Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-406/2022 29.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, 28 May qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 60 km/saat sürətlə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində hərəkətdə olarkən həmin ərazidə yolun sol hissəsində yerləşən “Adiclo” geyim mağazasının qarşısındakı ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, yolu soldan sağa keçən piyada X4 avtomobilin sağ qabaq hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya ağciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları və qabarğaarası əzələlərə qansızma, hər iki ağciyər toxumasına qansızmalar, sağ böyrəkətrafı yumşaq toxumalara və böyrəyə qansızmalar, sağ baldır sümüklərinin yuxarı və orta l\3-nin qəlpəli sınıqları, bədən səthinin sıyrıq və qançırları kimi həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək Yaqub İsmayılovun ağciyərlərin cırılması, qabırğaların və sağ baldır sümüklərinin sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şokdan Bakı X9 həmin gün saat 20:35-də ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əmisi oğlu Şahid3 şəxsi Toyota Prado markalı. ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Əmisi oğlu Xanlar avtomobili idarə edə bilmədiyi üçün qeyd olunan avtomobili əmisi oğlu Təqsirləndirilən şəxs idarə etmək üçün vermişdir. Belə ki, əmisi oğlu 2-ci qrup Qarabağ əlili olduğundan və travması olduğundan avtomobili idarə edə bilmir, lazım olduqda əmisi oğlu Vüsal onu müəyyən yerlərə, xəstəxanalara aparıbgətirir. Təqsirləndirilən şəxs və bibisi nəvəsi azərlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Bravo marketin yanında yerləşən hündürmərtəbəli binada usta işləmiş, o, 2022ci ilin yanvar ayında həqiqi hərbi xidmətdən gəldikdən sonra Vüsal ilə birlikdə həmin binada işləməyə başlamışdır. 15 fevral 2022-ci il tarixdə səhər həmişə olduğu kimi işə getmiş və axşama qədər işdə olmş, saat təxminən 18 radələriııdə əmisi oğlu Vüsal və bibim nəvəsi Azərlə birlikdə işdən çıxmış və Vüsalın idarə etdiyi Şahid3 məxsus Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, onlar birlikdə evə getmək istəmişlər. Vüsal avtomobili Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində 50- 60 km/saat sürətlə hərəkət etdirmiş, həmin küçədə işıqforun yaşıl işığı yandıqdan sonra Vüsal hərəkətə davam etmiş, onun hərəkət zolağı boş olmuş, lakin qarşı hərəkət zolağında avtomobillər sıxlıq təşkil etmiş, o, avtomobildə qabaq sağ oturacaqda əyləşmişmiş, işıqfordan təxminən bir qədər aralaşdıqdan sonra Vüsal avtomobili yolun sağ hissəsi ilə hərəkət etdirən anda gözlənilmədən sol tərəfdə sıxlıq təşkil edən avtomobillərin arasından çıxan piyada onların hərəkətdə olduğu avtomobilin hərəkət yoluna daxil olmuş, həmin anda Vüsal avtomobililə piyadanı vurmamaq üçün sükanı sola döndərmiş, lakin hadisənin qarşısını ala bilməmiş və piyada kişini avtomobilinin qabaq sağ tərəfi ilə vurmuş və avtomobili həmin anda da saxlamışdır. Piyada kişi zərbənin təsirindən yolun sağındakı torpaqlıq hissəyə düşmüş, onlar cəld avtomobildən düşmüş və hər üçü birlikdə köməkləşib xəsarət almış piyada kişini xəstəxanaya aparmaq üçün taksi avtomobili saxlatdırmışlar. Vüsal hadisə yerindən xəsarət almış piyadanı yardım göstərilməsi üçün taksi ilə xəstəxanaya aparmış, o və bibisi nəvəsi Azər hadisə yerində qalmış ki, kimsə hadisə ilə bağlı onlara yaxınlaşarsa, bu barədə məlumat versinlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar hadisə barədə məlumat verdikdən sonra xəstəxanaya getmişlər. Onlar hadisə yerindən xəstəxanaya gedib çatdıqdan təxminən 40 dəqiqə sonra xəsarət almış piyadanın ölməsi barədə məlumat almışlar. Hadisə baş verən ərazidə Vüsal avtomobili təxminən 50-60 km/saat sürətlə yolun sağ hissəsi ilə hərəkət etdirmiş, həmin vaxtı avtomobildə o və bibisi nəvəsi Azər sərnişin kimi əyləşmişmiş, maşında başqa yük yox olmamışdır. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X5 həyat yoldaşı olmuşdur. Mərhum yoldaşı X5 ilə 1976-cı ildə ailə həyatı qurmuş və birgə nigahdan 4 övladı doğulmuşdur, onlardan 4-ü qız övladı və 2 övladı oğlan övladı olmuşdur. Hazırda bir övladı rəhmətə getmişdir, qızları ailə həyatı qurmuş, 1 oğlu onunla birlikdə yaşayır. Mərhum yoldaşı X5 qaynaqçı işləmişdir. Onların uzun müddət mülki işlə bağlı Abşeron rayon Polis İdarəsində araşdırmalar aparılmış, lakin nəticəsi olmamışdır. 15 fevral 2022-ci il tarixdə yoldaşı X8 qəsəbəsində yaşayan Elza adlı xanımı həmin işlə bağlı Abşeron rayon polis idarəsinə aparmaq üçün getmiş, həmin günü təxminən saat 18 radələrində yaşadığı evdə olarkən Abşeron rayon Polis İdarəsindən ona zəng vurularaq həyat yoldaşının Masazır qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat qəzası zamanı xəsarət aldığı barədə məlumat almış və almış olduğum məlumatla bağlı xəstəxanaya getdikdə məlum olmuşdur ki, yoldaşı X5 almış olduğu bədən xəsarətlərindən Bakı şəhər X9 ölmüşdür. Bundan sonra baş vermiş yol nəqliyyat qəzası ilə bağlı ətraflı məlumat almış və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prado” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində hərəkətdə olarkən avtomobil yolunu keçmək istəyən yoldaşı X4 vurmuş və nəticədə yoldaşı almış olduğu xəsarətlərdən Bakı şəhər X9 ölmüşdür. Hadisə gününün səhərisi isə yoldaşı X4 el adəti ilə dəfn etmişlər. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Abbas oğlu ifadəsində göstərmişdir ki, əmisi oğlu Şahid3 şəxsi Toyota Prado markalı. ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Əmisi oğlu Xanlar avtomobili idarə edə bilmədiyi üçün qeyd olunan avtomobili əmisi oğlu Təqsirləndirilən şəxs idarə etmək üçün vermişdir. Belə ki, əmisi oğlu 2-ci qrup Qarabağ əlili olduğundan və travması olduğundan avtomobili idarə edə bilmir, lazım olduqda əmisi oğlu Vüsal onu müəyyən yerlərə, xəstəxanalara aparıbgətirir. Təqsirləndirilən şəxs və bibisi nəvəsi azərlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Bravo marketin yanında yerləşən hündürmərtəbəli binada usta işləmiş, o, 2022ci ilin yanvar ayında həqiqi hərbi xidmətdən gəldikdən sonra Vüsal ilə birlikdə həmin binada işləməyə başlamışdır. 15 fevral 2022-ci il tarixdə səhər həmişə olduğu kimi işə getmiş və axşama qədər işdə olmş, saat təxminən 18 radələriııdə əmisi oğlu Vüsal və bibim nəvəsi Azərlə birlikdə işdən çıxmış və Vüsalın idarə etdiyi Şahid3 məxsus Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, onlar birlikdə evə getmək istəmişlər. Vüsal avtomobili Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində 50- 60 km/saat sürətlə hərəkət etdirmiş, həmin küçədə işıqforun yaşıl işığı yandıqdan sonra Vüsal hərəkətə davam etmiş, onun hərəkət zolağı boş olmuş, lakin qarşı hərəkət zolağında avtomobillər sıxlıq təşkil etmiş, o, avtomobildə qabaq sağ oturacaqda əyləşmişmiş, işıqfordan təxminən bir qədər aralaşdıqdan sonra Vüsal avtomobili yolun sağ hissəsi ilə hərəkət etdirən anda gözlənilmədən sol tərəfdə sıxlıq təşkil edən avtomobillərin arasından çıxan piyada onların hərəkətdə olduğu avtomobilin hərəkət yoluna daxil olmuş, həmin anda Vüsal avtomobililə piyadanı vurmamaq üçün sükanı sola döndərmiş, lakin hadisənin qarşısını ala bilməmiş və piyada kişini avtomobilinin qabaq sağ tərəfi ilə vurmuş və avtomobili həmin anda da saxlamışdır. Piyada kişi zərbənin təsirindən yolun sağındakı torpaqlıq hissəyə düşmüş, onlar cəld avtomobildən düşmüş və hər üçü birlikdə köməkləşib xəsarət almış piyada kişini xəstəxanaya aparmaq üçün taksi avtomobili saxlatdırmışlar. Vüsal hadisə yerindən xəsarət almış piyadanı yardım göstərilməsi üçün taksi ilə xəstəxanaya aparmış, o və bibisi nəvəsi Azər hadisə yerində qalmış ki, kimsə hadisə ilə bağlı onlara yaxınlaşarsa, bu barədə məlumat versinlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar hadisə barədə məlumat verdikdən sonra xəstəxanaya getmişlər. Onlar hadisə yerindən xəstəxanaya gedib çatdıqdan təxminən 40 dəqiqə sonra xəsarət almış piyadanın ölməsi barədə məlumat almışlar. Hadisə baş verən ərazidə Vüsal avtomobili təxminən 50-60 km/saat sürətlə yolun sağ hissəsi ilə hərəkət etdirmiş, həmin vaxtı avtomobildə o və bibisi nəvəsi Azər sərnişin kimi əyləşmişmiş, maşında başqa yük yox olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, nənəsinin qardaşı oğlu Şahid3 şəxsi Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Xanlar avtomobili idarə edə bilmədiyi üçün qeyd olunan avtomobili qohumu Təqsirləndirilən şəxs idarə etmək üçün vermişdir. Belə ki, Xanlar 2-ci qrup Qarabağ əlili olduğundan və travması olduğundan avtomobili idarə edə bilmir, lazım olduqda qohumu Vüsal onu müəyyən yerlərə, xəstəxanalara aparıb-gətirir. Qohumları Təqsirləndirilən şəxs və Şahid2lə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Bravo marketin yanında yerləşən hündürmərtəbəli binada usta işləmiş, o, hadisədən təxminən 15-20 gün əvvəldən həmin binada Rasim və Vüsal ilə işləməyə başlamışdır. 15 fevral 2022-ci il tarixdə səhər həmişə olduğu kimi işə getmiş və axşama qədər bir yerdə işdə olmş, o və Rasmi həmin tikilidə fəhlə kimi işləmişlər. Saat təxminən 18 radələrində Vüsal və Azərlə birlikdə işdən çıxmış və Vüsalın idarə etdiyi qohumu Şahid3 məxsus Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, onlar birlikdə evə getmək istəmişlər. Vüsal avtomobili Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkət etdirmiş, həmin küçədə işıqforun yaşıl işığı yandıqdan sonra Vüsal hərəkətə davam etmiş, onlar hərəkət zolağı boş olmuş, lakin qarşı hərəkət zolağında avtomobillər sıxlıq təşkil etmişdir. Avtomobildə arxa sol oturacaqda əyləşmiş, işıqfora yaxınlaşan ana qədər o, yola nəzarət etmiş, lakin işıqfordan keçdikdən sonra başı əlimdəki mobil telefona qarışmış və yola baxa bilməmişdir. Həmin vaxtı Vüsalın idarə etdiyi avtomobilin nəsçyə toxunduğu səsini eşitmiş, Vüsal maşını həmin anda sağa çəkib saxlamış, maşından düşdükdə Vüsalın avtomobillə bir nəfər kişi piyadanı vurduğunu və həmin piyadanın da zərbənin təsirindən yerə yıxıldığının şahidi olmuş, piyada kişi zərbənin təsirindən yolun sağındakı torpaqlıq hissəyə düşmüş, onlar cəld hər üçü birlikdə köməkləşib xəsarət almış piyada kişini xəstəxanaya aparmaq üçün taksi avtomobili saxlatdırmışlar. Vüsal hadisə yerindən xəsarət almış piyadanı yardım göstərilməsi üçün taksi ilə xəstəxanaya aparmış, o və Rasim hadisə yerində qalmış ki. kimsə hadisə ilə bağlı bizə yaxınlaşarsa, bu barədə məlumat versinlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar hadisə barədə məlumat verdikdən sonra xəstəxanaya getmişlər. Onlar hadisə yerindən xəstəxanaya gedib çatdıqdan təxminən 40 dəqiqə sonra xəsarət almış piyadanın ölməsi barədə məlumat almışlar. Göstərmişdir ki, hadisə baş verən ərazidə Vüsal avtomobili təxminən 50-60 km/saat sürətlə yolun sağ hissəsi ilə hərəkət etdirmiş, həmin vaxtı avtomobildə o və Rasim sərnişin kimi əyləşmiş, maşında başqa yük olmamışdır. Məhkəmə iclasında şahid qismində dindiilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şəxsi Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Hazırda 2ci Qarabağ müharibəsinin iştirakçısı olduğundan başından, o cümlədən bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər almışdır və hazırda 2-ci qrup əlildir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmasına baxmayaraq, əlil olduğu üçün aldığı travmalarla bağlı avtomobili idarə edə bilmir. Təqsirləndirilən şəxs əmisi oğludur. Vüsalın avtomobili idarə etmək üçün «B C» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Buna görə də əmisi oğlu Vüsala avtomobilini idarə edə bilməsi üçün xx.xx.2021 -ci il tarixdə sürücülük etibarnaməsi vermişdir. Vüsal avtomobili ilə onu müntəzəm olaraq xəstəxanalara aparır və xəstəxanadan çıxdıqdan sonra avtomobili sonuncunun özündə qalır. Vüsal usta olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Bravo marketin yanında yerləşən hündürmərtəbəli binada usta işləyir və maşını onda qaldığı müddətdə avtomobili ilə işinə gedir, ona lazım olduğu saatlarda isə köməyində olur. 15 fevral 2022-ci il tarixdə yaşadığım evdə olarkən Vüsalın avtmooibili ilə Masazır qəsəbəsi ərazisində yol nəqliyyat qəzası törətməsi barədə məlumat almış, xəsarət almış piyadanın Bakı şəhər KTM-nə daxil olduğunu bildiyi üçün xəstəxanaya getmişdir. Orada məlum olmuşdur ki, xəsarət almış piyada xəstəxanada aldığı xəsarətlərdən ölmüşdür. Bundan sonra Vüsal ilə söhbət edərkən məlum olmuşdur ki, Vüsal avtomobillə Masazır qəsəbəsində işdən çıxıb Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində hərəkət etdirərkən gözlənilmədən sol tərəfdə sıxlıq təşkil edən avtomobillərin arasından çıxan piyada onun hərəkət yoluna daxil olmuş və həmin anda Vüsal piyadanı vurmaması üçün sükanı sola döndərmiş, lakin hadisənin qarşısını ala bilməyib piyada kişini avtomobilinin qabaq sağ tərəfi ilə vurmuşdur. Bundan sonra Vüsal avtomobili hadisə yerində saxlayıb xəsarət almış kişini yardım edilməsi üçün taksi ilə Bakı şəhər KTM-nə aparmasına baxmayaraq, həmin xəstə xəstəxanada ölmüşdür. Həmin günün səhərisi adını sonradan bildiyi Yaqub İsmayılovun meyidinin meyitxanadan çıxarılmasında və el adəti ilə dəfn edilməsində öz köməkliklərini göstərmişlər. Göstərmişdir ki, baş vermiş yol nəqldiyyat qəzası zamanı Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilinə hər hansı formada ciddi maddi ziyan dəyməmiş, buna görə avtomobili ilə törədilmiş yol nəqliyyat hadisəsi ilə bağlı şikayəti, iddiası və tələbi yoxdur. Avtomobili hadisədən əvvəl texniki cəhətdən tam saz vəziyyətdə olmuş, hər hansı nasazlığı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 27 saylı rəyindən görünür ki, 1965-ci ildə anadan olmuş, X3 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinələrin cavabına, qərarda qoyulan suallara əsasən aşağıdakı nəticəyə gəlirəm:
1. X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir : - Ağciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları və qabarğaarası əzələlərə qansızına; - Hər iki ağciyər toxumasına qansızmalar; - Sağ böyrəkətrafı yumşaq toxumalara və böyrəyə qansızmalar; - Sağ baldır sümüklərinin yuxarı və orta l\3-nin qəlpəli sınıqları; - Bədən səthinin sıyrıq və qançırları.
2. Qeyd edilən xəsarətlər həyatı olub küt əşyanın təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstiərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəli vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə yəni. Y.C.İsmayılovun piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür.
3. X3 ölümünə səbəb - ağciyərlərin cırılması, qabırğaların və sağ baldır sümüklərinin sınıqları nəticəsində baş vermiş travmatik- hemorragik şok olmuşdur.
3. X3 ölümü KTM-də xx.xx.2022-ci il tarixdə, saat 20:35-də baş vermişdir. Bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.
4. X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 20 aprel 2022-ci il tarixli 8/880 saylı rəyindən görünür ki, 1-2. Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adma BC dərəcəli A E 950784 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, 08.112023-cü il tarixə kimi etibarlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. X11 və Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022-ci il tarixli, 2/5752 saylı tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində 2011-ci il təv. Davud Məmmədəliyev, 2013-cü il təv. İbrahim Məmmədəliyev, 2015-ci il təv. Nuh Məmmədəliyev və 2017-ci il təv. Mədinə Məmmədəliyeva, yəni dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına dəymiş ziyanın ödənilməsinə yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Toyota Prado markalı, ** CD *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov