natiqə verə biləcəyini, lakin bunun əvəzində Natiqin daş qırıntılarını obyektdən təmizləməkdə köməklik etməsini demiş, Natiq də razılaşaraq daş qırıntılarının yığılmasında onlara köməklik etmişdir. İş görən zaman Natiq onunla bir neçə dəfə zarafat etmiş, lakin o, Natiqə fikir verməmişdir. Saat 18 radələrində iş görən zaman Natiq ona qarşı nalayiq ifadə işlətmiş, o, Natiqə buna görə irad bildirmiş və nə üçün onu tanımadığı halda nalayiq ifadə işlətməsini soruşmuş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. O, mübahisə zamanı sillə ilə bir dəfə Natiqin sifət nahiyəsindən zərbə vurmuş, Natiq əli ilə üzünü tutub oradan uzaqlaşmış, sonradan Natiqin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisənin 13 mart 2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Araz” marketin yaxınlığında baş verdiyini, mübahisələrinin təxminən 1-2 dəqiqə davam etdiyini, mübahisə zamanı orada Natiqlə özündən başqa heç kəsin olmadığını, mübahisənin yaranma səbəbinin Natiqin ona qarşı nalayiq ifadə işlətməsinin olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan yaxınlaşan olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək istəsə də, zərərçəkmiş şəxs ondan yüksək məbləğ istəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanımır. 13 mart 2024-cü il tarixdə saat 18 radələrində işdən çıxıb yaşadığı evə gedən zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Araz” marketin qarşısından keçərkən oradakı binanın zirzəmisində yeni təmir olunan obyektdən çıxarılan daş qırıntılarının bir hissəsinin “Kamaz” markalı yük avtomobilinə yükləndiyini, bir hissəsinin isə obyektin qarşısında olduğunu görmüşdür. Yaxınlaşıb yük avtomobilinin sürücüsündən daş qırıntılarını haraya boşaldacaqlarını soruşmuş, həmin şəxs daş qırıntılarını boşaldacaq yeri hələki tapmadığını demiş, o, həmin şəxsə daş qırıntılarını yaşadığı evin həyətinə boşalda biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış və ondan obyektin qarşısında olan 5-6 kisə daş qırıntılarını yük avtomobilinə yükləməkdə köməklik etməsini xahiş etmiş, o da etiraz etməyərək daş qırıntıları olan kisələri yük avtomobilinə yükləməkdə köməklik etmişdir. İşi yekunlaşdırdıqdan sonra sürücüyə yaşadığı ünvanı istiqamətlə göstərmiş, bu zaman adının Bayram olduğunu bildiyi şəxs onların yanına yaxınlaşmış və ondan kim olduğunu soruşmuş, həmçinin ona əvvəlcədən daş qırıntılarını özünün aparmaq fikrinin olduğunu demiş, o, həmin şəxsə özünü təqdim edərək “mən Zərərçəkmiş şəxsyam” sözlərini demiş, bu zaman həmin şəxs yumruqla bir dəfə onun sifət nahiyəsinə zərbə vurmuş və o, yerə yıxılmışdır. Həmin şəxs isə qaçaraq oradan uzaqlaşmışdır. O, daha sonra yaşadığı evə gəlmiş, evdə anası Mahirə onun burnundan qan axdığını görüb nə baş verdiyini soruşmuş, o, baş vermiş hadisəni anası Mahirəyə danışmış, bundan sonra anası Mahirə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng vurub bu barədə məlumat vermiş, həmçinin o özü də Bayram barəsində şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Araz” marketin yaxınlığında mübahisə zamanı yumruqla bir dəfə onun sifət nahiyəsinə zərbə vurmaqla döyməsini, onu Bayramdan başqa heç kəsin vurmadığını, onu yalnız Bayramın vurduğunu, mübahisələrinin təxminən 2-3 dəqiqə davam etdiyini, həmin zaman orada yük avtomobilinin tanımadığı sürücüsünün olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan heç kəsin yaxınlaşmadığını, belə ki, Bayramla aralarında olan mübahisənin qısa müddət davam etdiyini və Bayramın onu vuran kimi qaçıb gedərək oradan uzaqlaşdığını bildirmişdir. Şikayətçidir. Məhkəmədən ona cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng vurub özü məlumat vermişdir. Müraciətində göstərdiyi Zərərçəkmiş şəxs onun oğludur. Natiq müxtəlif yerlərdə günəmuzd fəhlə işləyərək ailəni dolandırır. 13 mart 2024-cü il tarixdə saat 18:40 radələrində yaşadığı evdə olan zaman Natiq əvvəllər tanımadığı, sonradan yük avtomobilinin sürücüsü olduğunu bildiyi bir nəfər şəxslə evə gəlmiş, o, Natiqin göz nahiyəsində göyərti olduğunu və burnundan qan axdığını görmüş, bu səbəbdən Natiqdən nə baş verdiyini soruşmuşdur. Natiq bir qədər əvvəl, saat 18 radələrində yaşadıqları evə gələn zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən “Araz” marketin qarşısından keçərkən oradakı binanın zirzəmisində yeni təmir olunan obyektdən çıxarılan daş qırıntılarının olduğunu gördüyünü, daş qırıntılarını yaşadıqları evin həyətinə boşaltmaq barədə yük avtomobilinin sürücüsü ilə razılaşdığını, lakin sonradan orada fəhlə işləyən Bayram adlı şəxsin daş qırıntılarını aparmaq istədiyini bildirdiyini, bu səbəbdən həmin şəxslə aralarında mübahisə yarandığını və mübahisə zamanı həmin şəxsin yumruqla onu vurduğunu demiş, o da bundan sonra DİN-in “102” xidmətinə müraciət edib oğlu Natiqin döyülməsi barədə məlumat vermişdir. O, mübahisə zamanı orada olmadığını, Natiqin evə gəldikdən sonra döyülməsi barədə ona məlumat verdiyini, belə ki, oğlu Natiq evə gəldikdən sonra göz nahiyəsində göyərti olduğunu və burnundan qan axdığını gördüyünü, Natiqdən nə baş verdiyini soruşduqda sonuncunun Bayram adlı şəxs tərəfindən döyüldüyünü bildirdiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs zərərəçəkmiş şəxs qismində tanınaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2024-cü il tarixli 508 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- sol gözün ağlı qişasında qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltıalmacıq, burun nahiyələrinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan barəsində axtarış elan edilərək tutulması və tutulduqdan sonra Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin saxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəb edilmiş, qərar ona elan olunmaqla, elan edilən ittihamın mahiyyəti ona izah olunmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 27 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı qəbul edilənə qədər 06 manat, həmin qərardan sonrakı hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 192 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 27 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı qəbul edilənə qədər 06 manat, həmin qərardan sonrakı hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 192 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(012)-404/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-404/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver