Məhkəmə qərarları › İş №1(012)-406/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-406/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-406/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2021-ci tarixdə, saat 17:40 radələrində tanışı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksində yaşayış evinin blokunda sonuncunun sifət nahiyəsinə sillə ilə, sonra isə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək ictimai yer olan AAAF-Park yaşayış komplekisində idman meydançasının yanında insanların gözü qarşısında sillə və yumruqla sifət nahiyəsinə qəsdən vuraraq burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi repozisiyaya ehtiyacı olan yerini dəyişmiş qapalı sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətləri yetirib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2003-cü ildən tanıyır. 2011-ci ildən də aralarında qeyri-rəsmi olaraq ərarvad münasibətləri olmuşdur. 16.02.2021-ci il tarixdə saat 17:40 radələrində Gülərin yaşadığı evə gedərkən həmin binanın blokunda Gülərin evdən çıxdığını görüb sonuncuya təxminən bir həftə əvvəl aralarında küsülülük baş versə də münasibətlərini yenidən davam etdirmək fikrində olduğunu bildirmişdir. Bu zaman Gülər onunla barışmaq fikrinin olmadığını söylədiyi üçün aralarında mübahisə yaranmışdır. Sonra onlar birlikdə AAAF Park yaşayış kompleksinin idman meydançasına doğru getmişlər. Orada bir qədər söhbət etdikdən sonra Gülər ona oğlu Öməri hazırlıq kursundan götürmək üçün getmək istədiyini bildirəndə o, da onunla birlikdə getmək istədiyini söyləmişdir. Lakin Gülər onunla birlikdə getməyinə etiraz etdiyi üçün onun sifət nahiyəsinə bir dəfə də sillə ilə vurarkən sonuncu başını əymiş və sillə Gülərin burun nahiyəsinə dəymişdir. Bundan sonra Gülərin burnundan qan axdığını görüb onu xəstəxanaya aparmağını təklif etmiş, lakin Gülər ona razılıq verməmiş və onlar aralanıb getmişdir. Hazırda da Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşıdır və aralarında heç bir söz-söhbət yoxdur. Zərərçəkmiş şəxs Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində idman meydançasnın yanında vurmuş, həmin vaxtı yanında və ətrafda başqa heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatdadır və hazırda Abşeron rayonu, Xırdalan şəhəri AAAF Park yaşayış kompleksi ev 11 A, mənzil 49-da azyaşlı oğlu X4 ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2003-cü ildən tanıyır və 2011-ci ildən də aralarında qeyri-rəsmi olaraq ər-arvad münasibətləri olmuşdur. Samir onu qısqandığı üçün aralarında tez-tez mübahisə olmuşdur. Buna görə bir müddət əvvəl Təqsirləndirilən şəxs küsüb danışdırmamışdır. 16.02.2021-ci il tarixdə saat 17:40 radələrində oğlu Öməri hazırlıq kursundan götürmək üçün kirayədə yaşadığı evdən çıxarkən binanın blokunda Təqsirləndirilən şəxslə rastlaşmış, ona təxminən bir həftə əvvəl aralarında küsülülük baş versə də münasibətlərini yenidən davam etdirmək fikrində olduğunu bildirmişdir. Samirə barışmaq fikrinin olmadığını demiş və buna görə aralarında mübahisə olmuşdur. Sonra onlar birlikdə AAAF-Park yaşayış kompleksinin idman meydançasına getmişlər. X5 hazırlıq kursundan götürmək üçün getmək istədiyini bildirəndə Samir də onunla birlikdə getmək istədiyini söyləmişdir. Samirin onunla birlikdə getməsinə etiraz etdiyi üçün sonuncu onun sifət nahiyəsinə şillə ilə bir dəfə vurmuşdur. Bundan sonra burnundan qan axdığına görə Samir onu xəstəxanaya aparmağı təklif etmişdir. Lakin razı olmamış və ondan aralaşıb bir qədər aralıda yaşayan xalası Mehriban gilə getmişdir. Burun nahiyəsində ağrılar olduğuna görə həmin gün axşam saatlarında Bakı şəhərində yerləşən Respublika xəstəxanasına getmiş və müayinə olunduqdan sonra həkimlər burun nahiyəsinin qırıldığını bildirmişlər. Ona görə də həmin gün o, Abşeron rayon polis idarəsinə də ərizə ilə müraciət edib Samir barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Ertəsi gün isə o, Bakı şəhərində yerləşən “Real” klinikasına gedib burun nahiyəsindən əməliyyat olunmuşdur. Hazırda vəziyyəti yaxşıdır. Samir həmin vaxt onun burun nahiyəsinə yumruqla yox, sillə ilə vurmuş, həmçinin Samirin bıçaqla onu öldürəcəyi ilə hədələdiyini TŞ-də izahat verərkən əsəbi olduğu üçün bildirmiş, əslində isə həmin vaxt Samir onu bıçaqla öldürəcəyi ilə hədələməmişdir. Təxminən 1 il əvvəl nəfəs almağında çətinlik çəkdiyi üçün burun nahiyəsinin çəpər əyriliyinə görə əməliyyat olunmuş, ona görə də Samir onun burun nahiyəsinə sillə ilə vuran zaman burun nahiyəsinin sümüyünün qapalı sınığı xəsarətini almış, Samir onu AAAF park yaşayış kompleksində idman meydançasında sifət nahiyəsinə sillə ilə vuran zaman orada başqa heç kim olmamış və bu hadisəni başqa heç kim görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Gülərin bir neçə ildir Təqsirləndirilən şəxs ilə münasibəti vardır. 16.02.2021-ci il tarixdə saat 18 radələrində Gülər sifəti, paltarı qanın içində onun yaşadığı evə gəlmiş və tanışı Təqsirləndirilən şəxs onu vurub xəsarət yetirdiyini bildirmişdir. Güləri həmin vaxtı xəstəxanaya aparmış və Gülər xəstəxanada əməliyyat olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03.03.2021-ci il tarixli 386 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi repozisiyaya ehtiyacı olan yerinidəyişmiş qapalı sınığı küt əşya təsirindən törənmişdir, 16.02.2021-ci il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Pespublikası CM-nn 177.2.1, 177.2.2-ci maddələr ilə məhkəmə məsuliyyətinə verilmiş Təqsirləndirilən şəxs bəraət verilmiş və azad olunmuşdur. Əliyev X3 Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 10.12.2018-ci il tarixli hökmü ilə Binəqədi Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli hökmü ləğv olunub CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə 02 il 06 ay azadlıqdan məhrumetmə təyin olunmuş, həmin cəza CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Nərimanov Rayon Məhkəməsinin 14.09.2018ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 10.12.2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış 01 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə hazırkı iş üzrə 18.02.2016-cı il tarixdən 17.07.2017-ci il tarixədək həbsdə saxlanıldığı 01 il 04 ay 29 gün müddət və Nərimanov Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli hökmü ilə əlaqədar cinayət işi üzrə istintaq zamanı saxlanıldığı 02 gün cəmi 01 il 05 ay 01 gün təyin olunmuş qəti cəzadan CM-nin 69.3-cü maddəsinə əsasən çıxılmaqla qəti olaraq 02 il 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.08.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhər Probasiya idarəsindən daxil olmuş 08.05.2021-ci il tarixli 21-1/3-1541 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün o, 16.09.2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiaalarında 02.08.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmırdır. Oba qarşə heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-59.1.12-ci maddəsinə əsasən, zərəçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02.08.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02.08.2021-ci tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xəricləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar